Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1492/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, verilmiş elanla əlaqədar ünvan 1 ünvanında yerləşən və Cavabdeh tərəfindən icarəyə götürülmüş və ofis adlandırdığı yerdə müqavilə bağlamışlar (24 ay müddətinə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər). Bir tərəfdən “İcarəçi” adlandırılan "xxxx" MMC nizamnamə əsasında fəaliyyət göstərən şirkətin baş direktoru Cavabdeh şəxsində və digər tərəfdən “İcarəyə verən” adlandırılan İddiaçı şəxsində bu müqaviləni aşağıdakılar barədə bağlamışlar. Müqavilə bağlanarkən o, Cavabdeh 5550 manat nağd pul şəkildə vermişdir. Bu pulun müqabilində Cavabdeh söz vermiş və imzası ilə təsdiqləmişdir ki, həmin pula 3 ədəd “Tufan 50” markalı motosiklet (nəqliyyat vasitəsi) alıb istifadə edəcək (digər şəxslərə icarəyə verməklə) və hər bir nəqliyyat vasitəsi üçün 1 təqvim ayı müddətinə İcarəyə verənə, yəni ona 210 manat məbləğində (toplamda 630 manat) icarə haqqı ödəyəcək. Lakin bir neçə aydan sonra cavabdeh yoxa çıxmış və əlaqəni kəsmişdir. Zənglərə cavab verməmişdir, üstündən neçə ay keçməsinə baxmayaraq, hələ də aşkar çıxmayıblar. Onlar müqavilə bağlayarkən videoçəkiliş aparmışlar və bütün videoçəkilişlər diskdə var. Həmin diskdə xx.xx.2024-cü il tarixdə “Moto” almaq üçün o, Cavabdeh beh kimi verdiyi 1500 manatı da videoçəkilişi var. Növbəti 4050 manat verdiyi zaman olan videoçəkilişdə diskdə öz əksini tapmışdır. Videoçəkiliş zamanı Bəylər adında şəxs orada iştirak etmişdir. Sonrakı aylarda çox suallara (aylıq ödəniş barədə) əsasən o cavab verirdi, hərçənd ki, deyil o, orada heç kimdir. Ancaq onun bu işlərdə səs yazısı və şəkilləri var və onun dediyinə görə o şirkətdə 30-a qədər icarəyəverən olub. Həmin investorlardan (icarəyəverənlərdən) birinin (Tural adında şəxsin Bəylərlə Whatsapp yazışmasını ona göndərmişdir və həmin yazışma da diskdə qeyd olunmuşdur (xatırladır ki, zərərçəkən Turalın telefon nömrəsini ona "xxxx" satış Şirkətindən oradakı işçi vermişdir. Onun pulu ilə alınan motosikletlər də "xxxx" satış şirkətindən alınıb və həmin motoların şəkilləri və “ban” nömrələri di skdə göstərilib. Bağlanmış müqavilənin surəti də var. Bütün bunlar barəsində o, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvana getmiş, atası Ağalara telefonla məlumat vermişdir, oğlu Cavabdeh etdiyi qanunsuz hərəkətləri haqqında danışmışdır. Lakin Ağalar öz oğlu barədə heç bir tədbir görə bilməmişdir. Cavabdeh haqqında Bakı şəhəri Nəsimi rayon polis idarəsinə 19-cu polis şöbəsinə müraciət etmişdir və orada işə baxıb məhkəməyə müraciət etdiyini tövsiyə etmişlər. Bütün bunlarla yanaşı Cavabdeh qeydiyyatda olduğu ünvana poçt vasitəsilə borcunu qaytarmadığı təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh MMC açıb elan verdiyindən gedib maraqlanmışdır. Onlar müqavilə bağlayıb, verdiyi pulun əvəzində motosiklet almış icarəyə vermiş, onlara aylıq pul ödəyəcəklərini bildirmişlər. Onunla müqavilə bağlamışlar, o, 5550 manat icarə pulu ödəməli idi. 1500 manat əvvəldən vermiş motosiklet almaq üçün, 4050 manat da sonradan vermişdir. Bütün bunları videoda çəkmişdir. O, 3 motosikletə görə 1850 manat pul ödəmiş və onlar da motosikleti cavabde olan Cavabdeh adına almışlar. 2-3 ay pulu 630 manat olaraq ona ödəmişlər. İlkin olana 400 manat, sonradan 630 manat ödəmişlər. Hazırda cavabdehin ona 3000 manat borcu qalıb. 2550 manatı isə hissə-hissə ödəmişlər. Hazırda cavabdehdən heç bir xəbər yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “İcarəyəverən” qismində İddiaçı ilə “İcarəçi” qismində "xxxx" MMC-nin direktoru Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icaə müqaviləsindən görünür ki, İddiaçı qanuni əsaslarla ona məxsus olan “Tufan m50” markalı minik nəqliyyat vasitəsini “İcarəçi” qismində "xxxx" MMC-nin direktoru Cavabdeh aylın icarə haqqı 210 manat olmaqla xx.xx.2026-cı il tarixədək icarəyə vermişdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, o, İddiaçı 1500 manat beh almış, 3 ədəd “Tufan m50” markalı moto üçün, 1-nin dəyəri 1850 manat olmaqla, toplam dəyəri 5.550 manatdan moto texnikanı təhvil verdikdə 4050 manat verəcəkdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, müraciətində qeyd olunan əvvəlcədən tanıdığı Cavabdehna müqavilə əsasında verdiyi pulun qarşılığında sözünə əməl etməməsi səbəbindən yaranmış mübahisəli məsələnin mülki xarakterli olması nəzərə alınaraq şəxsi iddia qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh ondan aldığı puldan (2024-cü ilin iyun ayında "xxxx" MMC şirkətində işdəliyi zaman 5550 manat pul almışdır) 3000 manat borcu qalıb. Əgər Cavabdeh onun pulunu qaytarmasa o, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, verilmiş elanla əlaqədar ünvan 1 ünvanında yerləşən və Cavabdeh tərəfindən icarəyə götürülmüş və ofis adlandırdığı yerdə müqavilə bağlamışlar (24 ay müddətinə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixə qədər). Bir tərəfdən “İcarəçi” adlandırılan "xxxx" MMC nizamnamə əsasında fəaliyyət göstərən şirkətin baş direktoru Cavabdeh şəxsində və digər tərəfdən “İcarəyə verən” adlandırılan İddiaçı şəxsində müqavilə bağlamışlar. Müqavilə bağlanarkən o, Cavabdeh 5550 manat nağd pul şəkildə vermişdir. Bu pulun müqabilində Cavabdeh söz vermiş və imzası ilə təsdiqləmişdir ki, həmin pula 3 ədəd “Tufan 50” markalı motosiklet (nəqliyyat vasitəsi) alıb istifadə edəcək (digər şəxslərə icarəyə verməklə) və hər bir nəqliyyat vasitəsi üçün 1 təqvim ayı müddətinə İcarəyə verənə, yəni ona 210 manat məbləğində (toplamda 630 manat) icarə haqqı ödəyəcək. Lakin bir neçə aydan sonra cavabdeh yoxa çıxmış və əlaqəni kəsmişdir. Zənglərə cavab verməmişdir, üstündən neçə ay keçməsinə baxmayaraq, hələ də aşkara çıxmayıblar. Onlar müqavilə bağlayarkən videoçəkiliş aparmışlar və bütün videoçəkilişlər diskdə var. Həmin diskdə xx.xx.2024-cü il tarixdə “Moto” almaq üçün o, Cavabdeh beh kimi verdiyi 1500 manatı da videoçəkilişi var. Növbəti 4050 manat verdiyi zaman olan videoçəkilişdə diskdə öz əksini tapmışdır. Videoçəkiliş zamanı Bəylər adında şəxs orada iştirak etmişdir. Sonrakı aylarda çox suallara (aylıq ödəniş barədə) əsasən o cavab verirdi, hərçənd ki, deyir o, orada heç kimdir. Ancaq onun bu işlərdə səs yazısı və şəkilləri var və onun dediyinə görə o şirkətdə 30-a qədər icarəyəverən olub. Həmin investorlardan (icarəyəverənlərdən) birinin (Tural adında şəxsin Bəylərlə Whatsapp yazışmasını ona göndərmişdir və həmin yazışma da diskdə qeyd olunmuşdur (xatırladır ki, zərərçəkən Turalın telefon nömrəsini ona "xxxx" satış Şirkətindən oradakı işçi vermişdir. Onun pulu ilə alınan motosikletlər də "xxxx" satış şirkətindən alınıb və həmin motoların şəkilləri və “ban” nömrələri diskdə göstərilib. O, Cavabdeh haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət etmişdir və orada işə baxıb məhkəməyə müraciət etdiyini tövsiyə etmişlər. Bütün bunlarla yanaşı Cavabdeh qeydiyyatda olduğu ünvana poçt vasitəsilə borcunu qaytarmadığı təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 3 mart tarixli Qərarında da göstərilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə verdiyi 5550 manat pul vəsaiti hesabına əldə etdiyi 3 ədəd “Tufan M50” markalı motosikletləri cavabdehə 2 il müddətinə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 2550 manat məbləğində pul vəsaitini qaytarsa da, onun iddiaçıya qaytarmadığı 3000 manat öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə cavabdeh tərəfindən 5550 manatdan 2550 manatın hissə-hissə iddiaçıya ödənilməsini, 3000 manat ödənilməmiş borcun qalmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3.000 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3.000 (üç min) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1492/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1492/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver