Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1485/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 - Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yeni qeyri-yaşayış sahələrinin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 - Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yeni qeyri-yaşayış sahələrinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76 a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 117.4 kv.m olan qeyri-yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı1 yeni qeyri-yaşayış sahəsinin və sahə verilənə qədər kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi Cavabdeh MMC-yə həvalə edilməsi, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76 a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 108.2 kv.m olan qeyri yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı2 yeni qeyriyaşayış sahəsinin və sahə verilənə qədər kirayə xərclərinin kompensasiya məbləğinin verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 76a ünvanında yerləşən qeyri-yaşayış sahələri iddiaçıların istifadəsində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün "xxxx" MMC-yə icazə verilmişdir. Buna uyğun olaraq, Cavabdeh MMC ilə iddiaçılar arasında “Qeyri-yaşayış dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” Müqavilələr bağlanmışdır. Belə ki, cavabdehlə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 117.4 kv.m, olan saatsaz və mağaza kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. İddiaçı1 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 117.4 kv.m olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 2500 manal olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri- yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. İddiaçı şəraitinin yaxşılaşdırılacağına güman edərək cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, qeyri-yaşayış sahəsini boşaltmış lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının, qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni qeyri-yaşayış sahəsi ilə təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 108.2 kv.m, olan mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. İddiaçı2 istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 108.2 kv.m olmuşdur. Kirayə xərclərinin kompensasiya məbləği 1500 manal olmuşdur. Müqavilənin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyri-yaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri- yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. İddiaçı şəraitinin yaxşılaşdırılacağına güman edərək cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, qeyriyaşayış sahəsini boşaltmış lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, iddiaçının, qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçını yeni qeyri-yaşayış sahəsi ilə təmin etməmişdir. Buna görə də iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 21.1, 21.2, 1096.1, 1097.1, 115.1-ci maddələrini rəhbər tutaraq iddialarının təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddianı qismən etiraf edərək göstərmişdir ki, həqiqətən də iddiaçılarla Cavabdeh MMC arasında iddia tələblərində göstərilən müqavilələr bağlanmış və MMC müqavilələrdə əksini tapmış öhdəlikləri üzərinə götürmüşdür. Lakin, hazırda MMC Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76 a ünvanında yerləşən tikiniti tam, yəni müqavilədə nəzərdə tutulmuş müddətdə başa çatmadığına görə iddiaçılara həmin küçədə 74 saylı ünvanda qeyri-yaşayış sahələri təklif etsə də, onlar bununla razılaşmırlar. Bundan başqa, iddiaçılar binanın məhz birinci mərtəbəsindən sahə verilməsini tələb edirlər, binanın isə iki mərtəbəsi qeyri yaşayış sahəsidir və müqavilədə birinci mərtəbədən sahə verilməsi göstərilməyib. Həmçinin bildirmişdir ki, digər ünvanda tikinti işləri hələ də davam edir, bununla bağlı müəyyən qədər maddi çətinlik yarandığına görə son bir neçə ay ərzində kirayə pulları verilməmişdir, qısa zaman ərzində kirayə haqqları verilməyə davam edəcəklər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 22 yanvar 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinə dair hüquqların ötürülməsi, istifadəçinin köçülürməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” müqaviləsindən görünür ki, ümumi sahəsi 117.4 kv.m olan, Bakı şəhəri Səbail rayonu, X9 küçəsi 76a qeyri-yaşayış sahəsi müqavilə qüvvəyə mindiyi gündən mövcud qeyri-yaşayış sahəsinə dair istifadəçinin bütün (mülkiyyət, istifadə, sahiblik, sərəncam) hüquqları Cəmiyyətə ötürülmüş (güzəşt edilmiş) sayılır. - 24 iyun 2018-ci il tarixli “Qeyri-yaşayış sahəsinə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” müqaviləsindən görünür ki, ümumi sahəsi 108.2 kv.m olan, Bakı şəhəri Səbail rayonu, X9 küçəsi 76a. qeyri-yaşayış sahəsi müqavilə qüvvəyə mindiyi gündən mövcud qeyri-yaşayış sahəsinə dair istifadəçinin bütün (mülkiyyət, istifadə, sahiblik, sərəncam) hüquqları Cəmiyyətə ötürülmüş (güzəşt edilmiş) sayılır. - İddiaçıların Cavabdeh MMC-nin direktoru X7 yazdıqları Pretenziya məktubundan görünür ki, 24 iyun 2018-ci il tarixində İddiaçı2 ilə 22 yanvar 2018-ci il tarixində isə İddiaçı1 ilə Cavabdeh MMC arasında “Qeyri-yaşayışa dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” Müqavilələr bağlanmışdır. Müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahələri təhvil verilənə qədər hər ay İddiaçı2 1500 azn, İddiaçı1 isə hər ay 2500 azn kirayə kompensasiyası ödənilməli idi. Artıq 5 aydır ki, həm ona və həyat yoldaşı İddiaçı2 kirayə kompensasiyası ödənilmir. Həmçinin müqavilə şərtinə əsasən 3 il müddətinə əmlakları Q.Abbasov 76a ünvanından 1ci mərtəbədən verilməli idi. Bu günə kimi Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Müqavilə bağlandığı gündən artıq 5 il ötüb və onlar onların əmlaklarını təhvil vermirlər. Hazırda binanın inşası da bitib. Müqavilə üzrə öhdəliklərini dostcasına yerinə yetirmək istəyirlərsə 10 gün müddətinə qeyri-yaşayış sahələrini təhvil versinlər əks təqdirdə məhkəməyə müraciət edəcəklər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 76 a ünvanında yerləşən ümumi sahəsi 117.4 kv.m, olan saatsaz və mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi X2, ümumi sahəsi 108,2 kv.m, mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi İddiaçı2 istifadəsində olmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli, 117 nömrəli sərəncamına əsasən Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 72-74-76-76a ünvanlarında 0,5 ha olan ərazidə istismar müddətini ötmüş 1-4 mərtəbəli binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının pilot layihə əsasında layihələndirilməsi qərara alınmış və tikinti üçün "xxxx" MMC-yə icazə verilmişdir. Buna uyğun olaraq, Cavabdeh MMC ilə iddiaçılar arasında “Qeyri-yaşayışa dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsi haqqında” xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Müqavilələr bağlanmışdır. X5 ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyriyaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 117.4 kv.m, olan saatsaz və mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyriyaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. Kirayə xərclərinin kompensasiya məbləği 2500 manal olmuşdur. İddiaçı2 ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən isə cavabdeh Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında istismar müddəti ötmüş qeyri-yaşayış binasının söküntüsünü, yaşayış kompleklsinin tikintisini həyata keçirir. İstifadəçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 a ünvanında yerləşən, ümumi sahəsi 108,2 kv.m, mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini kompleksinin tikintisi məqsədilə “Cəmiyyətə” təhvil verir. “Cəmiyyət isə həmin qeyriyaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsini (təmirli olmaq şərtilə) təmirli qeyri-yaşayış sahəsinin “istifadəçiyə” təhvil verir. Kirayə xərclərinin kompensasiya məbləği 1500 manat olmuşdur. İddiaçılarla bağlanmış Müqavilələrin 4-cü bəndinin şərtlərinə əsasən, yeni qeyriyaşayış sahəsinin ümumi sahəsi təhvil götürülən əmlakın sahəsindən az olmamalıdır. Cavabdeh 36-48 ay müddətində yeni qeyri- yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Müəyyən edilmişdir ki, iddiaçılar şəraitinin yaxşılaşdırılacağına güman edərək cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilələr bağlamış, qeyri-yaşayış sahəsini boşaltmışlar. Hazırda isə iddiaçılar cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi, onların qazanc yeri olan qeyri-yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçıları yeni qeyriyaşayış sahəsi ilə təmin etmədiyi üçün onlar mövcud tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşdən göründüyü kimi, tərəflər arasında podrat müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 117.4 kv.m və 108.2 kv.m olan qeyri-yaşayış sahələrinə ayrılıqda 20 faiz əlavə edilməklə məhz həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı1 və İddiaçı2 yeni qeyri-yaşayış sahələrinin və sahə verilənə qədər kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi kimi öhdəliklərini üzərinə götürmüş, bunun nəticəsində cavabdehlərin iddiaçıdan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, lakin müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmişdir. Göstərilən öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin iddiaçılar qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların müqavilə öhdəlikləri ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Bu baxımdan cavabdeh MMC həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçılara məxsus qeyri-yaşayış sahələrini müqavilələrdə göstərilən ünvanlar üzrə müəyyən edilmiş keyfiyyətdə və müddətdə təhvil verilməsini təmin etməli idi. Lakin, iddiaçılar üzərlərinə götürülmüş öhdəlikləri yerinə yetirmələrinə baxmayaraq, cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan işləri tam icra etməyərək, müqavilələr üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmiş, iddiaçılara müqavilələrdə nəzərdə tutulmamış başqa ünvanda qeyri-yaşayış sahələri təklif etmişdir. Nəticə etibarilə bu cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin məzmununa uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfin iddiaya etirazın (iddianı qismən etiraf etmələri hissəsi istisna olmaqla) dəlilləri iddianın əsassız olmasına dəlalət etmir. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar ilə bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində sonuncular pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 117.4 kv.m olan qeyri-yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı1 yeni qeyri-yaşayış sahəsinin və sahə verilənə qədər müqavilədə nəzərdə tutulmuş kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi Cavabdeh MMC-yə həvalə edilməli, həmçinin Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 108.2 kv.m olan qeyri yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı2 yeni qeyri-yaşayış sahəsinin və sahə verilənə qədər müqavilədə nəzərdə tutulmuş kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi Cavabdeh MMC-yə həvalə edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 117.4 kv.m olan qeyri-yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı1 yeni qeyri-yaşayış sahəsinin və sahə verilənə qədər müqavilədə nəzərdə tutulmuş kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X9 küçəsi 76a ünvanında yerləşən Cavabdeh MMC tərəfindən sökülmüş ümumi sahəsi 108.2 kv.m olan qeyri yaşayış sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasının B blokundan İddiaçı2 yeni qeyri-yaşayış sahəsinin və sahə verilənə qədər müqavilədə nəzərdə tutulmuş kirayə xərclərinin kompensasiya məbləğinin verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1485/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1485/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver