Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1417/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X4 qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması və cavabdehin çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 ilə aralarında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ünvanında yerləşən 157.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli icarə müqaviləsinin ləğv edilməsi,qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 4692 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki A53 NABZ ********************4 saylı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmılakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1197-ci il tarixliFərmanıın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh X7 arasında Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ümvanında yerləşən 157.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdeh öz üzərinə icarı haqqının vaxtı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 4692 manat icarə haqqı borcu mövcuddur. Bildirir ki, icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında Azərbycan Respublikası Qanunun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 01.02.2021-ci il tarixli **********635 nömrəli xəbərdarlıq məktubu ilə müriciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. İddiaçı 24 iyun 2021-ci tarixdə **********19 saylı iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin həcminin artırılaraq cavabdehdən icarə haqqı borcu üzrə 4967 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 İdarəsindəki A53 NABZ ********************4 saylı hesabına köçürülməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 aprel 2021-ci il tarixli iddia ərizəsi məhkəməyə göndərildikdən sonra ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və cavabdeh icarə haqqı üzrə ödənişləri həyata keçirmədiyinə görə borcun məbləği artaraq 4967 manat olmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Xidmətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli 210120**********635 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ünvanında yerləşən 157.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli müqavilə üzrə dövlət büdcəsinə 31.01.2021-ci il tarixinə 3864,17 manat məbləğində borcun ödənilməsi ilə bağlı cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan AZE No 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh X7 xx.xx.1982-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş və qeydiyyatda olduğu yer Bakı şəhəri, B.Nuriyev küçəsi, ev.37,m.120-dir. İş materiallarında olan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maliyyə, İqtisadiyyat Proqnozlaşdırma və X8 tərtib etdiyi şəxsi hesab vərəqindən görünür ki, cavabdeh X2 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli müqavilə üzrə dövlət büdcəsinə 4691.57 manat icarə haqqı borcu vardır. İş materiallarında olan 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 02.05.2012-cil tarixli,49 saylı əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park (registr №***-*******3-000) ünvanında yerləşən, ümumi sahəsi 157.6 kv.m təşkil edən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, “xxxx” MMC-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə İcarəçinin müddətli istifadəsinə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 21.10.2014cü il tarixdən 30.06.2015-ci il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan şəxsi hesab vərəqindən görünür ki, 2636, 2636, 7391, 7391 nömrəli müqavilələr üzrə 22152.18 manat ödənilmiş, 4966.97 manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.1-ci madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtdir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi icarə müqaviləsi üzrə 4967 manat məbləğində borcun olması barədə məhkəməyə əsaslandırılmış mötəbər sübutlar təqdim etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı tərəfindən 4967 manat məbləğində pul Cavabdeh tələb edilmiş, bu hal iş materiallarına əlavə edilmiş cavabdehə aid şəxsi hesab vərəqəsində öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 16.01.2015ci il tarixli, 7391/2636 nömrəli icarə müqaviləsi üzrə 4967 (dörd min doqquz yüz altmış yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki kod 501004, AZ53 NABZ013601500**********4, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda qeyd edilən maddələrində müqavilənin ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması Mülki Məcəllə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur.Tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunu digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, cavabdeh bağlanılmış icarə müqaviləsi üzrə iddiaçıya hər ay icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin cavabdeh icarə müqaviləsi üzrə vəzifəsini yerinə yetirmədiyindən, bununla da onun tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı baş verdiyindən, iddiaçının icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddə göstəridiyi kimi, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Öhdəliyin tamamilə icra edilməməsi yanaşı onun vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olar və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüququ nəticələrə səbəb olur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (Komitəsi) ilə X7 arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ünvanında yerləşən 157.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli icarə müqaviləsi ləğv edilsin, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh 16.01.2015-ci il tarixli, 7391/2636 nömrəli icarə müqaviləsi üzrə 4967 (dörd min doqquz yüz altmış yeddi) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Tutulan məbləğ Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki kod 501004, AZ53 NABZ013601500**********4, VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1417/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1417/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver