Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1366/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndələri H.R.Mayılovun və Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavoduna qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavoduna qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2017-ci ildə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tərəfindən göndəriş əsasında Cavabdeh Gəmi Təmiri Zavodunun Rəngləmə Təmizləmə bölməsinə işə daxil olmuşdur. Sonradan 2018-ci ildə daxili qaydalara əsasən Mexaniki Təmir bölməsinə 2-ci dərəcəli boru çəkən keçirdiblər və xx.xx.2022-ci il tarixə qədər müəssisədə çalışmışdır. İşlədiyi müəssisədə 2019-cu ildə onda astma xəstəliyi aşkarlanmışdır. Bu zərəri də həmin müəssisədə almışdır, çünki ağır sənaye və tüstüdə çalışmışdır. Bununla bağlı Ağciyər İnstitutunda astma xəstəsi kimi qeydiyyatdadır, yaşadığı ərazinin poliklinikasında və dənizçilər poliklinikasında qeydiyyatdadır. xx.xx.2021-ci ildə Tibb Universitetinin Tibbi Terapevt klinikasında yatmış, müalicə olunmuşdur. xx.xx.2021-ci ildə işdə onu sexin ustası Mahmudov Seymur əsəbləşdirdiyinə görə pristup tutub təcili xəstəxanaya yerləşdirilmişdir. Cavabdeh təşkilat tərəfindən onu əsassız olaraq işdən çıxarılıb, əmək müqaviləsinə xitam verilib və əmək kitabçasını bülletendən qayıdandan sonra ona təqdim edilib. O, zavod rəhbəri Nəsib Qəhrəmanova müraciət etmişdir, lakin sonuncu onu qəbul etməmişdir. Onun hal-hazırda bank qarşısında 10.000 manat borcu var. 4 ay ərizində kommunal borcu yığılmış, ümumi 800 manat borc yaranmışdır. Onun sosial durumu pis vəziyyətdədir. Ailəlidir, 2 azyaşlı övladı var. Bir övladı 4-cü sinif şagirdidir, digər övladı 5 yaşındadır. Göstərilənləri nəzərə alaraq iddiaçı işə bərpa olunması və 4 aylıq əmək haqqının hesablanıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, işdən qərəzli olaraq çıxarılmışdır. Belə ki, dekabr ayında Namiq ona bildirmişdir ki, o, işləmir və onun işindən narazıdır, o, Namiqə söz qaytarmış, öz işini layiqincə yerinə yetirməsini bildirmiş, onun sözündən sonra ona qarşı qərəzli münasibət göstərərək onun işdən azad olunacağını bildirmişlər. O, xəstəliklə bağlı işə çıxmamış, xx.xx.2022-ci il tarixdə xəstəliyi bitdikdən sonra işə çıxmalı olsa da, onu işə buraxmamışlar və işdən çıxarıldığını bildirmişlər. O, əmək kitabçasını yanvar ayının 18-də zavoddan kənarda almışdır, 4 aydan sonra Mediasiyaya müraciət etməsi və məhkəməyə vaxtında müraciət etməməsi onunla əlaqədar olmuşdur ki, o, ilkin olaraq Cəmiyyətin sədrinə, sonra hüquqmühafizə orqanlarına və Əmək Müfəttişliyinə müraciət etmiş, Ədliyyə Nazirliyindən ona cavab gəldikdən sonra məhkəməyə müraciət etmişdir, eyni zamanda hüquqi cəhətdən savadı olmadığı üçün bunları bilməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və iddiaya yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh Gəmi Təmiri Zavoduna yardımçı fəhlə ştatına qəbul olunmuş və onunla 02005587 saylı əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi elektron formada sistemə daxil edilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh Gəmi Təmiri Zavoduna gəmi borcu çəkəni vəzifəsinə işə qəbul edilmiş və onunla 01018952 saylı əmək müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron formada sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixdə 01018952 saylı əmək müqaviləsinə əlavə və dəyişiklik edilmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 01018952 saylı əmək müqaviləsinə əlavə və dəyişiklik edilmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 01018952 saylı əmək müqaviləsinə əlavə və dəyişiklik edilmiş və tərəflərin arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə 01018952 saylı əmək müqaviləsinə əlavə və dəyişiklik edilmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı xx.xx.2018-ci il tarixli 01018952 saylı müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh Gəmi Təmiri Zavodunun Personalın idarə edilməsi və əmək haqqı şöbəsinin rəisi Y.Qədimova, şöbənin mütəxəssisləri M.Muradov və E.Muradov tərəfindən akt tərtib edilmişdir. Akta əsasən müəyyən olunur ki, zavodun mexaniki təmir bölməsinin boru çəkmə sahəsinin 2-ci dərəcəli gəmi boru çəkəni İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş bildirişin surətini almaqdan imtina etdi. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin müvafiq tələbləri yerinə yetirilmişdir. Belə ki, iddiaçı tərəfindən işəgötürənin qanunvericiliyin tələblərini pozması barədə məhkəməyə əsaslı bir sübut təqdim edilməmişdir. Qanunvericilik normalarının tələblərinə uyğun olaraq "xxxx" QSC Cavabdeh Gəmi Təmiri Zavodunun xx.xx.2021-ci il tarixli 07-K saylı əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanmış 01018952 saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, Əmək Məcəlləsinin 47 (f) maddəsinə əsasən bu Əmək müqaviləsi müddətli bağlanmışdır. Tərəflər arasında bağlanmış 01018952 saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 9.1-ci bəndindən müəyyən olunur ki, bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən işəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Buna görə də bir halda ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl olunub, belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması üçün də əsas yoxdur. İşəgötürən tərəfindən qanunvericilik normalarına riayət olunmuş və hər hansı bir qanunvericilik normasının pozuntusuna yol verilməmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı Cavabdeh Gəmi Təmiri Zavodunun xx.xx.2022-ci il tarixli 07-k saylı əmrinə əsasən işdən azad olunsa da, həmin vaxtdan 4 ay 17 gün keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti də buraxmışdır. Cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək yazılı etirazda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun icraya nəzarət kargüzarlıq və təsərrüfat işləri şöbəsinə yardımçı fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə təmizləmə-rəngləmə bölməsinə yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə mexaniki təmir bölməsinə gəmi boru çəkəni vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə mexaniki təmir bölməsində 2-ci dərəcəli gəmi boru çəkəni vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodu ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 02005587 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı "xxxx" QSCnin Cavabdeh Gəmi Təmiri Zavodunun İcrayə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə yardımçı fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. Əmək Məcəlləsinin 47(f) maddəsinə əsasən əmək müqaviləsi müddətli bağlanmış, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı (vergilər və digər tutmalar daxil olmaqla) 350 manat təşkil etmişdir. İş üzrə xxxxxxx000300 saylı, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun yardımçı fəhlə vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 350 manat təşkil etmişdir. İş üzrə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodu ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinə gəmi boru çəkəni vəzifəsinə işə təyin edilmişdir. Əmək Məcəlləsinin 47(f) maddəsinə əsasən əmək müqaviləsi müddətli bağlanmış, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı (vergilər və digər tutmalar daxil olmaqla) 350 manat təşkil etmişdir. İş üzrə "xxxx" QSC-nin Cavabdeh Cəmi Təmiri Zavodunun direktoru tərəfindən "xxxx" QSCnin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, zavodun Mexaniki təmir bölməsinin boru çəkmə sahəsinin gəmi boru çəkəni İddiaçı təmir olunan gəmilərin qapalı bölmələrində (otseklərdə) işləyən zaman hava çatışmamazlığı (boğulması) halları ilə tez-tez şikayət etməsini nəzərə alıb, onu yenidən (təkrarən) həmin şikayəti ilə əlaqədar müayinə edərək yazılı məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı “Allergik komponentlərin üstünlüyü ilə gedən astma. Bronxial astma, atopik variant, orta ağır gedişli kəskinləşmə forması” diaqnozu qoyulmuşdur. İş üzrə ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə və dəyişikliklərin surətindən görünür ki, "xxxx" QSC-nin Cavabdeh Cəmi Təmiri Zavodu ilə İddiaçı arasında bağlanmış ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək uzadılmış, əmək müqaviləsinin digər hissələri və şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xxxxxxx000302 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun gəmi boru çəkəni vəzifəsində işləyir, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 350 manat təşkil etmişdir. İş üzrə ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə və dəyişikliklərin surətindən görünür ki, "xxxx" QSC-nin Cavabdeh Cəmi Təmiri Zavodu ilə İddiaçı arasında bağlanmış ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək uzadılmış, əmək müqaviləsinin digər hissələri və şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə və dəyişikliklərin surətindən görünür ki, "xxxx" QSC-nin Cavabdeh Cəmi Təmiri Zavodu ilə İddiaçı arasında bağlanmış ******* No-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək uzadılmış, əmək müqaviləsinin digər hissələri və şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xxxxxxx000308 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun gəmi boru çəkəni vəzifəsində işləyir, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 445,35 manat təşkil etmişdir. İş üzrə haqq-hesab vərəqələrinin surətlərindən görünür ki, İddiaçı 2021-ci ilin avqust ayında 144 saat işləmiş, 400 manat (saatlıq tarif maaşı), 16,01 manat (zərərli iş), 157,90 manat (dəniz əmsalı), 500 manat (maddi yardım), cəmi 1.074,23 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 21,48 manat (Tibbi sığorta işçi cari ay), 32,23 manat (3% ə/h-dan DSMF-a tutulma), 10,74 manat (Həmkarlar İttifaqı), 5,37 manat (İşsizlik sığ.işçi h.0,5%), 45,39 manat (Gəlir vergisi), 500 manat (Növb.k.öd.tut.(bank öd.)), cəmi 615,21 manat tutulmuş, ödəniləcək məbləğ 459,02 manat təşkil etmişdir; - 2021-ci ilin sentyabr ayında 122 saat işləmiş, 339,16 manat (saatlıq tarif maaşı), 13,57 manat (zərərli iş), 133,44 manat (dəniz əmsalı), 69,36 manat (cari ay müəssisə hesabına), cəmi 555,53 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 9,72 manat (Tibbi sığorta işçi cari ay), 14,59 manat (3% ə/h-dan DSMF-a tutulma), 4,86 manat (Həmkarlar İttifaqı), 2,43 manat (İşsizlik sığ.işçi h.0,5%), 42,77 manat (Gəlir vergisi), cəmi 74,37 manat tutulmuş, ödəniləcək məbləğ 481,16 manat təşkil etmişdir; - 2021-ci ilin oktyabr ayında 128 saat işləmiş, 355,84 manat (saatlıq tarif maaşı), 14,23 manat (zərərli iş), 140,11 manat (dəniz əmsalı), 51,82 manat (cari ay müəssisə hesabına), cəmi 562,00 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 10,20 manat (Tibbi sığorta işçi cari ay), 15,31 manat (3% ə/h-dan DSMF-a tutulma), 5,10 manat (Həmkarlar İttifaqı), 2,55 manat (İşsizlik sığ.işçi h.0,5%), 43,68 manat (Gəlir vergisi), cəmi 76,84 manat tutulmuş, ödəniləcək məbləğ 485,16 manat təşkil etmişdir; - 2021-ci ilin noyabr ayında 124 saat işləmiş, 344,72 manat (saatlıq tarif maaşı), 13,79 manat (zərərli iş), 135,66 manat (dəniz əmsalı), cəmi 494,17 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 9,88 manat (Tibbi sığorta işçi cari ay), 14,83 manat (3% ə/h-dan DSMF-a tutulma), 4,94 manat (Həmkarlar İttifaqı), 2,47 manat (İşsizlik sığ.işçi h.0,5%), 34,18 manat (Gəlir vergisi), cəmi 66,30 manat tutulmuş, ödəniləcək məbləğ 427,87 manat təşkil etmişdir; - 2021-ci ilin dekabr ayında 52 saat işləmiş, 144,56 manat (saatlıq tarif maaşı), 5,78 manat (zərərli iş), 55,60 manat (dəniz əmsalı), 119,24 manat (cari ay müəssisə hesabına), cəmi 325,18 manat əmək haqqı hesablanmış, həmin məbləğdən 4,12 manat (Tibbi sığorta işçi cari ay), 6,18 manat (3% ə/h-dan DSMF-a tutulma), 2,06 manat (Həmkarlar İttifaqı), 1,03 manat (İşsizlik sığ.işçi h.0,5%), 10,53 manat (Gəlir vergisi), cəmi 23,92 manat tutulmuş, ödəniləcək məbləğ 301,26 manat təşkil etmişdir; - 2022-ci ilin yanvar ayında 3 saat işləmiş, 51,10 manat (cari ay müəssisə hesabına), 85,17 manat (cari ay DSMF hesabına), 68,14 manat (1-ci əvvəlki ay müəs.hesab), cəmi 204,41 manat hesablanmış, həmin məbləğdən 9,53 manat (1-ci ay əvvəlki vergi fərq), 85,17 manat (DSMF ödəniş – geri qaytarma), cəmi 94,70 manat tutulmuş, ödəniləcək məbləğ 109,71 manat təşkil etmişdir. İş üzrə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun direktoru N.Qəhrəmanov tərəfindən "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun MTB-nin gəmi boru çəkəni İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin (xəbərdarlığın) surətindən görünür ki, İddiaçıla bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyinə görə onun əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ləğv ediləcəkdir. İş üzrə Personalın idarə edilməsi və Əmək haqqı şöbəsinin rəisi Y.Ə.Qədimova, şöbənin mütəxəssisləri M.M.Muradov və E.N.Muradov tərəfindən tərtib edilmiş aktın xx.xx.2021-ci il tarixli surətindən görünür ki, həqiqətən Mexaniki Təmir bölməsinin boru çəkmə sahəsinin 2-ci dərəcəli gəmi boru çəkəni xx.xx.2022-ci ildən İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdə ona təqdim edilən Bildirişin (xəbərdarlıq) alınmasından imtina etmişdir. İş üzrə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun 07-k saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin 2 dərəcəli cəmi boru çəkəni İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəllənin 73.2-ci maddəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əsas: bildiriş (xəbərdarlıq), akt. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/9-00036 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə saat 18.30-19.00 saatlarında keçirilməsi nəzərdə tutulan Cavabdeh Gəmi Təmiri Zavodunun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavoduna yardımçı fəhlə vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsi müddətli olmaqla xx.xx.2017-ci il tarixədək bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı Cavabdeh Gəmi Təmiri Zavoduna gəmi boru çəkəni vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi müddətli olmaqla xx.xx.2018-ci il tarixədək bağlanılmışdır. Müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. xx.xx.2021-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya bildiriş göndərilmiş və xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi və onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Müqaviləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Lakin tərtib edilmiş akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş bildirişin surətini almaqdan imtina etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun 07-k saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 73-ci maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri qəbul edərkən onun əmək hüquqlarını pozmuşdur, o, qərəzli olaraq işdən azad edilmişdir. Bu səbəbdən iddiaçı onun işdən azad olunması barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa olunması və əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən xx.xx.2021-ci il tarixdə iddiaçıya bildiriş (xəbərdarlıq) göndərmiş, xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi və onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş bildirişin surətini almaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şurasına xx.xx.2022-ci il tarixdə müraciət etmiş,xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi MŞB/9-00036 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasına işdən azad olunduqdan təxminən 4 ay sonra, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9-00036 saylı arayışı əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bununla da qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət edənədək Əmək Müfəttişliyinə və digər orqanlara müraciət etməsini və onların cavabını gözləməsini, bundan sonra məhkəməyə müraciət etməsini və buna görə müddəti buraxmamasına dair dəlilləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Qərarında formalaşan hüquqi mövqeyə görə qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. X2 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Eyni zamanda şəxsin qanunları bilməməsi, müvafiq orqanlara müraciət etməsi də məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halları kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqını hesablanıb ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavoduna qarşı "xxxx" QSC-nin Cavabdeh Gəmi Təmiri Zavodunun xx.xx.2022-ci il tarixli 07-K saylı işdən azad olunmasına dair qəbul edilmiş əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev