Məhkəmə qərarları › İş №2(009)-1485/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1485/2022

26.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1485/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 (3-cü şəxs qismində Neftçilər Hüquqlarını Müdafiə X5 işə cəlb olunmaqla) Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa,məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanınn ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialının əmək müqaviləsinə xitam verilməsi barədə 18 may 2022ci il tarixli, KS/030/22 saylı əmrinin ləğv edilməsi, «Aparıcı mühəndis» vəzifəsinə işə bərpa olunması, cavabdehdən onun xeyrinə 19 may 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlik və icbari tibbi ödənişləri tutulduqdan sonra 3900 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyanın əvəzi kimi 5000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əşasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmrini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. O, xx.xx.2003-cü ildən əmək fəaliyyəti ilə məşğul olmaqla 19 ilə yaxın iş stajına malikdir. 2004-2012-ci illərdə: SOCAR (Azərbaycan Respublikasının Dğvlət Neft Şikətində), Rapid Solution LTD-də, Sparrows offshore LTD-də və BP şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışmaqla əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsilli mütəxəssisdir, 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, daha sonra Rober Gordon adına Universitetdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. Himayəsində 3, 10 və 12 yaş olmaqla 3 azyaşlı övladı var, eyni zamanda yaşlı valideynləri də onun himayəsində olmaqla 7 nəfər ailədə yeganə işləyən və qazanc gətirən odur. Əmək müqaviləsi bağlamaqla, 2012-ci ildən EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Junior Project Engineer vəzifəsində işləməyə başlamışdır. 2013-cü ildə BP konstraktları üzrə koordinator vəzifəsinə yüksəlmişdir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının bütün BP üzrə: BP -EnereMech Crane contract layihə işlərini idarə etmiş və 6 il bu Layihə üzrə çalışmışdır. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında axırıncı vəzifəsi “Aparıcı mühəndis” vəzifəsi olmuşdur. 2012-ci ildən olmaqla bu şirkətdə 10 ildən çox işləmişdir, işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmrini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və bu sahəyə nəzarət edən dövlət orqanlarının tələbi ondan ibarətdir ki, Azərbaycan Respublikası vətəndaşlarının ixtisar edilməklə işdən azad edilməsi və əmək müqaviləsinin ləğv edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 2020-ci ilin mart ayındakı çıxışında bildirir ki: Bir işçinin ixtisar olunmaqla işdən azad olunması, bir ailənin çörəksiz qalması deməkdir. Bu əsasla işçini işdən azad edən sahibkarlar məsuliyyətə cəlb ediləcəklər.Azərbaycan Respublikasının İqtisadiyyat Naziri, SOCAR-n Müşahidə Şurasını sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə X11, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Sədri Səttar Mehbaliyev da bu dövlət qurumlarının adndan bildirimişlər ki, Pandemiya dövründə və ümumuyyətlə ştatların ixtisarı ilə əlaqədar işçilərin işdən azad olunması qadağandır. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri cavabdeh müəssisə tərəfindən pozulub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallafda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək fəaliyyətində yüksək göstəricilərinin, o cümlədən peşəkarlığının və bu vəzifə üzrə kifayət qədər iş təcrübələrinin olmasına, EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi müddətdə vəzifə və əmək haqqının daimi artmasına, məsul vəzifələrdə işləməsinə və sair hallara baxmayaraq, cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi dəfələrlə aşağı olan işçiləri işdə saxlayaraq, tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar etmişdir. İşlədiyi sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız ona şamil olunması qeyri-müəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnız ona şamil edilməsi ona qarşı açıq-aşkar qərəzliliklə aparılmasını sübut edir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında həqiqətən ixtisarlar aparılıbsa, bu sahədə çalışan digər vəzifəli şəxslərdən heç kimin ştatı ixtisar olunmayıb, ixtisarın bu qaydada aparılması, yəni yalnız onun vəzifəsinin ixtisar olunması, qeyd etdiyi kimi, ona qarşı açıq aşkar ayrı-seçkilik və qərəzçilik zəminində baş vermişdir. Əmək müqaviləsi bağlamaqla, 2012-ci ildən mülki iş üzrə cavabdeh EnerMech Ligjited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Junior Project Engineer vəzifəsində işləməyə başlamış, 2013-cü ildə BP kontraktları üzrə Koordinator vəzifəsinə yüksəlmişdir. Həmin Şirkətinin bütün BP lahiyəsi üzrə: BP -Eneremch Crane contract layihə işlərini idarə etmiş və 6 il bu Layihə üzrə çalışmışdır. Cavabdeh Şirkətdə axırıncı vəzifəssi “Aparıcı mühəndis” vəzifəsi olmuşdur. 2012-ci ildən olmaqla bu şirkətdə 10 ildən çox işləmişdir. Əmək fəaliyyətində yüksək göstəriciləri, o cümlədən peşəkarlığı və bu vəzifə üzrə kifayət qədər iş təcrübələri olmuş və peşəkarlığı yüksək olmuşdur. İşlədiyi müddətdə vəzifə və əmək haqqı daimi artmış, məsul vəzifələrdə işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Lakin EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmu peşəkarlıqla əlaqədar bu üstünlük hüquqları nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada peşəkarlığını təsdiq edən daha bir sübut: Ali təhsilli mütəxəssisdir, 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir, daha sonra Rober Gordon adına Universitetdə təhsil almışdır. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş: Mart 2012-ci il tarixli sertifikat, Sentyabr 2012-ci il tarixli sertifikat, Sentyabr 2015-ci il tarixli sertifikat da onun peşəkarlığının yüksək olmasını sübut edir. Cavabdeh, EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında onunla eyni Mühəndis vəzifəsində 3 nəfər mühəndis işləyib. Bu mühəndislərdən: o, “Aparıcı Mühəndis” vəzifəsində işləmiş, digər işçilər olan Baxşiyev Anar və Məhərrəmov Azər isə “Adi Münəndis” vəzifəsində çalışırlar. Əgər müəssisədə həqiqətən ştatların ixtisarı aparılıbsa, bu zaman işçilər arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan qaydada necə peşəkarlıq aparılıb? Peşəkarlığın kriteriyaları nə olub ki, eyni Mühəndis vəzifəsində çalışan, eyni əmək funksiyalarını yerinə yetirən mühəndislərdən adından da göründüyü kimi peşəkarlığı daha yüksək olan “Aparıcı Mühəndis” ixtisar olunur, peşəkarlığı daha az olan "xxxx"lər isə işdə saxlanılır? Göründüyü kimi, EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada peşəkarlığın müəyyən edilməsi ümumiyyətlə aparılmayıb, aparılıbsa da qanunauyğun aparılmayıb. Göstərilən əsasdan da cavabdeh müəssisənin 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmri qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Bir faktı da məhkəməyə bildirir ki, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə yalnız 1 nəfər, yəni o ixtisar olunmuş, bu müddətdə cavabdeh müəssisədə heç bir ixtisar aparılmayıb və işçilərin sayı azaldılmayıb. Hansı səbəblərdən digər işçilər deyil, yalnız onun işlədiyi ştat ləğv olunub, yuxarıda qeyd olunduğu kimi o, iş stajına və peşəkarlığına görə digər işçilərdən geri qalmır, əksinə bir çox parametrlərə görə üstündür, müsbət mənada fərqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan tələblərin pozulmasını və ştatların ixtisarı zamanı peşəkarlığın düzgün qiymətləndirilməməsini, ayrı-seçkiliyin olmasını həmin işçilərin əmək bioqrafiyasını təqdim etməklə əyani şəkildə görmək olar: İddiaçı: 2012-ci ildən EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləməyə başlamışdır, 2012-ci ildə hazırkı iş üzrə cavabdeh X8 Engineer vəzifəsində işləməyə başlamış, 2013-cü ildə BP kontraktları üzrə Koordinator vəzifəsfnə yüksəlmişdir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının bütün BP üzrə: BP -Eneremch Crane contract layihə işlərini idarə etmişdir. 6 il bu Layihə üzrə çalışmışam. Şirkətdə axırıncı vəzifəsi “Aparıcı mühəndis” vəzifəsi olmuşdur. 2012-ci ildən olmaqla bu şirkətdə 10 ildən çox işləmişdir, işlədiyi müddətd əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş: Mart 2012-ci il tarixli Sertifikat, Sentyabr 2012-ci il tarixli Sertifikat, Sentyabr 2015-ci il tarixli Sertifikat da onun peşəkarlığının yüksək olmasını sübut edir. Ali təhsilli mütəxəssisdir, 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir, daha sonra Rober Gordon adna Universitetdə təhsil almışdır. 2002- 2003-cü illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında sonuncu vəzifəsi “Aparıcı mühəndis ’’ olmuşdur. Baxşiyev Anar: EnerMech Limited Şirkətinin Azərbaycan Azərbaycan Respublikasındakı Filialında 2011-ci ildən işləməyə başlayıb, Azərbaycan Dövlət Neft Akademiyasının Masınlarin dinamikasi və möhkəmliyi üzrə ali təhsil alıb. Şirkətdə sonuncu vəzifəsi “Adi mühəndis” olmuşdur. Məhərrəmov Azər: EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 2011 -ci ildən işləməyə başlayıb, Azərbaycan Texniki Universiteti Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı və Azərbaycan Texniki Universitetində Mühəndis proqramçı təlimi keçib. Şirkətdə sonuncu vəzifəsi “Adi mühəndis” olmuşdur. Göründüyü kimi, EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Mühəndis vəzifəsində o da daxil olmaqla 3 nəfər işləyib, digər işçilərin heç biri peşəkarlığa görə ondan üstün deyil və tutduqları mövqeyə görə də ondan aşağı dərəcəlidirlər. Göstərilən əsasdan da cavabdehin 18 may 2022-ci il tarixli, KS/030/22 saylı Əmri qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Başqa vacib bir məqam:EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ştatların ixtisarı aparılıbsa və “Aparıcı mühəndis” ştatı ləğv edilibsə, onda hansı məntiq və qanunauyğunluqla onun son iş günündə, onun işlədiyi vəzifəyə yəni, “Aparıcı mühəndis” vəzifəsinə xarici işçi təyin olunur və onun gözlərinin qarşısında həmin işçi onun tabeliyində olan işçilərə təqdim olunur və bildirilir ki, bu gündən sonra ona məxsus olan vəzifə funksiyaları həmin xarici işçi tərəfindən həyata keçiriləcək? Onun yerinə təyin olunan şəxs olan Vüsal Babaşov isə hətta yerli işçi deyil, Gürcüstan Respublikasının vətəndaşıdır. Qeyd olunan bu hal da onu təsdiq edir ki, cavabdeh Şirkətdə ştatların ixtisarı aparılmamışdır, yalnız qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsi belə bir formal əsasla ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada peşəkarlığın müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamasma başqa bir aspektdən yanaşma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsindən də göründüyü kimi Əmək Məcəlləsinin tələbinə əsasən Azərbaycan Respublikasında işçilərin peşəkarlıq səviyyəsi və tutduğu vəzifəyə (peşəyə) uyğunluğu, yalnız bu maddədə göstərilən qaydada müəyyən edilə bilər. Lakin nə EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi müddətdə, nə də hazırda mübahisələndirdiyi, ştatların ixtisarı adlandırdıqları qərəzli əmr verilərkən, istinad etdiyi maddədə göstərilən qaydada Attestasiya komissiyası yaradılmamış və işçilərin peşəkarlıq səviyyəsi müəyyən olunmamışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65 və 78-ci maddələrinin tələblərinin cavabdeh tərəfindən pozulması avabdehin 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmrinin əsassızlığının və qanunsuzluğunun təsdiqidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Lakin EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında cavabdehin təəbirincə desək işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən şirkətin rəhbərliyi qanuna müvafiq qaydada tədbirlər görməmiş, onu bu sahədə, yaxud başqa sahədə vəzifəsinə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir, halbu ki, onun bu və şirkətin digər sahələrində işləmək üçün kifayət qədər bilik, təcrübə və peşəkarlığım, eyni zamanda cavabdeh müəssisədə onun bilik və təcrübəsinə uyğun kifayət qədər iş yerləri vardır. Lakin, cavabdeh müəssisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsində nəzərdə tutulan qaydada heç bir tədbir görməmiş, o cümlədən də ona başqa iş təklif etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən “işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. Lakin cavabdeh müəssisə tərəfindən ştatların ixtisarı və işçilərin sayının azaldılması ilə bağlı əvvəlcədən əsaslandırılmış Əmr tərtib olunmamış, Şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması göstərilməmiş, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilib əsaslandırılmamış, ştatların ixtisarı və işçilərin sayının azaldılmasının bu maddədə nəzərdə tutulan qaydada hansı zərurətdən yaranması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: öhdəsində iki və daha çox 16 yaşmadək uşağı olanlara. Himayəsin 3, 10 və 12 yaş olmaqla 3 azyaşlı övladı var, eyni zamanda yaşlı valideynləri də onun himayəsində olmaqla 7 nəfər ailədə yeganə işləyən odur. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78ci maddəsinin 2-ci bəndinin tələbləri də nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Lakin mülki iş üzrə cavabdehin 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələbini də pozmuşdur. Belə ki, onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ləğv edilməsi, sadə bir əsas və ya əmr (məsələn: əmək müqaviləsinin müddətinin qurtarması, işçinin öz xahişi ilə Əmək müqaviləsinin ləğv edilməsi əsası və sair) deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Belə ki, sözügedən əmr müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməli idi. Bu səbəbdən də əmr qanunsuzdur. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında təqribən 100 nəfərə yaxın işçi işləyir, bunlardan da ən azı 5 nəfəri xarici vətəndaşdır. Şirkətdə ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa hansı səbəbdən bu yalnız mənə - yüksək vəzifə tutan yerli işçiyə şamil olunub, xarici işçilrəin heç birinə şamil olunmayıb? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16cı maddəsinə əsasən isə, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşma, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa hansı səbəbdən bu yalnız ona şamil olunub, digər yerli və xarici işçilərəin heç birinə şamil olunmayıb. Cavabdeh müəssisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxanda göstərilən tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermiş və bununla əlaqədar olaraq ona maddi ziyan vurmuşdur. Qanunsuz olaraq işdən çıxarılmağında əlaqədar əmək haqqı almamış və ailəsi maddi çətinliklərlə üzləşib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsini və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarını əsas tutaraq hesab edir ki, dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi, cavabdeh müəssisə olan "EnerMech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialından onun xeyrinə 10 000 manat məbləğində mənəvi ziyan məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək onun əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş və izah etmişdir ki, iddiaçı X2 və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 03 fevral 2012-ci ildə bağlanan əmək müqaviləsi əsasında iddiaçı "kiçik layihə mühəndisi" vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında yeni əmək müqaviləsi bağlanmış və iddiaçı 01 sentyabr 2013-cü il tarixdən "BP müqaviləsi üzrə koordinator" vəzifəsinə keçirilmişdir. İddiaçı 01 yanvar 2017-ci il tarixdən "Müqavilə üzrə aparıcı mühəndis" vəzifəsinə keçirilmişdir. 18 may 2022-ci il tarixli, KS/030/22 nömrəli əmrə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasını aşağıdakı arqumentlərlə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin mart ayındakı çıxışı. İddiaçı Azərbaycan Respublikasının prezidentinin çıxışına istinad edərək bildirmişdir ki, guya prezident çıxışında belə demişdir: "Bir işçinin ixtisar olmaqla işdən azad olunması, bir ailənin çörəksiz qalması deməkdir. Bu əsasla işçini işdən azad edən sahibkar məsuliyyətə cəlb ediləcəkdir. Pandemiya dövründə və ümumiyyətlə ştatların ixtisarı ilə əlaqədar işçilərin işdən azad olunması qadağandır". Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulması. İddiaçı işlədiyi dövrdə vəzifə və əmək haqqının mütəmadi artdığını, müəssisədə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi aşağı olan işçilərin işdə saxlandığını qanunsuz hesab etmiş və bildirmişdir ki, "İşlədiyim sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız mənə şamil olunması qeyri-müəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnlız mənə şamil edilməsi mənə qarşı açıq-aşkar qərəzliliklə aparılmasını sübut edir". İddiaçı mühəndis vəzifəsində çalışan Anar Baxşıyev və Azər Məhərrəmovun işdə qaldığı halda onun aparıcı mühəndis olaraq ixtisar olunmasını ona qarşı ayrı-seçkilik olduğunu iddia edir. İddiaçı həmçinin bildirir ki, guya onun ixtisar edildiyi vəzifəyə - "Aparıcı mühəndis" vəzifəsinə əcnəbi vətəndaş işə qəbul edilib. Guya Vüsal Babaşov adlı şəxs cavabdeh təşkilatda iddiaçının tutduğu "Aparıcı mühəndis" vəzifəsinə işə qəbul edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinin pozulması. İddiaçı Əmək Məcəlləsinin 71.1ci maddəsinə istinad edərək göstərmişdir ki, həmin maddənin tələblərinə əsasən: "işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür". İddiaçı cavabdeh tərəfindən heç bir tədbir görülmədiyini, ona bu sahədə, yaxud başqa sahədə vəzifəsinə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir. Əmək Məcələsinin 71.3-cü maddəsinin tələblərinin pozulması. İddiaçı Əmək Məcəlləsinin qeyd edilən maddəsinə istinad edərək həmin maddənin tələblərinə əsasən "İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı" olduğu halda iddiaçının tutduğu vəzifənin ixtisar edilməsini əsaslandıran əmrin olmadığını iddia edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinun pozulması. İddiaçı Əmək Məcəlləsinin qeyd edilən maddəsinə istinad edərək həmin maddənin tələblərinə əsasən "İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara". İddiaçı himayəsində 3 azyaşlı övladının və valideynlərinin olduğunu bildirir və bu səbəbdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ixtisar edilməsini qanunsuz hesab edir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinin pozulması. İddiaçı əmrinin sadə əsas olmadığını və yalnız qərar hissədən ibarət olmasını qanunsuz hesab edir və əmrin müvafiq qaydada əsaslandırılmalı olduğunu və normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən ibarət olmaqla tərtib edilməli olduğunu iddia edir və əmrin tərtibatında qanun pozuntusuna yol verildiyini bildirir. Maddi və mənəvi ziyanın ödənilməsi. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona maddi və mənəvi ziyanın vurulduğunu bildirir və maddi ziyanın qarşılıı olaraq 5000 manat, mənəvi ziyanın qarşılığı olaraq 10000 manat məbləğinin ödənilməsini tələb edir. İddia ərizəsində qeyd edilən əsasların heç biri qanuna uyğun olmadığı və faktiki halları əks etdirmədiyi üçün iddia təmin edilə bilməz. Belə ki, aşağıda iddiaçının hər bir arqumentinə qarşı əks arqumentlərlə iddianın əsassız olması cavabdeh tərəfindən sübut ediləcəkdir. 1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin mart ayındakı çıxışı - arqumenti ilə bağlı: İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının əmək müqaviləsinə pandemiya şəraitində işin azalması səbəbi ilə deyil, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BP şirkəti ilə olan müqaviləsinin bitməsi ilə əlaqədar ştatın ixtisar edilməsi səbəbi ilə xitam verilmişdir. İddidaçınm istinad etdiyi çıxışında Azərbaycan Respublikasnın prezidenti iqtisadiyyat subyektləri üçün məhdudiyyətlər elan edildiyi dövrdə sahibkarlara dözümlülük göstərməsi və işçiləri işdən ixtisar etməməsi ilə bağlı sahibkarlıq subyektlərinə müraciət etmiş və belə şəraitdə dözümlülük göstərməyi tövsiyə etmişdir. Hazırki vəziyyətdə pandemiyanın ləğv edilməsi barədə rəsmi açıqlama verilməsə də hazırda heç bir müəssisə və təşkilatın fəaliyyəti pandemiya səbəbi ilə məhdudiyyətə məruz qalmamışdır. Bütün iqtisadiyyat subyektləri tam gücü ilə işləməkdədirlər. 2. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulması arqumenti ilə bağlı. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən "Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən nıüəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir". Qeyd etmək lazımdır ki, peşəkarlıq səviyyəsindən asılı olmayaraq cavabdeh bütün işçiləri ilə əmək müqaviləsinə xitam verəcəyi ilə bağlı bütün əməkdaşlarını əvvəlcədən xəbərdar etmişdir. Bununla bağlı bir neçə dəfə cavabdehdə çalışan işçilərlə iclaslar keçirilmiş və işçilərin rifah halının maksimum təmin edilməsi üçün maksimum səylər göstərilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filailının BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə KS/015-A/22 nömrəli, 10 mart 2022-ci il tarixli əmr bu iddiaya etiraza əlavə edilimişdir. Qeyd edilən əmrdən də göründüyü kimi təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin portalından olan çıxarış da bu iddiaya etiraza əlavə edilir. Həmin çıxarışda da işçilərin əksəriyyətinin ixtisar edildiyi açıq şəkildə görünür. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi guya onun tutduğu vəzifəyə, yəni aparıcı mühəndis vəzifəsinə başqa işçinin götürülməsi isə tamamilə yalan məlumatdır. Hazırda cavabdehdə aparıcı mühəndis vəzifəsində heç kim işləmir. Belə bir ştat ümumiyyətlə ləğv edilmişdir. Cavabdehdə Vüsal Babaşov adlı şəxs çalışmır. 3. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinin pozulması arqumenti ilə bağlı. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən: "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür". Cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlar nəzərdə tutulmuşdur. İddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun xəbərdarlıq verilmiş, həmin maddədə nəzərdə tutulmuş məbləğə uyğun işdənçıxma müavinəti verilmişdir. Əmək Məcəlləsinin hər hansı hissəsində işçi ixtisar edilərkən ona başqa iş təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbin heç bir hüquqi və faktiki əsası yoxdur. 4. Əmək Məcələsinin 71.3-cü maddəsinin tələblərinin pozulması arqumenti ilə bağlı. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələblərinə əsasən: "işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır". Yuxanda da qeyd edildiyi kimi, cavabdehin BP şirkəti ilə olan layihəsinin başa çatması ilə bağlı fəaliyyətinin dayandırılması planlaşdırılır. Bu səbəbdən ştat vahidlərinin ixtisar edilməsi barədə KS/015-A/22 nömrəli, 10 mart 2022-ci il tarixli əmr verilmişdir. Həmin əmrdə ştat vahidlərinin ixtisar edilməsi əsaslandırılmışdır. Göründüyü kimi iddiaçının bu arqumentinin də heç bir hüquqi və faktiki əsası yoxdur. 5. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinun pozulması arqumenti ilə bağlı. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan işçilərin işdə saxlanmasına üstünlük verilir. İddiaçının bu arqumentinə qarşı bildirir ki, birincisi cavabdeh təşkilatda artıq aparıcı mühəndis ştatı qalmamışdır, ikincisi iddiaçının qeyd etdiyi digər mühəndislərdən Azər Mehdiyevin əmək müqaviləsinə artıq xitam verilmişdir. X9 cavabeh təşkilatda işləmir. İddiaçının istinad etdiyi digər işçi Anar Baxşıyev iddiaçının qardaşıdır və onun da himayəsində 16 yaşı tamam olmamış uşaqlar vardır. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Digər tərəfdən, cavabdeh eyni hüquqi statusa malik olan (yəni himayəsində 16 yaşına çatmamış övladı olan) mühəndis Anar Baxşıyevi işdən çıxararaq, aparıcı mühəndis vəzifəsində işləyən X10 Baxşıyevin yerinə keçirmiş olsaydı, Anar Baxşıyevə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etmiş olardı. Göründüyü kimi iddiaçının qeyd edilən arqumentinin də heç bir faktiki və hüquqi əsası mövcud deyildir. 6. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinin pozulması arqumenti ilə bağlı. Əmək Məcəlləsinin 84-cü maddəsində Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa aid tələblər göstərilmişdir. Həmin maddədə aşağıdakıların əmrdə göstərilməsi tələb edilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.Həmin maddənin 3-cü bəndinin tələblərinə əsasən "Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumaftcır göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər". Göründüyü kimi, əmrin məzmununda yuxarıda göstərilən elementlərin olması imperativ şərt olduğu halda, onun formasına aid tələblər (sadə, yaxud normativ hüquqi akta uyğun olması) dispozitiv xarakter daşıyır və işəgötürənin diskresion səlahiyyətinə aid edilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsində tələb edilən məlumatları qeyd etmiş və sadə yazılı formada əmr vermişdir. Bu formada əmr verilməsi qanunvericiliklə qadağan edilmir. Beləliklə iddiaçının bu arqumentinin də hüquqi əsasının olmadığı sübut edilir.7. Maddi və mənəvi ziyanın ödənilməsi arqumenti ilə bağlı. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçıya Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 2 misli qədər işdən çıxma müavinəti, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. İddiaçı bu ödənişlərlə bağlı hər hansı səhv hesablama olduğunu bilriməmiş və Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bütün ödənişlər vaxtında və tam məbləğdə iddiaçının bank hesabına ödənilmişdir. İddiaçı mənəvi ziyan tələbini heç cür əsaslandırmamışdır. Əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilməsi onun hər hansı sarsınti və istirab keçirməsi üçün əsas ola bilməz. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Neftçilər Hüquqlarını Müdafiə X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, KS/030/22 nömrəli əmrindən görünür ki, İddiaçı Xanhəsən oğlunun 19 may 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Müqavilə üzrə aparıcı mühəndis vəzifəsindən azad edilməsi, tərəflər arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilməsi, İddiaçı Xanhəsən oğlu ilə son haqq-hesab aparılması, ona işlədiyi günlər üçün əmək haqqı ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 2 misli qədər işdən çıxma müavinəti ödənilməsi, 03 fevral 2021-03 fevral 202-ci iş ili üçün istifadə edilməmiş 30 məzuniyyət gününün, 03 fevral 2022-03 fevral 2023-cü iş ili üçün istifadə edilməmiş 10 məzuniyyət gününün pul əvəzi ödənilməsi əmri verilmişdir. İş materiallarında olan Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Xanhəsən oğluna ünvanlanmış 17 mart 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi bildirişdən görünür ki, Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialın BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar bəzi ştat vahidlərinin və iş yerlərinin ixtisar edilməsi zəruridir. Ştatların ixtisarı ilə əlaqədar onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən 19 may 2022-ci il tarixində xitam veriləcək. Əmək müqaviləsinə xitam verilərkən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən aylıq əmək haqqının 2 misli məbləğində işdən çıxarma müavinəti ödəniləcək. Xəbərdarlıq müddəti ərzində onun gəlməyi tələb olunmur, əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində onun razılı ilə aylıq əmək haqqının 2 mislini bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Beləliklə, iş materiallarından və tərəflərin izahatından görünür ki, iddiaçıya Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Filialın BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar bəzi ştat vahidlərinin və iş yerlərinin ixtisar edilməsi, ştatların ixtisarı ilə əlaqədar onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən 19 may 2022-ci il tarixində xitam veriləcəyi.əmək müqaviləsinə xitam verilərkən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən aylıq əmək haqqının 2 misli məbləğində işdən çıxarma müavinəti ödəniləcəyi, xəbərdarlıq müddəti ərzində onun gəlməyinin tələb olunmadığı, əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edildiyi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində onun razılı ilə aylıq əmək haqqının 2 mislini bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Bundan sonra, Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, KS/030/22 nömrəli əmri ilə İddiaçı Xanhəsən oğlunun 19 may 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu Enermech Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Müqavilə üzrə aparıcı mühəndis vəzifəsindən azad edilməklə, tərəflər arasında qüvvədə olan əmək müqaviləsinə xitam verilmiş, İddiaçı Xanhəsən oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 2 misli qədər işdən çıxma müavinəti, məzuniyyət günləri üçün pul əvəzi ödənilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasə, “işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. Məhkəmə xüsusilə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Bu baxımdan, məhkəmə ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən işçiyə iki ay əvvəldən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Qanunverici xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi qaydasını yalnız işçinin razılığından aslı etmişdir. Hazırkı işin hallarından da aydın olur ki, iddiaçı xəbərdarlıq müddətinin əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödənilməsi ilə bağlı öz yazılı razılığını ifadə etməmiş, həmin middət ərzində işini davam etməklə əmək haqqı almışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstülük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmasına baxmayaraq, qanunvericilikdə bu səlahiyyətin həyata keçirilməsinə müvafiq məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu məhdudiyyətlər sırasına “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı ƏM-nin 79-cu maddəsinin göstərişləri aiddir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı həmin maddənin göstərişlərinin təsiri altına düşmür. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinun, yəni ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan işçilərin işdə saxlanmasına üstünlük verilmə barədə tələbinin pozulması dəlili ilə bağlı, cavabdehin nümayəndəsi izah etdi ki, cavabdeh təşkilatda artıq aparıcı mühəndis ştatı qalmamışdır, ikincisi iddiaçının qeyd etdiyi digər mühəndislərdən Azər Mehdiyevin əmək müqaviləsinə artıq xitam verilmişdir. X9 cavabeh təşkilatda işləmir. İddiaçının istinad etdiyi digər işçi Anar Baxşıyev iddiaçının qardaşıdır və onun da himayəsində 16 yaşı tamam olmamış uşaqlar vardır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının həmin dəlilini də əsassız hesab edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçınn tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, göstərilmiş hüquqi xidmət, notariat və nəqliyyat xərcləri, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X1 (3-cü şəxs qismində Neftçilər Hüquqlarını Müdafiə X5 işə cəlb olunmaqla) Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi,işə bərpa,məcburi işburaxmaya görə əmək haqqının maddi və mənəvi ziyanınn ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar