Məhkəmə qərarları › İş №2(009)-1545/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1545/2020

06.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1545/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – Cavabdeh və X18 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinədair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsini zəbt etmiş Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 saylı ünvanda yerləşən torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun adına yenidən rəsmiləşdirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” xx xxxxxx 1999-cu il tarixli, 44 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi X15 ayrılmış, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsi tərəfindən X15 həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra, Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontorunda onunla X25 arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-ci il sentyabrın 15də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini üzərində birmərtəbəli inşa olunmuş tikili ilə birlikdə onun tərəfindən satın alınmış və ona Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnaməsi verilmişdir. Bundan sonra, həmin torpaq sahəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskizə əsasən fərdi yaşayış evinin tikintisini davam etdirmiş, tikintini elektrik enerjisi ilə təmin etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X15, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı qaldırdığı Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli evdə yaşamış X34 və X23 arasında 1989-cu ilin mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə" xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsi, Bakı şəhər Torpaq şöbəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixində həmin sahəyə verilmiş JN- 3979H nömrəli şəhadətnamənin, Bakı şəhər 28-ci Dövlət Notariat Kontorunda xx.xx.2002-ci ildə X25 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı həmin bağ sahəsindən çıxarılması barədə iddiası qismən təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X7 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət X3 X20 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-cil il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Buna səbəb isə Səbail rayon İH-nin vəzifəli şəxsləri tərərfindən edilmiş cizgi saxtakarlığıdır. Bununla əlaqədar Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin Səbail Rayon Prokurluğunun apardığı istintaqın qərarı ilə yuxarıda göstərilən torpaq sahəsini qanuni əldə etdiyinə görə həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmamışlar. Bu barədə Səbail Rayon Prokurorluğunun qərarı var. Səbail Rayon Prokurorluğunun qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsi Prokuroluğun qərarını qüvvədə saxlamışdır. Beləliklə, o, torpaq sahəsini qanuni əldə etmişdir. Onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə bu qərarın hüquqi qüvvəsi olması barəsində müraciətinə cavab olaraq Səbail Rayon Məhkəməsi bu qərarın dövlət və inzibati orqanların tərəfindən yerinə yetirilməsi məcburi olduğunu bildirmişdir. Bununla əlaqədər o, Səbail Rayon İcra Hakimiyyətinə yenidən torpaq sahəsinin onun adına rəsimləşdirilməsi ilə bağlı müraciət etmiş və müraciətinə əsasən göstərilən torpaq sahəsi Səbail Rayon Badamdar qəsəbəsinə icra nümayəndəlik tərəfindən onun adına qeydiyyata alınmışdır. Əlavə olaraq bildirir ki, yuxarıda göstərilən torpaq sahəsi Badamdar bələdiyyəsi tərəfindən qeyri-qanuni (№ 097 xx xxxxxx 2005-ci il) qərara əsasən X18 alqı-satqı kimi rəsimləşdirilmişdir. Həmin torpaq sahəsindən o, heç bir gün də istifadə etməmişdir. Qonşuluqda yaşayan Cavabdeh tərəfindən istifadə olunmuş və bu alqı-satqının təşəbbüskarı o olmuşdur. Badamdar bələdiyyəsi öz qərarını (xx xxxx 2019-cu il tarixli protokoldan çıxarışı) qeyri-qanuni kimi ləğv etmişdir. Beləliklə, torpaqdan istifadə edən Cavabdeh torpağı zəbt etmiş şəxs kimi araya çıxmışdır. Torpaq sahəsi onun adına qeydiyyata alınandan sonra o, Bakı şəhəri reyestr xidmətinə torpaq sahəsini yenidən onun adına rəsmiləşdirilməsi barədə müraciət etmiş və onun müraciətinə görə reyestr xidmətinin əməkdaşları torpağın kadastr nöqtələrini təyin etmək və torpağın ölçülərini götürmək üçün gəlmişlər, lakin torpağı zəbt edən Cavabdeh onları zəbt olunmuş əraziyə buraxmamış və onlar öz xidməti vəzifələrini yerinə yetirə bilməmişlər. O, bu barədə Daxili işlər Nazirliyinin 102 çağrış mərkəzinə müraciət etmiş və müraciətinə Sabail RPİ-nin 41-ci Polis Bölməsindən cavab gəlmişdir ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etməlidir. Qeyd etmək istəyir ki, onun reyest xidmətinə müraciətinə cavab olaraq, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırki məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və aidiyyatı üzrə ayrı-ayrı dövlət orqanlarına olan müraciətlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayon sakinləri X25 ilə Rasim Əbdurahmanovun ailəsi 1990-cı ildən qonşuluqda yaşamışlar. Rasim Abdurəhmanovun həyat yoldaşı Zərifə Abdurəhmanova və onun qızı Mətanət Abdurəhmanova ilə V.Y.Puqaçova arasında isti münasibətlər yaranmış və Rasim Abdurəhmanovun xəstəliyi ilə əlaqədar 1997-ci ildə onun həyat yoldaşı Zərifə xanım V.Y.Puqaçovadan 10.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bu ailə pulu qaytara bilmədiklərindən, pulun əvəzində, sənədsiz istifadəsində olan torpaq sahəsini ona təklif etmişlər və bu məqsədlə Rasim Abdurəhmanov aidiyyatı üzrə müraciət edərək həmin torpaq sahəsini V.Y.Puqaçovanın adına sənədləşdirilməsinə nail olmuş və Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli, 44 saylı sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı torpaq şöbəsi tərəfindən X7 mülkiyyət hüququnu təsdiq edən xx xxxx 2002-ci il tarixli, JN 3493 H seriyalı, 00400016 saylı şəhadətnamə verilmişdir. Bu torpaq sahəsinə bitişik ərazidə, Nazirlər Kabinetində şöbə müdiri işləmiş və özünü Rasim Abdurəhmanovun qohumu kimi təqdim edən Cavabdeh yaşamış və həmin ərazini Rasimdən istəsə də, onlar arasında razılaşma əldə olunmamış və torpağın V.Y.Puqaçovanın adına sənədləşdirilməsindən narazı qalan bu şəxs, "nüfuzundan" istifadə etməklə ayrı-ayrı dövlət orqanlarına, eyni zamanda Səbail Prokurorluğuna şikayətlər etməklə, V.Y.Puqaçova tərəfindən əldə edilmiş torpaq sahəsinin "qanunsuz olduğunu isbat etməyə" çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra, torpaq sahəsi 2002-ci ildə İddiaçı satılmış və o, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı və tərtib edilmiş layihə-smeta sənədləri əsasında Cavabdeh yaşadığı evə bitişik ərazidə ev tikintisinə başlamışdır. Tikinti işlərindən təşvişə düşən Cavabdeh uydurma iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gələrək, şəxsən tərtib etdiyi saxta sənədlər əsasında da "nüfuzundan" istifadə etməklə qanunsuz və əsassız məhkəmə qətnamə və qərarlarının çıxarılmasına nail olmuşdur. Beləliklə, o, Rasim Abdurəhmanovun əmisi kimi göstərilən- X9 adından məhkəməyə müraciət təşkil edərək, məhkəmədə cavabdehlər X25, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı iddia qaldıraraq, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli evdə yaşamış X33 və X23 arasında 1989-cu il mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsini, Səbail rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə” xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsini, Bakı şəhər torpaq şöbəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixdə həmin sahəyə verilmiş JN 3979H №-li şəhadətnamənin, Bakı şəhər 28 saylı Dövlət Notariat Kontorunda xx.xx.2002-ci ildə X25 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı həmin bağ sahəsindən çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı ermənisi olmuş- X33 arasında 1989-cu il tarixdə razılaşma olmuş və bu razılaşma əsasında da bu erməni mübahisəli torpaq sahəsini 1989-cu ilin may ayının 14-də X6 aldığı 2800 rublun müqabilində ona satmış və müəyyən hadisələrlə əlaqədar olaraq Bakıdan köçüb getmişdir. Bu halın baş verməsinə, şəxsən Cavabdeh ilə yanaşı onun qardaşları X28 və X29 şahidlik etmişlər. Hərçənd ki, məhkəmə qətnaməsindən də görünür ki, bu mübahisəli torpaq sahəsi həmin erməniyə bağçılığın və bostançılığın inkişafı üçün 26 Bakı Komisarları (indiki Səbail) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli qərarı ilə ayrılmışdır və belə olan halda necə ola bilərdi ki, erməni ona hələ ayrılmamış torpaq sahəsini, may ayının 14-də iddiaçıya sata bilirdi? Bu cür uydurma iddia ərizəsi ilə onun adından məhkəməyə müraciət edilməsindən sonra, məhkəməyə təqdim edilmiş sənədlərin saxtalığının aşkar edilməsindən təşvişə düşən polis polkovniki X26 xx.xx.2003-cü il tarixdə dünyasını dəyişmişdir. Cavabdeh ona ödəniləcək maddi nemət müqabilində, X9 həyat yoldaşı ilə razılıq əldə etdikdən sonra, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli qərardadı ilə X4 ərinin prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. Bundan başqa, Cavabdeh tərəfindən məhkəməyə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilir və məhkəmə bütün mülahizələrini bu saxta cizginin araşdırılmasına yönəltməklə X15 torpağa dair verilmiş sənədlərin qanunsuz olması nəticəsinə gələrək iddianı qismən təmin edir. Beləliklə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Səbail Rayon icra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritiçəkmə Komitəsinin Bakı torpaq şöbəsinin X7 Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, 28-ci Dövlət X3 X20 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdaar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpqa sahəsinə 2002-ci il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı torpaq şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və qətnamə qalan hissədə rədd edilmişdir. X30 Artyunov və mərhum X13 ailə üzvü olan X5 arasında, Badamdar qəsəbəsindəki köhnə bağlar ərazisindəki (Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də) torpaq sahəsinə və bir otaq və bir mətbəxdən ibarət tikiliyə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və İddiaçı həmin ərazidən çıxarılmasına dair tələbi əsassız və qanunsuz hesab edilməklə rədd edilmişdir və belə olan halda, necə ola bilərdi ki, iddia tələbi digər hissələrdə təmin edilmişdir? Belə ki, iddia tələbinin təmin edilməmiş hissəsi ilə müəyyən olunur ki, nə iddiaçının, nə də ki, onun müqavilə bağladığı erməninin mübahisəli torpaq sahəsinə hüquqları mövcud olmamış, torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsi və sonradan alqı-satqı nəticəsində həmin torpaq sahəsinin İddiaçı adına özgəninkiləşdirilməsi və bu barədə hüquqverici sənədlərin alınması zamanı həmin şəxslərin heç bir hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Göründüyü kimi, iş üzrə iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsi, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsinin, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilməsi məsələsinə belə toxunmadan, iddianın qismən təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticə barədə də qısaca olaraq aşağıdakıları bildirir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh tərəfindən məhkəməyə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilmiş və məhkəmə tələbin qismən təmin edilməsi nətəcəsinə gələrkən, məhz, mənbəyi bəlli olmayan bu saxta sənədin mövcudluğuna əsaslanmışdır. Səbail Rayon Prokururluğu tərəfindən qəbul edilmiş xüsusi qərardadın araşdırılması zamanı isə, müəyən edilmişdir ki, mənbəyi bəlli olmayan həmin sənədin, məhkəməyə hansı vasitələrlə və ya kimin vasitəsilə təqdim edilməsini müəyyən etmək mümkün olmamış, torpaq sahəsi isə X2i əsaslarla verilmişdir. Belə ki, Səbail Rayon Prokurorunun müavini X21 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alınmış İcra Hakimiyyəti Başçısının Badamdar İcra Nümayəndəliyində sahə nəzarətçisi vəzifəsində işləyən X32 göstərmişdir ki, Badamdar qəsəbəsi, Badamdar döngəsi, 14 saylı bağ sahəsi üçün tərtib edilmiş cizgi düzgündür və heç bir mübahisəyə səbəb ola bilməz. Həmin ünvandakı torpağın mülkiyyət sahibi İddiaçıdur. Torpağın mülkiyyətçisinin İddiaçı olması KOD 004 000** JN ***3 H saylı xx.xx.2002-ci il tarixli şəhadətnamə ilə təsdiq olunur. İşdə müəyyən edilmiş və mübahisə doğuran ikinci cizginin həmin torpaq sahəsinə hər hansı aidiyyətinin olmaması cizgi ilə təsdiq olunur. Belə ki, həmin cizginin tərtib edildiyi vərəqdə cizginin hər hansı sərəncama və ya şəhadətnaməyə əlavə olduğunu təsdiq edən qeydlər müəyyən edilmir. Bu səbəbdən, hətta həmin cizginin hansı ünvanda yerləşən torpağa aid olduğunu da iddia etmək mümkün deyildir. Bu barədə akt tərtib edilmişdir. Məhkəmədə mülki işə baxılarkən təqdim edilmiş və mübahisəyə səbəb olmuş cizginin Badamdar qəsəbəsi, bağlar küçəsi, 14 saylı ünvanda yerləşən bağ sahəsinə heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsinin yerləşmə cizgisində göstərilən sahənin ölçüsü 600,0 kv.m-dir. Bu cizgi şablon blankda tərtib edildiyinə görə, sahənin faktiki ölçüsünü dəqiq əks etdirməmişdir. Lakin sahənin dəqiq ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən faktiki olaraq ölçülmüş və şəhadətnamədə tam dəqiqliyi ilə qeyd edilərək əks edilmişdir. Digər mübahisəli hal, yəni vətəndaş X8 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncama əlavə edilmiş cizginin sonradan vəzifəyə gəlmiş vəzifəli şəxslər tərəfindən imzalanmasına dair göstərə bilər ki, bu cizgi vətəndaşın sonradan etdiyi müraciəti əsasında tərtib edilmiş və cizgi tərtib edilərkən vəzifədə olmuş şəxslər tərəfindən imzalanmışdır. Burada heç bir mübahisə doğuracaq hal müəyyən edilə bilməz, belə ki, vətəndaş istədiyi vaxt sərəncama müvafiq cizgini tələb etməyə haqlıdır, bu cizgini aldıqdan sonra isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edib şəhadətnamə ala bilər. Cizginin başında onun xx.xx.1999-cu ildə tərtib edilməsinə dair deyil, həmin tarixli sərəncama uyğun olduğu göstərilmişdir. F.Y.İbadovun izahatında göstərdikləri Səbail Rayon İH Başçısının Badamdar İcra Nümayəndəsinin müavini vəzifəsində işləyən X43 tərəfindən də eynilə təsdiq edilmişdir. Araşdırma zamanı izahatı alınmış Səbail Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyən X46 göstərmişdir ki, 1996-cı ilin avqust ayından həmin vəzifədə işləyir, Xətai Rayon Məhkəməsi Yaqub Abdurəhmanovun iddiası əsasında mülki işə baxarkən, cavabdehlərdən birinin, yəni Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi məhkəməyə dəvət edilmiş, məhkəmədə Səbail Rayon İcra Hakimiyyəti Başçısınını xx xxxxxx 1999-cu il tarixli sərəncamına əlavə edilmiş 5 bucaqlı cizgi ona təqdim edilmiş və həmin cizginin bu sərəncama aid olub-olmaması barədə soruşulmuşdur. O, mülki işin materialları ilə tanış olarkən işə baxan hakim iki dəfə bu sərəncama aid olan cizgini Səbail Rayon İcra Hakimiyyətindən tələb edildiyini, sorğuların hər ikisinə cavab olaraq Səbail Rayon icra Hakimiyyətinin Ümumi şöbəsinin bu cizginin həmin sərəncama aid olduğunu təsdiq etməsini əsas götürərək, cizginin həqiqətən bu sərəncama aid olduğunu təsdiq etmişdir. İ.İ.Kərimov öz izahatında həmçinin göstərmişdir ki, 5 bucaqlı, ölçüləri-uzunluğu 25+23, eni 18+17+8 metr olan torpaq sahəsinə dair cizginin Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncamına aid olmasına dair, həmin cizginin əsli üzərində heç bir qeyd olmamışdır. Məhkəmədə işə baxılarkən bu cizginin həmin sərəncama aid olması digər sübütlarla da sübuta yetirilməmişdir. Trapesiya formalı cizgi sonradan məhkəmənin sonuncu iclasında hakim tərəfindən ona təqdim edilmiş, həmin vaxta qədər bu trapesiya formalı cizgini görmədiyindən, həmin cizgini deyil, ilkin cizginin həqiqi olduğunu və sərəncama aid edildiyini təsdiq etmişdir. Bundan sonra idarədə əlavə araşdırma aparmağa cəhd göstərmiş, ümumi şöbədə əlavə axtarış aparılmış, lakin bu işə aid başqa heç bir sənəd tapa bilməmişdir. X16 Səbail Rayon İcra Hakimiyyətində xx.xx.2004-cü il tarixdə P-13 nömrəsilə qeydə alınmış ərizəsindən görünür ki, torpaq sahəsini 2002-ci ildə özəlləşdirdiyi vaxt real cizgisi tərtib edilərək ona təqdim edilmiş, bu ərizəsi ilə isə bu barədə arayış verilməsini xahiş edir. Səbail Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2005-ci il tarixli 1743 saylı məktubdan görünür ki, V.Y.Puqaçovanın adına Səbail Rayon İcra Hakimiyyətinin 44 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı verilmişdir. Qeyd olunan bağ sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfndən tərtib edilmiş şəhadətnaməyə tam uyğun gəlir və mülkiyyət sahibi İddiaçıdur (Şəhadətnamə kod 004000** JN ***3 H xx.xx.2002-ci il tarixdir). Səbail Rayon İcra Hakimiyyəti Badamdar icra nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisində sahənin ölçüsü şablon blankda yazıldığına görə 600,0 kv.m göstərilsə də, sahənin faktiki ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən faktiki olaraq ölçülür və şəhadətnaməyə qeyd edilir. Qəsəbə nümayəndəsi və Səbail Rayon İcra Hakimiyətinin təsdiqlədiyi cizgi, bağlar döngəsi 14 nömrəli ünvana uyğundur. 2ci cizgi isə sahəyə uyğun deyildir. Belə ki, bu cizgi nə bağın ölçüləri, nə də ki, sahənin ünvanı baş plana uyğunluq təşkil etmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, uzunluğu 25+23 metr, eni 18+17+8 metr olmaqla beşbucaqlı formalı torpaq sahəsinin materiala əlavə edilmiş yerləşmə cizgisinin Bakı şəhəri, Badamdarar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 N-li ünvanda yerləşən torpaq sahəsinə hər hansı aidiyyatı yoxdur. Belə ki, materialda olan həmin cizginin icra edildiyi vərəqdə bu cizginin konkret olaraq Bakı şəhəri Badamadar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli ünvanda yerləşən torpaq sahəsinə aidiyyatı olmasına dair heç bir qeyd müəyyən edilmir. Məhkəmə mülki işin məhkəmə baxışı zamanı sübutları qiymətləndirərkən uzunluğu 25+23 metr, eni 18+17+8 metr olmaqla beşbucaqlı formalı torpaq sahəsinin materiala əlavə edilmiş yerləşmə cizgisinin hansı səbəbdən Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli ünvanda yerləşən torpaq sahəsinə aid olduğunu qəbul etməsini xüsusi qərardadda göstərməmişdir. Qərardadda yalnız Səbail Rayon icra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncamına əlavə edilmiş cizginin 2001-ci ilin iyul ayından sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısının Torpaq şöbəsinin müdiri V.Muxtarov, Rayon İcra Hakimiyyyətinin memarı E.Babayev və Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən imzalandığını, X38 Səbail Rayon İcra Hakimiyyətinin memarı vəzifəsinə 2001-ci ilin iyul ayının 30-da, X14 isə Badamdar qəsəbə nümayəndəsi vəzifəsinə 2001-ci ilin iyun ayının 26-da təyin edildiklərini əsas gətirilməklə, Badamdar qəsəbəsindəki 0,04 ha torpaq sahəsinə rəsmi sənədə bilə-bilə yalan məlumat yazılmaqla V.Y.Puqaçovanın adına şəhadətnamə verilməsi qənaətinə gəlinmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncama əlavə edilmiş cizginin 2001-ci ilin iyun-iyul aylarından sonra vəzifəyə təyin edilmiş şəxslər tərəfindən imzalanması, həmin cizginin saxta olmasını təsdiq edə bilməz..." Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X21 xx xxxxxx 2005-ci il tarixli qərarı qanuni hesab edilmiş, İddiaçı Səbail rayon Prokurorluğunun xx xxxxxx 2005-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair şikayəti rədd edilmişdir. Eynilə də, İddiaçı tərəfindən məhkəmənin bu qərarından vermiş olduğu apellyasiya şikayəti üzrə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə, Bakı şəhəri Səbail Rayon Prokurorunun müavini X21 cinayət işinin başlanması rədd edilməsi barədə xx xxxxxx 2005-ci il tarixli qərardan verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ərizəçi İddiaçı apellaysiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin bu qətnaməsindən verilmiş apellyasiya şikayəti, Apellyasiya Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsindən isə verilmiş kassasiya şikayəti, Ali Məhkəmənin 6K-1203 saylı, xx xxxx 2005-ci il tarixli qərarı ilə təmin edilməmiş, Apellyasiya Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi də dəyişdirilmədən saxlanılmışdır. Bu hadisələrdən sonra isə, bu uydurma məhkəmə mübahisəsinin "memarı" Əliyev X24 Şamil Sadıq oğlunun müvəqqəti olaraq Xaçmaz rayonuna getməsindən istifadə edərək onun sahibliyində və istifadəsində olmuş həmin mübahisəli torpaq sahəsini zəbt etmiş (hal-hazıradək də həmin torpaq sahəsi qanunsuz olaraq onun istifadəsində və sahibliyindədir), həmin torpaq sahəsinin darvazasını sökmüş, daş materialı ilə hasarlayaraq özünün sahibliyindəki və istifadəsindəki torpaq sahəsinə qatmış, indi isə başqa bir cinayət hadisəsi törətməklə, məhkəmədə və digər orqanlarda bibisi oğlu kimi təqdim etdiyi X10 adına saxta bələdiyyə sənədi almış və İddiaçı tərəfindən mübahisəli ərazidə inşa etdiyi tikililəri sökməyə başlamışdır. Bundan sonra İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən çıxarılması barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bu qətnamədən verilmiş apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmadan birinci instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eynilə, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2007-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu iş üzrə də qəbul edilmiş Qətnamədən də açıqdan-açığa görünür ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan, bələdiyyə tərəfindən verilmiş saxta qərarın məzmununa və Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3-cü maddələri əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsinə istinad edilməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh yeni uydurmasına əsasən isə, X27 göstərmişdir ki, 2003-cü ilin sonlarında dayısı oğlu Cavabdeh yaşadığı ünvanın qonşuluğunda dayısı X19 aid torpaq sahəsi olduğundan həmin müddətdə Yaqub dayısının yaşlı olduğu üçün ona qulluq etdiyini, bir müddət sonra dayısı öz adına olan və dayısı oğlu Təyyarın yaşadığı ünvana bitişik 0,04 ha torpaq sahəsinin baş etibarnamə ilə ona vəsiyyət etdiyini, bundan sonra isə Badamdar Bələdiyyəsindən, torpaq sahəsinin rüsumunu ödəyərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirdiyini bildirmişdir. Bir daha qeyd etməyi zəruri hesab edir ki, 2005-ci ildən etibarən həmin torpaq sahəsi faktiki olaraq Cavabdeh sahibliyində və istifadəsindədir və bütün yuxarıda göstərilənlər də məhz onun ssenariləri ilə uydurulmuş, qəbul edilən həmin məhkəmə aktları da məhz onun məhkəməyə təqdim etdiyi saxta sənədlər əsasında qəbul edilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti həmin mübahisəli torpaq sahəsinin yenidən İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul edir və ona bu barədə xx xxxxxx 2020-ci il tarixli 09 saylı məktubla rəsmi məlumat verir. Beləliklə, Səbail Rayon icra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alınmışdır. Badamdar Bələdiyyəsinin sədri tərəfindən Ş.İddiaçı adına göndərilmiş xx.xx.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, xx xxxx 2019-cu il tarixli iclasının gündəliyi və həmin iclasın protokolundan çıxarışından müəyyən olunur ki, Sabail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının xx xxxx 2019-cu il tarixli qərarına əsasən, Bələdiyyənin xx.xx.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödənilməsi haqqında təsdiqedici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005ci il tarixli qərarı ləğv edilmişdir. Nəhayət, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun xx xxxxxx 2020-ci il tarixli, 136 saylı məktubundan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilməmişdir, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunanlardan bir daha müəyyən olunur ki, yuxarıdakı məhkəmə qətnamə və qərarları saxta sənədlər əsasında qəbul edilmiş və bundan sonra da, mübahisəli torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış, eyni zamanda, Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, ləğv edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan, Səbail İcra Hakimiyyəti Başçısının müvafiq qərarıa uyğun olaraq, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 nömrəli ünvandakı 0,04 ha həmin mübahisəli torpaq sahəsi ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alındığından, bu torpaq sahəsi üzərində onun faktiki olaraq istifadə hüquqları yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh Cənnərəli oğlunun və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 nömrəli ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, ilk növbədə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün onun subyektiv hüququ müəyyən edilməlidir. Bundan sonra, 16 il bundan öncə ilk dəfə məhkəmə mübahisəsinin predmeti olan və hazırda iddia predmetinin obyekti olan torpaq sahəsi üzərində artıq heç bir hüquqa malik olmayan (yəni İddiaçı tərəf kimi iştirak etdiyi 3 müxtəlif məhkəmə mübahisələri üzrə yekun məhkəmə aktları qəbul edilmiş və qanuni qüvvəyə minsə də) İddiaçı nəyə görə yenidən 18 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Badamdar qəsəbə nümayəndəliyinin 09.xx.xx.2020-ci il tarixli məktubundan və Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli Protokolundan Çıxarısdan müəyyən olunur ki, İddiaçı həmin sənədləri verən təşkilatların vəzifəli şəxsləri ilə əvvəlcədən düşünülmüş və bir qrup şəxslərin birləşməsi halında qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş İddiaçıla Ə.Abbasov və Cavabdeh arasındakı hüquqi mövqeyini və faktları heç bir əsas olmadan təkzib etməklə bilə-bilə qanunsuz hərəkətlərə yol vermişlər. Açıq-aşkardır ki, həmin şəxslər xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib onların qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişlər. Xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən dəlil kimi təqdim olunan - V.Y.Puqaçovanın adına verilmiş Səbail İcra Hakimiyyəti Başçısının 44 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına, həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə V.Y.Puqaçovanın mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli şəhadətnaməyə, iddiaçı ilə Puqaçova arasında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə, iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli şəhadətnaməyə, iddiaçı tərəfindən torpaq sahəsində yaşayış evinin inşa etməsinə və s. kimi hallara artıq 3 məhkəmə işi üzrə hüquqi qiymət verilmiş, yekun məhkəmə aktları çıxarlımış və həmin məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Qeyd edir ki, onlarla iddiaçı arasında yaranmış mülki hüquq münasibətlərinə artıq 3 müxtəlif məhkəmə qərarları ilə hüquqi qiymət verildiyindən və həmin dövrdən hal - hazıradək onlar tərəfindən iddiaçının hüquqlarına qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyindən, hazırda iddiaçı tərəfindən yenidən torpaq sahəsini mübahisə obyektinə çevirməsi onun vicdansızcasına iddia qaldırmasını sübut edir. Onlarla iddiaçı arasında başa çatmış məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında müəyyən edilmiş faktlar və hüquq münasibətləri barədə S.Abdurəhmanovun iddiası əsasında Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi ilə Səbail rayon icra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcüd bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin X7 Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı, 00400016 saylı şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhəri, 28 saylı Dövlət X3 X20 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-ci il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 say ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi, 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı, 00400016 saylı şəhadətnaməsi etibarsız hesab edilmişdir. Həmçinin həmin qətnamə ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olmadığı, o cümlədən həmin torpaq sahəsində olan tikililərin İddiaçı tərəfindən inşa edilmədiyi müəyyən edilmişdir. Apellyasiya Məhkəməsinin 1 MK-231/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203\2005 saylı, xx.xx.2005-ci il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin 1 mk 231\2005 saylı, xx.xx.2005-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinin S.Şabanovun istifadəsində və sahibliyində olmadığı, eləcə də mübahisəli torpaq sahəsində hər hansı tikintinin aparmaması, o cümlədən onun həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin etibarsız sayılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k- 1203\2005 saylı, xx.xx.2005-ci il tarixli qərarından kostitusiya şikayəti versə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «İddiaçı şikayətinə dair” xx.xx.2006-cı il tarixli Qərardadı ilə - şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan başqa, İddiaçı Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən tikililərin Cavabdeh tərəfindən sökülməsinin qarşısı təcili alınmaqla iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamənin 1-ci səhfəsinin “müəyyən etdi” hissəsinin 5-ci abzasında göstərilmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi Bağlar döngəsi 14 saylı bağda onun tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsi Bələdiyyələr yarandığı gündən bu vaxta qədər Badamdar Bələdiyyəsinin balansındadır. Xətai rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra sərəncam vermək hüququ Bələdiyyəyə məxsusdur. Qətnamənin 2-ci səhfəsinin 1-ci abzasında göstərilmişdir ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti Basçısının xx xxxx 2005-ci il tarixli, 412 saylı sərəncamından görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsinin və onunla bağlı olan xx xxxx 2005-ci il tarixli icra vərəqəsi rəhbər tutularaq X7 adına «Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi haqqında» Səbail rayon İH Başçısı tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli, 44 saylı sərəncamı ləğv edilmişdir. Qətnamənin 2-ci səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, işdə olan Səbail rayon icra Hakimiyyəti Başçısının İ müavininin Badamdar Bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, mərhum X9 vərəsəlik hüququ üzrə səlahiyyətli nümayəndəsi X11 iddiasına əsasən Səbail rayon İH Başçısı tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli, 44 Saylı sərəncamı ləğv edildiyindən ilk mülkiyyətçinin vərəsəsi Ə.T.Abbasovun uzun müddət Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, «köhnə bağlar» döngəsində istifadə etdiyi 400 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsinə köməklik edilməsi xahiş edilmişdir. Qətnamənin 2-ci səhfəsinin 7-ci abzasında göstərilmişdir ki, məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hər hansı əmlakın, o cümlədən, tikililərin sökdürülməsi və dağıdılması, ümumiyyətlə, iddiaçının əmlakına zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları məhkəmə iclasında sübuta yetirilməmişdir. Səbail rayon Məhkəməsinin 2-1281/2005 saylı xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Apellyasiya Məhkəməsinin 1 MK- 373/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2- 1281/2005 saylı, xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin 3-cü səhfəsinin 1-ci abzasında qeyd olunur ki, beləliklə iş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmadığından həmin sahədəki tikililərin sökülməsi ilə bağlı S.Şabanovun qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k- 1168\2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 1MK-373\2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, bu məhkəmə işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmamış və bu səbəbdən də həmin sahədəki tikililərin sökülməsi ilə bağlı İddiaçı qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. Digər məhkəmə mübahisəsi üzrə-yenə də İddiaçı Səbail rayon Badamdar Bələdiyyəsinə və Əbülfəz Abbasova qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 097 saylı qərarının etibarsız sayılması, torpaq sahəsinə və evdən istifadə hüququnun müəyyən olunması, cavabdeh Əbülfəz Abbasovun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları aşağıdakı sənədlər və dəlillər əsasında sübut etməyə cəhd etmişdir: V.Y.Puqaçovanın adına verilmiş Səbail İcra Hakimiyyəti Başçısının 44 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı, həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə V.Y.Puqaçovanın mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli şəhadətnamə, iddiaçı ilə Puqaçova arasında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi, iddiaçının mülkiyyət hüququnu təsdiq edən xx.xx.2002-ci il tarixli şəhadətnamə, iddiaçı tərəfindən torpaq sahəsində yaşayış evinin inşa etməsi, iddiaçının Nabran kəndinə getməsindən istifadə edərək qonşuluqda yaşamış Əbülfəz Abbasov tərəfindən dəmir darvazanı çıxararaq yerində hasar çəkmiş, Səbail rayon Badamdar Bələdiyyəsi isə həmin sahəyə dair xx.xx.2005-ci il tarixli 097 saylı qərarını qanunsuz və əsassız vermiş və s. kimi hallar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Səbail rayonu Badamdar Bələdiyyəsinə və X18 Bakı səhəri Badamdar qəsəbəsi 2-cı yaşayış massivi döngəsi 14 saylı ünvanda 0,04 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə (xx.xx.2005-ci il tarixli 097 saylı) qərarın etibarsız hesab olunması, evdən istifadə hüququnun müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma barədə iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİUMK-nın 1 MK-6299/2006 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Apellyasiya Məhkəməsi MİÜMK-sı tərəfindən müəyyən edilmişdir ki, Badamdar Bələdiyyəsinin 097 saylı xx xxxxxx 2005-ci il tarixli qərarı ilə X18 400 kv.m torpaq sahəsi satılmış, 017186 saylı xx xxxxxx 2005-ci il tarixli kassa-mədaxil orderinə əsasən Ə.X17 hesabına 8.320.000 manat pul ödəmişdir. Apellyasiya Məhkəməsi qeyd edilən maddi və prosesual hüquq normalarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli Bakı şəhəri Badarndar qəsəbəsi 2-ci yaşayış massivi bağlar döngəsi 14 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətindədir. Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı xx xxxxxx 2005-ci il tarixli qərarla 0.04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abbasova satmışdır. Qərar ləğv oluna bilməz. Odur ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k- 554/2007 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin 1 MK- 6299/2006 saylı, xx.xx.2006-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Deməli, bu məhkəmə işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi bağlar döngəsi 14 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur. Həmin sahə bələdiyyə mülkiyyətindədir. Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı xx xxxxxx 2005-ci il tarixli qərarla 0.04 ha torpaq sahəsini cavabdeh Ə.T.Abbasova satmışdır. Qərar ləğv oluna bilməz. Onu da qeyd edir ki, İddiaçı tərəfindən yeni açılmış hal üzrə ərizə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554/2007 saylı,xx.xx.2007-ci il tarixli qərarı 2017-ci ildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin» 13(102)- 76/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmişdir. Bununla yanaşı, qeyd edir ki, İddiaçı 15 il vaxt keçdikdən sonra 2020-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hansı ki, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən əmlak üzərində 2005-ci il tarixdən onların hüquqları yaranmış və iddiaçı artıq 2004-cü il tarixdə məhkəmə mübahisəsi zamanı bilirdi ki, artıq onun hazırda mübahisələndirdiyi torpaq sahəsi üzərində olan bütün hüquqlarına xitam verilmiş və onun hüquqlarını müəyyən edən bütün sənədlər etibarsız hesab edilmişdir. Odur ki, iddiaçı ən azından 2004-cü, 2005-ci və 2006-cı illərdə artıq bilirdi və yaxud bilməli idi ki, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən ev onların sahibliyində idi. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçının həmin əşyalar üzərində heç bir hüququ qalmamışdır. Bundan başqa, iddiaçı 15 il ərzində torpaq sahəsinin müdafiəsi ilə baqlı torpaq sahəsinin ona təhvil verilməsi barədə şikayətlərlə hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciət etmişdir. Onun şikayətlərinin əsassızlığı barədə yuxarıda ətraflı izah verilmişdir ki, şikayətinin heç biri təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004cü il tarixli, 2-42/04 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 21 yanvar tarixli 44 nömrəli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq vo Xəntəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X7 Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx xxxxxx 2002-ci il tarixli JN 3979 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət X3 X20 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-ci il sentyabrın 14-də rəsmiləşdirilmiş və 4e2/237 ile reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dölət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 1mk-231/2005 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə olan xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-1203/2005 nömrəli, xx xxxx 2005-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın həmin iş üzrə xx xxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 nömrəli xx xxxxxxxx 2004-cü il tarixli xüsuai qərardadından görünür ki, qərardadın təsviri hissəsində göstərilən xüsusatlar Səbail Rayon Prokurorunun nəzərinə çatdırılmışdır. İşə əlavə olunmuş Səbail Rayon Prokurorluğunun xx xxxxxx 2005-ci il tarixli qərarından görünür ki, Səbail RİH-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş Baık şəhəri Səbail Rayon Məhkəməsinin MN-24/2007 nömrəli xx xxxxxxx 2007-ci il tarixli qərardadından görünür ki, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail rayon Prokurorunun müavini, ədliyyə müşaviri X21 xx xxxxxx 2005-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşə əlavə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1281/2005 nömrəli, xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK- 373/2006 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2007-ci il tarixli, 6k-1168/07 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxxxxx 2006-cı il tarixli qərardadından görünür ki, İddiaçı şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-639/06 nömrəli, xx xxxx 2006-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Səbail rayon Badamdar Bələdiyyəsinə, X22 qarşı torpağın mülkiyyətə verilməsinə dair qərarının etibarsız hesab olunmasına, torpaq sahəsindən və evdən istifadə hüququnun miiəyyən olunması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 6K-544/07 saylı qərarı ilə İddiaçı kassasıya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Azərbaycan Respublikası Apeliyasiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 1mk-6299/06 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 05 may 201 7-ci il tarixli, 13(102)-76/17 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxx 2007-ci il tarixli 6K-544/07 saylı qərarına, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 1mk-6299/06 saylı qətnaməsinə və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli xx xxxx 2005-ci il tarixli saylı 2-539/06 saylı qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. İşə əlavə olunmuş Səbail Rayon Badamdar Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 097 nömrəli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X12 mülkiyyətinə verilməsi barədə” qərarından görünür ki, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində olan 400 kv.m torpaq sahəsi, uzun müddət istifadəsində olduğuna görə X18 alqı-satqı yolu ilə satılmışdır. İşə əlavə olunmuş Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarı ləğv edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bağlar döngəsində 0.04 ha torpaq sahəsi yerli ekspert komissiyası tərəfindən İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli 2-42/04 saylı icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün təqdim edilən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsi tərəfindən 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər etibarsız hesab edildiyindən, ərizənin icrası mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin müayinə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı təmin edilmiş, lakin torpaq sahəsi mübahisəli olduğundan, həmin torpaq sahəsində yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlakla bağlı mübahisələr məhkəmə qaydasında həll olunur və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında qeydiyyat aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində yerləşən 400.0 kv.m torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli, 097 saylı qərarı Badamdar Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli 06 saylı qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli 2-42/04 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər X15, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı qaldırdığı Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli evdə yaşamış X34 və X23 arasında 1989-cu ilin mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə" xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsi, Bakı şəhər Torpaq şöbəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixində həmin sahəyə verilmiş JN- 3979H nömrəli şəhadətnamənin, Bakı şəhər 28-ci Dövlət Notariat Kontorunda xx.xx.2002-ci ildə X25 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı həmin bağ sahəsindən çıxarılması barədə iddiası qismən təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X7 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət X3 X20 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-cil il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazsindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə X30 Artyunov və mərhum X13 ailə üzvü olan X5 arasında, Badamdar qəsəbəsindəki köhnə bağlar ərazisindəki (Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də) torpaq sahəsinə və bir otaq və bir mətbəxdən ibarət tikiliyə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməmiş, İddiaçı mübahisəli torpaq sahəsindən istifadə etmədiyindən və yaşamadığından iddianın onun həmin sahədən çıxarılmasına dair hissəsinə xitam verilmişdir. Səbail Rayon icra Hakimiyyəti başçısının xx xxxx 2005-ci il tarixli 412 saylı Sərəncamı ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli 2-42/04 saylı qətnaməsini və onunla bağlı xx xxxx 2005-ci il tarixli icra vərəqəsini rəhbər tutaraq, vətəndaş X7 adına “Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi haqqında” Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 44 saylı Sərəncamı ləğv edilmişdir. Həmçinin qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün təqdim edilən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsi tərəfindən 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən etibarsız hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərardadı ilə məhkəmə baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi ilə və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli 44 №li sərəncamı ilə V.Y.Puqaçovaya torpaq sahəsi ayrılması, sərəncamda torpaq sahəsinin sənədləri müəyyən edilməməsi, sonradan bir-birinə zidd olan torpağın yerləşmə sahəsinin cizgisini əlavə edilməsini, bir sözlə, V.Y.Puqaçovaya Badamdar qəs. 0,04 ha torpaq sahəsinə rəsmi sənədə bilə-bilə yalan məlumat yazılmaqla onun adına şəhadətnaməsi verilməsi ilə əlaqədar qərardadın təsviri hissəsində göstərilən xüsusatlar Səbail Rayon Prokurorunun nəzərinə çatdırılmışdır. Hazırda iddiaçı Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə qanuni hesab edilmiş Səbail Rayon Prokurorunun müavini X21 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarına və bu qərarın məhkəmə tərəfindən qanuni hesab edilməsinə dair qəbul edilmiş qərarına istinad edərək tələbinin əsaslandırılmasında ona istinad etmişdir ki, Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilmiş və məhkəmə tələbin qismən təmin edilməsi nətəcəsinə gələrkən, məhz mənbəyi bəlli olmayan bu saxta sənədin mövcudluğuna əsaslanmışdır. Səbail Rayon Prokururluğu tərəfindən qəbul edilərkən aman aparılmış araşdırma zamanı isə müəyən edilmişdir ki, mənbəyi bəlli olmayan həmin sənədin, məhkəməyə hansı vasitələrlə və ya kimin vasitəsilə təqdim edilməsini müəyyən etmək mümkün olmamış, torpaq sahəsi isə X2i əsaslarla verilmişdir. Həmçinin, iddiaçı Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmayan hissəsini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, nə iddiaçının, nə də ki, onun müqavilə bağladığı erməninin mübahisəli torpaq sahəsinə hüquqları mövcud olmamış, torpaq sahəsinin X7 adına rəsmiləşdirilməsi və sonradan alqı-satqı nəticəsində həmin torpaq sahəsinin onun adına özgəninkiləşdirilməsi və bu barədə hüquqverici sənədlərin alınması zamanı həmin şəxslərin heç bir hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddiaçı Ş.S.Şamilov eləcə də, Xətai Rayon Məhkəməsində işə baxılarkən iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsinin, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilməsini qeyd etmişdir. Məhkəmə iddiaçının tələblərinin əsaslandırılması kimi istinad etdiyi bu hallar üzrə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin sözügedən qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olmadığı, eləcə də mübahisəli torpaq sahəsində hər hansı tikintinin aparmaması, o cümlədən onun həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin etibarsız sayılması müəyyən olunmuşdur. İşin materiallarından görünür ki, bundan sonra, İddiaçı Cavabdeh qarşı tikilinin qeyriqanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən tikililərin Cavabdeh tərəfindən sökülməsinin qarşısının təcili alınmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin 2-1281/2005 saylı xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Apellyasiya Məhkəməsinin 1 MK-373/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə qəbul edilən məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmamış və bu səbəbdən də həmin sahədəki tikililərin sökülməsi ilə bağlı İddiaçı qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. İşin materiallarından həmçinin görünür ki, Apellyasiya Məhkəməsinin 1 MK-231/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203\2005 saylı, xx.xx.2005-ci il tarixli Qərarı qəbul edildikdən sonra Səbail Rayon Badamdar Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 097 nömrəli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X11 mülkiyyətinə verilməsi barədə” qərarı ilə Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində olan 400 kv.m torpaq sahəsi, uzun müddət istifadəsində olduğuna görə X18 alqı-satqı yolu ilə satılmışdır. Bununla bağlı İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X11 adına verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən çıxarılması barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bu qətnamədən verilmiş apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2007-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməyərək Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu məhkəmə aktları qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3-cü maddələri əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsinə istinad edilmişdir. İşin araşdırılmış hallarından həmçinin görünür ki, iddiaçı Səbail Rayon Prokurorunun müavini X21 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarından əlavə, iddiasının əsaslı olmasının əsası kimi həm “Səbail Rayon Məhkəməsinin qeyd edilən qərarın qanuni olmasına dair Səbail Rayon Məhkəməsinə qərarın hüquqi qüvvəsi olması barəsində” müraciətinə cavab olaraq Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 163 saylı cavab məktubuna, həm də onun müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsinin yeni ekspert komissiyası tərəfindən yenidən öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubuna, həm də Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan xx.xx.2019-cu il tarixli çıxarışa istinad etmişdir. Məhkəmə iddia tələblərinin əsası kimi istinad edilən hallara qiymət verməyə davam edərək hesab edir ki, irəli sürülən dəlillər hazırki iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Belə ki, Səbail Rayon Prokurorunun müavini X21 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarı Xətai Rayon Məhkəməsinin qəbul etdiyi qərardadında göstərilən hallarla bağlı aparılan araşdırma əsasında qəbul edilmiş, Ş.Şamilov həmin qərarı qanunsuz sayaraq ondan şikayət etmiş, məhkəmənin də MN- 24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə həmin şikayət rədd edilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X21 xx xxxxxx 2005-ci il tarixli qərarı ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncama əlavə edilmiş cizginin 2001-ci ilin iyun-iyul aylarından sonra vəzifəyə təyin edilmiş şəxslər tərəfindən imzalanması, həmin cizginin saxta olmasını təsdiq edə bilməməsi müəyyən edilsə də, keçən müddət ərzində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları birmənalı olaraq müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi üzərində olan bütün hüquqlarına xitam verilmiş və onun hüquqlarını müəyyən edən bütün sənədlər etibarsız hesab edilmişdir. Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203\2005 saylı, xx.xx.2005-ci il tarixli qərarından İddiaçı konstitusiya şikayəti versə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «İddiaçı şikayətinə dair” xx.xx.2006-cı il tarixli Qərardadı ilə - şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra işin materiallarından görünür ki, İddiaçı tərəfindən yeni açılmış hal üzrə ərizə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554/2007 saylı,xx.xx.2007-ci il tarixli qərarını 2017-ci ildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin» 13(102)- 76/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmişdir. Məhkəmə iddia tələbinin əsası kimi istinad edilən hallara qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007ci il tarixli qərarı ilə, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X21 xx xxxxxx 2005-ci il tarixli qərarının qanuni hesab edilməsi ilə bağlı İddiaçı tərəfindən həmin məhkəməyə bu qərarın dövlət qurumlarına hüquqi sənəd kimi təsdiq edilməsi barədə xahişi əsasında məhkəmənin məsləhətçisi tərəfindən bu qərarın dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsinin məcburi olduğunu bildirməsinə dair məhkəmənin xx.xx.2019-cu il tarixli 163 saylı cavab məktubunun məzmunundan aşkar görünür ki, iddiaçı ona bu məsələ ilə bağlı məsləhət verilməsini xahiş etmişdir. Bununla bağlı cavab məktubunda “məhkəmə qərarlarının bütün dövlət orqanları və ictimai təşkilatlar tərəfinən icrasının məcburi olması” göstərilməklə yanaşı, ona məhkəmə qərarının hüquqi sənəd kimi hansısa dövlət orqanına təqdim edilməsinə dair məsləhət almaq üçün hüquqi yardım və izahla məşğul olan təşkilatlara müraciət edilməsi xahiş olunmuşdur. İşin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarında dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsi məcburi olan hər hansı bir məsələyə deyil, yalnız İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X21 xx xxxxxx 2005-ci il tarixli qərarının qanuniliyinə qiymət verilmişdir. Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan xx.xx.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün də mühüm əhəmiyyət kəsb edən hüquqi sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs. Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququ ilə əldə edə bilərlər. - 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən məhdudiyyətlərə və digər sənədlərə riayət edilməklə sahiblik, istifadə və sərəncam hüququdur. - 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları yeni ekspert komissiyası tərəfindən qeydiyyata alınması yolu ilə deyil, qanunvericinin tələbləri üzrə həyata keçirilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Səbail Rayon icra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubunun mövcudluğu iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüquqları yaranması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Göstəriləndən əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının subyektiv hüququnun olmamasına da qiymət verilməlidir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, qəbul edilən və qanuni qüvvəsini almış məhkəmə aktları mövcud olsa da, iddiaçı tərəfindən yenidən hazırki iddia ilə mübahisəli torpaq sahəsini mübahisə obyektinə çevirməsinə baxmayaraq, hazırda mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmadığından onun Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 nömrəli ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində iddia qaldırmağa da subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X18 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinədair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X18 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə” tələbinədair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar