Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1545/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakda payların müəyyən edilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakda payların müəyyən barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ü.hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilinə dair pay hüquqlarının müəyyən edilməsi və həmin paylara dair mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində tələbin yönəldiyi cavabdeh(lər) göstərilməmişdir. Yəni iddia ərizəsində tələb hər hansı cavabdehə(lərə) qarşı yönəldilməmişdir. Hakim habelə qeyd edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu da ödənilməmişdir. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən dövlət rüsumu 10 manat tutulur. Hakim qeyd edir ki, irəli sürülmüş tələb цзря dövlət rüsumu 10 manat təşkil edir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim həmçinin qeyd edir ki, iddiaçılar mübahisənin məhkəmədən kənar həlli qaydasına da riayət etməmişlər. AR Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə mirası qəbul etmək üçün notariat orqanına müraciət etməli və sonuncu miras əmlaka vərəsəlik haqqında şəhadətnamə verməlidir. Lakin göründüyü kimi iddiaçılar miras əmlaka öz vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmədən bir başa məhkəməyə müraciət etmişlər Hakim eyni zamanda qeyd edir ki, iddiaçılar miras əmlak barədə də iddia ərizəsinə hər hansı sübut iddia ərizəsinə əlavə etməmişlər. AR MPM-nin 150-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi Ar MPM-nin 149-cu maddəsinin tələblərinə yuğun olmadığından, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmadığından, həmçinin iddiaçılar mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmədikləri üçün iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə ididaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1545/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1545/2021
21.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver