Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1411/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X1 və Bakı şəhər İcra Hakimiyyətinin MKTB-nin Departamentinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı - cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti arasında Bakı şəhəri 13 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301.110 manat,mənəvi zərərə görə isə 50.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki 57 nömrəli evin 32 saylı mənzili tam ilkiyyət hüququ ilə Ərizəçiyə məxsusdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət yestri Xidmətinin sonuncu dəfə xx.xx.2020-ci il tarixində verdiyi Hüquqların Dövlət ydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (qeydiyyat nömrəsi 10012512) ilə təsdiq olunub. Ərizəçinin mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər linetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında taqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən Ərizəçinin mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir 3 il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir ib. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi :lər çəkiblər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxmlaradək heç kimdə şübhə tmayıb. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün in qurumun adından xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamm mətni ilə Ərizəçi və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə nlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarından başlayaraq Ərizəçinin mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci avabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü avabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində ılarm sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ləniləcəyini bildiriblər. 1-ci Cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza ıziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən rizəçinin mənzillərini satmasını tələb ediblər! Sakinlər, 3-cü Cavabdehin belə səlahiyyəti maması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün ənolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış rlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 №li “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli Sərəncamının asının təmin edilməsi haqqında” Sərəncamına görə, Ərizəçinin mənzili olan bina guya qəza ziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması Cavabdehə həvalə edilib. Ərizəçi və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1 -ci Cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə ərizəçinin evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin tikilməyəcəyi ilə hədələyiblər. Ərizəçinin tələblərinə baxmayaraq, 3-cü Cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci Cavabdehin bu barədə sərəncamının ətini isə o qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin Ərizəçi və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti 'VİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. xx xxxxx 2020-ci il tarixində binaya sahə vəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin nzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. xx xxxxx 2020-ci il tarixində zəçinin evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanını sakinlərindən biri cavabdehlərlə razılığa gəlməmişdi. Aprelin 11-nə Ərizəçinin binası dağıdılma məqsədi ilə ara alınıb. Aprelin 18-də 1 -ci Cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, ırın cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1 -ci Cavabdehə, ondan isə ılması üçün 2-ci Cavabdehə göndərilib (!!!). Artıq aprel ayında Ərizəçinin binasına gələn su cavabdehlər tərəfindən zədələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su, trik enerjisi, qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. «xxxxxxx» MMC-nin xx xxxxx 2020-cı il tarixli qiymətləndirmə abatına əsasən Ərizəçinin mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də rpaqların dövlət ehtiyacı üçün alınması haqqında» Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 154700 manat olub. Aprelin 28-də 2-ci Cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq qorik şəkildə Ərizəçinin 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Beləliklə, əçinin mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi məmur özbaşınalığı bindən real təhlükə altına alınıb. Cavabdehləri Ərizəçi və başqa sakinlərin hüquqlarının mövcudluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binam tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. xx xxxxx 2020-ci il tarixində Ərizəçi, Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə dair ərizə verərək Bakı şəhəri, Səbail rayonu, Saraykin 57 saylı evdə və həmin evin torpaq sahəsində, eləcə də sahəyə bitişik ərazidə cavabdehlərə və başqa şəxslərə hər hansı söküntü işləri və ərizəçinin mülkiyyətindəki mənzilin yerləşdiyi evə xələl gətirə biləcək hər hansı işlərin aparılması qadağan edilməsini və s. xahiş edib. Lakin karantinlə bağlı olaraq məhkəmə bağlı olduğundan ərizəni orada qəbul etməyiblər. Aprel ayına binanın əksər sakinlərinin köçürülməsinə nail olan 2-ci Cavabdehin işçiləri boşaldılmış mənzilləri, o cümlədən Ərizəçinin 3-cü mərtəbədə yerləşən mənzilindən aşağıda yerləşən mənzilləri söküblər. Bu ona gətirib çıxarıb ki, bina süni yolla qəza vəziyyətinə salınıb, və Ərizəçinin mülkiyyət və sair hüquqlarının koronavirusla bağlı karantindən sonra hüquqlarının qorunması mümkünsüz olar. 02 may tarixində cavabdehlər Ərizəçinin divar qonşusunun mənzilini dağıdıblar, Ərizəçinin qonşuları ilə ümumi balkonunun söküntüsünə başlayıblar. Mayın 10-da Ərizəçi, Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə 1-ci Cavabdehin məlum əməkdaşı Zülfəli İsmayılovdan cavab məktubu alır. Sonuncunun əvvəllər sakinlərə söylədiklərini təkrarlayan məktubun məzmunu Ərizəçinin mülkiyyət, mənzil və s. hüquqlarının real qorunması mümkünlüyünün nə dərəcədə illüzor olduğunu göstərir. Həmin vaxta binanın artıq damı dağıdılırdı. Mayın 14-də binaya gələn qaz kəməri kəsilib, sakinlərə bildiriblər ki, 1-ci Cavabdehin sərəncamına əsasən bunu edirlər. xx xxx 2020-ci il tarixində Ərizəçi cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini - yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN - İ ******* №li daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi M.Əkbərov iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Ə.Bayramov iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir Cavabdeh Nazirlər Kabineti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 32 saylı mənzili 145.750 manat müqabilində Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə satmış və bu müqavilə satıcı qismində bilavasitə İddiaçı tərəfindən imzalanmışdır. Müqavilənnin 13-cü bəndində qeyd edilmişdir ki, satıcı İddiaçı xx.xx.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilənin 20-ci bəndinə əsasən AR Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələri və müüqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr Satıcı və Alıcıya notarius tərəfindən izah edilmişdir. Müqavilənnin 21-ci bəndində qeyd edilmişdir ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirmişdirlər. Məhkəmə iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə dair Bakı şəhəri 13 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, habelə tərəflərin hər ikisin iradə ifadəsi yoxlanılmışdır. Bununla bağlı notarius alqısatqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olubolmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən müqaviləni təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə dair Bakı şəhəri 13 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının əmlaka dair sərəncam vermək hüquqları və sərəncam vermək iqtidarında olub-olmamağı yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301.110 manat,mənəvi zərərə görə isə 50.000 manat məbləğində kompensasiyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi iddia tələbinin “müqavilənin etibarsızlığı” hissəsindən bilavasitə asılı olduğundan və iddia tələbi həmin hissədə təmin edilmədiyindən qalan hissədə də təmin edilməməlidir. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki işdə iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilən 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1411/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1411/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver