Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1419/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli olan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bir vaxt bundan əvvəl ona məxsus olan mənzilinə Cavabdeh daimi pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Qeyd etmək istəyir ki, o, burada heç bir zaman yaşamamış və ümumiyyətlə bu günə kimi də mənzildə yaşamır. Onun qeydiyyatına düşməsi yalnız müvəqqəti və formal xarakter daşımış və ən əsası da özünün iradəsi nəticəsində yox, məhz Cavabdeh ona göstərdiyi təsiri, təzyiqi nəticəsində onun mənzilinə daimi pasport qeydiyyatına düşməsinə icazə vermişdir. Amma müddət keçdikcə başa düşmüşdür ki, cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla onun mülkiyyət hüquqları pozulmaqla yanaşı, eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri də kobud surətdə pozulur. Həmçinin qeyd etmək istəyir ki, cavabdehin bu yaşayış sahəsinə ümumiyyətlə ehtiyacı yoxdur və onun xüsusi mülkiyyətində mənzil var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin sonradan iddiaçının sənədləri itdiyindən, yenidən müraciət edərək xx.xx.2020-ci il tarixli çıxarış almışdır. Həmçinin bildirmişdir ki, hazırda tərəflər arasında aliment tələbinə dair məhkəmə mübahisəsi var, İddiaçı hazırda maddi vəziyyəti pisdir, o, öz maddi ehtiyaclarını qarşılaya bilmir, bu səbəbdən də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, bundan başqa cavabdehin qanunsuz hərəkətlərindən polis orqanlarına şikayət də etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı onun anasıdır. Belə ki, DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən həmin mənzil xx.xx.2020-ci il tarixdən anasına məxsusdur və onun mülkiyyətindədir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 mənzil, 14 ünvanına onun daimi pasport qeydiyatına düşməsi üçün notariusda rəsmi razılıq vermişdir. Eyni zamanda iddiaçı bir oğlu kimi onun başqa yaşayış yeri olmadığından qeydiyyata düşməklə bərabər həmin ünvanda ailəsilə birlikdə yaşamasına razılıq əsasında başlamışdır. Eyni zamanda iddia ərizəsində anası ona münasibətdə ona bu işlə bağlı təsir və təziq olduğunu iddia ərizəsində bildirmişdir. Hesab edir ki, anası yaşlı adamdır və onun qayğıya və nəvazişə ehtiyacı olan şəxsdir. Bu kimi ifadələr düzgün deyil, anasının belə bir addım atmasına yan təsirlərin təzyiqi vardır. Hal-hazırda bu ifadələrlə anası tərəfindən təsir və təzyiqlə ərazi üzrə hüquq mühafizə orqanlarına müraciət belə edilməmişdir. Eyni zamanda anası iddia ərizəsində bildirmişdir ki, onun ümumiyyətlə bu yaşayış sahəsinə ehtiyacı yoxdur, xüsusi mülkiyyəti vardır. Əlavə olaraq bildirir ki, atasının vəfatından sonra mənzil miras qalmış və ailə üzvləri arasında qanunu üzrə vərəsəlik qaydasında bölünmüşdür. Hal-hazırda anası həmin ünvanda yaşayır və xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri qeyd edilmişdir. Həmin Məcəllənin 30.1-ci bəndinə görə yaşayış sahəsi mükiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçilərin arvad (əri) habelə onun uşaqları və valdeyinləri aid edilir. Eyni zamanda həmin qanunun ruhuna əsasən o, iddiaçının oğlu olmaqla həmin mənzilə anası ilə birlikdə yəni mülkiyyətçiyə aid edilən hüquqlara sahibdir. Mənzil Məcəlləsinin 30.2-ci bəndinə əsasən qanun bildirir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvüləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Qanunun ruhu bir daha bildirir ki, o, indiki tələb üzrə iddiaçının oğlu olmaqla bərabər anası mülkiyyətçisi olduğu mənzilə onunla bərabər hüquqa malikdir, çünki o, iddiaçının qanunla ailə üzvü hesab olunur. Eyni zamanda yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsinin mülkiyyətçisinin onunla yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.3-cü bəndinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvüləri arasında başqa razlaşma yoxdursa, mülkiyyətçinin mülki hüquq fəailyyət qabiliyyətli ailə üzvüləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birlikdə məsuliyyət daşıyırlar. Bu maddi hüquq norması əsas verir ki, o, anasının mülkiyyətçi olduğu mənzildə yaşayaraq onunla bərabər hüquqlara malikdir. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri barədə qanunun ruhuna əsasən bildirilmişdir ki, MM-nin 27.1bəndinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü bəndinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edərsə, o, yaşayış yerini itirmir. Bu kimi münasibətləri xitamla bağlı hər hansı hüquq pozulması ilə bağlı iddia tələbi olmuş olsa Mülki Məcəllənin 228.2-ci bəndinə əsasən həll edilə bilən hüquqdur. MM-nin 228.2-ci bəndi və ruhu bildirir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razlaşma ilə müəyyənləşdirilir. Hesab etsə ki, anası onun şəxsən mübahisəli mənzilə qeydiyyata düşməsi və mütəmadi olaraq həmin ünvanda ailəsilə birlikdə yaşaması məhz notariat qaydasında təsdiq edilmiş razılıq əsasında olmuş və heç bir şətlərlə müəyyən edilməmişdir. Həmin Qanunun ruhuna əsasən istifadə hüququna xitam məsələsi razılaşma ilə həll edilə bilmədikdə bu məsələ yalnız məhkəmə qaydasında həll edilə bilər. Eyni zamanda bu hüquq yalnız mülkiyyətçiyə məxsus olaraq məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehin hərəkətlərindən hüquq mühafizə orqanına şikayət etsə də, müvafiq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Aliment tələbinə dair məhkəmə mübahisəsi də hazırda məhkəmənin icraatındadır, bu iddia ilə bağlı etiraz məhkəməyə təqdim edilib. Məhkəmə, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 21, 14 saylı mənzil 1 saylı DNK-nın xx.xx.2001-ci il tarixli 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 21 saylı evin 14 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Elbrus Məmmədov tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş X8 və Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7937/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı X3 cavabdehlər X7, İddiaçı və Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçının irəli sürdüyü tələb üzrə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzilə dair iddiaçının 1/4 hissəsinə dair vərəsəlik payı tanınmış, qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnaməsinin verilməsi öhdəliyinin Bakı şəhəri 18 saylı Notariat Ofisinin üzərinə qoyulması vəzifəsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı X3 cavabdehlər X13 ogluna, İddiaçı və Cavabdeh qarşı 18 saylı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında miras əmlakı olmuş Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 181 saylı mənzilə dair cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzilə dair iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 18 saylı Notariat Ofisinin üzərinə qoyulmuşdur. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 21, 14 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 21, 14 saylı mənzil xx.xx.2001-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Həmin mənzildə iddiaçının oğlu olan cavabdeh qeydiyyatdadır. Məhkəməiclasındahəmçininmüəyyənedilmişdirki, cavabdeh mübahisəli mənzilə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yerləşən mənzildə heç vaxt yaşamamışdır. Bu hal iddiaçının izahatından əlavə, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Elbrus Məmmədov tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərarının, eləcə də, cavabdehin Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzillə bağlı yuxarı məhkəmə instansiyalarına təqdim etdiyi apellyasiya şikayətinin məzmununda göstərilən hallarla da təsdiq edilir. Belə ki, sözügedən qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzildə yaşayan İddiaçı Mussa qızının ərizəsində 2019-cu ilin noyabr ayında oğulları Fuad və Azər birlikdə yaşadıqları mənzildən yataq otağında sandıqda saxladığı 30.550 ABŞ dolları pulunu götürərək ələ keçirmələri və digər hərəkətlərindən şikayət etmişdir. Qərarda cinayət işinin başlanması üçün əsaslar olması müəyyən edilməsə də, müəyyən edilmişdir ki, F.Əliyev, qardaşı Cavabdeh anaları ilə bir evdə, yəni Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzildə yaşamışlar və onların həmin ünvanda yerləşən mənzillə bağlı aralarında mülk mübahisəsi vardır. Bu hal X5 və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətində özlərinin Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzildə yaşayan şəxslər kimi qeyd edilməsi ilə bir daha öz təsdiqini tapır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə bildirişləri Cavabdeh qeydiyyatı üzrə ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilinə göndərilsə də “bu ünvanda yaşamır” qeydi ilə bildirişlər olan zərflər məhkəməyə geri qaytarılmışdır. Bunun əksi olaraq Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzilə göndərilmiş məhkəmə bildirişi isə Cavabdeh tərəfindən xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Məhkəmə iddiaçının cavabdeh ƏliyevAzərAbuzəroğlunun Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 14, 161 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara və iddiaçı tərəfin izahatına qiymət verərək cavabdehin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlir və olmayan hüquqa xitam verilməsi barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Qərarda həmçinin göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Konstitusiya Məhkəməsi qeyd edilənlərə əsasən həmçinin qərara gəlmişdir ki, “Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Məhkəmənin pozitiv öhdəliyindən birinin də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbinin və iddiaçının nümayəndəsinin izahatının məzmununa əsasən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə əsas məqsədi Cavabdeh öz mülkiyyətində olan mənzilinə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Belə ki, cavabdehin iddiaçıya məxsus mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Yuxarıda qeyd edilən sonuncu Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında həmçinin göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM- 152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 21 saylı evin 14 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mənzilə dair orada yaşamaması ilə yanaşı, hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə müda-fiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmaması üçün iddia-nın əsası nəzərə alınmaqla cavabdehin mənzildən istifadə hüquq-unun olmadığını da nəzərə alaraq onun mübahisəli mənzildə pasport qeydiyyatında qalmasını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsə də, çıxarılacaq qətnamə cavabdehinSəbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 21 saylı evin 14 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu mad-dəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sa-həsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüv-vəyə minmiş qətna-məsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, hazırki qətnamədə ca-vabdehin mənzildən istifadə hüququnun yaranmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətna-mə-yə bərabər tutulur və ca-vab-dehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar ca-vabdehin yaşayış yeri üzrə qey--diyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə və-zifə qoyulması deyil, qanu-nun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edil-məsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, hazırkı qətnamə cavabdehin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 21 saylı evin 14 saylımənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Hazırkı qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1419/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1419/2020
04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver