Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1367/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 və ilkin iddia üzrə Cavabdeh və nümayəndəsi-vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə cavabeh Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və s.” barədə ilkin iddia tələbinə, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin 3.1. və 4.1-ci bəndlərinin etibarsız hesab olunması və pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabeh Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzilin iddiaçıya təhvil verilməsi və cari ilin mart, aprel və may ayları üçün ödənilməmiş icraə haqqı olan hər 9.000 manat olmaqla ümumilikdə 27.000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2020ci il tarixdə icra müqaviləsi bağlanmışıdır. Həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzil cavabdehə icarəyə verilmişdir. Müqaviləyə görə cavabdeh hər ayın 5-ci günündən gec olmayaraq iddiaçıya aylıq 9.000 manat icarə haqqı ödəməli idi. Cavabdeh fevral ayı üçün 9.000 manat ödəniş etmiş, lakin ilin digər ayları üçün ödəniş etməmişdir. İddiaçı tərəfindən cavabdehə edilən müraciətə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Sonradan ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verildiyi günə qədər icarə haqqı olaraq ödənilməmiş hər ay 9.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək, icarə müqaviləsinin 3.1. və 4.1-ci bəndlərinin etibarsız hesab olunması, cari ilin icarə haqlarının pandemiya dövrünə düşməsi səbəbindən hesablanmaması, ödədiyi 33.500 ABŞ dolları məbləği manata olan məzənnə ilə və təmir xərci kimi ödədiyi 70.000 manatın İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ərizəsini belə əsaslandırmışdır ki,ilkin iddia tələbləri tamamilə əsassızdır. Belə ki, İddiaçı türk vətəndaşı ilə birlikdə onu aldadaraq qeyd olunan obyektlə bağlı müqavilə bağlanılmasına nail olublar. Sonradan külli miqdarda pulunu ələ keçirib zamanla yeni şərtlərlə icarə müqaviləsi bağlayıblar. Hər dəfə müqavilə bağlanarkən icarə haqqını şifahi olaraq danışdığından yüksək göstərmişdir. Belə ki, cavabdehlə Türkiyə vətəndaşı olan X7 və Faruk Özmən adlı şəxslərin vasitəsi ilə tanış olub. Qeyd olunan şəxslər cavadehə məxsus olan ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzili icarəyə götürərək faktiki olaraq “Ziyafet Kebap” adı altında restoran kafe kimi istifadə edirdilər. O da həmin ərazidə qeyri yaşayış sahəsi icarəyə götürüb işləmək istəyirdi. Doğan Bayram və Faruk Özmən İddiaçıla birlikdə onu yalan vədələlərlə aldadaraq özlərinin işlətdiyi qeyd olunan işə cəlb etdilər və ondan hazır biznesin satışı adı ilə 100 min ABŞ dolları ödəməyini istədilər. O, ümumi danışıqlardan sonra onlara inanıb 30 min ABŞ dolları və bundan əlavə olaraq 3500 ABŞ dolları vergi borclarını ödənmək üçün pul verdi. Bundan əlavə olaraq, obyektin yenidən təmirinə 70 min manatdan yuxan xərc qoyulmuşdur. Ödəniş olunan gündən sonra o bu adamları tapa bilmədi. Sonradan ona məlum oldu ki, ümumiyyətlə, “Ziyafet Kebap” adı əmtəə nişanı olaraq Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmamışdır. Bütün bunları o sonradan öyrəndi və artıq cavabdehlə də icarə müqaviləsi imzalamışdı. Türklər qaçıb gedəndən sonra o Akşinlə danışdı. Akşin ona bildirdi ki, obyektin sahibi odur, onlar iddiaçıya lazım deyil. Beləliklə o razılıqla əlavə olaraq əlavə olaraq 70 min manatdan artıq obyektə vəsait qoydu. Müqavilə müddəti başa çatdıqdan sonra onlar həmin müqaviləni yeniləyəcəkdilər. Cavabdeh sonradan icarə haqqının məbləğini 5250 manata qaldırmışdı. O, həmin məbləği gecikdirmədən vaxtında ödəyirdi. Nəhayət sonuncu dəfə cavabdehlə xx xxxxxx 2020-ci il tarixdə icarə müqaviləsi bağladılar. Müqavilə bağlamamışdan əvvəl razılığa gəlmişdirlər ki, artıq 1 illik deyil ən azı 3 illik müqavilə bağlayacağıq. İcarə müqaviləsi imzalandı işimiz də davam edirdi. O, gördü ki, həmin müqavilənin 3.1-ci bəndində icarə haqqı 9000 (doqquz min) manat, icarə müddəti isə 4.1 -ci bəndində 1 il olaraq göstərilib. İcarə müqaviləsinin 3.4-cü bəndində qeyd olunan şərtlə ödəmə mənbəyindən tutulmalı olan 14 % gəlir vergisinin də ödənilməsi məsuliyyətini də mənim üzərimə qoyub. O, bununla bağlı cavabdehlə danışdı və bunu yoluna qoyacağını bildirərək razılaşmamıza uyğun müvafiq dəyişiklik edilməsini uzatdı. Növbəti ay yəni mart ayı gələn kimi cavabdeh ondan icarə haqqı tələb etməyə başladı və o da danışıqlarını bir daha cavabdehə xatırladaraq ödədiyi 9000 min manatı iki aym icarə haqqına hesablanmalı olduğunu bildirdi. Lakin cavabdeh (onun nümayəndəsi) onunla razılaşmayaraq onamüxtəlif hədə qorxular gəlməyə başladı. Son olaraq ona xəbərdarlıq bildiriş göndərərək obyekti boşaltmağımı əks halda AR CM-nin 179-cu maddəsi ilə məsuliyyət daşıdığımı bildirir. Bildiriş məktubunda hədə qorxu açıq aşkar görünür. Beləliklə cavabdehin və onunla əlbir olan X7 və Faruk Özmən adlı şəxslərin qeyri qanuni hərəkətləri, mənim inamımdan etibarımdan sui istifadə edərək məni aldadıb mənim üçün kifayət qədər əlverişsiz icarə müqavilələri bağlamalan nəticəsində külli miqdarda zərər çəkmişdir. Həmin şəxslər onun külli miqdarda pulunu alıb mənimsəyiblər. Hazırda cavabdeh hüquqdan sui istifadə edərək onu aldatmaqla bağladığı xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsi ilə onu daha da çətin vəziyyətə qoyur. Onu da qeyd edir ki, obyekt faktiki olaraq 23.5 kv.m sahədən ibarət yaşayış sahəsidir. O dəfələrlə bildirmişdir ki, bunun təyinatı dəyişdirilməlidir. Qeyri yaşayış sahəsinə keçirilməlidir. Hər dəfə müxtəlif bəhanələrlə bu məsələ də uzadılıb həllini tapmamışdır. Onun obyektə qoyduğu vəsaitin və göstərdiyi xidmətin və reklamın sayəsində obyekt tanınmış vəziyyətə gətirilmişdir. Akşin də bu vəziyyəti görüb hər dəfə onun üçün əlverişsiz müqavilələr bağlamaqla icarə haqqını da artırmışdır. Sonuncu müqavilə imzalanan zaman da o özü bilərəkdən müqaviləni imzalamaq üçün bacısının əri X3 vasitəsi ilə imzalatmışdır.Qeyd olunan faktlarla bağlı etirazını, pretenziyasını rəsmi olaraq İddiaçı xx xxxx 2020-ci il tarixdə göndərmişdir. İddiaçı həmin pretenziyanı oxuyub tanış olduqdan sonra qəbul etməkdən imtina etmişdir. Bununla bağlı “xxxxxxxxxxxxxx” MMC tərəfindən müvafiq akt tərtib olunmuşdur. Onun rəsmi pretenziyasından sonra Akşin onunla danışıqlara başladı və o da ona fikirini bildirdi. Sonradan Akşin ona qarşı bu iddia tələbləri ilə bağlı məhkəməyə müraciət edib.AR Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.İşin hallarından göründüyü kimi cavabdeh digər şəxslərlə birlikdə onu aldadaraq icarə müqaviləsinin bağlanılmasına nail olmuş, külli miqdarda pul ondan aldıqdan və kifayət qədər böyük vəsait obyektə mənim tərəfindən qoyulduqdan sonra, onun üçün daha əlverişsiz müqavilə bağlamışdır. Faktiki olaraq cavabdehin hərəkəti hüquqdan sui istifadədir. Beləki cavabdeh əvvəlcən düşünülmüş şəkildə qısa müddətli icarə müqaviləsini bağlamış və hər dəfə icarə haqqını artırmışdır. Sonuncu dəfə isə danışdığımız şərtlərin tam əksinə müqavilə yazdırmışdır.AR Mülki Məcəlləsinin 340.2ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.İcarə müqaviləsi tamamilə yalan əqd olmasa da müqavilənin icarə haqqı və icarə müddəti göstərilən bəndləri həqiqəti, aramızda olan razılaşmanı əks etdirmir.Bu səbəbdən hesab edir ki, cvabdehlə onun arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin 3.1 -ci bəndi etibarsız hesab olunmalı və həmin bənddə göstərilən icarə haqqı dəyişdirilərək 9000 (doqquz min) manat deyil 5250 (beş min iki yüz əlli) manat, 4.1 -ci bəndində göstərilən icarə müddətində dəyişiklik edilərək icarə müddəti 1 il deyil 3 (üç) il olaraq göstərilməlidir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın məlumatına əsasən Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. X4 tərəfindən koronavirus infeksiyasmın qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində X1 tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah xx xxxx 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salmır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallannm fəaliyyəti dayandırılır; ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və xx xxxx 2020- ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir; restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barlann fəaliyyəti dayandırılır; Bununla belə Nazirlər Kabinetinin Yanında Operativ Qərargah məlumatında hazırdakoronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyinin vacibliyini bildirərək, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.Bütün bunlara baxmayaraq, cavabdeh ondan aylıq olaraq 9000 manat icarə haqqı ödəməyimi tələb edir. Halbuki qeyd olunan vəziyyətlə bağlı ümumiyyətlə restoranlarda vəziyyət çox pisdir. Qeyd olunan müddətdə restoranların fəaliyyəti dayandırılıb. Dövlət özü icarə haqlarının hesablanmamasmı tövsiyyə edib. Dünyanın yaşadığı bu problemlərə baxmayaraq cavabdeh hüquqdan sui istifadə edərək ona təzyiqlər göstərməyə davam edir. Bir daha qeyd edir ki, 23.5 kv.m dən ibarət olan yaşayış sahəsinin real icarə haqqı dəyəri 9 min manat hesablanması ağılasığmazdır və həqiqəti əks etdirmir. İddiaçı faktiki olaraq onun xərclərini və ondan alınan pulları ona ödəmədən onu həmin obyektdən çıxarmaq istəyir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı tələbin həcminin artırılması ilə bağlı ərizə verərək, icarə müqaviləsinin 3.1. və 4.1-ci bəndlərinin etibarsız hesab olunması, cari ilin icarə haqlarının pandemiya dövrünə düşməsi səbəbindən hesablanmaması, ödədiyi 33.500 ABŞ dolları məbləği manata olan məzənnə ilə və təmir xərci kimi ödədiyi 70.000 manatın, icarə haqqı adı ilə əmlakın real dəyərindən İddiaçı ondan aldığı 45.900 manat pulun və quraşdırılmış avadanlıqlar üçün ödənilmiş 93.070 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinə etiraz edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbinə etiraz edib, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbinə etiraz edib, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ÖM seriyalı, 117906 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, müqavilə 1 il müddətinə bağlanır və icarə haqqı aylıq 9.000 manat müəyyən edilir (müqavilənin 4.1 və 3.1-ci bəndləri). xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən fevral ayı üçün 9.000 manat icarə haqqını İddiaçı ödəmişdir. Məhkəmə ilkin iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqavilə bağlanmış və Bakı şəhəri, Qoqol küçəsi ev 1/5, 1 saylı mənzil Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. İcarəçi müqaviləyə uyğun olaraq əmlakın ilkin ayı üçün icarə haqqını ödəməsinə baxmayaraq digər ayları üçün icarə haqqını ödəməmişdir. Bununla da icarəçi müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən hazırki işdə ilkin iddia üzrə iddiaçı icarə müqaviləsinin ləğvini və ödənilməmiş icarə haqlarının cavabdehdən tutulmasını xahiş etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. AR Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında müqavilə bağlanarkən notarius tərəfindən hər iki tərəfə hüquq və vəzifələri izah edilməklə müqavilə bağlanmışdır. Tərəflər müqavilənin şərtləri barəsində razılaşmaqla müqaviləni imzalamış və müqavilə üzrə öz üzərlərinə düşəcək vəzifələri vaxtında və lazıminca icra edəcəklərini öhdəliklərinə götürmüşlər. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aldadıldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh təmir üçün 70.000 manat xərclədiyi ərizəsində qeyd etsə də, bu halı da sübut edə bilməmişdir. Eyni zamanda qarşılqılı iddia üzrə iddiaçı sözügedən qeyriyaşayış sahəsindən yararlanmaq üçün həmin qeyri-yaşayış sahəsinə alıb yerləşdirdiyi əşyaların haqqını tələb etməkdə haqsızdır. Belə ki, qarşılqılı iddia üzrə iddiaçı arzuladığı halda qeyri-yaşayış sahəsini boşaldıb orada yerləşdirdiyini iddia etdiyi əşyaları özü ilə götürüb aparmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər istinad etdikləri halları sübut etmək yükü daşıyırlar və məhkəmə iclasda tərəflərin təqdim etdikləri sübutlara qiymət verərək yekun nəticəyə gəlir. Beləliklə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz ərizəsində göstərdiklərini sübut edə bilmədiyindən və qanunvericiliyin qeyd olunan müvafiq maddələrinə uyğun olaraq, qarşılıqlı iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki işdə ilkin iddia təmin olunduğundan, qarşılıqlı iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən tutulub iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin olunmadığından qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilsin. Bakı şəhəri, Qoqol (Mərdanov qardaşları) küçəsi ev 1/5, 1 saylı mənzil boşaldılaraq İddiaçı oluna təhvil verilsin. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qoqol (Mərdanov qardaşları) küçəsi ev 1/5, 1 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verildiyi günə qədər hər ay 9.000 manat hesablanmaqla icarə haqqı olaraq ödənilməmiş pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddianın qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən tutulub ilkin iddia üzrə iddiaçıya verilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1367/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1367/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver