Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-148/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu sədrliyi Məhkəmə iclas katibi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzil və kirayə haqqının verilməsi barədə ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı dəyərini ödəməklə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzil və kirayə haqqının verilməsi barədə ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı dəyərini ödəməklə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və AR MPM-nin 259-cü maddəsini rəhbər tutaraq.. QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzil və kirayə haqqının verilməsi barədə ilk iddia tələbi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı dəyərini ödəməklə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-148/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-148/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver