Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1440/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi V.Ə.Əliyevin və vəkili Vəkil, 3-cü şəxs Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2026/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 7, 11 saylı mənzilə görə ödənilmiş 82005 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 8200,50 manat məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2016 saylı 14 yanvar 2016-cı il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2026/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-747/16 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 747/16 saylı, xx.xx.2016-cı il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə avropa şikayətləri təmin edilərək, Cavabdeh 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı – tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmısdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən – dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 10930 avro məbləğində pul vəsaitinin 30% - 3279 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 3279 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2022ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbərnaməyə imza edilərək alınmışdır. Cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 3279 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün Cavabdeh ona qeyd edilən əsas borcun faizlərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi elektron səhifəsində bank faizinin uçot dərəcəsi aşağıdakı qaydada müəyyən edilmişdir: 2021-ci il üçün: xx.xx.2021 – 7,25%, xx.xx.2021 – 7,0%, xx.xx.2021 – 6,5%; 2022-ci il üçün: xx.xx.2022 – 7,75%, xx.xx.2022 – 7,5%. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 3279 avronun manata olan rəsmi məzənnəsinin və 84 manat dövlət rüsumunun onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 3279 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manat olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, yeddi nəfər sakin və Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmışdır və notariat qaydada təsdiq olunmuşdur. Müvqailənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətləri haqqı məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30 faizi miqarında müəyyən edilir. Bundan əlavə X2 tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə alındığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığını bildirərək üzərinə hüquqi xidmətə görə xidmət haqqının ödənilməsi öhdəliyi götürmüşdür. Lakin cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik icra edilməmişdir. Əvvəlki məhkəmə iclasında ona hər hansı pul vəsaiti verilməməsini ona görə bildirmişdir ki, cavabdeh hüquqi xidmətlə bağlı ona pul verilməsini danmışdır. Videogörüntüyə baxış zamanı həqiqətən cavabdehin nümayəndəsi tərəfindən ona 10 ədəd 100 manatlıq cəmi 1000 manat pul verilmişdir. Müqavilə Azərbaycan Respublikasının məhkəmələrində qaldırılan iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi qismində iştirakla bağlı olsa da, cavabdeh şifahi formada tapşırıq müqaviləsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin hazırlanmasını barədə ona tapşırıq vermiş və orada qəbul ediləcək qərar əsasında ona ödəniləcək kompensasiyanın 30 faizi həddində xidmət haqqı ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İlkin olaraq şikayətlərin Avropaya Məhkəməsinə hazırlanması üçün 7 nəfərin hər birindən 100 manat məbləğində pul almışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçı ilə bir dəfə notariusda görüşmüş, sənəd imzalanmışdır. Həmin sənəd iddiaçıya onun Azərbaycan Respublikası Məhkəmələrində təmsil etməsi üçün verilmişdir. Avropa Məhkəməsi ilə bağlı iddiaçıya heç bir tapşırıq verməmişdir. İlkin olaraq 200-300 manat pulu iddiaçıya o, vermiş, Avropa Məhkəməsinin qərarından sonra isə həyat yoldaşı 1000 avronu İddiaçı vermişdir. Avropa şikayətinə imza atmamışdır, qəbzdəki imzanın onun tərəfindən çəkilməsi yadında deyil. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçı ilə iki dəfə görüşüb ona demişdir ki, 30 faiz şişirdilmiş məbləğdir. O, ancaq 10 faiz verə bilər və iddiaçıya 1000 avro məbləğində pul vermişdir. Notariat kontorunda bağlanan müqavilə iddiaçının Azərbaycan Respublikasının məhkəmələrində cavabdehi təmsil etməklə və həmin qətnamə ilə tutulması müəyyən edilən pulun 30 faizi həddində kompensasiya ödənilməsi ilə əlaqədar olmuşdur. Məhkəmələrdə qaldırılan iddia təmin edilməmişdir və pul kompensasiyası tutulmamışdır. Cavabdeh tərəfindən isə iddiaçıya Avropa məhkəməsinə şikayət verilməsi ilə əlaqədar hər hansı tapşırıq verilməmişdir. Lakin buna baxmayaraq Azərbaycan Məhkəmələrində iştirakı ilə bağlı bir insan kimi xidmət xərci kimi 1000 avronu iddiaçıya şəxsən özü vermişdir. Bunu təsdiq edən video görüntünü məhkəməyə təqdim etmişdir. Qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs Nümayəndə öz izahatında göstərmişdir ki, o, İddiaçı tərəfindən ona təqdim edilən cavabdehə aid şikayəti müvafiq qaydaya uyğun tərtib edib, ingilis dilinə tərcümə edərək Avropa Məhkəməsinə göndərmiş və kommunikasiya ilə bağlı xidmətləri həyata keçirmişdir. Bunun üçün İddiaçı ilə müqavilə bağlanılmış və hər şikayətə görə ona ilkin olaraq 100 manat məbləğində pul vermiş və bildirmişdir ki, Avropa Məhkəməsində şikayət edən şəxslərin aldıqları kompensasiyanın 20-30%-i ona ödənildikdən sonra o, əlavə olaraq ona xidmət haqqı da ödəyəcək. Cavabdehi tanımamış və onu görməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, CD diskə baxış keçirdib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə “İcraçı” qismində İddiaçı ilə “Sifarişçi” Cavabdeh və qeyriləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” bu müqavilənin şərtlərinə uyğun olaraq “Sifarişçi”lərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair“ qaldırılmış iddia ərizəsi üzrə iddiaçıların, yəni “Sifarişçi”lərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədən nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçi”lərin (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət ediləq ümumi məbləğin 30% miqdarında “İcraçı”ya ödənilir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarları icra olunarkən – dərhal ödənilir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-747/2016 saylı qərarın surətindən görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Maliyyə Nazirliyi) Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, 7 saylı evin 11 saylı mənzilinə görə ödənilmiş 82005 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10% miqdarında kompensasiyanın 8200,50 manat məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar çıxarılmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(81)-2026/2015 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-53/2016 saylı qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsi, iddiaçı Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 7, 11 saylı mənzilə görə ödənilmiş 82005,0 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10% miqdarında kompensasiyanın 8200,50 məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun iddiaçı Cavabdeh xeyrinə cavabdehdən tutulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə Cavabdeh tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, o, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə almışdır.Vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-747/16 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən iddiaçı olaraq Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-53/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-747/16 saylı, xx.xx.2016-cı il tarixli qərarından narazı qaldığı üçün Cavabdeh tərəfindən ona Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiya ödənilməlidir. Nəzərinə çatdırır ki, aralarında xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Cavabdeh ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndəsindən heç bir şikayətinin olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi Cavabdeh tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarının ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 7930 avro maddi və 3000 avro mənəvi, cəmi 10930 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı Cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə ilə Cavabdeh tərəfindən müvafiq öhdəliklər götürülmüşdür ki, onların icrası vacib və məcburidir. Göstərilənləri nəzərə alaraq Cavabdeh tələb olunur ki, 3 gün müddətində xidmət haqqı olaraq 3279 avro məbləğində vəsaitin ona ödənilməsini təmin edilsin. Əks təqdirdə aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı bütün instansiya məhkəmələrində cavabdehi təmsil etməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında iddiaçıya ödənilməsi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən – dərhal ödənilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 7, 11 saylı mənzilə görə ödənilmiş 82005 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 16401 manat məbləğində pulun və çətinliklə bağlı 10 faizi miqdarında 8200,50 manat məbləğində pulun, cəmi 24601,5 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalmış Cavabdeh iddiaçıya Avropa İnsan Hüquqları Məhkəməsində şikayətin verilməsinə tapşırıq vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehə 7930 avro maddi və 3000 avro mənəvi, 10930 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı icra edilmiş və cavabdeh tərəfindən cəmi 10930 avro kompensasiya məbləğini tam şəkildə alınmışdır. Lakin qeyd edilən xidmət haqqı ona ödənilməmişdir. 10930 avro məbləğində pul vəsaitinin 30%-i 3279 avro təşkil edir. Bu səbəbdən iddiaçı cavabdehdən 3279 avronun manata olan rəsmi məzənnəsinin, həmin pulun 2022-ci ilin 7,50% bank uçot dərəcəsini əsas götürməklə 245 avronun manata olan rəsmi məzənnəsinin və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. İddiaçı cavabdehlə aralarında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsinin verilməsi ilə bağlı tapşırıq müqaviləsini şifahi formada bağlanmasını və cavabdeh tərəfindən ona verilmiş tapşırıq əsasında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib edilərək göndərilməsinin təmin etməsini, lakin cavabdehin həmin tapşırıq müqaviləsi əsasında alacağı kompensasiya məbləğinin 30%-i həddində xidmət xərci kimi pul vəsaitinin ona ödənilməməsini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2). Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunun olması vacib şərtdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, o, iddiaçıya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş qətnamədən sonra şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi üçün hazırlanması barədə hər hansı bir tapşırıq verməmiş, şifahi qaydada belə bir müqavilə bağlanmamışdır və Avropa İnsan Hüquqları Məhkəməsində onun xeyrinə tutulacaq kompensasiyanın 30%-i həddində huquqi xidmət xərci kimi iddiaçıya pul verəcəyinə dair öhdəlik götürməmişdir. Lakin bir insan kimi Azərbaycan Məhkəmələrində nümayəndə qismində onu təmsil etdiyi üçün iddiaçıya 1000 avro məbləğində pul vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya 1000 avro məbləğində pulun verilməsi təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, Respublikanın Məhkəmələrində qaldırılan tələblə əlaqədar iddia təmin olunmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinə verilən şikayət əsasında cavabdehə kompensasiya ödənilməsi qərara alınmışdır. Məhkəmə həmin şikayətin iddiaçı tərəfindən tərtib edilib göndərilməsini nəzərə alaraq hesab edir ki, tapşırığın verilməsi cavabdeh tərəfindən etiraf edilməsə də, şikayətin hazırlanaraq verilməsi işin tapşırıq olmadan yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz və belə bir hal məntiqli hesab edilə bilməz. Tərəf həmin şikayət əsasında müvafiq kompensasiya almışdır. Lakin məhkəmə şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanıb göndərilməsi ilə bağlı göstərilən hüquqi xidmət xərcini kompensasiyanın 30% həddində müəyyən edilməsi barədə tərəflər arasında hər hansı razılığın əldə olunmasına dair mötəbər sübutlar mövcud olmamasını və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış hal kimi - 1000 avro məbləğində hüquqi xidmət xərcinin ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ işin görülməsi üçün çəkilən xərci qarşılayan ədalətli məbləğ kimi hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericilikdə də nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə iclasında iddiaçının hüquqi xidmətləri ilə əlaqədar cavabdeh tərəfindən ədalətli məbləğdə ödəniş həyata keçirildiyindən, bununla da hüquqi xidmət xərci kimi cavabdeh tərəfindən pulun ödənilməməsi barədə iddiaçının qaldırdığı iddianın əsassız olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia 3279 avro məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin tutulması hissəsində təmin edilmədiyindən, 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manat olan rəsmi məzənnəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Bu səbəbdən iddia tələbi 84 manat məbləğində öhdənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 3279 avronun manata olan rəsmi məzənnəsinin və 84 manat dövlət rüsumunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 3279 avro məbləğində pulun (borcun) 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 245 avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1440/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1440/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver