Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1386/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 avqust 2022-ci il tarixdə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilə öhdəliklərinə tam əməl edərək cavabdehin mülkiyyətində olan “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin dəyəri olan 31,800 ABŞ dolları ekvivalentində 54,060 manat məbləğində pulun əvəzinə cavabdehin əri X5 və cavabdehin özünə faktiki olaraq 54,340 manat məbləğində pulu vaxtında ödədiyinə, X4 hüquqi varisi Cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğuna və lazımınca icra edilmədiyinə görə cavabdehin xüsusi mülkiyyətində olan “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə keçirilməsi üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, O, 02 fevral 2018-ci il tarixdə Cavabdeh mülkiyyətində olan, cavabdehin əri, mərhum X4 baş etibarnamə ilə idarə etdiyi 2007-ci il buraxılışlı, ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili 31800 ABŞ dolları ekvivalentində 54000 (əlli dörd min) manata, 4 il müddətinə, hər ay aym 14-ü günü 600 ABŞ dolları ekvivalentində 1020 manat pulu X5 ödəməyi razılaşıb həmin avtomobili etibarnamə ilə almışdır. Bu barədə həmin tarixdə satıcı, mərhum X6 ilə razılaşma müqavləsi də tərtib edib hər ikisi imzalamışdır Bundan sonra 13 iyun 2018-ci il tarixdə Cavabdeh əri, mərhum X4 təklifi ilə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili 11500 (on bir min beş yüz) manata razılaşaraq ondan kreditlə aldığı ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtommobilin ilkin ödənişi kimi baş etibarnamə ilə X5 vermişdir. Daha sonra Cavabdeh əri, mərhum X6 ilə 13 iyun 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda həmin ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili sonradan asan sənədləşdirmək məqsədi ilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit-borc müqavləsi imzaladılar. Həmin kredit müqaviləsinə əsasən o öhdəsinə götürmüşdür ki, hər ay 600 ABŞ dolları məbləğində pulu X5 ödəyəckdir və o həmin öhdəliyə tam əməl etmişdir. Belə ki, o Cavabdeh əri, mərhum X3 kreditlə aldığı ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri kimi o, 12 ay 1020 manatdan 12.240 manat, 36 ay 850 manatdan 30.600 manat nağd şəkildə X5 pul ödəmişdir, 11.500 manat pulun əvəzinə isə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili cavabdehin əri X5 ilkin ödəniş əvəzinə vermişdir. Beləliklə də o cavabdehin əri X6 ilə aralarında bağlanmış razılaşma müqaviləsinə və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə tam əməl edərək X5 faktiki olaraq 54.060 manat əvəzinə 54.340 manat məbləğində, yəni müqavilədə göstəriləndən 280 manat artıq pul ödəmişdir. Onu da qeyd edir ki, o Cavabdeh əri, mərhum X5 müqavilə şərtlərinə uyğun olaraq 1 il 6 ay ərzində aylıq ödəniş pulunu şəxsən onun özünə vermişdir. Ondan sonra X1 getdi, o hər ay vaxtında aylıq ödəniş pulunu X4 özünün tapşırığına əsasən onun dostu, Bakı şəhərində yaşayan Çingiz adlı şəxsə ödəmişdir. Çingiz adlı şəxs təxminən 2021-ci ilin sentyabr ayında vəfat etdi.Bu zaman X6 ona zəng edərək aylıq ödəniş pulunu dostu Zeynala verməyini tapşırdı.O, bundan sonra 5 ay aylıq ödəniş pulu olan 850 manat pulu hər ay Zeynal adlı şəxsə ödədi. O, axırıncı dəfə 2022-ci ilin fevral ayında olan axırıncı ödənişi olan 850 manat pulu Cavabdeh özünə dayısı X2 və cavabdehin kürəkəni özünü polis əməkdaşı kiumi təqdim edən Ceyhun adlı şəxsin iştirakları ilə verdi və savabdehə də bildirdi ki, avtomobilin dəyərini müqavilədə göstərilən qaydada və müddətdə tam olaraq ödəmişdir, buna görə də avtomobili onun mülkiyyətinə rəsmiləşdirməklə siz də müqavilə öhdəliyinə əməl etməlisiniz. Onunla Cavabdeh əri X4 arasında bağlanmış 2018-ci il tarixli razılaşma müqaviləsinin “satıcının hüquq və vəzifələri”nin 1-ci bəndinə əsasən satıcı ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili və müqavilə şərtləri ilə müqavilə müddəti bitdikdən sonra alıcıya satmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh hüquqi varisi olduğu əri X4 5 ay bundan əvvəl vəfat etdiyini ondan gizlətmiş, ərinin ölümündən sui-istifadə edərək, əsassız varlanmaq məqsədi ilə onun ilkin ödəniş kimi özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobilini 11.500 manat pul əvəzinə razılaşıb cavabdehin əri X5 xx.xx.2018-ci il tarixdə rəsmi olaraq baş etibarnamə ilə verdiyini nəzərə almaqdan imtina edir, ondan əsassız varlanmaq məqsədi ilə qanunsuz və əsassız olaraq əlavə 9500 ABŞ dolları məbləğində pul tələb edir, o müqavilənin şərtlərinə əsasən ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyərini vaxtında və tam ödəsə də Cavabdeh həmin avtomobilin ona satılmasını və onun mülkiyyətinə rəsmiləşdirilməsini təmin etməməklə müqavilə öhdəliklərini pozmuş və lazımi qaydada icra etməmişdir. Halbuki o Cavabdeh əri, mərhum X6 ilə 02 fevral 2018-ci il tarixdə aralarında bağlanmış müqavilənin və 13 iyun 2018-ci il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunda ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** nömrə nişanlı avtomobili sənədləşdirmək məqsədi ilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit müqavləsinin şərtlərinə vaxtında və tam əməl edərək müqavilə şərtlərində göstərilmiş 54.060 manat əvəzinə cavabdehin əri X5 faktiki olaraq 54.340 manat məbləğində, yəni müqavilədə nəzərdə tutulan məbləğdən 280 manat artıq pul ödəmiş və aylıq ödənişlə əlaqədar onların aralırnda bir dəfə də olsun narazılıq və gecikmə halı olmamışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçıya yalnız istifadə edilmək üçün verilmişdir. Belə ki, iddiaçı turistləri bölgələrə aparmaq məqsədi ilə avtomobil alınması üçün cavabdehə müraciət etmiş və tərəflər öz aralarında razılıq əldə etmişdirlər. Razılığa əsasən iddiaçı cavabdehə məxsus avtomobildən qeyd olunan məqsəd üçün istifadə etməli və əvəzində cavabdehə icarə haqqı ödəməli idi. Hazırda avtomobil iddiaçıdadır və cavabdehin müraciəti əsasında Abşeron rayon Polis Şöbəsində araşdırma aparılır. İddiaçı tərəfindən cavabdehə hazırki tarixə kimi heç bir ödəniş edilməmişdir. Eyni zamanda iddiaçının ərizəsində ilkin ödəniş kimi qeyd etdiyi “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil cavabdehdə deyildir və harda olması ilə bağlı da hər hansı bir məlumatı yoxdur. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında verilmiş izahatı nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: X6 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqavilədə qeyd olunmuşdur ki, tərəflər “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin dəyərini 32,000 ABŞ dolları məbləğində qiymətləndirir və bu qiymətlə də tam ödəniş edildikdən sonra alqı-satqı etməyə razılaşırlar. Həmin avtomobilin dəyəri alıcı tərəfindən hər ay 600 ABŞ dolları olmaqla ödənilir və satıcı həmin məbləği ondan alır. AD № 149914 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil 20 fevral 2018-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. ƏN-İV № 765882 nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini İddiaçı vermişdir. Hazırkı mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir və avtomobil mülkiyyətçi tərəfindən İddiaçı istifadə etmək üçün verilmişdir. İş materiallarında olan X6 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqaviləyə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilə dəqiq müəyyən edilmiş tarix göstərilməməklə bağlanılmış və müqavilənin şərtlərinə əsasən İddiaçı aylıq 600 ABŞ dolları ödəməklə “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili əldə etmək barədə R.İmanov ilə razılaşmışdır. Sözügedən müqavilə notarial qaydada bağlanmamış və müqavilənin bağlanma tarixi tam qeyd edilməmişdir. Lakin buna baxmayaraq sözügedən müqavilənin etibarsızlığı mübahisələndirilmədiyindən və hazırda etibarsız hesab edilmədiyindən məhkəmə müqavilənin şərtlərinə istinad edərək hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi əsaslar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, onunla R.İmanov “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin alqı-satqısı barədə razılığa gələrkən iddiaçıya məxsus “Mercedes Benz E 220 CDİ” markalı ** VK *** dövlət nömrə nişanlı avtomobili R.İmanovla 11,500 manat qiymətə razılaşaraq avtomobili ilkin ödəniş kimi X5 vermişdir. Lakin tərəflər arasında bağlanmış 2018-ci il tarixli müqavilənin şərtlərində iddiaçının qeyd etdiyi bu məqam öz əksini tapmamışdır. Bundan başqa eyni zamanda məhkəmə qeyd edir ki, “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında X5 deyil, Cavabdeh məxsusdur. Belə olan halda X4 ona məxsus olmayan əmlakın alqı-satqısı barəsində bir başqa şəxslə hər hansı bir razılıq əldə edə bilməsi mümkün deyildir. Belə ki, iş materiallarında X4 belə bir hüquqa malik olmasını təsdiq edə biləcək hər hansı bir sübuta rast gəlinmir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində qarşı tərəf ilə razılaşdırılmış məbləği tam ödədiyini göstərsə də, bu məqamı da təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında İddiaçı ilə Cavabdeh arasında “X10 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin alqı-satqısı barədə münasibətləri əks etdirən hər hansı bir razılaşmaya rast gəlinmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə yerinə yetirilməyən hər hansı bir öhdəlik mövcud deyildir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mülki işdə isə iddiaçı iddia ərizəsində göstərdiyi əsasları təsdiqləyən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin” Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarına əsasən, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacib göstərilmişdir”. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1386/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1386/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver