Məhkəmə qərarları › İş №2(009)-1376/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1376/2024

29.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1376/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi M.N.Cəfərovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) Nəqliyyat İdarəsinə qarşı əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) Nəqliyyat İdarəsinə qarşı əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, SOCAR Nəqliyyat İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı avtomobil dəstəsinin 4-cü dərəcəli sürücüsü vəzifəsində işləmişdir və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə tərəfindən Birliyin rəhbərliyinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət olunmuş və xx.xx.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, eləcə də ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi xahiş olunmuşdur. Belə ki, SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023-cü illər üçün X3” 5.16-cı bəndində işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı arasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirir ki, SOCAR “Nəqliyyat” İdarəsi və SOCAR “Nəqliyyat” İdarəsinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün X2”-də işçi pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçiləri sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı SOCAR “Nəqliyyat” İdarəsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmri rəsmiləşdirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və AR Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onunla son haqq-hesab aparılmış, ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Sözügedən məsələ ilə bağlı SOCAR “Nəqliyyat” İdarəsinə tərəfindən şifahi müraciət olunduqda oradan ona müraciətə cavab olaraq bildirilmişdir ki, onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyini (aprel 2008-ci il tarixdən) əsas tutaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmənin diqqətinə xüsusilə çatdırmaq istəyir ki, pensiyaya çıxandan sonra çox ağır bir xəstəlik dövrü keçirir. Ötən müddət ərzində işəgötürən tərəfdən maddi yardımın ödənilməməsini qanunauyğun hesab etmişdir. Lakin bu yaxınlarda SOCAR-da işləyən tanışlarından biri güzəştli şərtlərlə əmək pensiyası almasına baxmayaraq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ona ödənildiyini bildirmişdir. Hesab edir ki, hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hesab edir ona aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməməsi üçün əsas deyildir. SOCAR “Nəqliyyat” İdarəsi tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab etməməsini qanunsuz və əsassız hesab edir. Hesab edir ki, bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər zərərli sahədə işlədiyi üçün dövlət tərəfindən onun üçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı 65 yaşında pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta əmək haqqının 5 misli məbləğində 4025 manat birdəfəlik müavinətin SOCAR “Nəqliyyat” İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin etirazında iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələblərinin təmin edilməməsi barədə qeyd etdikləri əsassızdır, onun tələbi üzrə yaranmış mübahisə əmək müqaviləsi üzrə tənzimlənmir, kollektiv müqavilə ilə tənzimlənir, o, kollektiv müqavilə ilə yalnız son zamanlar tanış olmuşdur və tanış olarkən də məhkəməyə müraciət etmişdir. Digər tərəfdən onun səhhətində ciddi problemlər yarandığı üçün dəfələrlə cərrahiyyə əməliyyatı keçirmişdir. 2019-cu ildə ərizə yazıb işdən çıxmış, sonra xəstələnmiş, əməliyyat olunmuş, müalicələr almışdır. Hesab edir ki, cavabdeh ona ödəməli olduğu pulu qanunsuz olaraq ödəməməklə kollektiv müqavilə tələblərini pozmuşdur. Qaldırdığı iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək və iddiaya yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, İdarə ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı avtomobil sürücüsü peşəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı işəgötürənə müraciət edərək öz xahişi ilə xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində göstərilir ki, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məlum olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Digər tərəfdən İddiaçı xx.xx.2019cu il tarixdə ona aid əmək kitabçasını kadrlar şöbəsindən götürmüşdür. Əmək kitabçasını götürdüyü andan etibarən İddiaçı öz hüquqlarının pozulması barədə məlumat almış və həmin andan başlayaraq onun məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin İddiaçı fərdi əmək mübahisələrinin həllində qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxaraq öz hüquqlarının pozulması bildiyi vaxtdan təxminən 5 il keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə ARDNŞ Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü keçirilmiş, xx.xx.2015-ci il tarixdə 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli avtomobil sürücüsü keçirilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə saylı ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında əmr-qərarın 4-cü bəndinə əsasən həmin əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi məsələlər üzrə vitseprezidenti S.Qasımov tərəfindən Nəqliyyat İdarəsinin rəisi E.Zülfüqarova ünvanlanmış məktubun surətindən görünür ki, onun xx.xx.2017-ci il tarixli SOCAR**********30490075X00013 nömrəli “birdəfəlik işdənçıxma müavinəti haqqında” məktuba baxılmışdır. AR Əmək Pensiyaları haqqında Qanununun əlilliyə görə əmək pensiyaları fəsli ilə müəyyən edilmiş qaydada əlilliyə görə əvvəllər pensiyaya çıxmış və hal-hazırda yaşa görə pensiya hüququ qazanmış işçilərin öz təşəbbüsləri ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, SOCAR-ın və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının (Əmr-Qərar) 4-cü bəndinin onlara şamil olub-olunmamasına münasibət bildirilməsi xahiş edilmişdir. Bununla əlaqədar bildirilir ki, Əmr-Qərarın 4-cü bəndinə əsasən işdənçıxarma müavinəti həmin Əmr-Qərarın verildiyi, eləcə də xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdığı tarixdən bir ay müddətində öz təşəbbüsü ilə işdən çıxan və yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə müvafiq razılaşma imzalayan şəxslərə verilə bilər. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində əmək pensiyalarının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən olunmuşdur. Qeyd olunan Əmr-Qərarda da işçinin yaşa görə əmək pensiya almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilər də qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququnda istifadə edə bilərlər. İş üzrə İddiaçı tərəfindən Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsinin surətinə əsasən onu xx.xx.2019-cu il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2019-cu il tarixli 283-k saylı əmrinə əsasən 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 1 saylı avtomobil dəstəsinin avtomobil sürücüsü İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1155 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin təşəbbüsü ilə xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. Əmrin verilməsi üçün əsası kimi şəxsin ərizəsi göstərilmişdir. İş üzrə xxxxxxx0001X0 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 283-k nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (işçi yaşa, əlilliyə, görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) əsasən xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində işləmiş, təqaüd yaşına çatmasına baxmayaraq iş fəaliyyətinə davam etmiş, xx.xx.2019-cu il tarixli ərizə ilə işəgötürənə müraciət edərək onun öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçinin təşəbbüsü ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, SOCAR “Nəqliyyat” İdarəsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli əmri rəsmiləşdirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onunla son haqq-hesab aparılmış, lakin əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Sözügedən məsələ ilə bağlı SOCAR “Nəqliyyat” İdarəsinə tərəfindən şifahi müraciət olunduqda ona bildirilmişdir ki, onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyini (aprel 2008-ci il tarixdən) əsas tutaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir. O, pensiyaya çıxandan sonra çox ağır bir xəstəlik dövrü keçirir. Ötən müddət ərzində işəgötürən tərəfdən maddi yardımın ödənilməməsini qanunauyğun hesab etmişdir. Lakin bu yaxınlarda SOCAR-da işləyən tanışlarından biri güzəştli şərtlərlə əmək pensiyası almasına baxmayaraq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ona ödənildiyini bildirmişdir. Hesab edir ki, hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ona aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməməsi üçün əsas deyildir. SOCAR “Nəqliyyat” İdarəsi tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab etməməsini qanunsuz və əsassız hesab edir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər zərərli sahədə işlədiyi üçün dövlət tərəfindən onun üçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. Bu səbəbdən iddiaçı 65 yaşında pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta əmək haqqının 5 misli məbləğində 4025 manat birdəfəlik müavinətin SOCAR “Nəqliyyat” İdarəsindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə saylı ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında əmr-qərarın tələblərinə əsasən xx.xx.2009-cu il tarixdən etibarən işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı əmək pensiya yaşına çatsa da, cavabdehlə əmək münasibətlərini davam etdirmiş, 10 ay işlədikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət etdikdən sonra onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmişdir. Yəni yuxarıda qeyd edilən əmr-qərarda nəzərdə tutulan şərtə iddiaçı tərəfindən riayət edilməmişdir. Belə ki, iddiaçı yalnız əmək pensiya yaşına çatdığı müddətdə pensiya yaşına çatdığı üçün işdən azad olunmaqla bağlı iradə ifadəsini bildirdiyi təqdirdə ona əmək haqqının 5 misli miqdarında kompensasiya ödənilə bilərdi. Lakin işçi həmin vaxtı işdən pensiya yaşına çatdığına görə çıxma ilə əlaqədar işəgötürənə müraciət etməmiş və əmək münasibətini davam etdirmə qərarına gəlmiş, işəgötürən tərəfindən işlədiyi müddətdə müvafiq əmək haqqı verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən azad olunduqdan sonra cavabdeh tərəfindən ona əmək haqqının 5 misli miqdarında kompensasiyanın verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hazırki tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, iddiaçı işdən çıxdığı vaxtdan (xx.xx.2019-cu il) sonra pozulmuş hesab etdiyi əmək hüquqlarının müdafiəsi üçün bir il ərzində məhkəməyə müraciət etmədiyindən, bununla da onun tərəfindən iddia müddəti ötürüldüyündən və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar də əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddiaçının kollektiv müqavilədən məlumatsız olması, uzun müddət xəstə olub cərrahi əməliyyatlar keçirilməsi, bu səbəbdən vaxtında məhkəməyə müraciət edə bilməməsinə dair dəlillərinə qiymət verərək, uzun müddət cavabdeh təşkilatda iddiaçının işləməsi, xəstəliyinin 5 il müddətində məhkəməyə müraciət etməyə imkan verə bilməməsini təsdiq edən sübutların təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, həmin dəlillər əsaslı deyil. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, qaldırdığı iddia əsassız olduğundan, onun əmək haqqının 5 misli məbləğində 4025 manat birdəfəlik müavinətin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələbini və etirazlarını əsaslandıran halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) Nəqliyyat İdarəsinə qarşı 65 yaşında pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta əmək haqqının 5 misli məbləğində 4025 (dörd min iyirmi beş) manat birdəfəlik müavinətin SOCAR “Nəqliyyat” İdarəsindən tutularaq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar