Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1348/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi T.H.Zeynalovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Zeynalov X6 cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Zeynalov X8 cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyinə xx.xx.2003-cü il tarixdən işə qəbul olunaraq anbarlar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Bir müddətdən sonra sürücü vəzifəsinə keçmişdir. Sürücülük vəzifəsindən azad olunaraq xx.xx.2012-ci ildə attestasiya keçərək inzibati işlər üzrə operator vəzifəsinə keçirilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan filialına nəqliyyat üzrə koordinator vəzifəsinə isə o, xx.xx.2014-cü il tarixdə davamiyyəti pozmadan qəbul olunmuş və yeni işçi kimi əmək fəaliyyətinə başlayaraq xx.xx.2014-cü il tarixli müddətsiz müqavilə imzalamışdır. İnsan Resursları (keçmiş kadrlar) şöbəsinin rəhbərliyi 2024-cü ilin sentyabr ayında onu dəvət edib şifahi olaraq bildirmişdir ki, o, tutduğu vəzifədən azad olunacaqdır. O, öz hüququndan istifadə edərək xx.xx.2024-cü il tarixdə "xxxx" şirkətinin rəhbərliyinə yazılı, poçtla müraciət etmişdir ki, ona yazılı məlumat verilsin. Yazılı müraciətinə cavab verilməmişdir. O, Cavabdeh Şirkətinə xx.xx.2024cü il tarixində poçtla təkrar müraciət etmişdir ki, yazılı qaydada hansı səbəbdən işdən azad olunmasını qurum rəhbərliyi ona bildirsin. Lakin müraciətinə bu dəfə də heç bir cavab verilməmişdir. Nəhayət, xx.xx.2025-ci il tarixli ona ünvanlanan Cavabdeh Şirkətinin Azərbaycan filialının “İnsan Resursları” şöbəsindən aldığı rəsmi sənədlə əmək müqaviləsinə xitam verilməsi barədə o, məlumatlandırılmışdır. Həmin gün xx.xx.2025-ci il tarixdə əmək kitabçasına AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad olunması barədə 1142 nömrəli əmrlə təsdiqlənmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ştatlar ixtisar edildikdə) müddətli əmək müqaviləsinə aiddir və şamil olunur. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1,2,3-cü bəndinə istinad edərək bildirir ki, heç bir halda birtərəfli və ya qarşılıqlı – ikitərəfli onun və qurum rəhbərliyi ilə xx.xx.2014-cü ildən bu günə kimi heç bir razılaşma olmayıb. Onun razılığı ilə bağlanan müqavilə kiminsə xoşu ilə dəyişdirilə bilməz. Onun razılığı olmadan birtərəfli qaydada əmək müqaviləsi ilə əvəz edilə bilməz. Çünki onun müqaviləsi müddətsizdir. Müddətsiz müqaviləni heç kəs birtərəfli ləğv edə bilməz. Onu da bildirmək istəyir ki, o, xx.xx.2025ci il tarixli iddia ərizəsini səhvən Bakı şəşəri Nəsimi rayon Məhkəməsinə ünvanlanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi aidiyyətinin düz olmadığını, xx.xx.2025-ci il tarixli qərardadla bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinə “işə bərpa olunmaq” tələbli iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(009)-1004/2025 saylı qərardadı ilə bildirilmişdir ki, “(xx.xx.2019-cu il tarixli) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən “ilkin mediasiya sessiyası keçirilmədən, yalnız qarşı tərəfə təklif ərizəsi verilmədən məhkəmə baxışı mümkün deyil”. Həmin gün xx.xx.2025-ci il tarixdə o, Səbail rayon 9 saylı Mediasiya Təşkilatının vasitəsilə qarşı tərəfə - işəgötürənə Cavabdeh Şirkətinin Azərbaycan filialına (branch) poçtla mediasiya təklifi ünvanlanmışdır. Lakin Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir və bu barədə xx.xx.2025-ci il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan filialının (branch) xx.xx.2025-ci il tarixli “İnsan Resursları” şöbəsinin ona qarşı yönəldilən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin ləğv edilməsini, müddətsiz bağlanan müqavilənin şərtlərinə əsaslanaraq, həmin nəqliyyat üzrə koordinator vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Zeynalov X8 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyinin AR Əmək Məcəlləsində işçilərin sayı və ştatları ixtisar edilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, onun işdən azad olunması barədə əmrinin ləğv edilməsini, işə bərpa olunmasını təmin edilərək işdən azad olunan müddətdən – xx.xx.2025-ci il tarixdən bu günə qədər hər ay aldığı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Zeynalov X8 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2014-cü ildə o, Nəqliyyat üzrə Koordinator vəzifəsinə qəbul olunmuş, həmin ilədək 3 dəfə Şirkətin ayrı-ayrı vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə hər hansı bir intizam xətasına yol verməmişdir. Həqiqətən layihə üzrə iş həcminin azalmasından məlumatı olmuşdur, onun yerinə yetirdiyi iş artıq yekunlaşma üzrə gedir, lakin Şirkətdə layihə üzrə işlər indi də yerinə yetirilir. Onun ştatı ixtisar olunsa da, cavabdeh Şirkətdə digər işlə onu təmin etməli idi. Doğrudur, ona başqa iş təklif olunmuşdur, lakin həmin iş 1 aylıq müddət üçün bağlanılması təklif olunduğundan, o, bununla razılaşmamışdır. Hesab edir ki, cavabdeh Şirkət böyük şirkətdir, həmin şirkətdə işlə təmin olunma imkanı var. İddiaçı həmçinin göstərmişdir ki, onun elektron ünvanına xx.xx.2024-cü il tarixdə bildiriş gəlib, ayın 19-da o, ixtisarla bağlı 1 günlük əmək məzuniyyəti götürmüşdür. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində ixtisarla bağlı məlumat verilməmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi sənədlərdə məlumat verilməsi göstərilmişdir. Belə olan halda 2 dəfə təşkilata bununla bağlı müraciət olunduqda cavabdeh onlara bildirişin göndərilməsi barədə məlumat verməmişdir. Ona görə də o, hesab etmişdir ki, cavabdeh qanunun tələbini pozmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək və iddia ərizəsinə dair yazılı etirazı məhkəməyə təqdim edərək etirazda göstərilənləri müdafiə etdiyini və iddianın rədd edilməsini xahiş etmişdir.Nümayəndə həmçinin izahatında göstərmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə elektron poçt ünvanına qanunun tələblərinə uyğun 9 həftə qabaq ştatın ixtisarı ilə bağlı bildiriş göndərilmiş, 1 həftə sonra iddiaçı 1 günlük əmək məzuniyyətinə çıxma ilə bağlı şirkətə müraciət etmiş, şirkətdən həmin günü öz hesabına, yoxsa ştat ixtisarı ilə əlaqədar olduğu xəbər alınmış, iddiaçı ştat ixtisarı ilə əlaqədar məzuniyyət götürəcəyini bildirmişdir. Həmçinin iddiaçıya başqa işə keçmə ilə əlaqədar təklif verilmiş, iddiaçı bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı etirazlarında göstərmişdir ki, əmək müqaviləsi qanunvericiliyinə uyğun olaraq xitam verilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətli müqavilə olmadığını və bu səbəbdən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu qeyd etmişdir. Əmək müqaviləsinin müddətsiz olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən əmək müqaviləsinə müddətin bitməsi əsasına görə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni “İşçilərin sayı və ştatların ixtisar edilməsi” əsası ilə xitam verilmişdir. Bu baxımdan iddiaçının müddətli əmək müqaviləsi və müqavilə azadlığı ilə bağlı normalara istinad etməsi əsassızdır. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün prosedur və tələblər tam və düzgün şəkildə yerinə yetirilmişdir. İddiaçı tərəfindən təqdim edilən məlumat və sənədlərdən də göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsi barədə əmr iddiaçı xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsini Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə, yəni işdən çıxma barədə əmri aldığı tarixdən 3 aydan da gec müddətə təqdim etmişdir. “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Başqa sözlə iddiaçı mediasiya prosesinin tətbiqinə başladığı tarixdə artıq 1 aylıq müddət ötürülmüşdür. İddiaçının xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin sonuncu günündə iddia ərizəsini səhvən Nəsimi rayon Məhkəməsinə təqdim etməsi də məsələnin onun xeyrinə həll edilməsinə səbəb ola bilməz. Belə ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə Nəsimi rayon Məhkəməsinən iddia ərizəsinin qaytarılması haqqında qərardadını əldə etmişdir. Bundan sonra Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə yalnız xx.xx.2025-ci il tarixdə, yəni Nəsimi rayon Məhkəməsinin qərardadını aldığı tarixdən 1 ay sonra müraciət etmişdir. Bu vaxt isə artıq işdən azad etmə barədə əmrin əldə edilməsindən 2 ay müddət keçmişdir. Göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulan 1 aylıq müddətinin ötürülmüşdür. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün prosedur və tələblər tam və düzgün şəkildə yerinə yetirilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2014-cü il tarixli EO-0239/AZE-2014 nömrəli əmri ilə iddiaçı “Nəqliyyat üzrə Koordinator” vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən “Ştatların ixtisarı haqqında” BM-FE-013- 2024 nömrəli əmr qəbul edilmişdir. Həmin əmrə əsasən “X2 B.V.” Şirkətinin AR filialında Şahdəniz Mərhələ 2 layihəsi, 007 saylı müqavilə üzrə aparılan işlərin tədricən yekunlaşması səbəbilə insan resursları təyinatı planlaşmasına əsasən bəzi ştat vahidlərinin, o cümlədən iddiaçının çalışdığı “Nəqliyyat üzrə koordinator” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi nəzərdə tutulmuşdur. Həmin əmrdə qanunvericiliklə nəzərdə tutulan bütün zəruri tədbirlərin görülməsi barədə göstərişlər öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən iddiaçıya “Əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş” təqdim edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək məzuniyyətdə olduğu üçün iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 1142 nömrəli əmr əsasında xitam verilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya 9 təqvim həftəsi qabaqcadan xəbərdarlıq edilmişdir. Sonuncu iş günü iddiaçıya son haqq-hesab, eyni zamanda əmək stajına uyğun olaraq orta aylıq əmək haqqı məbləğinin 2 misli miqdarında işdən çıxarma müavinəti ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçıya müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə onun razılığı ilə orta aylıq əmək haqqının 2 mislinin ödənilməsi də təklif edilmiş, lakin iddiaçının bununla bağlı razılığı olmamışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda doqquz həftəlik xəbərdarlıq müddəti ərzində iddiaçıya hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasında azad edilərək iş axtarmağa imkan yaradılacağı da bildirilmişdir. Ştatların ixtisarı ilə bağlı əmrin icrası nəticəsində xx.xx.2025-ci il tarixdən etibarən “Nəqliyyat üzrə koordinator” vəzifəsi üzrə ştat vahidlərinin sayı 3-dən 2-yə endirilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Zeynalov X8 arasında bağlanmış EA0239-BAK037 nömrəli əmək müqaviləsinə əsasən Zeynalov X1 üzrə Koordinator vəzifəsinə işə qəbul olunmuşdur (bənd 2.2). Əmək müqaviləsi müddətsiz dövrə bağlanmışdır (bənd 1.1). İşçinin əsas aylıq əmək haqqı 1446 manat təşkil edir (bənd 5.2). X10 Təzminatı işəgötürən işçiyə: iş yeri Sahə ofisi olduğu halda 868 manat məbləğində və iş yeri Bakı ofisi olduğu halda 434 manat məbləğində, X10 Təzminatı və ya həmin təzminatın iş müddəti nisbətində olan məbləğində ödəniş edir (bənd 5.2). İş üzrə “X2 B.V.” Azərbaycan Respublikasındakı Filialının EO-0239/AZE-2014 nömrəli, xx.xx.2014-cü il tarixli əmrin surətindən görünür ki, Zeynalov X6 3 aylıq sınaq müddəti ilə Nəqliyyat üzrə Koordinator vəzifəsinə götürülməsi, əmək müqaviləsinə müvafiq olaraq işçi əmək öhdəliklərinin yerinə yetirilməsinə xx.xx.2014-cü il tarixdən başlanması əmr edilmişdir. İş üzrə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BM-FE-013-2024 nömrəli, xx.xx.2014-cü il tarixli əmrin surətindən görünür ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Şahdəniz mərhələ 2 layihəsi, 007 saylı müqavilə üzrə aparılan işlərin tədricən yekunlaşması səbəbilə insan resursları təyinatı planlanmasına əsasən bəzi ştat vahidlərinin (o cümlədən Nəqliyyat üzrə Koordinator -1 ştat vahidi) ixtisar edilməsi nəzərdə tutulmuşdur. İş üzrə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Nəqliyyat üzrə Koordinator vəzifəsində işləyən Zeynalov X7 ünvanlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Şahdəniz mərhələ 2 layihəsi, 007 saylı müqavilə üzrə aparılan işlərin tədricən yekunlaşması səbəbilə insan resursları təyinatı planlanmasına əsasən bəzi ştat vahidlərinin ixtisar edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olaraq 9 həftə əvvəldən İddiaçı xəbərdər edirlər ki, o, tutduğu Nəqliyyat üzrə Koordinator vəzifəsindən azad olunacaqdır və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanaraq xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsi ləğv ediləcəkdir. Doqquz həftə xəbərdarlıq müddəti ərzində İddiaçı hər iş həftəsində 1 iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradılacaqdır. Bu müddət başa çatdıqda onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam veriləndə əmək stajına uyğun olaraq orta aylıq əməkhaqqının 2.0 misli məbləğində işdənçıxarma müavinəti ödəniləcək. Məlumat üçün həm də bildirirlər ki, müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə İddiaçı razılığı ilə orta aylıq əmək haqqının 2.0 misli bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsi ləğv edilə bilər. Soon iş günündə (xx.xx.2024-cü il tarixdə) əmək kitabçasını İnsan Resursları şöbəsindən təhvil almasını xahiş edirlər. Həmçinin qeyd olunan son iş günü könüllü tibbi sığorta təminatı dayandırılacaqdır. İş üzrə Zeynalov X8 tərəfindən "xxxx" Şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin surətindən görünür ki, şirkətə müraciətində onu bildirmək istəyir ki, idarə rəsmiləri tərəfindən şifahi olaraq bildirilmişdir ki, onu işdən azad etmək niyyətini qurum rəhbərliyi qərara almışdır. Azərbaycan Respublikası “Rabitə haqqında” xx.xx.1997-ci il tarixli (No328-İQ) Qanunun poçt göndərişləri təminatının 33-cü maddəsi ilə tənzimlənən qaydasına uyğun olaraq onun xahişi ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndi ilə həmin qərarı yazılı qaydada, hal-hazırkı müraciətinin çatdırıldığı vaxtdan 15 gün müddətində poçtla ünvanına çatdırılsın. İş üzrə Zeynalov X8 tərəfindən "xxxx" Şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təkrar müraciətin surətindən görünür ki, təkrar müraciət edərək onun xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubda xahiş etmişdir ki idarə rəsmiləri tərəfindən şifahi olaraq bildirilən, lakin rəsmi qaydada ona heç bir məlumat verilmədən işdən azad olunmasını qurum rəhbərliyi tərəfindən qərara alınmışdır. Şirkət ona AR Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndi ilə cavab verməli idi. Lakin "xxxx" şirkətinin rəhbərliyi birinci müraciətinə cavab verməmişdir. Səbəbi ona məlum deyil. Azərbaycan Respublikası Qanunlarına hörmət əlaməti göstərmədiyi və qısa zamanda ona dolğun və ətraflı cavab vermədiyi halda o, imkanları çərçivəsində öz haqlarını qanunla müdafiə etməyə davam edəcəkdir. İş üzrə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 1142 nömrəli, xx.xx.2025ci il tarixli əmrin surətindən görünür ki, bölməsində “Nəqliyyat üzrə Koordinator” vəzifəsində işləyən Zeynalov X8 ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsi əmr edilmişdir. İş üzrə Zeynalov X6 əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına nəqliyyat üzrə koordinator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00531 saylı arayışından görünür ki, Zeynalov X6 işə bərpa tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh Şirkətinin Azərbaycan filialının nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2025-cü il tarixi, İMS üçün müraciət tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ("xxxx") tərəfindən insan resurslarının planlanması çərçivəsində və “Şahdəniz Mərhələ 2” layihəsi üzrə işlərin tədricən başa çatması səbəbilə xx.xx.2024-cü il tarixli “Ştatların ixtisarı haqqında” BM-FE-013-2024 nömrəli əmrə əsasən “Nəqliyyat üzrə koordinator” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarın icrası nəticəsində 03 fevral 2025-ci il tarixdən etibarən Əliabbas Zeynalovla bağlanan əmək müqaviləsinə xitam verilmiş və qeyd olunan vəzifə ştat vahidlərinin sayı 3-dən 2-yə endirilmişdir. Göründüyü kimi 03 fevral 2025-ci il tarixdə işçi ilə əmək müqaviləsinə xitam verildikdən sonra “Nəqliyyat üzrə koordinator” vəzifəsi üzrə bir ştat vahidi faktiki olaraq ixtisar edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Zeynalov X8 xx.xx.2014-cü il tarixdən “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Nəqliyyat üzrə Koordinator vəzifəsinə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrinə əsasən “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialında “Şahdəniz Mərhələ 2” layihəsi, 007 saylı müqavilə üzrə aparılan işlərin tədricən yekunlaşması səbəbilə insan resursları təyinatı planlaşmasına əsasən bəzi ştat vahidlərinin, o cümlədən iddiaçının çalışdığı “Nəqliyyat üzrə koordinator” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya “Əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş” təqdim edilərək (iddiaçının elektron poçt ünvanına bildiriş göndərilməklə), Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 9 təqvim həftəsindən sonra - xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmiş, iddiaçı ştat ixtisarı ilə bağlı 1 günlük məzuniyyət hüququndan istifadə etmiş, həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək məzuniyyətdə olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 1142 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) əsasən “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “Nəqliyyat üzrə Koordinator” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyinə xx.xx.2003-cü il tarixdən işə qəbul olunaraq anbarlar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Bir müddətdən sonra sürücü vəzifəsinə keçmişdir. Sürücülük vəzifəsindən azad olunaraq xx.xx.2012-ci ildə attestasiya keçərək inzibati işlər üzrə operator vəzifəsinə keçirilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan filialına nəqliyyat üzrə koordinator vəzifəsinə isə o, xx.xx.2014-cü il tarixdə davamiyyəti pozmadan qəbul olunmuş və yeni işçi kimi əmək fəaliyyətinə başlayaraq xx.xx.2014-cü il tarixli müddətsiz müqavilə imzalamışdır. İnsan Resursları (keçmiş kadrlar) şöbəsinin rəhbərliyi 2024-cü ilin sentyabr ayında onu dəvət edib şifahi olaraq bildirmişdir ki, o, tutduğu vəzifədən azad olunacaqdır. O, öz hüququndan istifadə edərək xx.xx.2024-cü il tarixdə "xxxx" şirkətinin rəhbərliyinə yazılı, poçtla müraciət etmişdir ki, ona yazılı məlumat verilsin. Yazılı müraciətinə cavab verilməmişdir. O, Cavabdeh Şirkətinə xx.xx.2024-cü il tarixində poçtla təkrar müraciət etmişdir ki, yazılı qaydada hansı səbəbdən işdən azad olunmasını qurum rəhbərliyi ona bildirsin. Lakin müraciətinə bu dəfə də heç bir cavab verilməmişdir. Nəhayət, xx.xx.2025-ci il tarixli ona ünvanlanan Cavabdeh Şirkətinin Azərbaycan filialının “İnsan Resursları” şöbəsindən aldığı rəsmi sənədlə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlandırılmışdır. Həmin gün xx.xx.2025-ci il tarixdə əmək kitabçasına AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad olunması barədə 1142 nömrəli əmrlə təsdiqlənmişdir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1,2,3-cü bəndinə istinad edərək bildirir ki, heç bir halda birtərəfli və ya qarşılıqlı – ikitərəfli onun və qurum rəhbərliyi ilə xx.xx.2014-cü ildən bu günə kimi heç bir razılaşma olmayıb. Onun razılığı ilə bağlanan müqavilə kiminsə xoşu ilə dəyişdirilə bilməz. Onun razılığı olmadan birtərəfli qaydada əmək müqaviləsi ilə əvəz edilə bilməz. Çünki onun müqaviləsi müddətsizdir. Müddətsiz müqaviləni heç kəs birtərəfli ləğv edə bilməz. Bu səbəbdən iddiaçı Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyinin AR Əmək Məcəlləsində işçilərin sayı və ştatları ixtisar edilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, onun işdən azad olunması barədə əmrinin ləğv edilməsini, işə bərpa olunmasını təmin edilərək işdən azad olunan müddətdən – xx.xx.2025-ci il tarixdən bu günə qədər hər ay aldığı əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı on ildən çox olan işçilərlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi olmalıdır. Məhkəmə qeyd edir ki, təcrübədə ştatların ixtisarı dedikdə müəyyən olunmuş vəzifə üzrə bir və yaxud bir neçə ştat vahidinin ləğv, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşlərin sayının və ya ştatların ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: - Müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; - İşçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; - İşdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-nin 78-ci maddəsi); - İşçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir (ƏM-nin 77-ci maddəsi); -xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı sazalınlmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının ixrasından azad edilməlidir (ƏM-nin 77-ci maddəsi); - işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır (ƏM-nin 71-ci maddəsi). ƏM-nin 71-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən mütləq nəzərə alıqmalı olan zəruri şərtlər və qaydalar müəyyən edilmişdir. Belə ki, Məcəllənin 71-ci maddəsinin 1ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyəın edilmiş tədbirlər görür. Qanunvericiliyin tələbinə görə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. Yalnız işəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər. Lakin nəzərə alınmalıdır ki, bu şərtlər və qaydalar ƏM-nin 70-ci maddəsinin “a”, “b”, “c” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən azad edilmə hallarına aiddir. İşçinin öz razılığı ilə digər işə keçirilmək imkanı olmadıqda və ya işçi ona təklif edilmiş işdən imtina etdiyi hallarda o, işdən azad edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında da işçilərin sayının azaldılması və ştatların azaldılması ilə bağlı qeyd olunmuşdur ki, ƏM-nin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. ƏM-nin 77-ci maddəsinin 1,2 və 3-cü hissələrinə əsasən işçilərin sayı azalarkən və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tutduğu ştat işəgötürən tərəfindən ixtisar olunmuşdur və işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən ona bu barədə qanunda nəzərdə tutulmuş qaydada doqquz təqvim həftəsi qabaqcadan (iddiaçının əmək stajı 10 ildən çox olduğu üçün) rəsmi xəbərdarlıq verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh şirkətdə “Şahdəniz Mərhələ 2” layihəsi 007 saylı müqavilə üzrə aparılan işlərin tədricən yekunlaşması səbəbilə insan resursları təyinatı planlamasına əsasən bəzi ştat vahidləri, o cümlədən iddiaçının çalışdığı “Nəqliyyat üzrə Koordinator” vəzifəsi üzrə 1 ştat vahidinin ixtisar edilməsi nəzərdə tutulmuş, həmin layihə üzrə 3 ştat vahidi kimi koordinator vəzifəsi mövcud olsa da, faktiki iddiaçının yerinə yetirdiyi sahə üzrə işlərin yekunlaşması səbəbi ilə məhz onun ixtisara düşməsi qərara alınmışdır. Digər koordinatorlar layihə üzrə müxtəlif işlərin görülməsini davam etdirirlər. Məhkəmə iddiaçının ştat vahidinin ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən qanunvericiyin yuxarıda qeyd edilən normaların tələbləri baxımından bütün prosedur qaydalara düzgün riayət edildiyini nəzərə alaraq hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, məhkəməyə 2025-ci ilin may ayında müraciət etmişdir. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Nəsimi rayon Məhkəməsinə müraciət etməsi, sonra mediasiyaya müraciət edilməməsi ilə bağlı təkrar ərizəsinin qaytarılması ilə bağlı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı gətirdiyi dəlillər məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Hətta məhkəmə hesab edir ki, məhkməəyə müraciət etməmişdən qabaq mediasiya təşkilatına müraciət etməli olmasından məlumatsız olması və məhkəməyə bununla bağlı gec müraciət etməsi belə iddiaçının üzrlü halı kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, onun xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə tələb də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Zeynalov X6 cavabdeh “X2 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı Cavabdeh Şirkətinin Azərbaycan nümayəndəliyinin AR Əmək Məcəlləsində işçilərin sayı və ştatları ixtisar edilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onun işdən azad olunması barədə əmrinin ləğv edilməsini, işə bərpa olunmasını təmin edilərək işdən azad olunan müddətdən – xx.xx.2025-ci il tarixdən bu günə qədər hər ay aldığı əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1348/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1348/2025
17.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver