Məhkəmə qərarları › İş №2(009)-1470/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1470/2021

16.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1470/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2 Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 2 Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5na aid olan miras əmlakların qanuni vərəsə olaraq tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü sayılması və onun işlədiyi son iş yerindən (X8) 7612.85 manat pul vəsaitinin (son haqq-hesab və digər ödənişlər) alınması üçün ünvan 2 Notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X13 onun atasıdır. Ailələri dörd nəfərdən ibarət olmuşdur. X5, anası X3, bacısı X6 və o özü. X5 04.07.2020-ci il tarixdə vəfat etmişdir. Hüquqi savadı olmadığı üçün atasından miras qalmış əmlaklara dair vərəsəlik məsələsini həll etmək üçün tərəfindən aidiyyatı üzrə notariat ofisinə vaxtında müraciət olunmamışdır. Bununla əlaqədar hüquqşunaslardan hüquqi məsləhət aldıqda məlum olmuşdur ki, atası vəfat etdikdən 3 ay müddətində notariat kontora müracəit etməli idi. Artıq bu müddətdən 6 ay keçdikdən sonra miras əmlakı notariat qaydada qəbul etmək mümkün deyildir. Miras əmlakı qəbul etməyi üçün vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar ünvan 2 notariat ofisinə müraciət etdikdə 28 saylı notariat ofisi tərəfindən ona 03 aprel 2021-ci il tarixli imtina haqqında qərar təqdim edilmişdir. Onun tərəfindən X2 iş yeri olan “Azneft” İB-yə müraciət olunmuş və mərhum atasının orada işlədiyi müddətdə son haqq-hesab və DSMF tərəfindən ödəniləcək 7612,85 manat pul vəsaitinin olması barədə cavab məktubu alınmışdır. Bu cavab məktubu ünvan 2 notariat ofisinə müraciət etdikdən sonra alındığı üçün, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün notarius E.Kərimov AR Mülki Məcəlləsinin 1246 və Notariat haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq hüquqmüəyyənedici sənədin olmamasını və müddətin buraxılmasını səbəb göstərərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etdi və eləcə də bildirdi ki, iddiaçının anası X3 və bacısı X6 04.06.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrində 04.07.2020-ci ildə vəfat etmiş həyat yoldaşı və X5ndan miras qalmış əmlakdan onlara düşən vərəsəlik paylarının onlar tərəfindən qəbul edilmədiyini, hal-hazırda da qəbul etmək istəmədiklərini və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 09.06.2021-ci il tarixli məktubla işə onun iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəcinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 097513 saylı, 08.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 04 iyul 2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 07 ayının 07 günündə 248 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan «Azneft» İB-nin 30.04.2021-ci il tarixli arayışından görünür ki, «Azneft» İB-nin keçmiş işçisi, mərhum X9 vərəsələrinə çatası vəsait aşağıdakı kimidir: Azneft İB tərəfindən ödəniləcilək son haqq-hesab 3944.40 manat, DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqələri üzrə 3368.45 manat, DSMF tərəfindən ödəniləcək «Dəfn» pulu 300.0 manat, cəmi 7612.85 manatdır. İş materiallarında olan ünvan 2 notariat ofisinin notariusunun 03 aprel 2021-ci il tarixli qərarından görünür ki, miras əmlaka dair hüquqmüəyyənedici sənəd olmadığından və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1991-ci ildə Bakı şəhərindən anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş X1 ünvan 2 notariat ofisi tərəfindən təsdiq edilmiş 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, 04.07.2020-ci il tarixdə vəfat etmiş əri X7 miras qalmışdır. O həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Təqdim olunmuş X4 ünvan 2 notariat ofisi tərəfindən təsdiq edilmiş 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, 04.07.2020-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmışdır. O həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Eyni göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndində “açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir, notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər” kimi qeyd edilmişdir. .Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən X2 iş yeri olan “Azneft” İB-yə müraciət olunmuş və mərhum atasının orada işlədiyi müddətdə son haqq-hesab və DSMF tərəfindən ödəniləcək 7612,85 manat pul vəsaitinin olması barədə cavab məktubu alınmışdır. Bu cavab məktubu ünvan 2 notariat ofisinə müraciət etdikdən sonra alındığı üçün, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün notarius E.Kərimov AR Mülki Məcəlləsinin 1246 və Notariat haqqında Qanunun 40-cı maddəsini rəhbər tutaraq hüquqmüəyyənedici sənədin olmamasını və müddətin buraxılmasını səbəb göstərərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, atasının ölümündən sonra miras əmlakın qalmasından iddiaçının xəbərinin olmaması, eləcə də, onun hüquqi savadının olmaması, iddiaçının mərhum N.İddiaçı birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən biri olması nəzərə alınmaqla buraxılmış müddət uzürlü hesab edilməklə uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü sayılaraq bərpa edilsin. Həmin qətnamə iddiaçı X10 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar