Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1345/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Mirzəyeva Turanə Seymur qızının katibliyi ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi “nikahın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “nikahın qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə onun arasında 19 oktyabr 1975-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikahın qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə 19 oktyabr 1965-ci il tarixdə 2857 saylı akt qeydinə əsasən Səadət Sarayında (Bakı nikah evi) nikaha daxil olmuşdur. Həmin nikahları 01 aprel 1972-ci il tarixli 193 saylı akt qeydinə əsasən pozulmuşdur. Daha sonra 19 oktyabr 1975-ci il tarixdə X5 ilə yenidən Səadət Sarayında nikaha daxil olmuşdur. Birgə nikahdan 02 avqust 1978-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. X5 10 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Bu yaxınlarda o, nikah haqqında şəhadətnaməni itirdiyini müəyyən etmişdir. Bu səbəbdən Yasamal rayon Qeydiyyat şöbəsinə və Səadət Sarayına müraciət etsə də, ona bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 19 oktyabr 1975-ci il tarixli nikahla bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizəsinə uyğun məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE № 00551946 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 12 aprel 1940-cı il tarixində Laçın şəhərində anadan olmuşdur. AZ-İİ № 457518 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1943-cü il tarixində anadan olmuşdur AZ-V № 008799 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 avqust 1978-ci il tarixdə anadan olmuşdur. X1, anası Ərizəçidır. A3 № 029935 evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 19 oktyabr 1965-ci il tarixdə nikaha daxil olmuşlar. Yasamal rayon Qeydiyyat şöbəsinin ərizəçiya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı xx.xx.1978-ci il təvəllüdlü X4 xx.xx.1978-ci il tarixli 2819 saylı doğum haqqında akt qeydinin ata haqqında qeyd əsaslarında Cahangirova (Abdullayeva) Elmira Qlınc qızı ilə X2 nikahının Səadət Sarayında xx.xx.1975-ci il tarixdə qeydə alındığı aşkar edilmişdir. Lakin Ərizəçi X5 ilə xx.xx.1975-ci il tarixdə nikaha daxil olması barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ilə X3 ilk öncə 19 oktyabr 1965-ci il tarixdə nikaha daxil olmuşlar. Sonradan onların nikahı pozulmuşdur. 19 oktyabr 1975-ci il tarixdə onlar yenidən nikaha daxil olmuş və bu nikahdan 02 avqust 1978-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Yasamal rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı məktubdan da görünür ki, X4 doğum haqqında akt qeydinin ata haqqında qeyd əsaslarında Cahangirova (Abdullayeva) Elmira Qlınc qızı ilə X2 nikahının Səadət Sarayında xx.xx.1975-ci il tarixdə qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, Ərizəçi Qılınc qızı ilə X5 arasında 19 oktyabr 1975-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikahın qeydə alınma faktını müəyyən etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və AR MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü Ərizəçi xx.xx.1940-cı il təvəllüdlü X5 ilə 19 oktyabr 1975-ci il tarixdə Səadət Sarayında (Bakı nikah evi) nikaha daxil olması faktı müəyyən edilsin. Ərizəçi nikah haqqında şəhadətnamənin verilməsi Bakı nikah evinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkinRüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1345/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1345/2025
11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver