Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1473/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 87 saylı doğum haqqında akt qeydinin ata qrafasındakı ata babasının adı ilə bağlı qeydin düzgün olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini, qətnamənin nəticə hissəsində bu qətnamənin doğum haqqında akt qeydindəki düzgün məlumatlar (yəni ata qrafasında ata babasının adındakı hərf səhvinin düzəldilərək “İbad” yazılması) göstərilməklə Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası hərbçi olduğundan, onun işi ilə bağlı həmin vaxt orada xidmət göstərdiyindən o, xx.xx.1964-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Bu barədə 07.02.1964-cü il tarixdə 87 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin şəhadətnamədə ata qrafasında ata babasının adında mexaniki (hərf) səhvə yol verilərək İbad əvəzinə İbar yazılmışdır. Bunun düzəldilməsi ilə bağlı onun tərəfindən maraqlı şəxsə müraciət edilmiş, lakin ərizəsinə müsbət cavab verilməyərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ata babasının adının İbad olmasını atasının doğum haqqında şəhadətnaməsi, atasının nikah haqqında şəhadətnaməsi, atasının şəxsiyyət vəsiqəsi, atasının pasportu, atasının xidməti və müharibə veteranı vəsiqələri açıqaydın təsdiq edir. Həmin sənədlərdən aşkar surətdə müəyyən olunur ki, doğum haqqında şəhadətnamədə ata babasının adı barədəki qeydlər düzgün deyildir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni iş materialları əsasında araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “26 Bakı Komissarları” VVAQ şöbəsi tərəfindən verilmiş 30.01.1988-ci il tarixli, İV-ЖГ seriyalı, 433580 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X5 arasında 30.01.1988-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Fərəcova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı «Asan xidmət» Mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964cü il tarixdə Macarıstan Respublikası, Budapeşt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 20.02.1956-cı il tarixli, ИЖ seriyalı, 423677 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 25.12.1939-cu il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı, 06773725 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 25.12.1939-cu il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “26 Bakı Komissarları” VVAQ şöbəsi tərəfindən verilmiş 16.09.1994-cü il tarixli, Vİ-ЖГ seriyalı, 264722 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X8 arasında 10.04.1963-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbindən verilmiş 07.04.1997-ci il tarixli, 001012 nömrəli vəsiqənin surətindən görünür ki, X11 müharibə veteranıdır. İşə əlavə edilmiş X7 verilmiş AZE P3621454 nömrəli xarici pasportun surətindən görünür ki, T.Mehtiyevin atasının adı “İbad” kimi qeyd edilməklə pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Macarıstan Xalq Respublikası tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, Vİİ-ИК seriyalı, 590391 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, Elmira Mehtiyeva xx xxxxxx 1964-cü il tarixində anadan olmuşdur. Bu barədə 1964-cü il fevral 7-ci günündə 87 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası - X12, anası- X2. İşə əlavə edilmiş Səbail rayon Qeydyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 28.04.2021-ci il tarixli, 05/Q-588/15 saylı ünvanlanmış məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20.02.1956-cı il tarixli, ИЖ seriyalı, 423677 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin atası X10 25.12.1939-cu il tarixdə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X3 qeyd edilmişdir. X16 Respublikası tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, Vİİ seriyalı, 590391 nömrəli doğum haqqında şəhadətnamədə ərizəçi Elmira Mehtiyevanın xx xxxxxx 1964-cü il tarixində anadan olduğu, bu barədə 1964cü il fevral 7-ci günündə 87 saylı doğum haqqında akt qeydi tərtib olunduğu, atasının - X12, anasının X1 qeyd edilmişdir. Sonradan ərizəçi doğum haqqında akt qeydində olan yalnışlığın düzəldilməsi ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həm məhkəmə araşdırması zamanı, həm də iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası X4 adına səlahiyyətli dövlət orqanları-qurumları tərəfindən verilmiş bütün (şəxsiyyət vəsiqəsi, müharibə veteranı vəsiqəsi, xarici pasport və s.) sənədlərdə onun atasının adı “İbad” kimi qeyd edilmişdir. Məhkəmə, sözügedən sənədlərin səlahiyyətli dövlət orqanları-qurumlar tərəfindən verilməsini və verilmiş sənədlərdə ərizəçinin babasının adının “İbad” kimi qeyd edildiyini, eləcə də həmin sənədlərdəki məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, Macarıstan Xalq Respublikası tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, Vİİ-ИК seriyalı, 590391 nömrəli doğum haqqında şəhadətnamədə Ərizəçi 1964-cü il fevralın 7-ci günündə 87 saylı doğum haqqında akt qeydində onun babasının (atası X4 ata adı) adı “İbad” olduğu halda səhvən “İbar” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Macarıstan Xalq Respublikası tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, Vİİ-ИК seriyalı, 590391 nömrəli doğum haqqında şəhadətnamədə Ərizəçi 1964-cü il fevralın 7-ci günündə 87 saylı doğum haqqında akt qeydində, onun babasının adının “İbad” deyil, “İbar” kimi qeyd edilməsinin düzgün olmamasının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. (339.2) Həmin Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Ərizəçi doğumu haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydinin “ata” qrafasındakı ata babasının adının “İbad” deyil, “İbar” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən edilməli, doğum haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydində ərizəçinin “ata” qrafasındakı ata (Telman Mehtiyevin ata adı) babasının “İbar” kimi qeyd edilmiş adı düzəldilərək “İbad” adı kimi qeyd edilməli, Mehtiyeva-Ərizəçi doğum haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydinin “ata” qrafasında düzəliş edilməklə ata babasının “İbar” adının “İbad” adı kimi qeyd edilməsi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə həvalə olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 305, 339, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Mehtiyeva-Ərizəçi doğumu haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydinin “ata” qrafasındakı ata babasının adının “İbad” deyil, “İbar” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən edilsin. Doğum haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydində ərizəçi Mehtiyeva- Ərizəçi “ata” qrafasındakı ata (Telman Mehtiyevin ata adı) babasının “İbar” kimi qeyd edilmiş adı düzəldilərək “İbad” kimi qeyd edilsin. Mehtiyeva-Ərizəçi doğum haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydinin “ata” qrafasında göstərilmiş “İbar” adına düzəliş edilərək ata babasının “İbad” adı kimi qeyd edilməsi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Hazırki qətnamə ərizəçi Mehtiyeva-Ərizəçi doğum haqqında 07.02.1964-cü il tarixli, 87 nömrəli akt qeydinə edilmiş düzəlişə müvafiq olaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1473/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1473/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver