Məhkəmə qərarları › İş №2(009)-1332/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1332/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1332/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Qurbanov Nazim Böyükağa oğlunun iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Bunu FM seriyalı, 017106 nömrəli Qeydiyyat vəsiqəsinin surəti ilə təsdiq edir. Həmin mənzildə hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Məlumat üçün bildirir ki, hal-hazırda sözügedən mənzildə Cavabdeh da qeydiyyatdadır. Həmin şəxs qeyd edilən ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamışdır. Belə ki, cavabdeh şəxs onun bacısının həyat yoldaşıdır. Lakin hal hazırda onların arasında olan nikahın pozulması üçün bacısı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda Cavabdeh onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Bu da, onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bunun nəticəsində o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi əziyyətinə mənfi təsir edir. Bununla bağlı olaraq dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, qanuni tələbi icra edilməmiş, mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qurbanov Nazim Böyükağa oğlu iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş FM seriyalı, 017106 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 231,77 kv/metr olan ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı, X1, X3, X5 və X2 adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 149 saylı MKİS tərəfindən İddiaçı verilmiş xx.xx.2020ci il tarixli, 1458 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilində İddiaçı, X6, X16 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş X10, İbrahimova Rövşanə Məmməd qızı, X17 və X13 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qonşuluq aktından görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi həqiqətən qonşuları İddiaçı mülkiyyətindədir. Qeyd olunan ünvanda Cavabdeh qeydiyyatda olsa da, heç vaxt həmin ünvanda yaşamamışdır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 62 saylı məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda bu ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X15 arasında xx xxxxxxx 1997-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində bağlanmış və 64 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2009-cu il təvəllüdlü X7 anası X9 yanında saxlanılması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun oğlu, Cavabdeh isə keçmiş kürəkəni olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil oğluna məxsusdur. Kürəkəni Cavabdeh iş vəziyyəti ilə bağlı oğluna məxsus həmin mənzilə qeydiyyata düşmüşdür ki, iş axtaran zaman tapmaq mümkün olsun. Kürəkəni Cavabdeh onun qızı ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zabrat qəsəbəsində yerləşən evdə yaşamışdır. Cavabdeh heç vaxt oğluna məxsus mənzildə yaşamamışdır. Əlavə olaraq bildirmişdir ki, qızı Cavabdeh ilə arasındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdikdən sonra o, qızı və onun uşaqları ünvan 3 ünvanında yerləşən evə köçmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdadır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının bacısının əri olmuş, aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh mübahisəli mənzilə qeydiyyata alınsa da, həmin ünvanda yerləşən mənzildə heç vaxt yaşamamışdır. Bu hal məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı, tədqiq edilmiş şahid ifadəsi və MKİS-in arayışı ilə sübutlarla da öz təsdiqini tapmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara və iddiaçı tərəfin izahatına qiymət verərək cavabdehin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlir və olmayan hüquqların itirilmiş hesab dilməsi barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Qərarda həmçinin göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Konstitusiya Məhkəməsi qeyd edilənlərə əsasən həmçinin qərara gəlmişdir ki, “Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Məhkəmənin pozitiv öhdəliyindən birinin də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbinin və iddiaçının nümayəndəsinin izahatının məzmununa əsasən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdehin öz mülkiyyətində olan mənzilinə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Belə ki, cavabdehin iddiaçıya məxsus mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Yuxarıda qeyd edilən sonuncu Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında həmçinin göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM- 152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilimülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mənzilə dair orada yaşamaması ilə yanaşı, hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə müda-fiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmaması üçün iddia-nın əsası nəzərə alınmaqla cavabdehin mənzildən istifadə hüquq-unun olmadığını da nəzərə alaraq onun mübahisəli mənzildə pasport qeydiyyatında qalmasını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsə də, çıxarılacaq qətnamə cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu mad-dəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sa-həsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüv-vəyə minmiş qətna-məsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, hazırki qətnamədə ca-vabdehin mənzildən istifadə hüququnun yaranmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətna-mə-yə bərabər tutulur və ca-vab-dehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar ca-vabdehin yaşayış yeri üzrə qey--diyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə və-zifə qoyulması deyil, qanu-nun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edil-məsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, hazırkı qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Hazırkı qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar