Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1353/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh SOCAR Cavabdeh3 İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh SOCAR Cavabdeh3 İB -yə qarşı “əmək kitabçasına düzəliş edilməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 NQÇ İdarəsi və Cavabdeh1nə qarşı “əmək kitabçasına düzəliş edilməsi“ tələbinə dair iddia ərizəsi ilə 05.01.2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus 29.03.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr ərzində, onun “Siyəzən Cavabdeh2 NQÇİ-də, traktorçu vəzifəsində deyil, qaldırıcı maşinist peşəsində işləməsi qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və onların qaldırıcı maşinist peşəsində işləməsi qeydinə düzəliş edilməsinə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehlər əsl Cavabdeh3 ilə əvəz olunduğundan mülki iş aidiyyəti üzrə 22 aprel 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisənin predmeti hüquq münasibətlərinin xarakterinə görə İnzibati mübahisələrin məhkəmə aiddiyatına aid olmayıb, mülki mübahisədir, ona görə ki, cavabdeh Azərbaycan Respublikası Neft Şirkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə inibati orqan sayılmır. Odur ki, mübahisənin predmeti Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsində nəzərdə tutaln İnzibati məhkəmə icraatı qaydasında baxılmalı iddialara aid olmadığı üşün inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı və ya xüsusi icraat qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Bildirir ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. “Siyəzən Neft NQÇUİ-də 30.08.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 01.03.0993-06.08.2009-cu il tarixləri arasındakı dövr də daxil olmaqla Cavabdeh2 NQÇİdə qaldırıcı maşinist peşəsində işləmiş və hal-hazırda həmin idarədə həmin peşədə işləyir. 58 yaşında olduğundan və ümumi əmək stajı 25 ildən yuxarı, habelə bu stajın 18 il, 1 ay, 20 günü güzəştli əmək stajına aid edilmədiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövrdə Cavabdeh2 NQÇİ-də qaldırıcı maşinist peşəsində işlədiyi faktı, SOCAR “ Azneft” İB Cavabdeh2 NQÇİ tərəfindən verilən AB-04/13 saylı, 22.01.2020-ci il tarixli arayışla və arayışa əlavə edilmiş “Şəxsi Vərəqə”nin “İİİ.Təyinatlar və yerdəyişmələr” bölməsində müfaviq qeydlərlə təsdiq edilmişdir. Həmin arayışa və Şəxsi Vərəqənin “Şəxsi Vərəqə”nin “İİİ.Təyinatlar və yerdəyişmələr” bölməsindəki qeydlərə əsasən ərizəçi Ş.S.Ağamalıyev, Cavabdeh2 NQÇİ-də 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr ərzində, habelə 06.08.2009-21.04.2011-ci il tarixlərində qaldırıcı maşınist peşəsində işlədiyi və güzəştli şərtlərlə ümumi əmək stajı 18 il, 1 ay, 20 gün təşkil etdiyi sübut olunur. SOCAR Cavabdeh3 İB Cavabdeh2 NQÇİ tərəfindən verilən AB-04/13 saylı, 22.01.2020-cil il tarixli arayışa və “Şəxsi Vərəqə”nin “İİİTəyinatlar və yerdəyişmələr” bölməsindəki qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxmağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna edilən müraciətə “Güzəştli iş stajı 12 il, 6 aydan az təşkil edir” kimi imtina cavabı əsassızdır. Belə ki, iddaçıya məxsus 29.03.01984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövrdə Cavabdeh2 NQÇİ-də qaldırıcı maşınist peşəsində işlədiyi halda, əmək kitabçasında yanlış olaraq, həmin illərdə traktorçu vəzifəsində işləməsi qeydinin düzəliş edilməsi üçün cavabdehlərə yazılı müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il, 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.5-ci bəndinə görə “İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar olunarsa, düzəliş işəgötürən tərəfidən aparılır. İddiaçı əmək kitabçasında sözügedən düzəlişin edilməsini və işəgötürən tərəfindən əmək kitabçasından iş fəlaiyyəti haqqında çıxarışın verilməsini xahiş etsə də, müraciətə qeyri-müəyyən cavab verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh SOCAR Cavabdeh3 İB-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, əmrlər onlarda yoxdur. Bununla bağlı arxivə sorğu verilə bilər. Lakin hesab edir ki, həmin əmrlər arxivdə də yoxdur. İddia tələbini qəbul etmir, iddia əsassız olduğundan onun təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan SB 04/13 nömrəli, 22.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.03.1993-cü il tarixdən 06.08.2009-cu il tarixinədək “ Siyəzənneft” NQÇ idarəsinin Avtonəqliyyat sexində qaldırıcı maşinist peşəsində işlə\məklıə iş stajı 16 il 5 ay 5 gün, 06.08.2009-cu il tarixdən 21.04.2011-cil tarinədək Cavabdeh2 NQÇ idarəsinin Xüsusi texnika sexində qaldırıcı maşınist peşəsində işləməklə iş stajı 1 il 8 ay 15 gün, ümumilikdə əmək stajı 18 il 1 ay 20 gün təşkil edir. İş materiallarında olan 17.11.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı Cavabdeh2 NQÇN-nə müraciət edərək İddiaçı məxsus 29.03.1984-cü il tarioxli İT-İ ******* nömrəli əmək kitabçasında 01.03.1993-06.08.2009-cu il tarixləri arasındakı dövr ərzində yanlış qeyd edilən “Siyəzənenft” NQÇİ-də “traktorçu” vəzifəsində işləməsi qeydi, həmin illərdə onun qaldırıcı maşınist peşəsində işləməsi qeydi ilə əvəz edilməklə dəyişilıik edilməsini, bu barədə İT-İ ******* nömrəli əmək kitabçasında müfaviq düzəlişin aparılmasını və işəgötürən tərəfindən işçiyə, əmək kitabçasından iş fəaliyyəti haqqında çıxarışın verilməsini xahiş etmişdir. İş materiallarında olan 17.11.2020-ci il tarixli ərizəyə AB-10/145 nömrəli, 17.12.2020ci il tarixli cavabdan görünür ki, düzəlişin doğruluğu müvafiq qaydada təsdiq edilmədiyindən və 27.04.1995-ci il tarixli 106 nömrəli əmr idarənin arxivində tapılmadığına görə adıgedən əmrlə sizin traktorçu və ya qaldırıcı maşinist işinə keçirilməyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-ci il, 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Məhkəmə hesab edir ki, əmək kitabçasında qeydlər əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparıldığından və həmin qeydlərin aparılmasına əsas olan əmrlərin yanlış olması mübahisələndirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1353/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1353/2021
17.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver