Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1490/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahələrinə görə borcun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mənzil xidmət haqqına görə 111,72 manat, məişət tullantılarına görə 151,20 manat olmaqla, cəmi 262,92 manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 86,40 manat, məişət tullantılarına görə 90,0 manat, cəmi 176,40 manat borcun tutulub Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinə ödənilməsi, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinə əsasən yaşadıqları mənzilin mülkiyyətçisidirlər və hamısı 9 saylı MKİS-nin sakinləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetiinin 10.03.2000-ci il tarixli 40 saylı qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m. yaşayış sahəsi üçün ayda 2 qəpik, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 5 saylı, 24.11.2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmalıdır. Cavabdeh1 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 111,72 manat, məişət tullantıları üzrə 151.20 manat-cəmi 262.92 manat borcu vardır. Cavabdeh2 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 86,40 manat, məişət tullantıları üzrə 90,0 manat-cəmi 176,40 manat borcu vardır. Dəfələrlə cavabdehlərə 9 saylı MKİS-nin işçidləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, onlar buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerji, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlaması təklif etdikdə bundan da imtina edirplər, halbuki cavabdehlərlə müqavilə olmadan da onlara tərəflərindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehlərə qanuna riayət hissini aşılamaq, onların üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yeinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 9 saylı MKİS tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, onlara mənzil-xidmət haqqına görə yaranmış borclarının olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş üzrə 9 saylı MKİS tərəfindən verilmiş şəxsi mənzillərə görə istismar yığımına aid və məişət tullantılarına görə kreditor borc haqqında məlumata əsasən Cavabdeh1 mənzil xidmət haqqına görə 111,72, məişət tullantılarına görə 151,20 manat olmaqla, cəmi 262,92 manat, Cavabdeh2 mənzil xidmət haqqına görə 86.400 manat, məişət tullantılarına görə 90,0 manat, cəmi 176.40 manat borcu mövcuddur. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh1 Eminağa oğlu 1987-cı ildən Bakı şəhəri, S.Rüstəmov küçəsi, 8 saylı evin 9-13 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 5 saylı MKİS tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh2 qızı Bakı şəhəri, S.Rüstəmov küçəsi, 8 saylı evin 22 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər yaşadıqları mənzillərin mülkiyyətçiləridir və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar, onların qeydiyyatda olduğu və mülkiyyətində olan mənzilə Səbail rayonu MKTB-nin 5 saylı MKİS xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 111,72 manat, məişət tullantıları üzrə 151.20 manat-cəmi 262.92 manat borcu yaranmışdır. Cavabdeh2 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 86,40 manat, məişət tullantıları üzrə 90,0 manat-cəmi 176,40 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə xəbdarlıq olunsa da, həmin haqq halhazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mülkiyyətlərində olan mənzilə görə olan müddət ərzində haqq ödənilmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən halhazıradək cavabdehlərə xidmət göstərilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehlərə təklif olunsa da, cavabdehlər müqavilə bağlamaqdan imtina etmişlər. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərə mülkiyyətlərində olan mənzilə görə xidmət göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 29.09.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən AR Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzmlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşı ayda 14 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 111,72 manat, məişət tullantıları üzrə 151.20 manat-cəmi 262.92 manat borcu yaranmışdır. Cavabdeh2 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 86,40 manat, məişət tullantıları üzrə 90,0 manat-cəmi 176,40 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, iddia borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən xidmət göstərildiyidən, lakin cavabdehlər göstərilən xidmtələ bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiyindən, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 mənzil xidmət haqqına görə 111,72 (yüz on bir manat yetmiş iki qəpik) manat, məişət tullantılarına görə 151,20 (yüz əlli bir manat iyirmi qəpik) manat olmaqla, cəmi 262,92 (iki yüz altmiış iki manat doxsan iki qəpik) manat borc, Cavabdeh2 mənzil xidmət haqqına görə 86,40 (səksən altı manat qırx qəpik) manat, məişət tullantılarına görə 90,0 (doxsan) manat, cəmi 176,40 (yüz yetmiş altı manat qırx qəpik) manat borc tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1490/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1490/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver