Məhkəmə qərarları › İş №2(009)-1479/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1479/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1479/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cəlı̇ lov Ruflan Yavər oğlunun (3-cü şəxs qismində Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) cavabdeh Cəlı̇ lova Samı̇ rə Cavanşı̇ r qızına qarşı “uşağın himayayə verilməsi və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cəlı̇ lov Ruflan Yavər oğlu (3-cü şəxs qismində Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) cavabdeh Cəlı̇ lova Samı̇ rə Cavanşı̇ r qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüldü X8 ananın himayəsindən alınaraq onun (atanın) himayəsinə verilməsi, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüldü X8 yetkinlik yaşına çatana qədər hər ay hər uşağa 235 manat sabit pul məbləğində olmaqla cəmi 470 (dörd yüz yetmiş) alimentin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övlarları var: xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüldü X13. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri mümkün idi. Nəticədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1039/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X10 onun (atanın), xx.xx.2009-cu il təvəllüldü X13 isə cavabdehin (ananın) yanında qalmasına dair aralarında razılığa gəlmişlər. Lakin aralarındakı nikahın pozulması ilə bağlı məhkəmə prosesi başlayandan artıq 8 (səkkiz) aydır ki, xx.xx.2009-cu il təvəllüldü X2 olaraq onun (atanın) yanına gəlmiş və bu günə kimi də onunla yaşayır. Məhkəmə iclasında iddiaçı Cəlı̇ lov Ruflan Yavər oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehlə aralarında olan nikah məhkəmə qaydaslnda pozulduqdan sonra qarşılıqlı razılıqla böyük oğlu Nurlan onun, kiçik oğlu Yavər isə cavabdehin himayəsində qalmışdır. Bir müddətdən sonra kiçik oğlu Yavər baxımsızlıqdan xəstələndiyi, xeyli çəki itirdiyi üçün onun yanına gəlmiş və öz istəyi ilə onunla və böyük qardaşı ilə birlikdə yaşamağa davam etmişdir. O, övladlarının təlimtərbiyəsi və qayğıları ilə özü məşğul olur. O uşaqların anaları ilə ünsiyyətinə etiraz etmir, lakin uşaqlar özləri analarını görmək istəmirlər. Cavabdeh valideynlik vəzifələrini yerinə yetirmək və övladlarına düzgün təlim-tərbiyə vermək iqtidarında deyil. Ona görə də, uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlı̇ lova Samı̇ rə Cavanşı̇ r qızı iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ilə ailə münasibətləri iddiaçının qısqanclıq zəminində daim evdə dava-dalaş salması, onu döyüb incitməsi, xəsarət yetirməsi səbəbindən dağılmışdır. Nikahları pozulduqdan sonra aralarında olan razılığa görə xx.xx.2008-ci il təvəllüdlü oğlu Nurlan atasının, xx.xx.2009-cu il təvəllüldü oğlu Yavər isə onun yanında qalırdı. Lakin o, iddiaçı ilə münasibətləri pozulduqdan sonra öz atasının evində yaşadığı və ev darısqal olduğundan kiçik oğlu Yavər atasının və böyük qardaşının yaşadıqları evə gedərək onlarla birlikdə qalır. İddiaçı uşaqları ona qarşı öyrədir, uşaqlar onun yanında qalmaq istəyir, lakin iddiaçı buna imkan vermir. O da övladını yanına gətirmək üçün kirayə evə çıxmışdır və hal-hazırda satıcı işləyir və əmək haqqı alır. O hal-hazırda da yanında qalan övladına baxa bilmək, onun təlim-tərbiyəsi və təhsili ilə yaxından məşğul ola bilmək qabiliyyətindədir. İddiaçı isə uşaqlarını ona qarşı öyrədir və uşaqlar atalarının qorxusundan onun yanına gəlməkdən imtina edirlər. İddiaçı uşaqları öz yanında kafedə ofisiant kimi işlədir, uşaqların təhsilinə mane olur. Onun övladlarının ana qayğısına daha çox ehtiyacları vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış X10 göstərmişdir ki, o, 11 sentyabr 2008-ci ildə doğulmuşdur, 6 nömrəli Sabunçu rayonu 112 saylı tam orta məktəbin 11-ci sinifində oxuyur. Atası İddiaçı yanında qalır və bundan sonra da atasının yanında yaşamaq istəyir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış X13 göstərmişdir ki, o, 28 dekabr 2009-cu ildə doğulmuşdur, 6 nömrəli Sabunçu rayonu 112 saylı tam orta məktəbin 9-cu sinifində oxuyur. O, əvvəl anası ilə onun valideynlərinin evində yaşamışdır. Lakin babasının evində darısqal olduğundan, oradan gedərək atasının yanında böyük qardaşı ilə birlikdə yaşayır və bundan sonra da atası İddiaçı yanında qalmaq istəyir. Məhkəmə tərəflərin izahatını, valideynlərinin iştirakı ilə yetkinlik yaşına çatmamış uşaqların ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1039/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 1844 nömrəli akt qeydilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 214417 nömrəli, 05 fevral 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 sentyabr 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-İİ 418931 nömrəli, 21 mart 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 dekabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Respublika Narkoloji Mirkəzinin xx.xx.2024-cü il tarixli, 25214 nömrəli arayışından görünür ki, Neftçilər küçəsi, 9 A, mənzil 4 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. İş materiallarında olan Zöhrəvi Dispanserinin xx.xx.2024-cü il tarixli, 393 saylı arayışından görünür ki, 1975-ci il təvəllüdlü, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan İddiaçı 2 saylı Dəri-Zöhrəvi Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Pirşağı qəsəbəsində yaşayan X10 tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Vəliyevaya ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, hazırda atası ilə birlikdə yaşayır. Həmişə atası ilə yaşayıb, onun himayəsində qalmaq istəyir. Atası heç bir təzyiq göstərmir, anası ilə görüşmək istəmir. İş materiallarında olan Pirşağı qəsəbəsində yaşayan X13 tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Vəliyevaya ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, qardaşı ilə birlikdə atası ilə yaşayır. Atası onlara yaxşı baxır. Onun yanında qalmaq istəyir. Anası ilə görüşmək istəmir. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Faiq Bədəlovun 10 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə 15-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, saat təxminən 12 radələrində, həyat yoldaşı İddiaçı onu və taksi sürücüsü X5 döyərək, xəsarət yetirməsini bildirmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə, 15-ci PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Cavabdeh yaşadıqları evdən 1800 manat pulunu oğurlamasını bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü toplanmış rədd materialı üzrə qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aidiyyatı əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Faiq Bədəlovun 11 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə 15-ci PB-nə ərizə ilə müraciət edərək, həyat yoldaşı X6 onu döyərək xəsarət yetirməsini bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, X6 əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü toplanmış rədd materialı üzrə qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aidiyyatı əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 Sosial Müdafiə Fondundan müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu 112 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 5 nömrəli arayışından görünür ki, X4 rayonu 112 saylı tam orta məktəbin İX sinfində oxuyur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu 112 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 6 nömrəli arayışından görünür ki, X1 rayonu 112 saylı tam orta məktəbin Xİ sinfində oxuyur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-18/2- 2443/2024 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayanların qanunla qorunan hüquq və mənafeyi nəzərə alınaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X8 İddiaçı himayəsinə verilmələrini məqsədəuyğun hesab edir. Məhkəmə iclasında verilən izahatlardan, həmçinin iş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüldü X13 dünyaya gəlmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1039/2024 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Halhazırda yetkinlik yaşına çatmayan hər iki uşaq ataları İddiaçı ilə birlikdə yaşayırlar və atalarının yanında qalmaq istəyirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanılmasına uşaqlarının mənafeyi baxımından yanaşılmalıdır. Bu konteksdə, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məzmunu yuxarıda qeyd olunan rəyini də nəzərə almaqla məhkəmənin qənaəti bundan ibarətdir ki, iddiaçının həmin tələbi uşağın sevgi və qarşılıqlı anlaşma mühitində böyüyüb boya-başa çatmalı olması məqsədini təmin etməyə yönəlmişdir və uşaqların mənafeyi əsas götürülməklə təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X13 atalarının himayəsində saxlanılmalıdırlar. Məhkəmə hesab edir ki, uşaqların valideynlərdən kimin yanında saxlanılması ilə bağlı yuxarıda göstərilən nəticəyə işin hazırkı faktiki halları və xüsusilə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alınmaqla gəlinmişdir, odur ki, uşaqların fikrinin dəyişməsindən asılı olaraq, eləcə də digər əsaslar yarandığı hallarda gələcəkdə iddiaçı bu məsələ ilə bağlı yenidən iddia qaldırmağa haqlı ola bilər. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından iki övladları vardır: xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüldü X13. Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları İddiaçı himayəsində olmaqla onunla birlikdə yaşayırlar və anaları ilə yaşamaq istəmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, xx.xx.2024-cü il tarixdən başlayaraq, 11 sentyabr 2008-ci il təvəllüdlü X7 və 28 dekabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 11 sentyabr 2008-ci il təvəllüdlü X10 və 28 dekabr 2009-cu il təvəllüdlü X13 ataları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh, xx.xx.2024-cü il tarixdən başlayaraq, 11 sentyabr 2008-ci il təvəllüdlü X7 və 28 dekabr 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar