Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-141/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh (Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon MKTB-nin 58 saylı MKİS və X1 iş üzrə üçüncü şəxslər qismində cəlb edilən) qarşı “tikilidən çıxarılma və köçürülmə” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilidən çıxarılma və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli döngəsi, 9 saylı evin həyətindəki tikilidən çıxarılması və onun həmin tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli döngəsi, 9 saylı evin həyətindəki tikilidən çıxarılması və onun həmin tikiliyə köçürülməsi, həmin əmlaka görə ödənilməli olan kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəkili ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 - cavabdeh X5 oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanıda qalması və aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-141/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-141/2022
11.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver