Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1416/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.05.2014-cü il tarixli, 6538/4604 nömrəli icarə müqaviləsi ləğv edilsin, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi, cavabdehdən icarə haqqı üzrə 14000 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 idarəsindəki hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.05.2014-cü il tarixli, 6538/4604 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 14000 manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 01.02.2021-ci il tarixli, **********37 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat 'Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1 -ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Qeydedilənləri, habelə dövlət əmlakının icarəsinə görə icarə haqlarının vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsinin Azərbaycan Respublikasının iqtisadi mənafeyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında 6538/4604 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.05.2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 02.05.2012-ci il tarixli, 49 saylı əmrinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 250 kv.m təşkil edən AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 700 manatdır. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli məktubdan görünür ki, «Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanına uyğun olaraq ünvan 2 ünvanında yerləşən 250,0 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla bağlanılmış 6538 nömrəli 15.05.2014-cü il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.01.2021-ci il tarixinə 10849,97 manat məbləğində icarə haqqı borcu yaranmışdır. 7 gün müddətində dövlət büdcəsinə yaranmış borcunun ödənilməsinin təmin edilməsi zəruridir. Eyni zamanda təmin edilmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi təklif olunur. Əks halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 28.10.2020-ci il tarixli məktubdan görünür ki, «Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanına uyğun olaraq ünvan 2 ünvanında yerləşən 250,0 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla bağlanılmış 6538 nömrəli 15.05.2014-cü il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31.10.2020-ci il tarixinə 10849,97 manat məbləğində icarə haqqı borcu yaranmışdır. 7 gün müddətində yaranmış borcunun ödənilməsi təmin edilmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən bağlanmış müqavilənin ləğv edilməsi, həmçinin dövlət büdcəsinə mövcud olan borcun ödənilməsi tələbinə dair qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.05.2014-cü il tarixli, 6538/4604 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edir, cavabdehə 28.10.2020-ci il tarixli, **********714 nömrəli və 01.02.2021-ci il tarixli, **********37 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı olduğundan onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ünvanında yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 15.05.2014-cü il tarixli 6538/4604 saylı icarə müqaviləsi ləğv edilsin, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində icarə haqqı üzrə borc Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 idarəsindəki aşağıdakı hesabına köçürülsün: VÖEN **********, AZ53 NABZ ********************, kod 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1416/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1416/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver