Məhkəmə qərarları › İş №2(009)-1393/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1393/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1393/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili N.H.İbrahimovun iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili 09.03.2021-ci il tarixdə mənzlin əvvəlki mülkiyyətçisi Cavabdeh4 alqısatqı müqaviləsi ilə almışdır və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş ********** nömrəli çıxarışa əsasən sözügedən mənzil 18.03.2021-ci ildən tam payda onun mülkiyyətindədir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləridir. O, mənzilin alqı-satqısı prosesində iştirak edib və qanunla müəyyən edilmiş qaydada mənzilin satılmasına etiraz etməməsi barədə razılıq ərizəsi vermişdir. Lakin indiyədək keçən müddət ərzində cavabdeh öz öhdəliklərini yerinə yetirməyib, hələ də həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə Cavabdeh4 yetkinlik yaşına çatmayan 17.12.2006-cı il təvəllüdlü X6 və 03.10.2003-cü il təvəllüdlü X7 da həmin mənzildə qeydiyyatdadır. Həmçinin Cavabdeh2 yetkinlik yaşına çatmayan 21.09.2015-ci il təvəllüdlü X8 da həmin mənzildə qeydiyyatdadır. Hazırda cavabdehin harada yaşadığını bilmədiyi üçün mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4, həmçinin Cavabdeh4 yetkinlik yaşına çatmayan 17.12.2006-cı il təvəllüdlü X6 və 03.10.2003-cü il təvəllüdlü X7 və Cavabdeh2 yetkinlik yaşına çatmayan 21.09.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4 yaşayış yerləri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 09.03.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzilini Cavabdeh4 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.03.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, X8, İddiaçı2, X7, Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olub və mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehlərin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4, X1, X2, X5 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 16 saylı evin 35 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar