Məhkəmə qərarları › İş №2(009)-1514/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1514/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1514/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxs2, Bakı şəhər Səbail Rayon Polis İdarəsi maraqlı şəxs qismində cəlb esilməklə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuş, xx xxx 2018-ci il tarixdə İran İslam Respublikasında vəfat etmiş mərhum X7 Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunmuş Rafik adının sonluğunda «k» hərfinin «q» hərfi ilə əvəzlənərək Rafiq adı qeyd edilməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X8 xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. Mərhum atası X5 doğum haqqında şəhadətnaməsində soyadı Ağayev, adı Rafiq, ata adı Eyyub olaraq qeyd edilmişdir. Bundan sonra da mərhum atasının bütün sənədlərində soyadı və atasının adı X8 olaraq qeyd edilmişdir. Lakin xx.xx.2012-ci il tarixdə Səbail RPİ tərəfindən mərhum atasına verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsində atasının soy adı Ağayev, adı Rafik, ata adı Eyyub olaraq qeyd edilmişdir. Bu hal mərhum atasının ilkin qeydiyyat sənədləri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, mərhum atasının əlaqədar bütün ilkin sənədlərində adı Rafiq olaraq qeyd edildiyi halda 2012-ci ildə Bakı şəhəri Səbail RPİ tərəfindən ona verilmiş AZE seriyalı, № 05555493 nömrəli şəxsiyyət vəsiqəsində adı Rafiq olaraq deyil yanlışlıqla Rafiq olaraq qeyd edilmişdir. Bildirir ki, atası yaxın dostunun yas mərasimində iştirak etmək üçün xx xxx 2018-ci il tarixdə İran İslam Respublikasına getmiş, lakin orada səhhəti qəfil pisləşərək xx xxx 2018-ci il tarixdə İran İslam Respublikasında vəfat etmişdir. Bundan sonra atasının ölməsi faktını təsdiq edən müvafiq arayış almaq və cənazəsini Azərbaycan Respublikasına gətirmək üçün müvafiq müraciətlər etdiklərində, övladı olaraq rəsmi müraciət edən şəxs kimi onun sənədlərində atasının adının Rafiq olaraq qeyd edilməsi səbəbindən həm də mərhum atasının ilkin qeydiyyat sənədlərində və ona ən son verilmiş şəxsiyyət vəsiqəsində adının fərqli olması səbəbindən onlara atasının ölümü ilə bağlı müvafiq arayışın verilməsindən imtina edilmiş, sənədləşmə işlərində çətinliklər yaranmış, mərhum atasının cənazəsinin vətənə gətirilməsi üçün ciddi problemlərlə rastlaşmışdır. Mərhum atasının cənazəsini çətinliklə də olsa xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasına gətirərək adət-ənənələrindən irəli gələn qaydalara uyğun olaraq dəfn etmişlər. Lakin təəssüf ki, mərhum atasının şəxsiyyət vəsiqəsində adının ilkin sənədlərdə olduğundan fərqli qeyd edilməsi səbəbindən indiyəcən atasının ölümü ilə bağlı müvafiq sənəd və arayışları aidiyyəti yerlədən ala bilməmişlər. Yaranmış mövcud problemin həll edilməsi, mərhum atasına Bakı şəhəri, Səbail rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin onun ilkin sənədləri ilə ziddiyyət təşkil etdiyini, bununla bağlı yol verilmiş yanlışlığın düzəldilərək mərhum atasının şəxsiyyət vəsiqəsini dəyişərək adının ilkin sənədlərində olduğu kimi X8 olaraq qeyd edilməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin müvafiq müracəitinə cavabı isə, sənəddə adına düzəliş ediləcək vətəndaş (yəni X8) vəfat etdiyi səbəbindən qeyd edilən düzəlişin edilməsinin mümkün olmadığı, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Bu səbəbdən hesab edir ki, hazırki ərizəsinə məhkəmə qaydasında baxılaraq, xx xxxxxxxx 1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuş, xx xxx 2018-ci il tarixdə İran İslam Respublikasında vəfat etmiş atası X7 Bakı şəhəri Səbail RPİ tərəfindən 2012-ci il tarixdə verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsində Rafik olaraq qeyd edilmiş adına düzəliş edilərək ilkin sənədlərində olduğu kimi Rafiq olaraq qeyd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsi qanunvericiliyin tələblərinə müvafiq olardı. xx xxxxxx 2020-ci il tarixdə ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqqdim edərək, Bakı şəhəri Səbail RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonun Mirzəbəyli kəndində 17 nömrəli doğum haqqında akt qeydi ilə X9 və X2 doğulmuş X7 məxsus olması faktının təsdiq edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini və ərizəsinə əlavəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs2 səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 065-19950A-3219 nömrəli Səbail RPİnin Ərizəçi ünvanlanmış məktubdan görünür ki, «xx.xx.2012-ci il tarixdə Səbail RPİ-nin Q və ŞVŞ-si tərəfindən atanız R.E.Ağayevə verilmiş şəxsiyyət vəsiqəsinin əsasları müddət keçdiyi üçün məhv edilmişdir. Odur ki, göstərilən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 425 nömrəli Qəbələ rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X8 xx.xx.1950-ci ildə Qəbələ rayon Mirzəbəyli kəndində anadan olmuşdur. Bu barədə 1950-ci ilin oktyabr ayında Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N-də 17 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X9, anası X6r. İş materiallarında olan AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10, xx.xx.1950-ci ildə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİ-JQ № 438928 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X1 xx xxx 1975-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İV № 132605 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1978-ci ildə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, atası X8, anası X3r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci, 307.2.5-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, sair yolla müəyyən edilməsi mümkün olmadığından, Bakı şəhəri Səbail RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonun Mirzəbəyli kəndində 17 nömrəli doğum haqqında akt qeydi ilə X9 və X2 doğulmuş X7 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 05555493 nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonun Mirzəbəyli kəndində 17 nömrəli doğum haqqında akt qeydi ilə X9 və X2 doğulmuş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar