Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-134/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yolla əldən çıxmış mülkiyyətinin - Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 22, 40 saylı mənzilə hüquqlarının bərpa edilməsinə və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı X15 özünü və Türkiyə vətəndaşı olan ərini ona iş adamı kimi tanıdaraq etibarını qazanmışdır. Bahalı maşında gəzir, bahalı geyimlər geyinirdilər. Onu da öz bizneslərinə qoşacaqlarını bildirərək şirnikləndirmiş, biznesə qoşularsa uzun müddət təmir olunmayan, bərbad gündə olan evini təmir edə biləcəyini, övladlarını evləndirə biləcəyini düşünürdü və Tahirə özü də bu işdə dayaq olacağını ona vəd edirdi. Bir gün bu məqsədlə qaynatasından miras qalmış evini girov qoymağı təklif etdi. Gömrükdə mallarının gəldiyini bildirdi, bu yolla onu aldadaraq ailələrinə məxsus ünvan 1 ünvanındakı mənzili Kapital Banka girov qoymuş və külli miqdarda pul-205 000 (iki yüz beş min) manat məbləğində pul götürmüşdür (Limit isə ona 250 000 manatadək açılmışdır.), həmin puldan 90 000 (doxsan min) ödəməyinə baxmayaraq və barəsində cinayət işi açılaraq axtarışa verilməsinə baxmayaraq Bank onun evini əlindən aldı. Həm də yüksək qiymətləndirərək satdı. Kimə? əslində o, çarəsizlikdən, küçələrdə qalmasın bu yaşda deyə ev alqı-satqısı ilə məşğul olan bir çox dəllalara (maklerlərə) evinin real dəyərinin bir milyon manata satmaq üçün müştəri gətirmələrini xahiş etmişdir. Evinin dəyəri hələ o cür təmirsiz vəziyyətdə o qiymətədir, ona görə ki, evin 200 kv-dan çox mansardı və ondan da artıq faktiki sahəsi var, bir gün makler ona bir kliyent olduğunu və evə baxmaq istədiyini bildirdi. Bu Cavabdeh2 idi. O evi almaq istədiyini bildirdi, o, evin son qiymətini 800 000 manata satmaq istəyini bildirdi. Həmin qadın bir neçə dəfə maklerlə gəldi. Evə prorab gətirdi, ölçdülər biçdilər alaçağını bildirərək getdilər. O da bankla danışmışdır ki, imkan verisin özü evi satsın. Çünki sənədlə real sahə arasında fərq böyükdür. Çarəsizlikdən bankın pulunu qaytarmaq üçün evini bütün satmalı idi. Bank ondan cəmi 80 000 (səksən min) manat pul istəmişdi ki, krediti bağlansın. Çünki o, banka zərərçəkmiş olduğuna dair prokurorluqdan sənəd təqdim etmişdir. Cavabdeh2 bir müddətdən sonra zəng vurub ona bildirdi ki, evi pis gündədir, təmiri üçün çox pul lazımdır və o başqa yerdən ev aldı. Bir də xəbər tutdu ki, onu fırladıb gedib bankdan evini götürüb. Sonralar o, Alaz Tahirəyə aldandığını bildikdə müxtəlif aidiyyatı orqanlara çoxsaylı şikayətlər ünvanlamışdır. Şikayətinin əvvəlki mərhələdə nəticəsi olmasa da yüzlərlə şəxsə qarşı etdiyi dələduzluq səbəbindən Bakı şəhəri, Nizami rayon prokurorluğunda Alaz Tahirəyə qarşı Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3, və 179.2.4-cü maddələri ilə cinayət işi açılmışdır. X1 qarşı şikayəti həmin şəxsin təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə icraat təqsirləndirilən şəxs X8 axtarışda olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar xx.xx.2017-ci il tarixli qərarla dayandırılmışdır. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişdir. Alaz Tahirə və əri onun evini bankdan girovluqdan çıxarmaları 35 min (otuz beş min) manat pullarının çatmadığını bildirərək üstəlik otuz beş min manatı da aldatma yolu ilə ondan alaraq bir həftə ərzində ölkəni tərk etdilər, kim gedib bu adamları beynəlxalq axtarışla tapmalıdır, verin ona səlahiyyət, o getsin. Onun əmlakı cinayət yolu ilə mənimsənilib. Evi geri qaytarılmalıdır. Dövlət onun mülkiyyətini hansı qanunla qoruyur. Ayhan Alaz gəlib evinin yanında ondan otuz beş min manat alır ki, evini girovdan çıxarıb sonra bu məbləği də qaytaraq ona. Haqqını istəyir, iki yetimi tək tənha böyütmüşdür, bəli aldanmışdır. Aldanmaq nə günahdır, nə də cinayət. Dələduzluqla müxtəlif insanların ailələrini bərbad hala gətirmiş və ölkədən qaçmış Alaz (Əbilova) Tahirə Məhəmməd qızının bank məlumatlarının- nə vaxt, hansı məbləğdə və hansı banklardan kredit götürməsi və kredit ödəniş vəziyyəti haqqında sorğu alın baxın. Bu cinayətkar ər-arvada kim bu qədər meydan verdi? Kömək edin. Ayhan Alaz və arvadı Tahirəni tapın. Cinayət yolu ilə əlindən çıxan əmlakını geri qaytarın. X26 Türkiyə vətəndaşı idisə niyə eyni vaxtda bir neçə bankdan pul götürməyə nail olmuşdu? Bunu necə bacarmışdı və kimlərlə əlbir idi? Bank məlumatları yoxlanılır axı 4 bankdan bildiyuinə görə pul götürmüşdür. Mərkəzi Banka müraciət etdi lakin cavab vermədi. Zamin Bank, Turan Bank, Beynəlxalq Bank, KapitalBank. Bilmir daha neçə bank və onlarla vətəndaşın mal mülkü. Bank pul verəndə görmürdü ki, başqalarının evini girov qoyursa torbada pişik var. Onu bu dövlətdə kim müdafiə edəcək? Hüquqlarını kim qoruyacaq, cinayətə uğradığı halda, niyə o, banka borclu olmalıdır. Axı onun bir evi var idi həm də cinayətə uğradığı üçün əlindən çıxıb. KapitalBanka dələduzluqda ittiham olunan Alaz Tahirə onun evinin səbəbinə götürdüyü pulun çox hissəsini- 90 000 manatını qaytarmışdır. Lakin bank şişirdilmiş bir faiz hesablayaraq evini əlindən alaraq öz adına keçirmişdir. Bankın hərəkətinə nə ad versin. Onunla heç cür razılığa gəlmədi ki, o, qalan 80 mini ödəsin. Bankın da marağı o idi ki, evini ondan alsın. Həm də Alaz Tahirənin Sumqayıt şəhərində girov qoyduğuna toxunmadan bütün bunları məhkəmə prosesində sübut edəcək. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilin 74 kv.m. hissəsinin satılması barədə “Kapital Bank “ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-1N2 09408P9 saylı, 42-679N2 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, tanışı X15 özünü və Türkiyə vətəndaşı olan ərini ona iş adamı kimi tanıdaraq etibarını qazanmış və onu öz bizneslərinə qoşacaqlarını bildirərək ailələrinə məxsus olan ünvan 2 ünvanındakı mənzilini Kapital banka girov qoymağa məcbur etmiş və külli müdarda pul götürmüşdür. Belə ki, o, 05 iyun 2014-cü il tarixdə "Kapital bank” ASC-nin 2 saylı Xətai rayon filialında ipoteka müqaviləsi bağlayaraq, ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilini X15 tərəfindən aldadılaraq Kapital banka girov qoymağa məcbur edilmişdir. Eyni zamanda X15 həmin ipoteka müqaviləsi müqabilində 'Kapital bank" ASC ilə 04 iyun 2014-cü il tarixli 09 nömrəli Kredit müqaviləsi bağlayaraq 234000 manat, yəni külli müdarda pul götürmüşdür. Sonradan aldandığını bilərək müxtəlif orqanlara şikayət etmişdir. Ona məlum olmuşdur ki, X15 barəsində çox adamlara qarşı dələduzluq etdiyindən Bakl şəhəri Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Onun da şikayəti X15 barəsində açılmış ********* saylı cinayət işinə əlavə edilmişdir. Cinayət işi X8 xaricdə olması ilə əlaqədar dayandırılmışdır. Yuxarıda qeyd etdiyi kimi, 05 iyun 2014-cü il tarixdə, “Kapital bank" ASC-nin 2 saylı Xətai rayon filialında ipoteka müqaviləsi bağlayaraq, ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilinin 74 kv.m hissəsini girova qoymuşdur. “Kapital bank" ASC mənzilini qanunsuz olaraq öz mülkiyyətinə keçirmiş və onun adına AR ƏMDKY DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********92-05101-093005 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli AN-1N2 09408P9 saylı, 42-679N2 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilinin 74 kv.m hissəsi "Kapital Bank“ ASC tərəfindən Cavabdeh2 satılmışdır. Mənzilinin həmin hussəsi 234000 (iki yüz otuz dörd min) manat dəyərində qiymətləndirilərək satılmışdır. Həmin alqı-satqı müqaviləsi qanunsuz olduğu üçün etibarsız hesab edilməli və ləğv edilməlidir. Qeyd edir ki, mənzili 5 otaqdan ibarətdir və 161 kv.m-dir. Həmin mənzildə o, övladları ilə birlikdə yaşayır. Mənzilinin 71 kv.m-nin Cavabdeh2 satılması qanunsuzdur. Əgər mənzilinin həmin hissəsinə cavabdeh daxil olarsa, bu hal gələcəkdə mənzilinin ümumi konstruksiyalarının dağılmasına gətirib çıxardacaq və eyni zamanda onun böyük xərclər çəkməyinə səbəb olacaqdır. Bundan başqa, onun 2 oğlu vardır. Onların yaşı 38 və 40-dır. O onları evləndirmək istəyir. Onun başqa yerdə mənzili yoxdur. Digər tərəfdən, qanunun tələblərinə görə "Kapital Bank “ASC-nin onun mənzilini öz mülkiyyətinə keçirməyə və satmağa ixtiyarı yox idi. Eyni zamanda onun mənzilinin qiyməti yerinə görə kvadratı 6000-7000 manatdlr. Mənzilinin 71 kv. m.-nin hal-hazırda bazar qiyməti təxminən 450000-500000 manatdır. Cavabdehlər öz aralarında onun mənzilini ələ keçirmək üçün pis niyyətlə razılığa gəliblər. X24 “ASC-yə 80000 manat borcum qalib. Onlar mənzili öz aralarında 231000 manata satıblar. Ona həmin puldan bu günə kimi heç nə verməyiblər. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilin 74 kv.m. hissəsinin satılması barədə “Kapital Bank “ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-1N2 09408P9 saylı, 42-679N2 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçıya və onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndə və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyi, eyni zamanda işlə əlaqədar əlavə sübutlar təqdim edilməsinə ehtiyac yarandığı üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini əsassız olduğu üçün qəbul etmədiyini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izah etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o aldadılmış, onun əmlakı qanunsuz olaraq əldə edilmiş və qanunsuz olaraq satılmışdır. İşin faktiki halları ilə bağlı bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı, 20 iyun 2017-ci il tarixli qətnaməsi ilə cəmi 191399,89 manat məbləğində borcun X3 “Kapital Bank" ASC-nin xeyrinə tutulması və tutmanın İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin, 40 saylı mənzilinə yöəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9782/2017saylı, 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Daha sonra qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2100/2018 saylı, 06 aprel 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərar dərhal qanuni qüvvəyə minmişdir. Daha sonra İddiaçı tərəfindən ipoteka müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-710/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5968/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra İddiaçı hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi tələbi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-2053/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bundan başqa İddiaçı hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-3186/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1990/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4064/2020 saylı, 30 iyul 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının iddiasında vurğuladığı qanunsuz əldə olunma yaxud qanunsuz hərracın keçirilməsinə dair tələblər tamamilə əsassızdır. Bununla bağlı yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur ki, bunlar müqavilənin və hərracın etibarlılığını sübuta yetirir. Deməli, hazırkı iş üzrə İddiaçı qətnamədən məlumatı olmuş və məlum olduğu kimi şikayətlər vermişdir. Həmçinin hərracın keçirilməsindən və əmlakın banka verilməsindən də məlumatlı olmuşdur. Bank xüsusi mülkiyyətində olan mübahisəli daşınmaz əmlakı Cavabdeh2 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satarkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsini "əqdlərin etibarsızlığını mübahisələndirmək hüququna” tətbiq olunan kəsici müddəti ötürməklə verdiyindən qeyd edilən əqdin etibarsızlığına dair iddiası rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisəiəndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdin mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi (imperativ) forma nəzərdə tutulmayıb. Bu səbəbdən əqdin mübahisələndirilməsi ilə bağlı tərəf iradə ifadəsini istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məlum olduğu kimi, “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.6-cı maddəsində hərracın nəticələri haqqında protokolun müqavilə qüvvəsinə malik olduğu müyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır, iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mübahisələndirilən əqdlərdə iddia müddəti yox, kəsici müddətlər tətbiq olunur, yəni mübahisələndirilən əqdlər də iddiaçının tələbi mülkiyyətin müdafiəsinə yönəlir, ancaq həmin əqd onun iştirakı ilə bağlandığı üçün iradəsinin zədələnməsi nəticəsində həmin əqdi 1 il müddətində mübahisəlndirə bilər, yəni həmin müddət iddia müddəti deyil, subyektiv hüququn həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin bir illik kəsici müddətin keçməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini əsassız olduğu üçün qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izah etmişdir ki, o, mübahisəli daşınmaz əmlakı Cavabdeh1 ASC-də aralarında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və həmin müqavilə əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Bunda sonra o, mənzildə yaçayan iddiaçı və onun ailə üzvlərinin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmış və Səbail rayon Məhkəməsinin 2(009)-737/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsindən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, həmin kassasiya şikayəti və müddətin bərpası ərizəsi geri qaytarılmışdır. İddiaçının tələbi əsassız olduğu üçün onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxb, cavabdehlərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli, 20xx/xx/7079 nömrəli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(009)-236/2017 №-li qətnaməsi ilə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin, 40 saylı mənzilinin ilkin satış qiyməti 320000 (üç yüz iyirmi min) min manat müəyyən olunmaqla açıq hərracdan satılması və mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. Qətnamənin tələbindən sonra apellyasiya və kassasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmişdir. Qətnamənin icrası olaraq, əmlak satılması üçün hərraca çıxarılmışdır. Lakin əmlak hərracda satılmadığından ödənilməmiş borc müqabilində Banka təklif olunmuşdur. Əmlak müvafiq qaydada bankın balansına götürülmüşdür. Daha sonra əmlak boşaldılaraq müvafiq qaydada satılmışdır. İddiaçı bundan sonra da apellyasiya və kassasiya şikayəti vermiş, lakin şikayət təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ildə borclu İddiaçı və X15 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, ev 22, 40 saylı mənzili banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 273.800 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, X5 Cavabdeh1 ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191399,89 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin ilkin satış qiymətinin 320.000 manat, X4 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin ilkin satış qiymətinin 32.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh1 ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), Cavabdeh1 ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X4 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, cavabdeh İddiaçı münasibətdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2100/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9782/2017 nömrəli iş üzrə 02 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5968/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2053/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra idarəsi işə cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3186/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ASC-yə (Sumqayıt İcra və probasiya şöbəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1990/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4064/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 1990/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 16 iyun 2021-ci il tarixli, AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən Cavabdeh1 ASC xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 22, 40 saylı mənzili alıcı Cavabdeh2 mülkiyyətinə verir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı, X13 və X9 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı, X13 və X7 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq X10 təhvil verilməsi qət edilmişdir. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmışdır. Təqdim olunmuş Bakı Apellyasiya Məhəkəməsinin 2(103)-813/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhəkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 24 fevral 2023-cü il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin qaytarılması qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Mülki Məcəllənin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki, yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. “S.N.Məmmədovanın şikayəti üzrə” xx.xx.2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir...Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. “X2 şikayəti üzrə” xx.xx.2008-ci il tarixli Qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “...vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, borc alan X17 tərəfindən aldadılaraq mənzilini Kapital Banka girov qoymağa məcbur edilmiş, daha sonra Cavabdeh1 ASC-nin ona məxsus mənzili öz mülkiyyətinə keçirməsi və onun barəsində sərəncam verməsi qanunsuz olmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin cavabdehlər X15, X11 və İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddası təmin edilərək, X5 Cavabdeh1 ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191399,89 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin ilkin satış qiymətinin 320.000 manat, X4 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin ilkin satış qiymətinin 32.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh1 ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), Cavabdeh1 ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X4 qaytarılması qət edilmişdir. Qətnamədən İddiaçı vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9782/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, cavabdeh İddiaçı münasibətdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2100/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9782/2017 nömrəli iş üzrə 02.10. 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Y-432 nömrəli protokoluna əsasən Cavabdeh1 ASCyə 204.000 manata satılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5968/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2053/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı üçüncü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra idarəsi işə cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3186/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ASC-yə (Sumqayıt İcra və probasiya şöbəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinini 2(103)-1990/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 16 iyun 2021-ci il tarixli, AN-1 № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən Cavabdeh1 ASC xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 22, 40 saylı mənzili alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ haqqında ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra X14 cavabdehlər İddiaçı, X13 və X9 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-737/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, X13 və X7 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq X10 təhvil verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmışdır. Bakı Apellyasiya Məhəkəməsinin 2(103)-813/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhəkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 24 fevral 2023-cü il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, alqı-satqı müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə İddiaçı iddia tələblərində göstərilənlərlə bağlı olaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi ev 22, 40 saylı mənzilin satılması barədə Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-1N2 09408P9 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının mövqeyinin hüquqi əsasları müəyyən edilməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların heç biri ilə bağlı məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsızlığı üçün hüquqi əsas olmamışdır. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilkin olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassızdır və təmin edilməməldir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-134/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-134/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver