Məhkəmə qərarları › İş №2(009)-151/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-151/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-151/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası, Cavabdeh İddiaçı Elxan qızına qarşı uşağın atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahdan dünyaya gələn X2 İddiaçı yanında saxlanılması və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2018-ci ildə toyu olsa da, onlar arasında rəsmi nikah olmamışdır. Cavabdehlə faktiki nikah münasibətlərindən xx.xx.2019-cu ildə X3 dünyaya gəlmişdir. Xasiyyət və həyat tərzləri uyğun olmadığı üçün tərəflər ayrılmaq qərarına gəlmiş və uşağın anada qalması və aliment tələbi ilə bağlı İddiaçı mediasiya institutuna müraciət etmişdir. Lakin tərəflər razılıq əldə edə bilməmiş, buna görə də, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Cavabdeh tərəfindən övladı X3 gizlədilmiş və onun uşaqla görüşməyi üçün heç bir şərait yaradılmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçı qarşı uşağın atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, atası, anası və oğlu Emillə birlikdə valideynlərinə məxsus ünvanda yaşayır. Cavabdeh İddiaçı ilə faktiki nikah münasibətlərində olduğu zaman, yəni xx.xx.2019-cu il tarixdə oğlu X3 doğulmuşdur. Faktiki nikah münasibətləri baş tutmadığından rəsmi nikaha da girməmişlər. Fatimə onların evində onun ailəsilə yaşayaraq, uşağa qayğı göstərmək istəmədiyi üçün hər gün harasa gedərək kimlərləsə görüşmək istədiyi üçün, yəni həyat tərzləri uyğun gəlmədiyindən Fatimə ilə ayrılmaq qərarına gəldi. Fatimənin onlar ayrılandan sonra harada olması barədə çox vaxt məlumatı olmurdu. Yəni onun daimi yaşayış yeri yox idi. Fatimə sərbəst həyat tərzi keçirdiyindən oğlu Emil onunla, onun atası və anası ilə valideynlərinə məxsus 6 otaqlı evdə yaşıyırdı. Bu üç il yarım ərzində oğlu Emilin daimi yaşayış yeri qeydiyyatda olduğu evi olmuşdur. Lakin 2021-ci ildə Fatimə uşağı onlardan ayırmaq qərarına gələrək uşağı götürüb apardı. Sonra baxa bilmədiyini görüb geri gətirdi. Bu səbəbdən uşağın kimin yanında qalmasına birdəfəlik qərar vermək məqsədilə Fatimə xanıma mediasiya sessiyasında iştirak etməyi təklif etdi. Lakin Mediasiya sessiyası davam etdirilmədi və onlara arayış verdilər. Daha sonra onlar öz aralarında razılaşdılar ki, uşaq bir həftə anasının yanında, bir həftə də atasının yanında qalacaq. ünvan 5ı ilə keçirilən xx.xx.2021ci il tarixli mediasiya sessiyasında onların imzaladığı 2021-004078 saylı Barışıq Sazişini mediator təsdiq etdi. Həmin Sazişin 2.1. maddəsinin şərtinə görə: “Tərəflər” Saziş imzalandıqdan sonra X2 (bundan sonra uşağın) növbəli şəkildə hər həftə bir valideyndə qalması barədə razılığa gəlirlər. Lakin uşağın mənafeyinə zidd hallar (xəstəlik, forsmajor hallar və s.) olduqda bu tələb yerinə-yetirilməyə bilər. Həmin Sazişin 2.1.1. maddəsinə görə, uşağın bir valideyndən digər valideynə verilməsi günü hər həftənin bazar günü hesab edilir. Həmin Sazişin 2.1.2. maddəsinə görə, uşağın hansı valideyndə qalmasından asılı olmayaraq ən geci saat 22:00-da uşağın qaldığı valideynin yaşadığı ünvanda olmalıdır. Həmin Sazişin 2.1.3. maddəsinə görə növbəlilik qaydasına uyğun olaraq uşağı saxlayan valideyn bağça, məktəb və digər təhsil kurslarına uşağı vaxtında aparıb gətirməlidir. X4 şərtlərini pozan İddiaçı bazar günü, yəni xx.xx.2022-ci il saat 22:00-a kimi uşağı təhvil vermədi, dəfələrlə ondan bunu tələb etsə də, imtina etdi və uşağı bir daha onlara verməyəcəyi ilə hədələdi. Eyni zamanda Fatimə xanım bildirmişdir ki, yenidən mediasiyaya müraciət edib, Emilin onunla qalmasını, aliment və uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini tələb edib. Bununla da Fatimə xanım Barışıq Sazişinin 2.2., 2.3. və 2.4. maddələrinin tələblərinə riayət etməyərək sazişi könüllü icra etməkdən yayınmışdır. Daha əvvəl ünvan 2 ünvanlanmış və uşağın himayəyə verilməsi, aliment və uşaqla ünsiyyətlə bağlı mediasiya sessiyasında iştirak etmək təklif olunmuşdu. Həmin mediasiyada o iştirak etdi, lakin qarşı tərəf mediasiyada iştirak etmədi və xx.xx.2022-ci ildə ona arayış verildi ki, məhkəməyə müraciət etsin. Sadəcə təsadüfən parkda gəzərkən oğlu Emili Fatimənin anasının bibisi ilə gəzən gördü. Həmin an oğlu da onu gördü və qaçaraq qucağına gəldi. O da uşağı oradan apardı evinə. Bundan xəbər tutan Fatimə dəfələrlə onun ünvanına gələrək nalayiq söyüşlər söyərək uşağı tələb etmişdir. Lakin o, Barışıq Sazişinin onun tərəfindən pozulduğunu əsas gətirərək uşağı yalnız onun yanında görə biləcəyini bildirdi. Cavabdeh İddiaçı daimi iş yeri olmayan, təhsili olmayan, gecə həyatı keçirən, uşağına qayğı göstərməyən, daimi yaşayış yeri olmayan bir anadır. Bu səbəbdən və qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi sübutlara əsasən hesab edir ki, oğlu X3 onun himayəsinə verilməlidir. Yuxarıda adı çəkilən Barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etsə də, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq halhazırda ərizəsinii geri götürmüşdür və hesab edir ki, İddiaçı ilə nikahları rəsmiləşdirilmədiyi üçün uşağın himayəyə verilməsi məsələsi hal-hazırda həll edilməli, cavabdehin mövcud vəziyyəti, uşaq onun yanında olan zaman uşağa etdikləri, uşağın mənafeyi nəzərə alınaraq oğlu Emil Hüseynli onun himayəsinə verilməlidir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, iddia tələbinə uyğun izahat verərək eləcə də bildirmişdir ki, o, övladının onunla qalmasını istəyir. Övladına baxmaq üçün hər bir şəraiti var, artıq Sumqayıt şəhərində daimi yaşayacağı mənzil də kirayəyə götürmüşdür. O, evdən online işləyir, işlədiyi yerin sosial şəbəkələrini idarə edir. Bununla da həm işləyib, həm uşağına baxmağa kifayət qədər vaxtı var. Aylıq gəliri yeddi yüz manatadəkdir. Hər dəfə uşaq onun yanıma gələndə onun geyiminə, qidasına, əyləncəsinə kifayət qədər vəsait xərcləyib. Sonuncu dəfə uşağı ona verəndə uşağın əynindəki geyimlər və ayaqqabısı pis vəziyyətdə idi, o, yenilərini alıb uşağa geydirmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razı deyil, tamamilə əsassız və qərəzlidir. Rəydə də qeyd edildiyi kimi yeganə sübut kimi iş materiallarına əlavə edilmiş onun qışqırıb ağladığı videodur. Ancaq o videonun hansı şəraitdə çəkilməsi barədə məlumatları yoxdur. Həmin video çəkilən vaxt o, “evdən gedirəm, ayrılıram” dediyinə görə qaynatası onu cox pis döymüşdür. Onun başına o qədər şillə, yumruq vurmuşdu ki, o, qan içində idi, onun travmasını o hələ də çəkir. O, köməksiz idi, onu elə döyəndən sonra var gücü ilə qışqırırdı, onlar da həmin vaxt onu videoya çəkib indi əllərində dəlil kimi istifadə edirlər. O cavabdehin evində qaynatası tərəfindən dəfələrlə döyülmüşdür, bunu o ərazidə yaşayan qonşular, salonda işləyənlər də təsdiq edə bilər. Oradan o, 2020-ci ildə başını götürüb qaçmışdır. Evdən çıxıb getmə səbəbi də insan münasibəti görməməyi, hamısının onunla pis rəftar etməsi olub. Tək bir istəyi var, o da övladının onun yanında saxlanılmasıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi tamamilə qanunsuz olmaqla iş üzrə Cavabdeh yalan-yanlış mülahizələrinə əsaslabmışdır. Belə ki, cavabdeh qeyd etmişdir ki, İddiaçı sərbəst həyat tərzi keçirdiyi, maddi durumu pis olduğu və psixi durumu yerində olmadığı üçün azyaşlı övladı onunla qalmalıdır. Bununla yanaşı, cavabdeh dedikləri ilə bağlı heç bir sübut gətirə bilməmişdir. İddiaçının övladına baxması üçün hər bir şəraiti var, evdən idarə etdiyi işi də var. Uşağın anasına verilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, qarşılıqlı iddia tələbinə uyğun izahat verərək eləcə də bildirmişdir ki, iddiaçının daimi yaşayış yeri yoxdur, hər ay bir kirayə dəyişir. Nəvəsi doğulandan bu günədək ona özü baxıb, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. İddiaçı ilk dəfə evdən gedəndə uşağı da özü ilə apardı, amma, bir həftə sonra qaytardı ona verdi ki, saxlaya bilmir. Onlar heç vaxt iddiaçının övladı ilə görüşməyinə, aparıb yanında gecə qalmağına etiraz etməmişlər, gələcəkdə də belə bir fikirləri yoxdur. Fatimənin qaynatası və o, Fatiməyə qarşı pis olmamışlar, ürəyi nə istəyib qaynatası onun üçün təşkil edib. Fatimə dəfərlərlə evdən gedib nənəsinin kirayədə yaşadığı şəraitsiz yerdə yaşayıb, o gedib Fatiməni evə gətirib, uşaq xəstə olub, gedib yenə onu və uşağı gətirib, sağaldıb. Fatimənin nənəsinin qonşuları bir neçə dəfə onlardan şikayət ediblər ki, bütün günü onlar qışqırırlar, uşaq da bunlara baxıb qışqırır, ağlayır. Fatimə evdən 2020-ci ildən gedib, o vaxtdan bəri neçə dəfə iş yeri dəyişib, indiki işinə də heç kim zəmanət verə bilməz ki, neçə günlükdür. Fatimə övladına normal təlim-tərbiyə vermək iqtidarında deyil. Rəfiqələri də dəfələrlə onun fərqli-fərqli adamlarla görüşməyi barəsində onun oğluna məlumat veriblər. Onun əri və oğlu ilə yaşadıqları ev altı otaqdan ibarətdir, onun biri uşaq üçün ayrılıb, hər bir şəraiti var. Məqsədləri uşağın daimi bir valideynin himayəsində olması, daimi baxçaya, məktəbə getməsi, lazımi məişət şəraitinin təmin edilməsi, normal təlim-tərbiyə görüb layiqli bir vətəndaş kimi böyüməsidir. İddiaçı uşağa baxmaq, onu layiqli həyat səviyyəsi ilə təmin etmək iqtidarında deyil. Əgər uşaq atanın himayəsinə verilərsə ona qarşı heç bir aliment tələbləri də olmayacaqdır. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının övladı X3 xx.xx.2019-cu ildə doğulduğu tarixdən ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İddiaçının övladı X3 hal-hazırda atasının yanında qalır, həmin ərazidə uşaq baxçasına gedir, anayla ünsiyyətə də heç bir maneə yoxdur. Uşağın daimi yaşayış yerini dəyişmək onun mənafeyinə zidd olacaqdır. Ata işləyir, uşağa nənə-baba baxır. İddiaçı uşağa baxmağı, uşaq saxlamağı bilmir, həmçinin uşağı hansı şəraitdə saxlayacağı barədə də sübut yoxdur. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində də uşağın atanın himayəsinə verilməsi barədə qərar verilmişdir. Uşağın mənafeyi hər kəsdən üstün tutulmalıdır, uşağın həyatı, gələcəyi üçün harda daha əlverişli şərait varsa, orada da saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri Səbail RİH Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA266665693 22YY3HB nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA2203197 8MQDEB6 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 431873 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 aprel 2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin may ayının 02 günündə 02 № ilə qeyd edilmişdir İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-19/2-4/12-238/2023 saylı rəyindən görünür ki, uşağın yüksək mənafeyini nəzərə alaraq, İddiaçı oğlu: xx.xx.2019-cu il təvəllüdlü X2 anası ilə ünsiyyətdə olma hüququ qorunub saxlanılmaqla atası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2019-cu ildə bir övladları - X3 dünyaya gəlmişdir. İddiaçı övladı və cavabdehlə birlikdə sonuncunun valideynlərinin yaşadığı evdə yaşamış və xasiyyətləri tutmadığından 2021-ci ildə tərəflər ayrılmaq qərarına gəlmişlər. İddiaçı uşağı ilə birlikdə bir müddət başqa ünvanda yaşamış, sonra tərəflər ünvan 5ı ilə keçirilən xx.xx.2021-ci il tarixli mediasiya sessiyasında uşağın növbəli şəkildə hər həftə bir valideyndə qalması barədə razılığa Barışıq Sazişi imzalamışlar. 2022-ci ilin avqust ayında iddiaçı uşağın daimi olaraq onunla qalması istəyini bildirdikdən sonra cavabdeh uşağı apararaq, iddiaçının təkidlərinə baxmayaraq, bir daha uşağı iddiaçıya qaytarmamaq qərarına gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsulyyət daşıyırlar (maddə 58.2). Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli, şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və manəfelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadisosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 9-cu maddəsinə görə uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmamalıdır. Belə ayrılıq yalnız məhkəmənin qərarı ilə və uşağın mənafeləri naminə labüddür (məsələn valideynlər uşaqlarla sərt rəftar etdikdə və ya ona qayğı göstərmədikdə və s.), valideynlik borcunu təqsirli olaraq icra edilməməsinin ən yüksək məsuliyyəti və müstəsna tədbiri valideynlərin valideynlik hüququndan məhrum edilməsidir. Valideynlik hüquqlarından məhrumetmə yalnız qanunla müəyyən edilmiş əsaslarla və qaydalar üzrə mümkündür. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlər arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi bütün dövlət orqanları öz fəaliyyətlərində uşaqlarla bağlı məsələlərdə onların mənafelərini üstün tutmalı, uşaqların yüksək maraqlarına xüsusi əhəmiyyət verməli və onların hüquqlarının təmin olunması üçün şərait yaratmalıdır. Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 5-19/2-4/12-238/2023 saylı rəyi ilə müəyyən edilir ki, Komissiya uşağın yüksək mənafeyini nəzərə alaraq, İddiaçı oğlu: xx.xx.2019-cu il təvəllüdlü X2 anası ilə ünsiyyətdə olma hüququ qorunub saxlanılmaqla atası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli xx.xx.1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə əsasən, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən (ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ya digər ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol vermə, uşağa qarşı psixi və fiziki zor tətbiq etmə, valideynlik hüquqlarından sui-istifadə etmə və s. bu kimi) hallar başa düşülür. Məhkəmə qeyd edir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Məhkəmə sübutların araşdırılması zamanı xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmasına mane olan hər hansı bir halı müəyyən etmədi və belə bir halın mövcudluğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadı. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 üstün maraqları nəzərə alınaraq, o, anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə iddia tələbinin uşağın saxlanılması üçün alimentin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı uşağın təminat səviyyəsinə uyğun alimentlə bağlı tələb irəli sürdüyündən və uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən hər ay, uşağın yetkinlik yaşına çatanadək 220 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qlması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı verilməli və alimentin tutulması xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı verildiyi gündən hesablanmalıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Tərəflərin nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı verilsin və alimentin tutulması xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh alınaraq İddiaçı verildiyi gündən hesablansın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar