Məhkəmə qərarları › İş №2(009)-1380/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1380/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1380/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma» tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərindətarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X2 və xx.xx.2020-ci il təvəllüdlü Əlizadə Adəm Ömər oğlunun ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki,ünvan 1 mənzil 8 ünvanında yerləşən mənziliddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər onun rəsmi nikahdan olan oğlu və oğlunun arvadı və uşağıdır. Cavabdeh onu incidir və bir sıra problemlər yaradır. Odur ki, cavabdehlərin sözügedən mənzildə yaşaması iddiaçının mənafelərinə uyğun gəlmir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh, X2 və xx.xx.2020-ci il təvəllüdlü Əlizadə Adəm Ömər oğlunun ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı məhkəmədə iddianı müdafiə edib, iddia tələbinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı 003015 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.1996-cı il tarixdə X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qediyyat aparılmışdır. ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh 1993-cü il təvəllüdlü Cavabdeh ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya ühədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, sözügedən mənzil 1996-cı il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh bu mənzilə pasport qeydiyyatına alınmışdır.Cavabdehin həmin mənzilə istifadə hüquqları yarandığından onun həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi yalnız iddiaçı tərəfindən ona ödənilən kompensasiya yolu ilə mümkündür. Hazırki halda isə iddiaçı tərəfindən cavabdehə hər hansı kompensasiya ödənilməsi müzakirə mövzusu olmadığından cavabdehin sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilə bilməz. Bundan başqa digər cavabdehlərə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı digər iki cavabdehin sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, həmin şəxslərin sözügedən mənzilə istifadə hüquqlarının olmasını təsdiq edə biləcək heç bir sübut təqdim edə billməmişdir. İddia tələbinin cavabdehin mənzildən çıxarılma hissəsi tələbin mənzilə olan istifadə hüquqlarına xitam verilmə hissəsi ilə bilavasitə bağlı olduğundan və iddia tələbinin həmin hissəsi təmin olunmadığından məhkəmə iddia tələbini bu hissədə araşdırmır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbi təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma» barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar