Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-141/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı - Cavabdeh QSC-yə qarşı “mənzil” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh QSC-yə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh tərəfindən mənzillə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı uzun müddət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də işləmişdir və 1993-cü ildən etibarən mənzil növbəsinə dayanmışdır. Qeyd edir ki, mənzil növbəsinə dayanarkən 45-ci sırada olmuşdur. Lakin, 1993-cü ildən mənzil növbəsində olmağına baxmayaraq, bu günki günədək mənzillə təmin olunmamışdır. Mənzillə təmin olunmağında bağlı cavabdeh quruma yazılı şəkildə müraciət etməyinə baxmayaraq, müraciətinə cavabdeh qurumdan hər hansı bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi izahatında göstərmişdir ki, iddiaçı 12 sentyabr 1979-cu il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və ona əlillik təyin edilmişdir. 1981-ci ildə iddiaçı mənzillə təmin olunmuşdur. Sonradan sağlamlıq vəziyyətinə görə bir neçə dəfə vəzifəsi dəyişdirilmiş, 22 oktyabr 1985 - ci il tarixində isə İddiaçı ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsini xahiş etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, o, iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığına görə əlilliyi müəyyən edildiyindən sonradan ailə tərkibi artdığına görə müraciət etdiyi vaxt, yəni 1993-cü ildən yenidən mənzil növbəsinə alınmışdır. İddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh QSC-nin nümayəndəsi X3 iddia tələblərinə etiraz edərək bildirmişdir ki, Cavabdeh QSC (bundan sonra - QSC) səhmləri dövlətə məxsus olan kommersiya hüquqi şəxsdir və QSC-nin işçilərini mənzillə təmin etmək öhdəliyi yoxdur. Belə ki, QSC-nın Nizamnaməsi, işçilərlə bağlanmış əmək müqaviləsi, habelə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən QSC-nin işçiləri mənzillə təmin etməsi kimi öhdəlik müəyyən olunmamışdır. İddiaçı, əvvəllər qüvvədə olmuş mənzil qanunvericiliyinə uyğun olaraq QSC-nin hüquqi varisi olduğu keçmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə mənzil növbəsinə götürülmüşdür. İddiaçı xx.xx.1973 - cü il tarixdən ləğv edilmiş Azərbaycan Dövlət X4 (bundan sonra - ADXDG) motorçu vəzifəsində işləmiş və 22 oktyabr 1985 - ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. O, ADXDG-də işləmədiyi halda və heç bir əsas olmadan xx.xx.1993 - cü il tarixdə mənzil növbəsi siyahısına əlavə edilmişdir. QSC öz təşəbbüsü ilə sosial layihə həyata keçirməyə qərar vermiş və əvvəlki qanunvericiliyə əsasən mənzil növbəsinə götürülmüş müvafiq şəxslərin güzəştli şərtlərlə mənzil əldə etməsi üçün şərait yaratmışdır. Belə ki, QSC üzrə mənzil növbəsində qeydiyyata alınmış mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin yaşayış sahəsinə tələbatının qarşılanması məqsədilə, habelə qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq "Dənizçi” mənzil - tikinti kooperativi yaradılmış, yaşayış binasının tikintisinə başlanılmışdır. 01 mart 2022 - ci il tarixdə "xxxx" QSC -nin “Mənzil Məsələləri Komissiyası" nın iclası keçirilmiş və 02 saylı protokola əsasən, müvafiq sahəyə dair və mənzil məsələlərini tənzimləyən qanunvericiliyə uyğun olaraq öz xahişinə əsasən ASCO və ya onun tabeliyində olan qurum ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərin mənzil növbəsindən çıxarılması qərara alınmışdır ki, İddiaçı siyahıda olan şəxslərdən biri olmuşdur (protokoldan çıxarışın surəti əlavə olunur). İddiaçı həyat yoldaşı G.Mahmudova xx.xx.2022 - ci il tarixdə mənzil məsələsinə baxılması ilə bağlı ASCO-ya müraciət etmiş və ASCO tərəfindən vətəndaşa ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə əsasən işçinin çalışdığı müəssisə ilə olan əmək müqaviləsinə işçinin şəxsi təşəbbüsünə əsasən xitam verilməsi işçinin iş yeri üzrə mənzil uçotundan çıxarılması üçün əsasdır, həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, "Dənizçi” Mənzil Tikinti Kooperativi vasitəsilə ASCO-nun "Mənzil Məsələləri Komissiyası’na təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçıla ADXDG arasında bağlanmış əmək müqaviləsinə xx.xx.1985-ci il tarixli 695/k saylı əmrə (37 - ci maddə,öz xahişi ilə) əsasən xitam verilmişdir. "Mənzil Məsələləri Komissiyası”nın iclasında bu məsələ müzakirə olunmuş və yuxarıda göstərilən səbəblərdən İddiaçı mənzil növbəsindən çıxarılması barədə qərar qəbul edilmişdir (məktubun surəti əlavə olunur). Həmçinin iddiaçının həyat yoldaşının xx.xx.2022-ci il tarixli məktubuna ASCO tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və yoxlama zamanı xx.xx.1993-cü il tarixdə ADXDG-nin mənzil növbəsi siyahısına götürülmüş İddiaçı öz xahişi ilə işdən azad edildiyi faktı aşkarlandığı və bununla bağlı ASCO üzrə fəaliyyət göstərən Mənzil məsələləri komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı mənzil uçotundan çıxarıldığı qeyd olunmuşdur (məktubun surəti əlavə olunur). Qanunvericilik normalarından görünür ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi'’ Qapalı Səhmdar Cəmiyyətinin “Mənzil Məsələləri Komissiyasın” 01 mart 2012ci il tarixli 01 saylı protokol - qərarı qanuna müvafiq qaydada verilmişdir. Belə ki, İddiaçı 1985-ci il tarixdə öz xahişi ilə əmək münasibətlərinə xitam verilməsi və Azərbaycan SSRnin Mənzil Məcəlləsinin 35.3-cü maddəsi əsas götürülməklə onun mənzil növbəsinə xitam verilmişdir. Eyni zamanda, QSC-nin işçiləri mənzillə təmin etmək öhdəliyinin olmadığı aidiyyəti qanunvericilik aktlarından və QSC-nin Nizamnaməsindən məlum olur. Bütün bunları nəzərə alıb, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı mənzilin verilməsi tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib belə hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixində X4 motorist vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra bir neçə dəfə vəzifəsi dəyişdirilmiş, xx.xx.1985-ci il tarixində isə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, Bakı Dəniz Limanından işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh QSC-yə ünvanladığı ərizədən görünür ki, o İddiaçı uzun müddət Cavabdeh QSC-də çalışmışdır və 1993-cü ildən mənzil növbəsinə dayanmışdır. Qeyd edir ki, mənzil növbəsinə dayanarkən 45-ci sırada olmuşdur. Lakin, 1993-cü ildən növbədə olmağına baxmayarq, o bugünə kimi mənzillə təmin olunmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq onun mənzillə təmin olunmağına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan çıxarışından görünür ki, İddiaçı öz xahişinə əsasən ASCO və ya onun tabeliyində olan qurum ilə əmək müqaviləsinə xitam verildiyindən mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh QSC-nin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC-ə (ASCO) ünvanladı xx.xx.2022-ci il tarixli mənzil məsələsi haqqında müraciətinizə müvafiq qaydada baxılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçilərin yaşayış şəraitinin yaxşılaşdırılması (mənzillə təmin olunması) məsələsi işəgötürənin öhdəliyi kimi nəzərdə tutulmamışdır. Müraciətdə qeyd etdiyi məsələ ilə bağlı bildirirlər ki, qanunvericiliyin tələblərinə əsasən işçinin çalışdığı müəssisə ilə olan əmək müqaviləsinə işçinin şəxsi təşəbbüsünə əsasən xitam verilməsi işçinin iş yeri üzrə mənzil uçotundan çıxarılması üçün əsasdır. Həmçinin "xxxx" Mənzil Tikinti Kooperativi vasitəsilə ASCO-nun Mənzil Məsələləri Komisssyası’na təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, onun həyat yoldaşı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.1985-ci il tarixli 695/k nömrəli əmrə (37-ci maddə. öz xahişi ilə) əsasən xitam verilmişdir. “Mənzil Məsələləri Komissiyasının iclasında bu məsələ müzakirə olunmuş və yuxarıda göstərilən səbəbdən İddiaçı mənzil növbəsindən çıxarılması barədə qərar verilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ə (ASCO) ünvanladı xx.xx.2022-ci il tarixli mənzil məsələsi haqqında müraciətinə müvafiq qaydada baxılmışdır. Bildiyi kimi, 2017-ci ildən etibarən ASCO tərəfindən uzunmüddət ərzində mənzil növbəsində duran şəxslərin mənzillə təmin olunması üçün çoxmərtəbəli binaların tikintisi ilə bağlı layihənin icrasına başlanılmışdır. Bu məsələləri tənzimləyən qaydalara əsasən yekun siyahı formalaşdırılmış və növbədə duran şəxslərin yaşayış şəraitlərinin, həmçinin müvafiq sənədlərin yoxlanılması növbədəki sıra nömrəsini rəhbər tutaraq (siyahının əvvəlindən başlayaraq) müvafiq işçi qrup tərəfindən həyata keçirilir. Yoxlama zamanı xx.xx.1993-cü il tarixində Gəmiçiliyin mənzil növbəsi siyahısına götürülmüş həyat yoldaşı İddiaçı öz xahişi ilə işdən azad edildiyi faktı aşkarlanmış və bununla bağlı ASCO üzrə fəaliyyət göstərən Mənzil məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının qərarı əsasında İddiaçı mənzil uçotundan çıxarılmışdır. Bu barədə onlara xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli rəydən görünür ki, İddiaçı birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin 30 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2022-ci il tarixli 2(009)-2368/2022 nömrəli sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. "Əlillik" altsistemində olan məlumatlara əsasən vətəndaşa xx.xx.2016-cı il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı Bakı Dəniz Limanına xx.xx.1985-ci il tarixli ərizə ilə müraciət edərək ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. X7 22 oktyabr 1985-ci il tarixli əmrindən çıxarışından görünür ki, İddiaçı öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli 2(009)-141/2023 nömrəli təkrar sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirirlər ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində və Abşeron rayonu üzrə 6 nömrəli Tibbi-sosial ekspert komissiyasının arxivində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı, 16 kv.m sahəsi olan 130 saylı mənzil xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçotda olduğu üçün ASCO-nun hüquqi varisi olduğu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) tərəfindən 1981-ci il tarixdə verilmişdir. İddiaçı bundan sonrakı dövrlərdə yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq qərar ASCO-nun arxivində aşkar edilməmişdir. Belə ki, həmin şəxsin adı əsassız olaraq mənzil növbəsi siyahısına salınmışdır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək tətbiq olunan Azərbaycan SSR Mənzil Məcəlləsinin 31-ci maddəsinə və “Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 saylı Qərarı ilə təsdiq edilmş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 7-ci bəndinə əsasən mənzil fonduna malik olan və mənzil tikintisi aparan, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində uçota götürülə bilməsinin mümkünlüyü təsbit edilmişdir. Eyni zamanda, həmin Mənzil Məcəlləsinin 35-ci maddəsinə və sözügedən qaydaların 19-cu bəndinin “v” yarımbəndinə əsasən iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda o iş yerində uçotdan çıxarılmalıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1985-ci il tarixdə öz xahişinə əsasən xitam verilməsi səbəbindən, o mənzil növbəsi uçotundan çıxarılmalı idi və 1993-cü ildə ADXDG- də işləmədiyi üçün mənzil növbəsi uçotuna götürülə bilməzdi. Göründüyü kimi, İddiaçı ADXDG-də işləmədiyi üçün onun mənzil növbəsi uçotunda olmasına heç bir hüquqi əsas olmamışdır. Həmçinin İddiaçı ADXDG tərəfindən 1981-ci ildə mənzillə təmin edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, ASCO-nun Mənzil məsələləri komissiyası tərəfindən adıçəkilən şəxsin ASCO üzrə mənzil növbəsindən çıxarılması barədə qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin Mənzil- Kommunal Təsərrüfatı İdarəsinin arayışından görünür ki, xx.xx.1981-ci il tarixində maliyyə haqq-hesabı açılmışdır, İddiaçı mənzil verilmişdir. Əsaslandırıcı hissə: İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1973 - cü il tarixdən ləğv edilmiş Azərbaycan Dövlət X4 (bundan sonra - ADXDG) motorçu vəzifəsində işləmiş, 12 sentyabr 1979-cu il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, sonradan isə bir neçə dəfə vəzifəsi dəyişdirilmişdir. 22 oktyabr 1985 - ci il tarixində İddiaçı ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsinə dair xahişi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin müəyyən edimişdir ki, ünvan 4 ünvanında yerləşən 1 otaqlı, 16 kv.m sahəsi olan 130 saylı mənzil xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçotda olduğu üçün ASCO-nun hüquqi varisi olduğu Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) tərəfindən 1981-ci il tarixdə verilmişdir. İddiaçı ADXDG-də xx.xx.1993-cü il tarixdə mənzil növbəsi siyahısına yenidən əlavə edilmişdir. Cavabdeh QSC-nin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokoluna əsasən, İddiaçı öz xahişinə əsasən ASCO və ya onun tabeliyində olan qurum ilə əmək müqaviləsinə xitam verildiyindən mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Hazırda iddiaçı tərəf iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığına görə əlilliyi müəyyən edildiyindən ailə tərkibi artdığına görə müraciət etdiyi vaxt, yəni 1993-cü ildən yenidən mənzil növbəsinə alınmasını iddia edərək mənzillə təmin edilməsini xahiş edir. Cavabdeh tərəf isə İddiaçı 1981-ci ildə mənzillə təmin edilməsinə, sonrakı dövrlərdə yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı müvafiq qərarın ASCO-nun arxivində aşkar edilməməsinə, həmin şəxsin adının əsassız olaraq mənzil növbəsi siyahısına salınmasına, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1985-ci ildə öz xahişinə əsasən xitam verilməsinə və onun mənzil növbəsi uçotundan çıxarılmalı olmasına, 1993-cü ildə ADXDGdə işləmədiyi üçün mənzil növbəsi uçotuna götürülə bilməməsinə, onun mənzil növbəsi uçotunda olmasına heç bir hüquqi əsas olmamasına, qanuni şəkildə ASCO-nun Mənzil məsələləri komissiyası tərəfindən ASCO üzrə mənzil növbəsindən çıxarılması barədə qərar verilməsinə istinad etmişdir. Məhkəmə iddiaçının “mənzil” tələbinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında yaranan əmək münasibətləri, həmçinin iddiaçının mənzil növbəsi uçotuna alınması 1993-cü ilə təsadüf etdiyindən və həmin dövrdə yaranan münasibətlər 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimləndiyindən, mənzil növbəsinə xitam verilməsinin əsaslarının hüquqi əsasının mövcudluğunun müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 - ci maddəsinin tələblərinə əsasan qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 35-ci maddəsində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün aşağıdakı əsaslar müəyyən edilmişdir: Mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; İş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; Mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota gptürmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; Altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə. Həmin Mənzil Məcəlləsinin 34-cü maddəsində Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması şərtləri müəyyən edilmişdir: Müvəqqəti olaraq başqa yerə getdikdə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə; Seçkili vəzifəyə keçdikdə; Yaşa və ya əlilliyə görə pensiyaya çıxdıqda; Uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə; SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda. Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayıfe sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında 148 saylı Qərarın 19-cu bəndində mənzil növbəsində uçotda olan vətəndaşların uçotdan çıxarılmasının əsasları müəyyən edilmişdir: mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda; daimi yaşamaq üçün başqa yaşayış yerinə getdikdə; iş yerində uşotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər qanundan kənar hərəkətlər etdikdə; altı aydan çox müddətə azadlıqdan məhrum olmağa, sürgünə və ya köçürülməyə məhkum edildikdə. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək tətbiq olunan Azərbaycan SSR Mənzil Məcəlləsinin 31-ci maddəsinə və “Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 saylı Qərarı ilə təsdiq edilmş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 7-ci bəndinə əsasən mənzil fonduna malik olan və mənzil tikintisi aparan, yaxud mənzil tikintisində payçı kimi iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların iş yerində uçota götürülə bilməsinin mümkünlüyü təsbit edilmişdir. Məhkəmə, iddiaçı tərəfin iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığına görə əlilliyi müəyyən edildiyindən ailə tərkibi artdığına görə müraciət etdiyi vaxt, yəni 1993-cü ildən yenidən mənzil növbəsinə alınması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 12 sentyabr 1979-cu il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, sonradan isə bir neçə dəfə vəzifəsi dəyişdirilmişdir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin arayışından görünür ki, xx.xx.1981-ci il tarixində maliyyə haqq-hesabı açılmış, İddiaçı mənzil verilmişdir. 22 oktyabr 1985 - ci il tarixində İddiaçı ailə və sağlamlıq vəziyyəti ilə əlaqədar işdən azad edilməsinə dair xahişi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə mənzil növbəsi siyahısına yenidən əlavə edilsə də, bununla bağlı müvafiq qərar ASCO-nun arxivində aşkar edilməmiş, iddiaçı isə hansı əsasla mənzil növbəsinə götürülməsini, ailə tərkibi artdığına görə müraciət etməsini və müraciəti əsasında 1993-cü ildə yenidən mənzil növbəsinə götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh QSC-nin “mənzil məsələləri komissiyası”nın iclasının 02 nömrəli xx.xx.2022-ci il tarixli protokoluna əsasən, İddiaçı mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Məhkəmə iddiaçının hansı əsasla və qaydada 1993-cü ildə yenidən mənzil növbəsinə götürülməsinin müəyyən edilmədiyini nəzərə alaraq, cavabdeh tərəfin mövqeyi ilə razılaşır və iddianın əsassız olması nəticəsinə gəlir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh QSC-yə qarşı “mənzil” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-141/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-141/2023
26.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver