Məhkəmə qərarları › İş №2(009)-1329/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1329/2023

13.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1329/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Zeynallı Ervı̇ n Tapdıq oğlunun (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "Segula Agro and X2" MMC-nə qarşı "əmək haqqının, artıq iş saatlarının, ezamiyyətin, ödənişin gecikdirilməsinin və kompensasiyanın tutulması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Zeynallı Ervı̇ n Tapdıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənişləri üzrə ümumilikdə 10657 manat məbləğində olan borcun tutularaq onun xeyrinə ödənilməsi, “Segula Agro and X2" MMC (Vergi nömrəsi - **********) tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (xx.xx.2022-ci il) faktiki hesablaşma günü daxil olmaqla kollektiv, əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2022ci il tarixdən İddiaçı “Data Analitik” vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdən hazıra kimi ona 10567 AZN ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 10657 manat təşkil edir. Hesabat əlavə olunur. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Kollektiv Əmək müqaviləsində bu hal üçün işçiyə pul əvəzinin ödənilməsi miqdarı hər gecikdirilmiş gün üçün müəyyən məbləğ nəzərdə tutulmuşdur. Onun DSMF-yə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Segula Agro and Tech Projects Eurasia” Məhdud Məsuliyyətli Cəmiyyət (Vergi nömrəsi-**********) ödənişin hər gecikdirilmiş gün üçün ona qanunla müəyyən olunmuş ödənc verilməli, həmçinin 2 aylıq əmək haqqı, əlavə iş saatları və ezamiyyə pulu verilməlidir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət (Vergi nömrəsi - **********) tərəfindən fərdi əmək mübahisələrini həll edən komissiya yaradılmamışdır. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə sifarişli məktub göndərilmişdir. Həmin məktub təsdiqlənmiş lakin ödəniş olmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlu iddia ərizəsini müdafiə edərək ona ödənilməmiş 2 aylıq əmək haqqı məbləğinin, əlavə iş saatlarına görə və ezamiyyət pulunun, həmçinin ödənişlərin gecikdirildiyi hər gün üçün qanunla müəyyən olunmuş qaydada pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, məhkəmə baxış iclasına gələ bilməyəcəyinə görə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müılaliəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin Zeynallı Ervı̇ n Tapdiq oğluna ünvanlanmış məktubundan görünür ki, onun "Segula Agro and X2" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01 2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə təqdim edilən əmək haqqına dair bank çıxarışına əsasən Sizə sentyabr və oktyabr aylarının əmək haqqı və son haqqhesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cu hissəsinin tələbləri pozulduğundan "Segula Agro and X2" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "Segula Agro and X2" MMC-nin rəhbərliyinə son haqq-hesabının yenidən hesablanıb tam ödənilməsinin təmin edilməsi ilə bağlı müvafiq məktub ünvanlanmışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli itə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. - Zeynallı Ervı̇ n Tapdiq oğlunun əmək kitabçasının surətindən görünür ki, Zeynallı Ervı̇ n Tapdiq oğlu xx.xx.2022-ci il tarixdə İQ 2022-06 saylı Əmrlə “Segula Agro and X2" MMC-də Data Analysis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən məhkəməyə göndərilmiş 24 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Segula Agro and X2" MMC-də vətəndaş Zeynallı Ervı̇ n Tapdiq oğlunun sentyabr və oktyabr aylarının əmək haqqısı və son haqq-hesabı əmək qanunvericiliyinin tələbləri pozularaq ödənilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Segula Agro and X2" MMC-də vətəndaş Zeynallı Ervı̇ n Tapdiq oğlunun sentyabr və oktyabr aylarının əmək haqqısı və son haqq-hesabı əmək qanunvericiliyinin tələbləri pozularaq ödənilməsi nəticəsində Almog Qonen Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - "xxxx" ASC-nin Zeynallı Ervı̇ n Tapdiq oğlunun bank hesabından çıxarışından görünür ki, Zeynallı Ervı̇ n Tapdiq oğlunun hesabına iyul, avqust, sentyabr aylarında əmək haqqı qeydi ilə pul vəsaiti köçürülmüş, sentyabr və oktyabr aylarında hesaba vəsait daxil olmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin İddiaçı barəsində Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1013 manat məbləğində əmək haqqı nəzərdə tutulmaqla Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndi ilə müqaviləyə xitam verilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə xitam bildirişi sistemə daxil edilmişdir. - Elektron yazışmalardan görünür ki, Ronen İsrarelm tezliklə məvacibin ödəniləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zeynallı Ervı̇ n Tapdiq oğlunun əmək kitabçasının surətindən görünür ki, Zeynallı Ervı̇ n Tapdiq oğlu xx.xx.2022-ci il tarixdə İQ 2022-06 saylı Əmrlə “Segula Agro and X2" MMC-də Data Analysis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “Segula Agro and X2" MMCdə vətəndaş Zeynallı Ervı̇ n Tapdiq oğlunun sentyabr və oktyabr aylarının əmək haqqısı və son haqq-hesabı əmək qanunvericiliyinin tələbləri pozularaq ödənilməsi nəticəsində Almog Qonen Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin İddiaçı barəsində Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən 1013 manat məbləğində əmək haqqı nəzərdə tutulmaqla Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin a bəndi ilə müqaviləyə xitam verilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə xitam bildirişi sistemə daxil edilmişdir. "xxxx" ASC-nin Zeynallı Ervı̇ n Tapdiq oğlunun bank hesabından çıxarışından görünür ki, Zeynallı Ervı̇ n Tapdiq oğlunun hesabına iyul, avqust, sentyabr aylarında əmək haqqı qeydi ilə pul vəsaiti köçürülmüş, sentyabr və oktyabr aylarında hesaba vəsait daxil olmamışdır. Hazırda iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlu cavabdeh "Segula Agro and X2" MMC-nə qarşı "əmək haqqının, artıq iş saatlarının, ezamiyyətin, ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 195-ci maddəsinin d bəndinə istinad edərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ödənişləri üzrə ümumilikdə 10657 manat məbləğində olan borc məbləğinin və kompensasiyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. - 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. - 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ğ) bəndinə əsasən, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği göstərilir. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. - 195-ci maddəsinin d bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçı Zeynallı Ervı̇ n Tapdıq oğlunun sentyabr və oktyabr aylarının əmək haqqısı və son haqq-hesabı əmək qanunvericiliyinin müvafiq qaydada ödənilməmişdir. Bununla da, əmək qanunvericiliyinin pozulmasına yol verilmişdir. Bu hal iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə də öz təsdiqini tapır. Odur ki, iddia 2 aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlu həmçinin “artıq iş saatları üçün hesablanmış, ezamiyyət pulunun və kompensasiyanın” ödənilməsini tələb etsə də, iddiaçı tərəf iddiasını bu hissədə təsdiq edən, başqa sözlə ezamiyyətdə hansı tarixlərdə olmasını, artıq iş saatlarında işləməsini, hansı qaydada maddi zərər dəyməsini təsdiq edən sənədləri – sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün saymır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ödənilmiş 120 manat dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 60 manat hissəsi iddiaçı əmək mübahisələrinə dair işlərdə rüsumun ödənilməsindən azad olduğundan iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlunun sentyabr və oktyabr aylarının, yəni iki aylıq əmək haqqı məbləği (qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmaqla) və ödənilmiş 120 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdeh “Segula Agro and X2" MMC-dən tutularaq iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlunun xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumunun 60 manat hissəsi iddiaçı əmək mübahisələrinə dair işlərdə rüsumun ödənilməsindən azad olduğundan iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğluna ödənilməmiş 2 (iki) aylıq əmək haqqı (qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmaqla) məbləği və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manat hissəsi cavabdeh “Segula Agro and X2" MMC-dən tutularaq iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun 60 (altmış) manat hissəsi iddiaçı əmək mübahisələrinə dair işlərdə rüsumun ödənilməsindən azad olduğundan iddiaçı Zeynallı Ervı̇ n Tapdiq oğluna qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar