Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1364/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X1, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «işə bərpa və s.» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru tərəfindən verilmiş 28.11.2017-ci il tarixli 939/3/2017 saylı əmri ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa edilməsi və məcburi iş buraxılmağa görə ona kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X3, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili X4 ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək izahatlarında bildirdilər ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və hazırki iddia ərizəsinə yenidən araşdırılaraq baxıla bilməz. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini, iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(009)-1219/18 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi” tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(103)-7502/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(009)- 1219/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(102)-1007/19 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(103)-7502/2018 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(103)-5986/2019 saylı qətanməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(103)-5986/2019 saylı qətanməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(102)-6598/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(103)-5986/2019 saylı qətanməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi hazırda eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcuddur. Belə olan halda iddiaçının hazırki iddia ərizəsinə baxılmasına qanunvericilik baxımından yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin Bakı şəhəri Səbail Rayon Məhkəməsində əvvəl irəli sürülmüş tələblərlə eynilik təşkil etməsini, həmçinin əvvəlki və hazırki iş üzrə tərəflərin də eyni olduğunu, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan mülki mübahisə üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alaraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı «işə bərpa və s.» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1364/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1364/2021
10.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver