Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1422/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs işə cəlb edilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə daimi olaraq yaşayır. Mərhum atası X3 1893-cü ildə anadan olmuşdur. Bunu ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi mərhum atasına məxsus pasportun surəti ilə təsdiq edir. Bildirir ki, onun doğum haqqında şəhadətnaməsində ata adı qrafasında atasının adı Məmməd Həsən olaraq göstərilmişdir. Bundan əlavə bildirir ki, onun doğum haqqında şəhadətnaməsi də yoxdur. Lakin arxivdə qalan şəhadətnamədə ata adı səhv göstərilmişdir. Bəzi sənədləşmə işlərinin icrası üçün bu kimi anlaşılmaz halların aradan qaldırılması və 1893-cü il təvəllüdlü X2 onun, xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və müəyyən edilməsini istədikləri faktın ərizəçinin əmlak hüquqlarını həyata keçirməsi üçün zəruri olduğunu bildirərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin 08.06.2021-ci il tarixli məktubla işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid göstərmişdir ki, ərizəçi onun doğma qardaşıdır. Onlar ailədə dörd qardaş və bir bacı olmuşlar, böyük qardaşı İsmayıl rəhmətə getmişdir. O da daxil olmaqla üç qardaşın və bacısının ata adı sənədlərdə düzgün olaraq göstərilmiş, lakin qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Məmməd Həsən göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1947-ci ildə Neftçılı rayonu, Qoltu kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİİİ-LC 540568 nömrəli pasportdan görünür ki, X3 1893cü ildə Neftçala rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27.04.2021ci il tarixli məktubdan görünür ki, Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 57 saylı 27.07.1947-ci il tarixli doğum haqqında akt qeydində onun ata adı ata bəndində X1 yazılmışdır. AR Nazirlər Kabunetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər qaydasının 1-ci bəndində göstərildiyi kimi Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi, ona dəyişikliklər və əlavələr edilməsi kifayət qədər əsaslar olduqda, təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən düzəliş və ya əlavə edilir. Doğum haqqında akt qeydində düzəliş və ya əlavə olunması üçün onun əsaslı sənədləri olmadığına görə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli olan faktını təsdiq edilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1893-cü il təvəllüdlü X2 xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1422/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1422/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver