Məhkəmə qərarları › İş №2(009)-1509/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1509/2022

29.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1509/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı “tikili və qurğuların sökülərək ərazinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı “tikili və qurğuların sökülərək ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 2 ünvanında) yerləşən, Cavabdeh sahibliyində və istifadəsində olan sahənin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5 nömrəli Qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X6” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Milli Elmlər X1 Bağının mövcud ərazisi “X6” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən X3 müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə X4 cənabları tərəfindən "X3 ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalanmış və həmin işlərin həyata keçirilməsi məqsədi ilə vəsait hazırda da davam etdirilməkdədir. X6 mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət etdiyindən yöndəmsiz tikililərin və qurğuların sökülməsi, həmçinin pərakəndə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin dayandırılması və sökülərək ərazinin boşaldılması zərurəti yaranmışdır. Bununla bağlı X3 ərazisində yerləşən, ictimai iaşə obyekti kimi fəaliyyət göstərən “Şəki” restoranının sahibi Cavabdeh aparılan işlərlə bağlı ərazinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ərazinin boşaldılmasından imtina etmişdir. Bundan sonra tərəfindən yerində araşdırma aparılaraq həmin tikililər şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş bina kimi qiymətləndirmiş, şəhərin ümumi görünüşünə xələl gətirdiyinə görə cavabdeh şəxsi vəsaiti hesabına sökülməsi barədə təkrar xəbərdar olunmuşdur. Lakin cavabdeh tikililərin sökülməsindən və ərazinin boşaldılmasından imtina etmişdir. Qeyd olunanları ümumiləşdirərək hesab edir ki, qeyd olunan tikili və qurğular cavabdehin şəxsi vəsaiti hesabına sökülməli və ərazi boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, “Şəki” Restoranı onun sahibliyində və istifadəsindədir. Obyektdən çıxmaq üçün kompensasiya ödənilməklə ərazi boşaldıla bilər. Bu səbəbdən də öz hüquqlarını müdaifə etmək üçün inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikası Şəhərsalma vəTikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.» Hazırkı mülki iş üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sahibliyində və istifadəsində olan Bakı şəhəri, ünvan 2 ünvanında) yerləşən sahədə inşa edilmiş əlavə qanunsuz tikililərin cavabdehin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəm hesab edir ki, “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır, həmçinin hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015- ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblər nəzərə alınmalıdır ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar