Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1508/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X19 nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdeh X12rşı «işə bərpa» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCnin xx.xx.2020-ci il tarixli 063/K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki işinə, yəni kassir vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2012ci il tarixdə əmək müqaviləsi bağlanaraq iddiaçı kassir vəzifəsinə təyin olunmuşdur. İddiaçı «Cavabdehsı» ASC-də çalışdığı 8 ildən artıq müddətdə əmək vəzifələrini qüsursuz yerinə yetirdiyinə görə «Təşəkkürnamə» ilə təltif edilmiş və həmin dövrdə heç bir intizam tənbeh tədbiri almamışdır. Əmək vəzifələrini yerinə yetirdiyinə görə Cavabdeh ASC-nin filialından baş ofisə keçirilmişdir. 2020-ci ilin may ayında tanışı ona bir neçə şəxsiyyət vəsiqəsi verərək müəyyən məbləğdə pulu mübadilə etməyi xahiş etmiş və həmin şəxslərin məhdudiyyət tədbirləri ilə bağlı olaraq banka şəxsən yaxınlaşa bilmədiklərini bildirmişdir. İddiaçı həmin pul məbləğini mübadilə etmişdir. Rəhbərlik bu halla bağlı iddiaçıya izahat yazmağı və həmin şəxslərin banka dəvət olunaraq dindirilməsini xahiş etmişdir. İddiaçı izahat verdikdən sonra adlarına mübadilə aparılmış şəxslər banka gəlmiş və izahat verərək bildirmişlər ki, həqiqətən də özləri banka yaxınlaşmaqda çətinlik çəkdiklərindən həmin pul məbləğini onlar mübadilə üçün başqa şəxslə göndərmişlər. Bundan bir müddət sonra İddiaçı birbaşa xx.xx.2020-ci il tarixli 063/K nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr heç bir fomada əsaslandırılmamışdır. Əmrdə iddiaçının əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və onun hansı öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmamış və bununla da əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyri-müəyyən göstərilmişdir. Halbuki AR ƏM-nin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan əlavə, həmin Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamın, qərarının) məzmununda əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bənd barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Halbuki İddiaçı 70ci maddəsinin «ç» bəndində və ya 72-ci maddədə göstərilən hallardan heç birini törətməmişdir. İddiaçının bu qaydada əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassız və ədalətsizdir, buna görə də həmin əmr ləğv edilərək o, kassir vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X31 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, CavabdehSC-nin xx.xx.2020ci il tarixli 063/K nömrəli əmrinin məzmununda AR ƏM-nin 84-cu maddəsinin 1-ci maddəsində tələb olunan məlumatlar öz əksini tapmışdır və əmrin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyil. Bundan əlavə, iddia ərizəsində özündə də qeyd edildiyi kimi, CavabdehSC-də aparıcı kassir vəzifəsində çalışan İddiaçı AR Mərkəzi Bankının xx.xx.2015-ci il tarixli 44/1 saylı qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8-ci bəndinin, CavabdehSC-nin “Kassa əməliyyatlarının aparılmasına dair təlimat”ın 8.3 və 8.4-cü bəndlərinin, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin və xx.xx.2018-ci il tarixli vəzifə təlimatının tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə X16 və X2, xx.xx.2020-ci il tarixdə X13 və X11, xx.xx.2020-ci il tarixdə X5 və X6, xx.xx.2020-ci il tarixdə X17 və X14 bankda olmadıqları halda digər şəxs tərəfindən onların şəxsiyyət vəsiqələrinin surətinin ona təqdim olunmasına baxmayaraq, valyuta mübadilə əməliyatlarını aparmış, eləcə də, kassa sənədlərinə də vəsiqələri təqdim edən şəxslərə imza etdirmişdir. Yuxarıda qeyd olunan faktlar, bankın əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixdə tərtib olunan monitorinq aktlarında, İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli izahatlarında və adından valyuta əməliyyatları aparılan şəxslərin izahatlarında öz təsdiqini tapmışdır. İddiaçı öz izahatlarında təlimatdan kənar əməllərinin səbəbi kimi qeyd olunan şəxslərin adından əməliyyatın aparılmasını dostunun xahişi ilə əlaqələndirmiş və bunun təsdiqi kimi həmin şəxslərin banka şəxsən gətiriləcəyinə dair söz vermişdir. Lakin eyni əməllərin dəfələrlə törədilməsi və adından əməliyyat aparılan şəxslərin verdiyi izahatlarda öz şəxsiyyət vəsiqələrinin surətlərini ikinci və üçüncü şəxslərə göndərməklə, hətta whatsapp vasitəsilə yollamaqla valyuta məbləğinin mübadiləsinin aparıldığını qeyd etmələri yazılan izahatların səmimiyyətdən uzaq olmasının, vəzifə borcunun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozmasının təzahürü kimi qiymətləndirilməlidir. Belə ki AR Mərkəzi Bankının xx.xx.2015-cil tarixli 44/1 saylı qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5.-ci bəndinə əsasən, “Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Həmin qaydaların 8.7.-ci bəndinə əsasən “Mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmət şöbəsinin (bankın) əməliyyat sisteminə (kompyuter proqramına) daxil edilir və müştəriyə bank çıxarışı verilir. Cavabdeh ASC-nin “Kassa əməliyyatlarının aparılmasına dair təlimatın 8.3-cü yarımbəndinə əsasən “Hər bir mübadilə əməliyyatına dair məlumat bank proqramına daxil edlir və müştəriyə bank çıxarışı verilir. 500 (beş yüz) ABŞ dolları ekvivalentinə bərabər və yuxarı xarici valyutanın nağd satışı və 10000 (on min) ABŞ dolları ekvivalentinə bərabər və yuxarı xarici valyutanın nağd alışı zamanı bank çıxarışı iki nüsxədə tərtib edilməli və hər iki nüsxə müştəri tərəfindən imzalanmalıdır. Bank çıxarışında aşağıdakı məlumatlar əks olunur: -Bir müştəriyə xarici valyutanın 500 (beş yaz) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdə satılması və bir müştəridən dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdən artıq alınması əməliyyatları aparılarkən, fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı; Həmin təlimatın 8.4-cü yarımbəndinə əsasən “Xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı olan məbləğdə satılması və bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdən artıq alınması əməliyyatları şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Göründüyü kimi, Mərkəzi Bankın qaydalarında və CavabdehSC-nin təlimatında qeyd olunanlar onu ehtiva edir ki, mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına dair mübadilə əməliyyatları müştərinin yalnız şəxsən mübadilə şöbəsinə yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməsi və kassa sənədlərinə şəxsən imza etməsi yolu ilə aparıla bilər. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 216320 saylı əmək müqaviləsinin 3.1.bəndinə əsasən qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək işçinin əmək funksiyalarından biri kimi göstərilmişdir. Həmçinin İddiaçı xx.xx.2018-ci il tarixli vəzifə təlimatının 2.1.3. bəndində qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək iddiaçının vəzifəsi kimi qeyd olunmuşdur. Yuxarıda göstərilən əmək müqaviləsinin 10.1.1. bəndinin ç yarımbəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi qeyd olunmuşdur. Həmçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul etməyinizi xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan «Cavabdehsı» ASC-nin 063/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, Nəsimi filialının aparıcı kassiri İddiaçı ilə xx.xx.2012-ci il tarixində bağlanmış əəmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndini əsas tutaraq xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. Təqdim olunmuş «Cavabdehsı» ASC-nin Baş Ofisinin əməkdaşlarıT.Orduyev, R.Manafov, H.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli X10 görünür ki, «Cavabdehsı» ASC-də aparıcı kassir vəzifəsində çalışan İddiaçı kassir olaraq fəaliyyətinin Əliyev haşım Məzahir oğlu tərəfindən monitorinqi nəticəsində aşağıdakıları müəyyən etmişlər: xx.xx.2020-ci il tarixdə «Cavabdehsı» ASC-nin Müştəri Xidmətləri Departamentində İddiaçı tərəfindən X1, X7 adlarına aparılan valyuta mübadiləsi əməliyyatları zamanı adları çəkilən şəxslər bankda olamamış və müvafiq kassa sənədlərinə özləri imza etməmişlər. Belə ki, adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin surəti digər bir şəxs tərəfindən İddiaçı təqdim olunmuş və əməliyyatlar İddiaçı tərəfindən icra olunmuşdur. Müvafiq kassa sənədlərinə də şəxsiyyət vəsiqələrinin surətini təqdim edən şəxs tərəindən imza edilmişdir. Analoyi hal xx.xx.2020-ci il tarixində İddiaçı tərəfindən X8 və X18 adlarına aparılan valyuta mübadiləsi əməliyyatları zamanı da baş vermişdir. İddiaçı ilə müzakirə zamanı yuxarıda qeyd olunan nöqsanların səbəbini dostunun ondan xahişi ilə izah etmişdir. Təqdim olunmuş «Cavabdehsı» ASC-nin Baş Ofisinin əməkdaşlarıT.Orduyev, R.Manafov, H.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli X10 görünür ki, «Cavabdehsı» ASC-də aparıcı kassir vəzifəsində çalışan İddiaçı kassir olaraq fəaliyyətinin Əliyev haşım Məzahir oğlu tərəfindən monitorinqi nəticəsində aşağıdakıları müəyyən etmişlər: xx.xx.2020-ci il tarixdə «Cavabdehsı» ASC-nin Müştəri Xidmətləri Departamentində İddiaçı tərəfindən X9 və X3 adlarına aparılan valyuta mübadiləsi əməliyyatları zamanı adları çəkilən şəxslər bankda olamamış və müvafiq kassa sənədlərinə özləri imza etməmişlər. Belə ki, adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin surəti digər bir şəxs tərəfindən İddiaçı təqdim olunmuş və əməliyyatlar İddiaçı tərəfindən icra olunmuşdur. Müvafiq kassa sənədlərinə də şəxsiyyət vəsiqələrinin surətini təqdim edən şəxs tərəindən imza edilmişdir. Analoyi hal xx.xx.2020-ci il tarixində İddiaçı tərəfindən X4 və X11 adlarına aparılan valyuta mübadiləsi əməliyyatları zamanı da baş vermişdir. İddiaçı ilə müzakirə zamanı yuxarıda qeyd olunan nöqsanların səbəbini dostunun ondan xahişi ilə izah etmişdir. Təqdim olunmuş «Cavabdehsı» ASC-nin aparıcı kassir vəzifəsində çalışan İddiaçı «Cavabdehsı» ASC-nin İdarə Heyətinin sədri T.İsmayılova ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli izahatlarında göstərmişdir ki, X1, X7, X4, X11, X9 və X3 adlarına aparılan valyuta mübadiləsi zamanı qeyd olunan şəxslər bankda olamamış, onların şəxsiyyət vəsiqələrinin surətini onların qohumu gətirmiş, anketləri doldurmuş və valyuta mübadiləsi çeklərinə də həmin şəxs imza etmişdir. Qeyd edilən nöqsanlara yol verməsinə səbəb yaxın dostunun xahişi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfıyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, Cavabdeh ASC-nin aparıcı kassiri vəzifəsində işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdə X16 və X2, xx.xx.2020-ci il tarixdə X13 və X11, xx.xx.2020-ci il tarixdə X5 və X6, xx.xx.2020-ci il tarixdə X17 və X14 bankda olmadıqları halda digər şəxs tərəfindən onların şəxsiyyət vəsiqələrinin surətinin ona təqdim olunmasına baxmayaraq, valyuta mübadilə əməliyatlarını aparmış, eləcə də, kassa sənədlərinə də vəsiqələri təqdim edən şəxslərə imza etdirmiş, bununla da, AR Mərkəzi Bankının xx.xx.2015-ci il tarixli 44/1 saylı qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8-ci bəndinin, CavabdehSCnin “Kassa əməliyyatlarının aparılmasına dair təlimat”ın 8.3 və 8.4-cü bəndlərinin, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin və xx.xx.2018-ci il tarixli vəzifə təlimatının tələblərini pozmuşdur. «Cavabdehsı» ASC-nin 063/K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» yarımbəndinə əsasən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. AR Mərkəzi Bankının xx.xx.2015-cil tarixli 44/1 saylı qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5.-ci bəndinə əsasən Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Həmin qaydaların 8.7.-ci bəndinə əsasən Mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmət şöbəsinin (bankın) əməliyyat sisteminə (kompyuter proqramına) daxil edilir və müştəriyə bank çıxarışı verilir. Cavabdeh ASC-nin “Kassa əməliyyatlarının aparılmasına dair Təlimat”ın 8.3-cü yarımbəndinə əsasən hər bir mübadilə əməliyyatına dair məlumat bank proqramına daxil edlir və müştəriyə bank çıxarışı verilir. 500 (beş yüz) ABŞ dolları ekvivalentinə bərabər və yuxarı xarici valyutanın nağd satışı və 10000 (on min) ABŞ dolları ekvivalentinə bərabər və yuxarı xarici valyutanın nağd alışı zamanı bank çıxarışı iki nüsxədə tərtib edilməli və hər iki nüsxə müştəri tərəfindən imzalanmalıdır. Bank çıxarışında aşağıdakı məlumatlar əks olunur: -Bir müştəriyə xarici valyutanın 500 (beş yaz) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdə satılması və bir müştəridən dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdən artıq alınması əməliyyatları aparılarkən, fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı; Həmin təlimatın 8.4-cü yarımbəndinə əsasən xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı olan məbləğdə satılması və bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğə bərabər və yuxarı məbləğdən artıq alınması əməliyyatları şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 216320 saylı əmək müqaviləsinin 3.1.bəndinə əsasən qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək işçinin əmək funksiyalarından biridir. Qeyd olunan əmək müqaviləsinin 10.1.1. bəndinin ç yarımbəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Cavabdeh ASC-də filialın aparıcı kassiri İddiaçı xx.xx.2018-ci il tarixli Vəzifə Təlimatının 2.1.3. bəndinə əsasən qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək aparıcı kassirin vəzifəsidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, AR Mərkəzi Bankının “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na və CavabdehSC-nin “Kassa əməliyyatlarının aparılmasına dair təlimat”a əsasən mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınmasına dair mübadilə əməliyyatları müştərinin yalnız şəxsən mübadilə şöbəsinə yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməsi və kassa sənədlərinə şəxsən imza etməsi yolu ilə aparılmalı olduğu halda, iddiaçı tərəfindən həmin qaydalara və vəzifə təlimatına zidd olaraq yuxarıda adları sadalanan şəxslər bankda olmadıqları halda digər şəxs tərəfindən onların şəxsiyyət vəsiqələrinin surətinin ona təqdim olunmasına baxmayaraq, valyuta mübadilə əməliyatlarını aparmış, eləcə də, kassa sənədlərinə də vəsiqələri təqdim edən şəxslərə imza etdirmişdir. Yuxarıda göstərildiyi kimi, İddiaçıla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinin qaydası AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, İddiaçı yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan və o, işdən azad edilərkən CavabdehSC tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl edildiyindən tələb əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh X12rşı «işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1508/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1508/2020
06.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver