Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1491/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda faktiki olaraq Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1595 keçid, ev 11, mənzil 5 ünvanında yerləşən iki otaqlı mənzildə arvadı İddiaçı2 və xx.xx.2002ci il təvəllüdlü oğlu X3 ilə birlikdə kirayə olaraq yaşayır. Bildirmək istəyir ki, təxminən 7 il bundan əvvəl atasına məxsus olan və ünvan 3 42 ünvanında yerləşən mənzildən atası tərəfindən ailəsi ilə birlikdə çıxarılmışdır. Ailədaxili problemlərə görə atası Cavabdeh Səbail rayon Məhkəməsinə müraciət edərək onun və ailə üzvlərinin yaşadıqları mənzildən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsi öz növbəsində müvafiq qətnamə əsasında onun və ailə üzvlərinin atasına məxsus olan və ünvan 3 42 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qət edilmişdir. Həmin vaxtdan bəri ailə üzvləri ilə müxtəlif yerlərdə kirayə olaraq yaşamışlar. 2020-ci ilin may ayından etibarən isə ünvan 4 mənzil 5 ünvanında yerləşən 2 otaqlı mənzildə arvadı İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü oğlu İ.İddiaçı1 ilə birlikdə kirayə olaraq yaşayır. Onun səhhətində bir sıra problemlər var. Bununla bağlı ağır işlərdə də işləyə bilmir. Heç bir yerdə işləmir. Buna qədər günəmuzd olaraq müxtəlif yerlərdə işləyirdi. Lakin hal-hazırda bütün dünyanı cənginə almış COVİD-19 pandemiyası ilə əlaqədar ölkəsində tətbiq olunan karantin rejimi ilə əlaqədar işsiz qalmışdır. Bütün bunlara görə o, artıq yaşadığı mənzilin kirayə haqqını da verə bilmir. Ona görə də tez-tez ev sahibi ilə onun arasında söz-söhbətlər yaranır. Göstərilənləri nəzərə alaraq iddiaçılar onların və övladı X1 ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin ünvana köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar M.Cavabdeh və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılması barədə ərizəsini nəzərə alaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıların istifadə hüquqlarının müəyyən edilməsi və köçürülməsini xahiş etdikləri Səbail rayon, M.Hüseyn küçəsi, 53 saylı evə onun hər hansı aidiyyəti yoxdur. O G.Əliyev küçəsi, 42 saylı evin mülkiyyətçisidir. iddiaçıların da həmin evdən çıxarılması barədə 2014-cü ildə məhkəməyə müraciət etmiş, hazırki iddiaçılar məhkəmə qətnaməsi ilə həmin evdən çıxarılmışlar. Onların mülkiyyətində olan evə hər hansı aidiyyəti yoxdur. M.Hüseyn küçəsi, 53 saylı ev isə onun mülkiyyətində olmadığından, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmışdır. İş üzrə tibbi sənədlərdən görünür ki, İddiaçı1 Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə olunmuşdur. İş üzrə xx.xx.2020-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh Səbail rayonu, G.Əliyev küçəsi, 42 saylı evin mülkiyyətçisidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh oğludur və Cavabdeh Səbail rayonu, G.Əliyev küçəsi, 42 saylı evin mülkiyyətçisidir. İddiaçılar Səbail rayonu, M.Hüseyn küçəsi, 53 saylı evə istifadə hüququnun müəyyən edilməsi və həmin ünvana köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıların hüquqlarının müəyyən edilməsi və köçürülmələrini xahiş etdikləri evə cavabdehin heç bir aidiyyəti yoxdur və iddiaçılar tərəfindən həmin evin cavabdehə məxsus olması barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə məxsus olmayan evə iddiaçıların hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə tələb əsaslı hesab edilə bilməz. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddia tələbində mübahisə predmeti kimi göstərilən mənzil üzərində hər hansı hüquqlarının olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, qaldırılan iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin ünvana köçürülmələri barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1491/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1491/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver