Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1422/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «müqavilə öhdəliklərinin icra olunması və s.» barədə iddia ərizəsi üzrə mülki işə 23 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «müqavilə öhdəliklərinin icra olunması və s.» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2019-cu il tarixli müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliklərin təcili icra etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 23,000 manat maddi və mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh satıcı, iddiaçı isəalcı kimi çıxış etməklə aralarında bağlanmış 11 mart 2019-cu il tarixli İlkin müqaviləyə müvafiq olaraq, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 747,9 kv.m olan fərdi yaşayış evinin 2 otaqdan ibarət 8 saylı mənzilini 39,720 manata iddiaçıya satılmış və satıcı kimi çıxış edən cavabdeh üzərinə gələcəkdə bununla bağlı iddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşdür. İddiaçı alıcı kimi mənzilin dəyərinin 20,000 manat hissəsini müqavilə imzalanan zaman dərhal, qalan hissəsini isə az sonra tam olaraq satıcıya ödəmişdir. Aradan 5 ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə iddiaçı ailəsi ilə birlikdə külli miqdarda maddi və mənəvi itkilərə məruz qalmaqla uzun müddətdir ki, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə Cavabdeh (satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli İlkin Müqavilənin (surətinin) 1-ci və 2-ci bəndindən görünür ki, Satıcı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 747,9 kv.m olan fərdi yaşayış evinin 2 otaqdan ibarət 8 saylı mənzilini 39,720 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqaviləni bağladılar. Həmin müqavilə ilə Cavabdeh (mülkiyyətçi) ona məxsus fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki ümumi sahəsi 66,2 kv.m olan 2 otaqdan ibarət hissəsini (8 saylı mənzilini) 39,720 manata qiymətləndirir və gələckdə həmin əmlakı İddiaçı satmağı, alıcı İddiaçı isə mənzili gələcəkdə 39,720 manata almağı öhdəsinə götürür. Alıcı İddiaçı satış məbləğindən 20,000 manatını hazırda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə Satıcı Cavabdeh ödəyir, satış qiymətinin qalan 19,720 manatını isə əmlakın alqı-satqısına dair əsas müqavilə bağlanarkən Satıcıya ödəməyi öhdəsinə götürür. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, ünvan 2 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,09843 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İlkin Müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 747,9 kv.m olan fərdi yaşayış evinin 2 otaqdan ibarət 8 saylı mənzilini İddiaçı 39,720 manat qiymətə satmağa dair razılığa gəlmişdirlər. Həmin məbləğdən 20,000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh müqavilə bağlanan zaman ödənilmişdir. Tərəflər razılığa gəlmişdirlər ki, sözügedən mənzilə dair alqı-satqı müqaviləsi bağlandığı zaman yerdə qalan məbləğ də alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasənsadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir. 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 747,9 kv.m olan fərdi yaşayış evinin 2 otaqdan ibarət 8 saylı mənzilinin alqı-satqısı barədə əsas müqavilə bağlamaq öhdəliyinin daşıyıcısı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, onlar əsas müqaviləni hansı müddətdə bağlayacaqları barədə razılığa gəlməmişdirlər. İlkin müqavilənin 2019-cu il tarixdə bağlandığını və müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlayacaqları barədə razılığın əks olunmadığını əsas götürərək məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən əsas alqı-satqı müqaviləsi ilkin müqavilənin bağlandığı tarixdən 1 il müddətinə bağlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin müqavilənin tarixindən artıq 1 ildən çox müddət keçdiyindən və cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçı ilə əsas alqı-satqı müqaviləsini bağlamadığından xx.xx.2019-cu il tarixli ilkin müqavilə üzrə iddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində ilkin müqavilə ilə razılaşdırılmış mənzilin dəyərindən ödənilmiş məbləğdən yerdə qalan 19,720 manat pulu satıcıya ödədiyini göstərsə də, bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin “18,000 manat kirayə haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, iddiaçı hazırda kənddə yaşayır. Lakin əvvəllər ona məxsus evdə kirayə yaşayırdı və aylıq 300 manat kirayə haqqı ödəyirdi. Onlar arasında bununla bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Məhkəmə qeyd edir ki, şahidin iddiaçı tərəfindən təqdim olunması, habelə ifadəsində qeyd etdiyi halları təsdiq edə biləcək hər hansı başqa sübutun iş materiallarında olmaması səbəbindən şahidin ifadəsi hazırki işdə istinad oluna biləcək yeganə sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan müddət ərzində kirayə mənzildə yaşadığı və bununla bağlı xərclər çəkməsi kifayət qədər dəlillərlə öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin “5.000 manat mənəvi ziyanın cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Az. Resp. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi qismən təmin olunduğundan iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İlkin Müqavilə üzrə əsas müqavilənin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1422/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1422/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver