Məhkəmə qərarları › İş №2(009)-1330/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1330/2024

04.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1330/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh SHXÇDX-nin rəisi generalpolkovnik Arzu Rəhimovun xx.xx.2022-ci il tarixli, 292 ş/h №-li əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin çağırış bölməsinin müfəttişi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, onu SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə təyin edərkən xx.xx.2013-cü il tarixli 230 ş/h №-li əmri ilə SHXÇDX-nin rəisi Arzu Rəhimov onunla müddətsiz əmək müqaviləsi bağlamışdır. Lerik rayon Hərbi Komissarın xx.xx.2009-cu il 7§1 əmri ilə Lerik rayon hərbi komissarın Hüquqi işlər üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli 593 №-li fərmanıınn 1-ci bəndinin (Azərbaycan Respublikası MN-nin tabeliyində olan Azərbaycan Respublikası HK. Naxçıvan MR Hərbi Komissarları ləğv edilsin və onların əsasında Azərbaycan Respublikası SHXÇDX-NİN yaradılsın) və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 601 №-li fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası SHXÇDX-nin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibində dəyişikliyin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası "SHXÇDX-nin rəisinin 2 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş SHXÇDX-nin strukturlarına daxil olan yerli Lerik rayon Şöbəsinin ştat cədvəllərini nəzərə alaraq" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b" bəndinə əsasən onun peşəkarlıq səviyyəsi, ixtisasını (hüquqşünas), Qarabağ müharibəsinin əlilliyini, iki azyaşlı uşağını nəzərə almadan xx.xx.2012-ci il 197 N№-li əmri ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası SHXÇDX yarananda həmin xidmətin rəisi Arzu Rəhimov qanunsuz olaraq 400-dən çox hərbi qulluqçu və mülki işçiləri işdən uzaqlaşdırdı. Qanunsuz işdən çıxarılan hərbiçilərin hamısı Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişdilər, işdən çıxarılan mülki işçilərin isə (ixtisar adı altında) hər birinin ən azı 5-10 il iş təcrübələri var idi. İşdən çıxarılan hərbi qulluqçuların yerinə, ordudan maddələrlə qovulan hərbi qulluqçuları, mülki işçilərin yerinə isə 90 faizinin nə iş təcrübəsi, nə də ixtisası belə olmayanları işə götürdü. xx.xx.2012-ci ildən xx.xx.2013cü ilə qədər Azərbaycan Respublikası SHXÇDX-nin rəisi general polkovnik Arzu Rəhimovla sivil mübarizə aparandan sonra o məcbur qalıb xx.xx.2013-cü il 230 ş/h №-li əmri onu SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə təyin etdi. Bir ildən sonra onun işə götürülməyini həzm edə bilməyən Arzu Rahimov, bu 9 il 6 ay ərzində dəfələrlə onu işdən çıxaradacağına dair təzyiq və təhdidlərinə məruz qalmışdır. X22 tərəfindən işlədiyi illər ərzində bir dəfə də olsa belə funksional vəzifəni pozmamışdır. Bir dəfə olsun belə işlə bağlı nə bir xəbərdarlıq, nə də bir töhmət, nə də şiddətli töhmət almamışdır. 2021-ci il fevral ayında Qarabağ əlillərinə və Şəhid ailələrinə X18 Lerik rayon filialının sədri vəzifəsinə seçilmişdir. Dövlət işi ilə bağlı bir az da Şəhid ailələrinə və qazilərə Azərbaycan Respublikası qanunlarına əsasən qulluq etmək üçün Bayram günləri Şəhid ailələrinin evlərini də ziyarət edirdi. Onların problemlərini rayon rəhbərliyi qarşısında qaldırırdı. 2021-ci il 8 X14 Bayramı münasibətilə Vətən müharibəsində yeganə övladı şəhid olan bir şəhid ananın evinə getmiş, onu ziyarət etdi, bayramını təbrik etdi və bayram hədiyyəsini apardı. Məhz buna görə az qaldı onu vətən xahini çıxarsınlar. Bu hadisədən sonra SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimov onu xidmətin aparatına çağırdı və onu xəbərdarlıq etdi ki, əgər o, Qarabağ əlillərinə və Şəhid ailələrinə X18in Lerik filialından çıxmasa, onu işdən çıxardacaq. O da, məcbur qalıb Əlillər birliyinin Lerik rayon filialından istefa verdi. Vətən müharibəsi başlayanda o, 4500 manat bankdan kredit götürdü. Səfərbərliyə cəlb olunan gəncləri cəbhə bölgəsinə apararkən onları yolda yeməklə, siqaretlə və s. təmin edirdi. Bunları etməkdə məqsədi o idi ki, gənclərimiz yüksək ruhla, vətən sevgisi ilə düşmənə qarşı döyüşsünlər. O özü də Qarabağ müharibəsi əlilidir. Başında və bədəninin müxtəlif yerlərində bu gün də düşmən qəlpələrini gəzdirir. Həm də vətən müharibəsinin iştirakçısıdır. xx.xx.2022-ci il tarixində Lerikdə "Zəfər Günü" Vətən müharibəsinin Qaziləri ilə rayon ərazisində yerləşən restoranların birində qələbənin 2-ci il dönümünü qeyd edirdilər. Daha doğrusu, qəhrəman qazilərin bir qisminə qonaqlıq verdi. Orada spirtli içkilərdən istifadə etdilər. Bundan sonra evə gəldi. Yaşadığı binanın həyətində çınqıl tökmüşdülər və çınqılları yayan işçilərə etirazını bildirdi ki, “bu çınqılın çoxu palçıqdır. Siz bu palçığı həyətlərə niyə yayırsınız?” Bunları yaşadığı binanın həyətindən çıxardandan sonra, o, telefonu çıxardıb onların keyfiyyətsiz işlərini çəkdi. Çəkiliş edən zaman içkili olduğu üçün 3-4 tənqidi və təhqirli sözlər bilməyərəkdən rayon rəhbərinin ünvanına işlətmişdir. Sonra həmin çəkdiyi videonu qonşunun xahişi ilə ona göndərmişdir. X1 həmin videonu onun xəbəri olmadan Lerik rayon İcra hakimiyyətinin başçısına göndərib. Lerik rayon icra hakimiyyətinin başçısı hamin videonu SHXÇDX-nin rəisinə göndərib və tapşırıb ki, nəyin bahasına olursa olsun, onu təhqir edən işçi işdən qovulsun. SHXÇDX-nin rəisi X23 rayon İcra hakimiyyətinin xahişini icra etmək üçün xx.xx.2022-ci il tarixdə tabeçiliyində olan SHXÇDX-nin Lerik rayon şöbəsinə telefonoqram göndərərək, onun xx.xx.2022-ci il tarixdə, saat 09.30-da SHXÇDX-nin Kadrlar Baş idarəsində olmağını tələb etdi. Göstərilən tarixdə və vaxtda tələb olunan yerdə oldu. Orada SHXÇDX-nin Daxili Təhqiqat Baş idarəsinin rəisi onu tutduracağına, onu orada döymək istəməsi ilə hədə qorxular gəldi. İki gün orada Xidmət rəisinin göstərişi ilə ona mənəvi və psixoloji təzyiqlər göstərdilər. O da öz növbəsində hadisənin qeyri iş günündə baş verdiyini izahatında qeyd etdi, ikinci günün tamamında onu SHXÇDX-nin Kadrlar Baş idarəsinin rəisi general mayor Azad Əliyev qəbul etdi. Azad Əliyev da SHXÇDX-nin rəisinin sözləri ilə ona dedi ki, o Xidmətin adına xələl yetiririr. Onlar onunla artıq işləmək istəmirlər. Başa düşə bilmir, o öz sağlamlığını, gəncliyini Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda qurban verəndə yuxanda adlarını qeyd etdiyi "generallar" harada gizlənmişdilər. xx.xx.2022-ci il tarixdə, səhər saat 9:00-da öz iş yerinə qayıtdı. Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov SHXÇDX-nin Kadrlar Baş idarəsinin rəisi Azad Əliyevə məruzə etdi ki, müfəttiş İddiaçı iş yerinə çatıb. xx.xx.2022-ci il, axşam saat 18.00-da, tabel jurnalına qol çəkdi və evə getməyə hazırlaşırdı ki, SHXÇDX-nin Lerik rayon şöbəsinin zabiti mayor Əzimov Emil onu öz xidməti kabinetinə çağırdı və dedi ki, İddiaçı öz xoşu ilə işdən çıxması ilə əlaqədar ərizə yazmasa, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç və 72 e bəndləri ilə işdən çıxardarlar. O öz növbəsində onların təhdidlərinə etiraz etdi. Çünki o, işlədiyi illər ərzində iş yerində heç bir qanun pozuntularına yol verməmişdir, işlədiyi müəssisənin kollektivində kifayət qədər hörməti var. SHXÇDX-nin rəisi general polkovnik Arzu Rəhimov, SHXÇDX-nin Kadrlar Baş İdarəsinin rəisi general mayor Azad Əliyev və SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov hiylələrinin baş tutmamalarını görəndən sonra "b" variantına əl atdılar. Belə ki, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin rəisi Arzu Rəhimovun telefonoqramına əsasən onu SHXÇDX-nə çağırtdırdı. Orada Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddələri qanunsuz olaraq işə salındı. Orada onu mühakimə etmək üçün SHXÇDX-nin yerli idarəçilərindən 6 nəfər, Baş İdarədən isə 4 nəfər mülki işçilər iştirak edirdilər. Onu da bildiri ki, o, həmin adamlarla heç yerdə rastlaşmamışdır. Dediklərinə görə həmin adamlar müəssisənin həmkarlar ittifaqı təşkilatının üzvləridirlər. Neçə illər idi ki, onun əmək haqqından 3 faiz müəssisənin həmkarlar ittifaqı təşkilatına pul tutulurdu. Amma bir dəfə olsun belə ona nə putyovka, nə də yardım etməyib. Bu tanımadığı insanlar 1 saat 30 dəqiqə onu tənqid atəşinə tutdular. Amma onu müdafiə etmək əvəzinə SHXÇDX-nin rəisi Arzu Rəhimovun və Lerik rayon şöbəsinin rəisi Arif Həsənovu müdafiə etdilər. Aydın məsələ idi ki, onlar xidmət rəisi Arzu Rəhimovun sifarişini yerinə yetirirdilər. Hətta orada da onu təhdid etdilər ki, o öz xoşu ilə işdən çıxmaq üçün ərizə yazsın. O onların təhdidlərindən imtina etdi. Son da onlardan xahiş etdi ki, iclasın protokolu tərtib edilsin və bütün çıxışlar qeyd edilsin və bir nüsxəsini ona versinlər. Çünki 2 saatlıq "iclas" şifahi keçdi. xx.xx.2022-ci il tarixdə, saat 13.00-da, işə qayıtdı və onu işə buraxmadılar. Ona şifahi dedilər ki, SHXÇDX-nin rəisinin naməlum əmri ilə xx.xx.2022-ci il tarixdən işdən azad olunmuşdur. O öz növbəsində işdən azad olunmasına dair əmrini tələb etdi. Ona dedilər ki, yazılı əmr gəlməyib. Bundan sonra onu idarənin ərazisindən qovdular. Xidmət rəisi Arzu Rəhimov qəsdən onun qanunsuz işdən çıxarıldığını bilərək, işdən çıxarılmağı ilə bağlı əmri yalnız xx.xx.2023-cü il tarixdə ona məxsus olan əmək kitabçasını yazıb verdilər. Dəfələrlə onlara müraciət etməsinə baxmayaraq, bu günə qədər də işdən nəyə görə azad olunmağı haqqında əmri ala bilməmişdir. İşdən azad olunmağı ilə onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən xahiş edir ki, SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun xx.xx.2022-ci il tarixli, 292 ş/h №-İi əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar ittifaqı Komitəsinin iclasının xx.xx.2022ci il tarixli protokoluna əsasən, iclasın yekdil səsi ilə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. İddiaçı barəsində Lerik rayon şöbəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədə onun iş fəaliyyəti mənfi xarakterizə olunmuş və hətta qeyd edilmişdir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayafaq sosial şəbəkələrdə özünə aid olmayan mövzularda paylaşım etmişdir, buraxmış olduğu nöqsanlardan nəticə çıxarmır, etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirir. Əliyev X10 İttifaqı Komitəsinin iclası zamanı spirtli içkilərdən istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Lerik rayonu Barzavu kəndində qeydiyyatda olan və Lerik şəhəri, Malik Bağışov küçəsi ev 8-də yaşayan İddiaçı Lerik rayon İcra Hakimiyyəti başçısı kimi onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların “Facebook”, “İnstaqram” sosial şəbəkələrində və “WhatsApp” onlayn mesajlaşma məlumatlandırma sistemində üzr istəməklə təkzib edilməsi, əlavə olaraq həmin məlumatları yaymasına görə 20 min manat mənəvi ziyan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(048)-747/2022 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən, iddiaçı X13 barəsində “Facebook", “İnstaqram” və “WhatsApp" sosial şəbəkələrində, onlayn mesajlaşma-məlumatlandırma sistemində, paylaşılmış, məlumatlar X8 işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar hesab edilmişdir. Həmçinin, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib edilməsi və İddiaçı X6 “Facebook”, “İnstaqram” sosial şəbəkələrində, “WhatsApp” onlayn mesajlaşma- məlumatlandırma sistemində üzr istəməsi bir vəzifə olaraq onun üzərinə qoyulmuşdur. İddiaçı X11 vurulmuş mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pul tutulub iddiaçının xeyrinə verilməsi və əlavə olaraq İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (bir yüz əlli) manat məbləğində pul tutulub X8 xeyrinə ödənilməsi qət edilmişdir. Onu da qeyd edir ki, Xidmətin əməkdaşları onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün təmnin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Təqdim olunmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 292 ş/h №-İi, xx.xx.2022-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq 01 dekabr 2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı vəzifəsindən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi general-mayor A.Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik X15 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ıdmətinin rəisinə raportla məruzə edərək Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətməsi, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X21 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video payiaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi barədə məruzə elmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli 200 nömrəli göstərişin tələblərini pozması, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa, həmçinin sərxoşluğa meyilli olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq təqdimatın təsviri hissəsində göstərilən pozuntulara yol vermiş Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsinə Xidmətin İlk Həmkarlar İttifaqı Təşkilatının iclasında baxılması xahiş olunmuşdur. Təqdim olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 09 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Xidməti Lerik rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəcötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır. Təqdim olunmuş Lerik rayon Məhkəməsinin 2(048)-747/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətə, işgüzar nüfuzuləkələyən məlumatlar yaymasına görə 20 min manat mənəvi ziyan ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən iddiaçı X9 barəsində “Facebook”, “İnstaqram” və “WhatsApp” sosial şəbəkələrində, onlayn mesajlaşma-məlumatlandırma sistemində paylaşılmış məlumatların X3 işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib edilməsi, İddiaçı X2 “Facebook”, “İnstaqram” sosial şəbəkələrində, “WhatsApp” onlayn mesajlaşma-məlumatlandırma sistemində üzr istəməsi bir vəzifə olaraq onun üzərinə qoyulması, İddiaçı X4 vurulmuş mənəvi ziyana görə 300 manat məbləğində pul tutulub iddiaçının xeyrinə verilməsi, əlavə olaraq İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarını tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Qanunun göstərilən normasına əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətləri elə hərəkətlər hesab olunur ki, onlar hüquqi şəxsin işgüzar nüfuzuna mənfi rəy verilməsinə gətirib çıxarır. Bu hal mötəbərliyinə şübhə edilməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi general-mayor A.Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatla, Həmkarlar İttifaqı Komitəsinin iclasının 09 nömrəli, xx.xx.2022-ci il tarixli protokolu və qərarı ilə, İddiaçı xx.xx.2023-cü il tarixli izahatından, iddiaçı X5 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətə, işgüzar nüfuzu ləkələyən məlumatlar yaymasına görə mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik rayon Məhkəməsinin 2(048)-7474/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə sübut olunur. Qeyd edilən hallara dair cavabdehin təqdim etdiyi dəlilləri məhkəmə kifayət hesab edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ünvanına təhqiredici ifadələr işlətmiş, eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı cənab X21 şəhəri ərazisində gördüyü abadlıq işləri ilə bağlı video payiaşması və həmin videoda işlərin düzgün aparılmadığını qeyd edərək, böhtan xarakterli ifadələr işlətməklə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Bundan əlavə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı sosial şəbəkədən istifadə edərkən Xidmət rəisinin Xidmətin Aparatında, eləcə də, digər struktur bölmələrində xidmətin təşkili və aparılmasında nizam-intizamın möhkəmləndirilməsi və Xidmətin işgüzar nüfuzuna xələl gətirə biləcək neqativ halların əvvəlcədən qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli 200 nömrəli göstərişin tələblərini pozmuş, Xidmətin əməkdaşına yaraşmayan, Xidmətdə işlə bir araya sığmayan davranışa yol vermişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı yol verdiyi hərəkətləri ilə Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışa yol verməsi, həmçinin sərxoşluğa meyilli olması ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, işəgötürən tərəfindən İddiaçılə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Beləliklə, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sızmayan davranışı ilə Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar