Məhkəmə qərarları › İş №2(009)-1402/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1402/2025

26.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1402/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərdiyi tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə etməmişdir.Yəni iddiaçı fiziki şəxs X4 tərəfindən işə qəbul edilərək əmək müqaviləsini bağlayaraq 6 ay Nəsimi rayon Cavadxan küçəsində yerləşən iş yerində işləyib, sonra işdən çıxma barədə ərizə versə də, nə əmək müqaviləsini, nə hazırda işçi kimi qeydiyyatının mövcudluğunu təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Digər tərəfdən iddiaçı əmək mübahisələri ilə əlaqədar iddia qaldırsa da, mübahisəni məhkəməyə qədər həlli qaydasına riayət etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Həmin Qanununun 27.1.1-ci maddəsinə əsasən fərdi əmək münasibətlərindən irəli gələn mübahisələr bu qanuna uyğun olaraq Mediasiya vasitəsilə həll oluna bilər. Hakim qeyd edir ki, fərdi əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır . AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən nöqsanı aradan qaldırıb yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar