Məhkəmə qərarları › İş №2(009)-1398/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1398/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1398/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, tərcüməçi X2, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) Cavabdeh qarşı pul tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2664 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2664 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7.50 %) əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2- 1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 6075 manat məbləğində kompensasiyanın, cəmi 18225 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1871/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı qismən - iddianın "Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində pulun çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın - 6075 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarına əsasən üçünçü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1871/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qərarı qismən - Bakı şəhəri, Səbail rayonu, F.Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə avropa şikayəti təmin edilərək, Cavabdeh 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı onun tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı, Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16. 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 8880 avro məbləğində pul vəsaitinin 30 % (otuz faiz) - 2664 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2664 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı onun tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbəmaməyə imza edilərək alınmışdır. Bununla yanaşı, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 2664 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi elektron səhifəsində bank faizinin uçot dərəcəsi aşağıdakı qaydada müəyyən edilmişdir: 2021-ci il üçün: xx.xx.2021– 7,25%, xx.xx.2021– 7,0%, xx.xx.2021–6,5%; 2022-ci il üçün: xx.xx.2022–7,75%, xx.xx.2022–7,5%. Göstərilənlərə əsasən 2664 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2664 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7.50 %) əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, iddianın məzmununa uyğun izahat verərək, eləcə də birdirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli ”Hüquqi xidmət haqqında müqavilə”nin 4.2-ci maddəsində deyilir ki, müqavilədə göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu Müqavilə ləğv edilə bilər. Müqavilədən də göründüyü kimi, bu Müqavilənin müddəti Ali Məhkəmənin qərarı çıxmaqla yekunlaşmır. Yəni Müqavilədə göstərilən xidmətlər tam başa çatmayıb, xidmət davam edib. Bu müqavilə kompensasiya və xidmət haqqı ödənildikdən sonra ləğv edilə bilər. Bu Müqavilə bu günki günə kimi qüvvədədir, müqavilənin müddəti bitməyib, məhkəmə qaydasında etibarsızlığı və ləğvi qoyulmayıb, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. Bu Müqaviləyə əsasən son məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsidir. Ona görə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə razı deyildir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli ”Hüquqi xidmət haqqında müqavilə” yalnız Azərbaycanda olan məhkəmələrdə aparılan işlə əlaqədar bağlanmışdı. Həmin məhkəmələri iddiaçı uduzdu. Həmin məhkəmlərlə bağlı o hər hansı sənəd almamışdır. İddiaçı o vaxtı ona müraciət edərək, onun Avropa Məhkəməsinə şikayət vermək istəyinin oub-olmadığını soruşmuş və o da bildirmişdir ki, o daha heç yerə şikayət etmək istəmir, belə ki, iddiaçı bütün məhkəmələri uduzur. Bundan sonra o, məhkəmə qərarlarından Avropa Məhkəməsinə şikayət verməmiş və belə şikayət verilməsinə dair iddiaçıya hər hansı tapşırıq da verməmişdir. Şikayətin Avropa Məhkəməsinə necə getməsini də bilmir. 2021-ci ilin noyabr ayında iddiaçı ona zəng edərək bildirmişdir ki, Avropa Məhkəməsinin qərarı əsasında ona 6000 manat kompensasiya verilməlidir, lakin həmin kompensasiyanı o, vəkilsiz ala bilməz və həmin kompensasiyanı almaq üçün ona etibarnamə verilməsinin zəruriliyinə onu inandırmışdır. Ona görə də, o, xx.xx.2021-ci ildə notariusa gedərək, ona çatacaq kompensasiyanın alınması üçün iddiaçıya etibarnamə vermişdir. Həmin etibarnamə veriləndən sonra ona X3 xanım adlı bir qadın zəng vuraraq, ona Avropa Məhkəməsində işi udduğunu bildirərək, buna görə ona veriləcək kompensasiyanın məbləğindən məlumatlı olub-olmadığını soruşmuş və o da 6000 manat kompensasiya hesablandığını bildirmişdir. Səadət xanım ona demişdir ki, ona düz məlumat verilməmiş, belə ki, Avropa Məhkəməsi ona 5880 avro və mənəvi ziyanın əvəzi kimi üstəlik 3000 avro, ümulikdə isə 8880 avro hesablanmışdır. Bundan sonra o özünü ona vəkil kimi təqdim edən iddiaçıya zəng vuraraq, nə qədər kompensasiya alacağını ondan soruşmuş, iddiaçı bərk əsəbiləşərək bu məlumatı haradan öyrəndiyini soruşmuş və o da həmin məlumatı Prezident Aparatında işləyən Səadət xanımdan aldığını bildimidir. X4 məlumat verildikdən sonra xx.xx.2022-ci il tarixdə o, notariusa gedərək verdiyi etibarnaməni ləğv etdirmişdir. Avropa Məhkəməsinin qərarı əsasında ona hesablanmış 8826,7 avronu o, xx.xx.2022-ci il tarixdə almışdır. Səadət xanım ona hər şeyi başa salaraq onu Ali Məhkəmədə təmsil edən vəkil barədə bildirmiş və o, Səadət xanımdan xahiş etmişdir ki, vəkildən ona hər hansı borcu olub-olmadığını öyrənsin. Səadət xanım Ali Məhkəmədə olarkən vəkil Bağırov Sadiqlə danışmış və vəkil bildirmişdir ki, onun 4 ərizəçiyə, yəni Muratova, Məmmədova, Yusifzadə və Fedorovaya hər hansı pretenziyası yoxdur və həmin şəxslərin ona heç bir borcu yoxdur. Hazırki iddia tələbi ilə əlaqədar Bağırov Sadiq ona zəng vuraraq bildirmişdir ki, o, hazırki iş üzrə məhkəmədə iştirak etməyəcək. İddiaçının təqdim etdiyi tarixsiz qəbzdəki imza ona məxsusdur. Lakin həmin qəbzdəki mətndən məlumatı yoxdur. Belə ki, o, latın qrafikasıında yazıb oxumağı bacarmır. Ona belə gəlir ki, həmin qəbzi o, iddiaçıya 2021-ci ilin noyabr ayında pulu almağa dair etibarnamə verərkən, qəbzin mətni ilə tanış olmadan iddiaçıya inandığına və etibar etdiyinə görə imzalamışdır. Lakin sonradan qəbzin mətnini ona tərcümə etdikdən sonra o, belə bir qəbzi imzaladığı üçün əsəbləşmişdir. Belə ki, qəbzi ona tərcümə etdə idilər o, qətiyyən onu imzalamazdı. Birdə ki, əgər pulu almışdısa, nə üçün belə qəbz verməli idi. O, 2021-ci ilin noyabr ayında etibarnamə imzaladıqdan sonra 2022ci ilin mart ayınadək iddiaçı ilə görüşməmişdir. O, iddiaçı ilə bir dəfə müqavilə bağlamış və həmin müqavilə də, iddiaçıya onu Azərbaycan Respublikası Məhkəmələrində təmsil etməsi üçün verilmişdir. O, Avropa Məhkəməsi ilə bağlı iddiaçıya heç bir tapşırıq verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, onun əsassız olduğundan rədd edilməsini xahiş etmiş, iddiaya iddia müddətinin tətbiq edilməsini xahiş edərək bildirmişdir ki, müqavilənin bağlanmasından əvvəl iddiaçı özünü Svetiana Fedorovaya və onunla qonşuluqda yaşayan sakinlərə vəkillər kollegiyasının üzvü kimi təqdim etmiş və Svetiana Fedorovaya məxsus Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliklə bağlı 10 faizi miqdarında əlavə kompensasiyanın dövlətdən tutulması ilə bağlı ona hüquqi xidmət göstərilməsini təklif etmişdir. Svetiana Fedorova və onunla qonşuluqda yaşayan sakinlər iddiaçının həqiqətən vəkil olduğuna inanaraq, 23 fevral 2015-ci il tarixdə Hüquqi xidmət haqqında müqaviləsini imzalamışdırlar. Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edilməsi tərəflər arasında bağlanmış 23 fevral 2015-ci il tarixli hüquqi xidmət haqqında müqaviləsinin predmetinə daxil edilməmişdir. Hüquqi xidmət haqqında müqavilənin 1.1-cı maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün ravon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Hüquqi xidmət haqqında müqavilənin 2.1.1-ci maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyəsində və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 368/16 saylı 28 aprel 2016-cı i! tarixli qərarına əsasən, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmuş və beləliklə, Cavabdeh pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hər üç məhkəmə instansiyalarından keçmiş və nəticədə, tələbləri təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına sövq etməyə çalışırdı. Lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki işə Ali Məhkəmə tərəfindən baxıidığdan sonra Müqavilə və cavabdehin İddiaçı qarşısında hər hansı bir pul öhdəliyi də qüvvədən düşmüş kimi hesab olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Yuxanda göstərilənlər həqiqətə uyğun deyil, Cavabdeh İddiaçıya heç vaxt belə bir tapşırıq verməmiş və bu hal iddiaçı tərəfindən təqdim olunmuş sənədləri ilə sübuta yetirilmir. Hüquqi xidmət haqqında müqavilənin 2.1.4-cü və 2.2.3-cü maddələrinə əsasən, heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməz. Bu cür razılıq olmadan hüquq və öhdəliklərin həvalə edilməsi heç bir hüquqi qüvvəyə malik olmayacaqdır. Müqavilənin yuxanda qeyd olunan maddələrinin tələblərinə zidd olaraq, iddiaçı Müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Cavabdehnm buna razılığı olmadan üçüncü tərəf olan vəkili işə cəlb etmişdir. Ümumiyyətlə işə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığı zaman iddiaçı və onun işə cəlb edildiyi vəkil səlahiyyətli olmamışdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş iki etibarnamə mövcuddur. Birinci etibarnamə 23 fevral 2015-ci il tarixdə 3 il müddətinə, yəni 23 fevral 2018-ci il tarixədək qüvvədə olmuşdur. İkinci etibarnamə isə yalnız 18 noyabr 2021-ci il tarixdə 2 il müddətinə verilmişdir. Məsələ orasındadır ki, güya Cavabdehnm tapşırığı ilə verilən şikayətə 2021-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsində baxılanda, iddiaçının və onun tərəfindən işə cəlb edildiyi vəkilin qüvvədə olan etibarnaməsi olmamışdır. Qərarın 27 sentyabr 2021-ci il tarixdə verilməsinə baxmayaraq, ikinci etibarnamə yalnız iki ay sonra noyabr ayında verilmişdir. 2021-ci ilin noyabr ayında iddiaçı yenidən Cavabdeh müraciət edərək, ona bildirmişdir ki, məhkəmənin yeni qərarına əsasən onun pul tələbləri təmin edilmişdir və həmin pulların alınması üçün ona yeni etibarnamə verilməlidir. İddiaçı Cavabdehnm hüquq savadsızlığı və onun Azərbaycan dilini bilməməsi hallarından sui-istifadə edərək onu ikinci etibarnamənin verilməsinin vacibliyinə inandırmışdır. Aydın məsələdir ki, Avropa İnsan Hüquqları məhkəməsində iş artıq yekunlaşandan sonra ikinci etibarnaməyə heç bir zərurət qalmamış və həmin etibarnamənin yeganə məqsədi münasibətlərinin "rəsmiləşdirilməsi” və Cavabdehnm adından ona düşən pulların onun əvəzinə almaqdır. Yəni iddiaçı ilə Cavabdeh iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. İddiaçıda ikinci etibarnamə olmasına baxmayaraq, o istədiyinə nail ola bilməmiş və pulu Cavabdeh adından onun əvəzinə ala bilməmişdir. Prezident Administrasiyanın əməkdaşı Səadət Novruzova 2022-ci ilin yanvar ayında Cavabdeh ilə əlaqə saxlamış və ona düşən pulları iddiaçı tərəfindən həmin etibarnaməni təqdim etməklə tələb olunması barədə məlumatlandırmışdır. Bundan əlavə X5 Fedorovaya iddiaçıya verilən etibarnamənin notariusda ləğv olunması da tövsiyyə etmişdir. Ona görə ki, iddiaçı özünü şübhəli aparmış, vəkillər kollegiyası deyil və Svetlanaya əvvəlcədən heç nə demədən pulu onun əvəzinə almaq istəyirdi. Beləliklə, Cavabdeh 18 noyabr 2021-ci il tarixli etibarnaməyə 11 fevral 2021-ci il tarixdə xitam vermişdir. İş materiallarına əlavə edilmiş "Qəbz" adlı sənədi mötəbər sübut kimi qəbul etmirlər. Belə ki, həmin sənədin harda, hansı şəraitdə və hansı tarixdə yaranması müəyyən deyil. İddiaçı Cavabdeh Azərbaycan dilinin yaxşı səviyyədə bilməməsi halından yararlanaraq və onun etibarından sui istifadə edərək Cavabdeh iradə ifadəsinə zidd şəkildə həmin sənədi imzalatdırmağa nail olmuşdur. Bundan əlavə, həmin "Qəbz"də Müqaviləyə konkret istinad yoxdur, hansı xidmət haqqından söhbət gedəcəyi barədə də heç bir məlumat yoxdur. Yuxarıda qeyd etdiyi kimi, 23 fevral 2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilə Cavabdeh mülki işə Ali Məhkəmədə baxılıb qurtarandan sonra qüvvədən düşmüş sayılmalı, tərəflər arasında sonradan hər hansı bir əlavə saziş bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324,6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Belə ki, Müqavilənin 5.2-ci maddəsinə əsasən, bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir. Müqavilənin predmetini genişləndirən və yaxud Müqavilənin müddətini uzadan hər hansı bir Əlavə Razılaşma tərəflər arasında bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Digər tərəfdən, Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçı ilə Hüquqi xidmət haqqında Müqaviləsini 23 fevral 2015-ci il tarixdə imzalamışlar. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiva. kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Hüquqi xidmət haqqında müqavilənin 4.1-ci maddəsinə əsasən Müqavilə 16 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyaşının 2-1(102)- 368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarına əsasən, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmuş və beləliklə, Cavabdeh pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hər üç məhkəmə instansiyalarından keçmiş, və nəticədə, tələbləri təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki işə Ali Məhkəmə tərəfindən baxıldığdan sonra Müqavilə və cavabdehin iddiaçı qarşısında hər hansı bir pul öhdəliyi də qüvvədən düşmüş kimi hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına sövq etməyə çalışmış, lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Hüquqi xidmət haqqında müqavilənin 5.2-ci maddəsinə əsasən, bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılma hissəsi sayılan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir. Müqavilənin predmetini genişləndirən və yaxud Müqavilənin müddətini uzadan hər hansı bir Əlavə Razılaşma tərəflər arasında bağlanmamışdır. Azərbaycan Respublikasının 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hesab edir ki, hazırkı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı 28 aprel 2016-cı il tarixdə qəbul edildiyindən, hazırkı tələbləri üçün iddia müddəti 28 aprel 2019-cü il tarixdə bitmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia tələbinin iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “İcraçı” qismində İddiaçı və “Sifarişçi” qismində Cavabdeh və qeyriləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilənin surətindən görünür ki, “İcraçı” bu müqavilənin şərtlərinə uyğun olaraq “Sifarişçi”lərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair“ qaldırılmış iddia ərizəsi üzrə iddiaçıların, yəni “Sifarişçi”lərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədən nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət ediləq ümumi məbləğin 30% miqdarında “İcraçı”ya ödənilir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarları icra olunarkən – dərhal ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-368/2016 saylı qərarının surətindən görünür ki, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-1871/2015 saylı qərarı qismən - Bakı şəhəri, Səbail rayonu, F.Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 6075 manat məbləğində kompensasiyanın, cəmi 18225 manat məbləğində pulun Bakı şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə iddia ilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmiş və 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)- 2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 6075 manat məbləğində kompensasiyanın, cəmi 18225 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1871/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı qismən - iddianın "Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində pulun çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın - 6075 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, o, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə almışdır. Vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarına əsasən üçünçü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasıya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1871/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qərarı qismən - Bakı şəhəri, Səbail rayonu, F.Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmişdir. S.H. Fedorova Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-368/16 saylı 28 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün S.H. Fedorova tərəfindən ona Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarına əsasən S.H. Fedorovaya 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiya ödənilməlidir. Nəzərinə çatdırır ki, aralarında 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı, Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında S.H. Fedorovaya ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi S.H. Fedorova tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarının ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 5880 avro maddi və 3000 avro mənəvi, cəmi 8880 avro məbləğində kompensasiya S.H. Fedorova tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı S.H. Fedorova tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə ilə S.H. Fedorova tərəfindən müvafiq öhdəliklər götürülmüşdür ki, onların icrası vacib və məcburidir. Göstərilənləri nəzərə alaraq S.H. Fedorovadan tələb olunur ki, 3 gün müddətində xidmət haqqı olaraq 2664 avro məbləğində vəsaitin ona ödənilməsini təmin edilsin. Əks təqdirdə aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh İddiaçı 2 il müddətinə bütün idarə, müəssisə və təşkilatlarda onu təmsil etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödəniləcək kompensasiyanı almaq üçün müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etməyi, adından bütün ərizə və sənədləri imzalamağı, pul vəsaitini qəbul etməyi, bununla bağlı qəbzi imzalamağı, həmin pul vəsaitini öz bank hesabına köçürməyi və s. hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri 12 saylı notariat ofisində verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının BPM**********13 nömrəli xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh 8826,7 avro məbləği almışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində cavabdehi təmsil etməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında iddiaçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən – dərhal ödənilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 6075 manat məbləğində kompensasiyanın, cəmi 18225 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1871/2015 saylı 27 oktyabr 2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2016/2015 saylı 13 iyul 2015-ci il tarixli qərarı qismən - iddianın "Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində pulun çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın - 6075 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması” hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-368/2016 saylı qərarının surətindən görünür ki, 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015ci il tarixli, 2-1(103)-1871/2015 saylı qərarı qismən - Bakı şəhəri, Səbail rayonu, F.Xoşginabi küçəsi, ev 2, 9 saylı mənzilə görə ödənilmiş 60750 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12150 manat məbləğində pulun ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalmış Cavabdeh iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 5880 avro maddi və 3000 avro mənəvi, 8880 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. İddia tələbindən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı icra edilmiş və cavabdeh tərəfindən 8880 avro məbləğində kompensasiya tam şəkildə alınsa da, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 3.3-cü bəndi cavabdeh tərəfindən pozularaq, həmin müqavilənin 3.2-ci bəndində qeyd edilən xidmət haqqı ona ödənilməmişdir. 8880 avro məbləğində pul vəsaitinin 30%-i 2664 avro təşkil edir. Bu səbəbdən iddiaçı cavabdehdən 2664 avronun manata olan rəsmi məzənnəsinin, həmin pulun 2022-ci ilin 7,5% bank uçot dərəcəsini əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir . Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. İddiaçı cavabdehlə aralarında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsinin verilməsi ilə bağlı tapşırıq müqaviləsini şifahi formada bağlanmasını və cavabdeh tərəfindən ona verilmiş tapşırıq əsasında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib edilərək göndərilməsinin təmin etməsini, lakin cavabdehin həmin tapşırıq müqaviləsi əsasında alacağı kompensasiya məbləğinin 30%-i həddində xidmət xərci kimi pul vəsaitinin ona ödənilməməsini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunun olması vacib şərtdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, o, iddiaçıya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş qətnamədən sonra şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi üçün hazırlanması barədə hər hansı bir tapşırıq verməmiş, şifahi qaydada belə bir müqavilə bağlanmamışdır və Avropa İnsan Hüquqları Məhkəməsində onun xeyrinə tutulacaq kompensasiyanın 30%-i həddində huquqi xidmət xərci kimi iddiaçıya pul verəcəyinə dair öhdəlik götürməmişdir. Məhkəmə qeyd edir ki, Respublikanın Məhkəmələrində qaldırılan tələblə əlaqədar iddia təmin olunmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayət əsasında cavabdehə kompensasiya ödənilməsi qərara alınmışdır. Məhkəmə həmin şikayətin iddiaçı tərəfindən tərtib edilib göndərilməsini nəzərə alaraq hesab edir ki, tapşırığın verilməsi cavabdeh tərəfindən etiraf edilməsə də, şikayətin hazırlanaraq verilməsi işin tapşırıq olmadan yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz və belə bir hal məntiqli hesab edilə bilməz. Tərəf həmin şikayət əsasında müvafiq kompensasiya almışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanıb göndərilməsi ilə bağlı göstərilən hüquqi xidmət xərcinin kompensasiyanın 30% həddində müəyyən edilməsi barədə tərəflər arasında hər hansı razılığın əldə olunmasına dair hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim olunmamış və belə sübutlar məhkəmə iclasında işə baxılarkən də təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanıb göndərilməsi ilə bağlı göstərilən hüquqi xidmət xərcinin kompensasiyanın 30%-i həddində müəyyən edilməsi barədə tərəflər arasında hər hansı müqavilə mövcud olmadığından, iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Bu səbəbdən iddia tələbi 84 manat məbləğində öhdənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı (3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) Cavabdeh qarşı pul tutulması tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar