Məhkəmə qərarları › İş №2(009)-1399/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1399/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1399/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – Cavabdeh qarşı «pulun tutulması» tələbi barədə ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində 04 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,670 avronun manata olan rəsmi məzənnəsinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 2,670 avro məbləğində pulun 2022ci ilin bank uçot dərəcəsini əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin və ödənilmiş 72 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2015 saylı 11 noyabr 2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 9, 16 sayh mənzilə görə ödənilmiş 61020 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12204 manat məbləğində pulun Cavabdeh qızma ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması, iddianın çətinliklə bağlı 10 faizi miqdarında 6102 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-196/2016 sayh 21 yanvar 2016-cı il tarixli qərarı ilə Cavabdeh apellayasiya şikayəti təmin edilməmiş, Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2015 sayh 11 noyabr 2015-ci il tarixli qərarı qismən - iddianın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12204 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın - 6102 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 777/16 sayh 05 may 2016-cı il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2l(103)-196/2016 sayh 21 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2- 1(102)-777/16 sayh 05 may 2016-cı il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 sayh 21 sentyabr 2021-ci il tarixli qərarı ilə avropa şikayətimiz təmin edilərək Cavabdeh qızma 5900 avro maddi və 3000 avro mənəvi, cəmi 8900 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı - tərəfindən Cavabdeh qızma göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında 31 iyul 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 5900 avro maddi və 3000 avro mənəvi, cəmi 8900 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 8900 avro məbləğində pul vəsaitinin 30 % (otuz faiz) - 2670 (iki min altı yüz yetmiş) avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2670 (iki min altı yüz yetmiş) avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh qızma xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbəmaməyə imza edilərək alınmışdır. Bununla yanaşı bildirir ki, Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 2664 (iki min altı yüz altmış dörd) avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilənin və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İlk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Hüquqi xidmət haqqında” 31 iyul 2015-ci il tarixli, 02 saylı müqavilədən görünür ki, İddiaçı özü ilə Cavabdeh arasında həmin müqavilə bağlanmışdır. Ən əvvəl qeyd edirlər ki, həmin müqavilədəki imza Cavabdeh imzasına oxşasa da, o, həmin müqavilənin nə vaxt və hansı şərtlərlə bağlanmasını xatırlamır. Məlumat üçün bildirirlər ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı müqavilənin mövcudluğu barədə Cavabdeh məlumatı yalnız xx.xx.2022-ci il tarixdə, yəni hazırkı iş üzrə ilk iddia ərizəsinə əlavə edilmiş sənədlər məhkəmə iclas katibi tərəfindən ona təqdim olunarkən olmuşdur. Həmin müqavilə ilə tanış olduqdan sonra Cavabdeh bildirir ki, İddiaçı – tərəfindən ona belə bir müqavilə təklif olunmamış və həmin müqavilənin şərtləri də İddiaçı tərəfindən ona izah edilməmişdir və ehtimal oluna bilər ki, İddiaçı nə vaxtsa onu aldadaraq həmin müqaviləyə imza etdirmişdir. Belə olan halda, həmin müqavilə etibarsızdır. Digər tərəfdən, 2015-ci il tarixli, 02 saylı müqavilədən görünür ki, həmin müqavilənin şərtləri Cavabdeh göstərilən hüquqi xidmətə görə gəlir əldə etmə ilə bağlı olmuş, Bu halda isə o, faktiki olaraq sahibkarlıq fəaliyyətini həyata keçirmiş, lakin bu fəaliyyətini Dövlət Qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirmişdir. Hesab edirlər ki, ilk iddiaçı Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Cavabdeh ziyan vurmaqla gəlir əldə etməyə cəhd etmişdir. Belə ki, həmin müqavilənin adı məhz “Hüquqi xidmət haqqında müqavilə” adlanır və həmin müqavilənin, demək olar ki, bütün bəndləri özündə xidmətləri ehtiva edir. Burada o da nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi məhz vəkilliyin əsas vəzifələrlə aiddir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən isə: İ. Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. İİ. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. Bir daha bildirirlər ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı müqavilənin mövcudluğu barədə Cavabdeh məlumatı yalnız xx.xx.2022-ci il tarixdə, yəni hazırkı iş üzrə ilk iddia ərizəsinə əlavə edilmiş sənədlər məhkəmə iclas katibi tərəfindən ona təqdim olunarkən olmuşdur. Belə ki, Cavabdeh bildirdiyinə görə, o, İddiaçı yalnız iki dəfə etibarnamə vermiş, hüquqlarının təmsil olunması üçün digər heç bir sənəd imzalamamışdır. Əgər imzalanmışsa belə, o halda İddiaçı tərəfindən aldadılmışdır. Qeyd edirlər ki, birinci xx.xx.2015-ci il tarixli etibarnamə məhkəmədə iştirak etmək üçün 3 il müddətinə verilsə də, ikinci - xx.xx.2021-ci il tarixli etibarnamə isə İddiaçı tərəfindən ona dəfələrlə zəng edilərək, guya Avropa insan Hüquqları Məhkəməsində iştirak edəcəyi adı (vədi) ilə alınmışdır. Belə ki, indi məlum olur ki, İddiaçı həmin vaxt Avropa insan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından xəbər tutan kimi, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində (bu, daha əvvəlki tarixdə də ola bilər) Cavabdeh zənglər edərək və votsapp yazışmaları göndərərək, bildirir ki, Avropa insan Hüquqları Məhkəməsindən sənədlər gəlib, həmin sənədlərə əsasən o, yəni İddiaçı Avropa insan Hüquqları Məhkəməsində iştirak etməlidir, əvvəlki etibarnamənin müddəti 2018-ci ildə bitdiyindən, ona yeni etibarnamə verilməlidir ki, gedib həmin Məhkəmədə Cavabdehm təmsil edə, onun adından iştirak edə bilsin. Bundan sonra Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli votsapp yazışmaları göndərərək, “Avropa Məhkəməsindən gələn sənədlər sizdədir?” deyə soruşmuş, həmin sənədlərin bir nüsxəsinin ona verilməsini istəmiş, İddiaçı isə həmin sənədləri yeni etibarnamə verilməsi üçün 1 saylı Notariat ofisinə gələrkən verəcəyini bildirmiş, lakin xx.xx.2021-ci il tarixdə etibarnaməni aldıqdan sonra da həmin sənədlərin bir nüsxəsini ona verməmişdir.İndi müəyyən olunur ki, İddiaçı Cavabdeh həmin sənədləri Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə bildirişi kimi təqdim etdiyi halda, həmin sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı imiş. Belə ki, Cavabdeh İddiaçı xx.xx.2021ci il tarixli votsapp yazışmaları göndərərək, ona etibarnamə verdiyini, lakin Avropa insan Hüquqları Məhkəməsinin sənədlərini tanış olmağına imkan verməməsi barədə iradını bildirir, lakin İddiaçı həmin sənədləri yenə də ona vermir. Bu da azmış kimi, xx.xx.2021-ci il tarixdə etibarnamənin əldə edilməsinə müvəffəq ıcuqdan sonra, İddiaçı eyni zamanda həmin vaxt Cavabdeh ağ kağıza imza etdirərək, onu yola salmışdır. İndi o da məlum olur ki, İddiaçı həmin vaxt Cavabdeh imza etdirdiyi ağ kağız, böyük ehtimalla, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Quteyis Huseynova tərəfindən verilməsi (imzalanması) ehtimal edilən tarixsiz, ilk iddiaçının təbirincə desək, “müvafiq” qəbzdir. İlk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi (imzalanması) ehtimal edilən tarixsiz qəbzin məzmunu belədir: “Mən Cavabdeh Avropa insan Hüquqları Məhkəməsinin qərarı əsasında mənə ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldım. Vəkildən və nümayəndədən heç bir şikayətim .oxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfimdən ödənilmək şərti ilə xidmət haqlarını ödəməyi öhdəmə götürürəm. Məlumat üçün onu da bildirilər ki, Cavabdeh Avropa insan Hüquqları Məhkəməsinin qərarına əsasən ödənilməli olan 8900 AVRO xx.xx.2022-ci il tarixdə, özü də elektron qaydada ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən Cavabdeh ünvanlanmış “Xəbərdarlıq” məktubundan və poçt çatdırılma vərəqindən görünür ki, həmin Xəbərdarlıq” xx.xx.2022-ci il tarixdə imzalanmış və xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin “Xəbərdarlıq” məktubunun 5ci abzasında göstərilir: “Bununla yanaşı tərəfinizdən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa insan Hüquqları Məhkəməsinin qərarı əsasında Sizə ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığınızı, vəkildən və nümayəndədən heç bir şikayətinizin olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfinizdən ödənilmək şərti ilə xidmət haqlarının ödənilməsi öhdəliyi götürülmüşdür” Təkcə həmin xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq” məktubunun 5-ci abzasında göstərilənlərlə müəyyən edilir ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixsiz qəbz İlk iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh Avropa insan Hüquqları Məhkəməsinin qərarına əsasən ödənilməli olan 8900 AVRO xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Belə olan halda, Cavabdeh xx.xx.2022-ci il tarixdən ən yaxşı halda 1 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixədək ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığı barədə necə qəbz verə bilərdi?! Göründüyü kimi, ilk iddiaçının, pulu ələ keçirmək niyyətini həyata keçirmək məqsədilə sübutları saxtalaşdırması və məhkəməyə təqdim etməsi ehtimalı böyükdür və bu hal məhkəmə tərəfindən araşdırılaraq müvafiq hüquqi qiymət verilməlidir. Qeyd edirlər ki, təqribən 2022-ci ilin fevral ayının sonlarında (ola bilər ki, martın ilk gönlərində) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Səadət xanım ***-***- **-** nömrəli telefonla Cavabdeh zəng edərək, İddiaçı etibarnamə təqdim edərək, Avropa insan Hüquqları Məhkəməsinin qərarına əsasən ona ödənilməli olan vəsaiti dəfələrlə götürməyə cəhd etdiyini, ona çatan pulu əldə etmək istədiyini bildirmiş, lakin o, həmin vəsaitin yalnız Cavabdeh özünə (özünün açdığı hesaba) ödəniləcəyini İddiaçı bildirərək, bundan imtina etmişdir. Məhz həmin vaxt Cavabdeh bilmişdir ki, Avropa insan Hüquqları Məhkəməsinin qərarına əsasən ona 8900 AVRO ödənilməlidir. Qeyd edirlər ki, məhz bundan sonra, yəni vəsaitin ona ödəniiməyəcəyinə əmin olan İddiaçı, bu dəfə Cavabdeh dəfələrlə, gecə-gündüz bilmədən zənglər edərək və Votsap yazışmaları göndərərək, Cavabdeh ələ almaq istəmişdir ki, onunla görüşüb imzazından vəsaiti Cavabdeh ilə birlikdə əldə etməyə nail olsun (bax: işdə olan İddiaçı özünün məhkəməyə təqdim etdiyi votsapp yazışmaları. Cavabdeh onunla görüşməkdən imtina etdiyini görən İddiaçı bu dəfə onun telefonuna votsapp vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 23:18 və 23:20-də iki dəfə elektron formatda ərizələr göndərərək, həmin ərizələrə imza etməyi təklif etmiş, lakin Cavabdeh həmin ərizələri açıb oxuya bilmədiyini, hətta oxuya bilsə idi belə, imza eməkdən imtina edəcəyini bildirmişdir. Beləliklə, Cavabdeh artıq onun hiyləsini başa düşdüyünü, bu səbəbdən rıunla görüşdən, həmçinin onun təkliflərindən imtina etdiyini görən İddiaçı, böyük entimalla əlacsız qalıb, sonda ona xx.xx.2022-ci il tarixli "Xəbərdarlıq” məktubu göndərmişdir. Məlumat üçün bir faktı da bildirirlər ki, Cavabdeh İddiaçılə 2016-cı ildən, «yəni Ali Məhkəmənin qərarının çıxarıldığı tarixdən bu günə qədər yalnız bir dəfə xx.xx.2021-ci il tarixdə, 1 saylı Notariat ofisində həmin tarixli etibarnamənin verilməsi zamanı görüşmüş, bundan sonra İddiaçı dəfələrlə cəhd etsə də, onunla görüşməmişdir. Zərurət olarsa, məhkəmə həqiqətə nail olmaq üçün bununla bağlı tərəflərin stifadəsində olan telefonların anten dairələrinin çıxarılması üçün müvafiq qərarla sorğular göndərilə bilər. Onu da bildirirlər ki, hüquqi savadsız qadın olan Cavabdeh İddiaçıun onun etibarından sui-istifadə etdiyini anlayandan sonra 1 saylı Notariat ofisinə gedərək, xx.xx.2021-ci il tarixli etibarnaməni xx.xx.2022-ci il tarixdə, yəni iddia ərizəsinə əlavə edilmiş sənədləri aldığı gün ləğv etdirmişdir. Onu da qeyd edirlər ki, Cavabdeh işlərini aparmaq üçün onun mərhum atası Mökəməli Hüseynov tərəfindən xidmət haqqı qismində İddiaçı ümumilikdə 1000 manat pul vermişdir. Belə ki, həmin vaxt onların mənzilinin alqısatqısına görə pul ödənilmiş və əllərində kifayət qədər vəsait olmuşdur. Qeyd edək ki, həmin məbləğ yalnız Cavabdeh bildiyi məbləğdir və ola bilər ki, onun mərhum atası İddiaçı əlavə pullar da vermişdir. Bundan başqa, bildirirlər ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzdəki “imza” qrafasındakı imza və “Cavabdeh” əlyazmasının xx.xx.2022-ci il tarixdən əvvəl, ən tez halda xx.xx.2021ci il tarixdə icra edilmişdir, həmçinin həmin qəbzdəki “imza” qrafasındakı imza və “Cavabdeh” əlyazması qəbzin kompüterlə yazılmış mətni ilə eyni vaxtda icra edilməmiş, böyük ehtimalla ilk iddiaçı tərəfindən həmin sübut saxtalaşdırılmış və məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında bağlanmış Müqavilədə cavabdehin iddiaçı üçün Avropa İnsan Hüquqları Məhkəməsində hüquqi xidmət göstərəcəyi barədə hər hansı bir razılaşma mövcud deyildir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: 31 iyul 2015-ci il tarixli İddiaçı (İcraçı) ilə Cavabdeh Mökəmli qızı (Sifarişçi) arasında bağlanmış Hüquqi Xidmət haqqında Müqavilədən görünür ki, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən həmin müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30 % miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30 % miqdarında “İcraçı”ya ödənilir. Cavabdeh tərəfindən yazılmış qəbzdə (iş vər: 90) qeyd olunmuşdur ki, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə almışdır. Vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi onun tərəfindən ödənilmək şərtilə xidmət haqlarını ödəməyi öhdəsinə götürür. Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 4/1156 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 90-cı vərəqində Cavabdeh adından olan Qəbzdə “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 5900 avro maddi və 3000 avro mənəvi, cəmi 8900 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Hazırda cavabdeh tərəf 31 iyul 2015-ci il tarixli İddiaçı (İcraçı) ilə Cavabdeh Mökəmli qızı (Sifarişçi) arasında bağlanmış Hüquqi Xidmət haqqında Müqavilədən xəbərsiz olduğunu bildirir. Məhkəmə cavabdeh tərəfin bu mövqeyini inandırıcı və əsaslı saymır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, cavabdeh verdiyi həmin qəbzdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Bundan başqa ekspert rəyi ilə də sözügedən qəbzdə olan imzanın Cavabdeh məxsus olduğu təsdiq edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında X3 Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh ödənilmiş 8,900 avro məbləğində pulun 30 faizi olan 2,670 avronun manata olan rəsmi məzənnəsi hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Məhkəmə ilkin iddia tələbinin 245 avro pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, tələb bu hissədə əsassız sayılmalı və təmin edilməməlidir. AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isa qeyd edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəldiyindən və ilkin iddia tələbi qarşılıqlı iddia ərizəsində mübahisələndirilən hissələrdə təmin edildiyindən, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. AR Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Eyni Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarına istinadən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilənin və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzin etibarsız sayılmasına dair əsaslar mövcud deyildir. Cavabdeh ərizəsində qarşı tərəfə hüquqi xidmət göstərməsi üçün atası tərəfindən 1000 manat məbləğində pul ödənilməsini qeyd etsə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və ilkin iddia tələbi qismən təmin olunduğu, qarşılıqlı iddia tələbi təmin olunmadığı halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri hər iki iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumundan və 110 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xəttşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2,670 avronun manata olan rəsmi məzənnəsi tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddianın qaldırılması üçün ödənilmiş 72 manat dövlət rüsumunun 36 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat vəsaitin 55 manat hissəsi İddiaçı, 55 manat hissəsi isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar