Məhkəmə qərarları › İş №2(009)-1547/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1547/2020

23.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1547/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, X18 (Kredali Ciulio) – cavabdeh “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi və müvafiq əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X26 (Kredali Ciulio) – cavabdeh “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi və müvafiq əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair xx xxxx 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə aralarında bağlanmış xx.xx.2016-cı il tairxli əmək müqaviləsinə əsasən "X7 B.V" şirkətinin Azərbaycan Respublikasındakı filialında Aktivlər və Gəmilərin Yenidənqurması üzrə müdir vəzifəsinə təyin olunmuşdur. xx xxx 2019-cu il tarixində 18:44 radələrində Xəzər Dənizindəki "İsrafil Hüseynov" borudüzən gəmisinin göyərtəsində İMPP avadanlığının təmiri zamanı partlayış baş vermiş və nəticədə bir nəfər ölmüş, 13 nəfər isə müxtəlif bədən xəsarətləri almışdır. Hadisə ilə əlaqədar olaraq, xx.xx.2020-ci il tarixində ona yazılı bildiriş göndərilərək izahat verməyi tələb olunmuşdur. Həmin bildirişdə araşdırmaların gedişatına əsasən onun əmək müqaviləsinin şərtlərini pozduğu belə əsaslandırılmışdır ki, həmin təmir işi ilə bağlı o, da məlumatlı olmuş və bu hal online yazışmalardan görünür və aparılan təmir işi ilə bağlı standart prosedurların olmaması səbəbindən Şirkətin daxili qaydalarına əsasən (X8 - "MOC-Wİ-SCONA-EXE-OPE-002-E") istənilən bu kimi hal barədə məlumatlı olan şəxs bu prosedurlara əsasən xüsusi sənəd forması hazırlamalı və təsdiq üçün təqdim etməli idi. Cavabdehin yanaşmasına görə o da bu istənilən şəxslərdən biri olaraq bu prosedura əməl edərək xüsusi formanı doldurub təsdiq üçün təqdim etməli idi. Qeyd olunan bildirişə dair təqdim etdiyi xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, həmin İMPP avadanlığında olan nasazlıq barəsində EDMF hesabatında qeyd olunan avadanlıqda baş verən nasazlıq məsələsi qaldırılmış, bu məsələ ixtasaslaşmış İMPP mütəxəssisi - mühəndisi (SVİAP) tərəfindən nəzarətə götürülmüş, aktivlər üzrə mütəxəssislər isə məsələdə yalnız yardımçı rol oynamışdır. Aktivlər üzrə departament heç bir halda məsələdə nəzarət etmək kimi funksiyanı daşımamışdır. Qeyd edilməlidir ki, müvafiq İş üçün İcazə (PTW) də məhz Əməliyyatlar departamenti tərəfindən imzalanmış, İşlər Planı da FJC Texniki (birabaşa OCM (X27) hesabat verir) tərəfindən hazırlanmış və OCM tərəfindən təsdiq dilmişdir. Odur ki, iş birbaşa olaraq Əməliyyatlar departamenti tərəfində aparılmış, onların nəzarətində olmuş və hər hansı bir dəyişikliyə birbaşa reaksiya vermək imkanı onlarda oİmuşdur. Lakin buna baxmayaraq cavabdehin HR/DON/4235 nömrəli, xx.xx.2020-ci il tarixli Əmri ilə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbiri görülmüşdür. Qeyd olunmuş əmrin qanunauyğun olmamasını və ləğv olunmasını işin aşağıdakı faktiki və prosessual halları ilə əsaslandırılmasını zəruri bilir. Belə ki, baş vermiş hadisə ilə bağlı təsdiq olunmuş xx.xx.2019-cu il tarixli Hadisənin X15 qeyd olunan məlumatlara əsasən onun tərəfindən hər hansı nöqsana yol verilmədiyi qənaətinə gəlmək mümkündür. Hesabatda qeyd olunur ki, İMPP avadanlığında nasazlıq xx.xx.2019-cu il tarixində, saat 22:07-də müşahidə olunmuş, xx.xx.2020 tarixində, saat 00:10-da X27 Əməliyyatlar üzrə Menecerə bu barədə məlumat vermiş, saat 01:29-da ehtiyat hissələr, ləvazimatlar və xidmət üzrə mühəndis müəyyən edilmiş, saat 04:00-da göyərtədə təmirə başlanılması qərara alınmış və İş üçün İcazə tərtib edilmiş, saat 12:40 Avadanlıq elektrik şəbəkəsindən izolyasiya edilmişdir (bu halda Avadanlığın daxili nəzarət sistemi sönmüş olur və həddindən artıq qızma zamanı qapanma funksiyası da işlək olmur - bu barədə ona heç bir məlumat verilməmişdir), saat 16:00-da elektrik departamentindən FJC Texnologiyları mühəndisi tərəfindən 4 ədəd 380V-luq örtülü naqillər əldə edilmiş, saat 21:00 X11 (SRA) görüşü keçirilmiş, xx.xx.2020-ci il tarixində, saat 08:40-da Avadanlığın daxili müşahidə olunmuş və ərimiş piston aşkar edilmiş, saat 08:57-də həmin hissəni çıxarmağa cəhd edilmiş, saat 09:00-da avadanlıq kənar naqillərlə elektrik şəbəkəsinə qoşularaq daxildəki mayenin qızdırılmasına başlanılmış (mayenin təzyiqinin köməyi ilə içəridə ilişmiş pistonun çıxarılması üçün), saat 15:00-da mexaniki üsulla pistonun çıxarılmasına başlanılmış, saat 18:10-da demək olarki piston çıxmış, 18:44-də isə qəflətən tüstü avadanlığın daxilindən çıxaraq alışmış və partlayış baş vermişdir. Qeyd olunan Hesabatdan da görünür ki, Avadanlığın pistonun dəyişdirilməsi İş planına əsasən həyata keçirilmiş (TP PLBH 0129) və bu hadisədən qabaq da həmin Avadanlıqda müvafiq plana uyğun işlər aparılmışdır. Sadəcə olaraq həmin təmir zamanı avadanlığın içində maye mövcud olmamışdır. Ehtimal var ki, ilkin təmir zamanı boltlar düzgün (tam) bağlanmamışdır. X12 şəbəkədən izolyasiya edilməsi 1-ci təsiredici amil kimi qiymətləndirilmiş, Avadanlığın izolyasiya olunmuş vəziyyətdə isidilməsi məsələsi də X11 zamanı nəzərə alınmışdır. X13 isidilməsi, risk qiymətləndirilməsi və əlaqəli hissələrdə uyğunsuzluqlar da olduğu bildirilir. Odur ki, Avadanlığın izolyasiya olunmuş formada içindəki mayenin isidilməsi hadisəyə səbəb olan əsas faktor kimi qeyd olunur. Xüsusilə bu Hesabatda qeyd olunur ki, xx.xx.2020-ci il tarixində, saat 15:00-da mexaniki üsulla piston çıxarılan zaman Baş Mühəndis məsləhətçisi sahədə olmuş və baş verən proseslərə heç bir müdaxilə etməmişdir. Onun isə həmin zaman Avadanlıq üzərində aparılan işin məhz təsdiqlənmiş iş planına uyğun getdiyi barədə xəbəri olmuş, hər hansı bir izolyasia prosesindən və kənar naqillərlə isidilmədən məlumatı olmamışdır. Təəssüflə bildirmək istəyir ki, barəsində görülmüş intizam tənbehi tədbirində də məhz Şirkətin daxili X8 - "MOC-Wİ-SCONA-EXE-OPE0-002- E" qaydalarına istinad olunaraq, məhz bu dəyişiklik, yəni avadanlığın izolyasiya edilməsi və kənardan isidilməsi barədə vaxtında məlumat verməməyi və müvafiq formanı doldurmamağı əsas götürülmüşdür. Halbuki, nə onun bu dəyişiklik barədə məlumatı olmuş, nə də ki istinad olunan prosedur Aktivlərin İdarə edilməsi sahəsinə aiddir. Belə ki aktivlər sahəsində əlavə WT-SCONA-EXE-AST-002-E proseduru mövcuddur. Eyni zamanda bildirmək istəyir ki, məlum olduğu kimi bu hadisə xx.xx.2019-cu ildə baş vermiş, X19 Hesabatı xx.xx.2019-cu ildə hazır olmuşdur. Halbuki onun barəsində intizam tənbehi xx.xx.2020-ci ildə görülmüşdür. Baxmayaraq ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Prokororluğu tərəfindən araşdırma aparılır və hələ də başa çatdırılmamış, qeyd olunan araşdırma ilə onun barəsində görülən tədbirin heç bir birbaşa əlaqəsi yoxdur, çünki onun barəsində görülən tədbir araşdırmanın nəticələrinə əsaslanmır. Odur ki, Əmrdə isitinad olunan Şirkətin daxili araşdırması və əmrlə sözügedən təqdimatın (xx.xx.2020-ci il tarixli təqdimat) mətni ilə tanış deyildir. Barəsində görülən intizam tənbehinin əsaslandığı halları əsas götürərək qeyd etmək istəyir ki, həmin əsasları müəyyən etmək üçün bir il vaxtın tələb olunması da ağlabatan deyildir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin onun barəsində aşkar etdiyi nöqsanlarla razı deyildir. Belə ki hadisənin baş verməsinə səbəb olan hallardan biri olan işlərin görülməsi zamanı edilmiş dəyişikliklər barədə məlumatı olmamış və hətta lazımi diqqət göstərərək məlumat əldə etməyinə belə kifayət qədər zaman və kommunikasiya bütövlüyü mövcud olmamışdır, hansı ki, barəsində qanunvericiliyin və müqavilə tələblərinin maddi normalarının tətbiqində yanlışlığa səbəb olmuşdur, həmçinin onun barəsində görülən intizam tənbeh tədbiri qanunvericiliyin prosessual tələblərini (müddət gözlənilməmişdir) pozmaqla tətbiq olunmuşdur. Odur ki, intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsini və müvafiq əmrin ləğv edilməsini qanunanuyğun hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı xx xxxxxx 2016-cı il tarixli EAE0707- 914656 saylı əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə Aktivlər (Avadanlıqlar) üzrə Müdir vəzifəsində çalışır. İddiaçının vəzifə öhdəlikləri daha ətraflı əmək müqaviləsinin əlavəsi hesab edilən xx xxxxxx 2017-ci il tarixli "Vəzifə və Öhdəliklər" adlı sənəddə göstərilmişdir. İş Təlimatına əsasən, iddiaçının əsas əmək vəzifəsi şirkətin balansında olan aktivlərin, o cümlədən avadanlıqların, cihazların, alətlərin və sair maddi resursların səmərəli və təhlükəsiz qaydada idarəedilməsini planlaşdırmaq, əlaqələndirmək və belə maddi resurslara nəzarət etməkdən ibarətdir. Eyni zamanda, İş Təlimatının 5-ci bölməsinə əsasən, iddiaçının həmçinin aşağıdakı vəzifələri vardır: - Avadanlıqların hazırlanması üçün təsdiqlənmiş layihələri idarə etmək və müvafiq işləri əlaqələndirmək, hər bir təşəbbüsdə müəyyən edilən keyfiyyət, təhlükəsizlik, icra vaxtı və iqtisadi məqsədlər çərçivəsində hədəflərə nail olmağı təmin etmək, lazımi texnoloji dəstəyi göstərmək; - Potensial layihələr üçün vacib avadanlıqlar üzrə planı əlaqələndirmək və optimallaşdırmaq, Mühəndislik/Tikinti gəmilərinin və logistika bazalarının işlərinin strateji idarəetməsini təmin etmək; - Standart prosedurlar müəyyən etməklə, gəmilər, avadanlıqlar və sahələrlə bağlı işçi metodları əlaqələndirməklə layihələrə nizam-intizam dəstəyi planlaşdırmaq/icra etmək; - Layihə səviyyəsində ümumi təsəvvürün olması üçün məlumat axınını və ən yaxşı həllərin tezliklə müəyyən edilməsini təmin etmək (ümumilikdə və ya təyin edilmiş Ərazi/gəmi üçün); - İcra mərhələləri ərzində risk/imkan/bilik idarəetmə metodologiyası/vasitələrini tətbiq etmək; - Layihələrin/işlərin icrası üçün cari/əlavə xidmətlərə zəmanət verərək Şirkətin ehtiyatda olan materialının müvafiq şəkildə idarə edilməsini təmin etmək; və sair. İddiaçının peşə bilikləri - iş Təlimatının 6-cı bölməsinə əsasən, iddiaçının peşə bilikləri digər biliklərlə yanaşı aşağıdakılardan ibarətdir: - Maddi resursları və avadanlıqları və onlara texniki qulluq göstərməyin üsullarını bilmək; - Bütün səyyar inşaat avadanlığı ilə bağlı xüsusiyyətləri bilmək, hər birinin xüsusiyyətlərinə görə yazılmamış məhdudiyyətləri müəyyən etməyi bacarmaq; - Üçüncü tərəflərin tələblərinə və konkret quraşdırma / istismar üzrə təlimata istinad edərək sənaye standartını bilmək; - Müvafiq sistemlər vasitəsilə gəmi parkının işçi qüvvəsinə nəzarət etməyi bacarmaq, gəminin göyərtəsində olan şəxsləri planlaşdırmaq və hazırlamaq, iş həcmi üzrə tələb olunan konkret xidmətlər daxil olmaqla, dənizdəki işləri funksional və quraşdırma cəhətdən idarə etmək; və sair. İddiaçının vəzifələrindən və peşə biliklərindən göründüyü kimi, iddiaçı cavabdeh şirkətin avadanlıqları üzrə idarəetməni həyata keçirən rəhbər vəzifəli şəxs olmaqla ali texniki savada malik olan yüksək ixtisaslı peşəkardır. Aşağıdakı səbəblərə görə hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin oluna bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya qarşı intizam tənbehinin tətbiq edilməsinə səbəb - xx xxx 2019-cu il tarixdə cavabdehin icarəsində olan "İsrafil Hüseynov" borudüzən gəmisinin göyərtəsində İMPP izolyasiya avadanlığının təmiri zamanı baş vermiş partlayış olmuşdur. Partlayış nəticəsində cavabdehin 13 nəfər işçisi müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1 nəfər isə həlak olmuşdur. Hadisə ilə bağlı cavabdeh şirkət tərəfindən daxili araşdırma aparılmış və nəticədə cavabdehin bir sıra işçiləri (o cümlədən iddiaçı) intizam məsuliyyətinə cəlb olunmuşdur. Qeyd edilməlidir ki, sözügedən hadisə ilə bağlı həmçinin Azərbaycan Respublikasının Baş X1 ********* nömrəli cinayət işi başlanmış və halhazıradək istintaq aparılır. Yuxarıda qeyd olunduğu kimi, baş vermiş partlayışla əlaqədar cavabdeh tərəfindən aparılmış daxili araşdırma zamanı hadisənin baş verməsində iddiaçı tərəfindən də pozuntuya yol verməsi müəyyən edilmişdir. Belə ki, xx xxx 2019-cu il tarixdə cavabdehə məxsus İMPP izolyasiya avadanlığı sıradan çıxmış və bununla əlaqədar müvafiq müayinə işləri təşkil olunmuşdur. Müayinə zamanı müəyyən edilmişdir ki, İMPP avadanlığının sıradan çıxması, onun silindrində ərimə pistonunun ilişməsi ilə bağlı olmuşdur. Belə bir hal əvvəllər yaşanmamış və cavabdehin daxili qaydalarında/təlimatlarında bu cür nasazlıqların aradan qaldırılması üçün prosedur mövcud deyildir. Belə olan hallarda, yəni dəniz şəraitində hər hansı əməliyyatın həyata keçirilməsi üçün əvvəlcədən təsdiq edilmiş prosedurun olmaması halında, cavabdeh şirkətin daxili qaydalarına əsasən müvafiq əməliyyatın özbaşına şəkildə aparılması qadağan olunmaqla, yalnız xüsusi prosedura (X8 proseduruna) riayət edildikdən sonra belə əməliyyatların həyata keçirilməsinə yol verilir. Buna baxmayaraq, cavabdeh şirkətin bəzi məsul işçiləri müvafiq daxili qaydaların tələblərinə rəğmən İMPP avadanlığının özbaşına təmir edilməsinə qərar verərək təsdiq edilməmiş metodlarla təmir işini təşkil etmişdirlər. Konkret olaraq, müvafiq təmir qrupu ilişmiş ərimə pistonunu (porşeni) silindrdən çıxarmaq üçün İMPP avadanlığına kənar elektrik kabelləri qoşmaqla onu qızdırmağa başlamışlar ki, silindrin içərisində donmuş polipropilen kütləsi əriyərək pistonun çıxmasına mane olmasın. Polipropilen kütləsinin bu cür qızdırılması nəticəsində isə partlayış baş vermişdir. Bildirirlər ki, pozuntuya yol vermiş bütün məsul işçilər cavabdeh tərəfindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Cavabdehin daxili qaydası olan "Wİ-SCONA-EXE-OPE-002-E X8" prosedurunun 2.1.1 və 4.1-ci bəndlərinə əsasən, bu cür hallar, yəni standart proseduralarda təsbit edilməyən hallara reaksiya göstərilməsi, həyata keçirilməsi hər hansı xüsusi təlimatla/prosedurla əhatə olunmayan əməliyyatları aparılması, habelə tətbiq edilən təlimat və ya prosedurlarla nəzərdə tutulmayan metodlarla əməliyyatların həyata keçirilməsi - "Əməliyyat Dəyişikliyi" hesab edilir. Əməliyyat Dəyişikliyi müəyyən edildiyi hallarda dəyişikliklərin idarəedilməsi prosesinə başlanmalıdır. Belə proses hər hansı şəxs (Təşəbbüsçü) tərəfindən başlanıla bilər, yetər ki belə şəxs əməliyyat dəyişikliyini müəyyən etsin. Prosesin başlanması üçün Təşəbbüsçü tərəfindən FORM-COR-CİO-OİO-OİO-E nömrəli Dəyişikliyə dair Sorğu forması doldurularaq cavabdehin müvafiq rəhbər/məsul işçilərinə (Superintendant, Baş Mühəndis, Baş Elektrik, SƏTƏM üzrə Mühəndis və s.) təqdim edilməlidir. Sonuncular isə Əməliyyat Dəyişikliyini təşkil edən müvafiq vəziyyəti hərtərəfli təhlil etməli, riskləri dəyərləndirməli və Dəyişikliyə dair Sorğunu təsdiqləməklə yaranmış vəziyyətin düşünülmüş qaydada həllinə dair lazımı tədbirləri müəyyən edərək həyata keçirməlidirlər. Dəyişikliyə dair Sorğu təsdiq edilməyənə qədər müvafiq əməliyyat dəyişikliyi ilə əlaqədar heç bir tədbir həyata keçirilə bilməz. DİE Prosedurunun göstərilən tələblərindən göründüyü kimi, İMPP avadanlığının silindrində ərimə pistonunun ilişməsi ilə əlaqədar yaranmış nasazlığın dəniz şəraitində təmir edilməsi ilə bağlı cavabdeh şirkətin hər hansı daxili təlimatı və ya təsdiq edilmiş proseduru olmadığı üçün belə təmir işinin aparılması Əməliyyat Dəyişikliyi hesab edilir. Belə təmir işinin aparıldığını müəyyən edən hər hansı şəxs/işçi FORM-COR-CİO-OİO-OİO-E nömrəli Dəyişikliyə dair Sorğu formasını doldurub müvafiq məsul işçilərə verməklə X8 prosesini başlamalı idi. Qeyd edir ki, iddiaçı İMPP avadanlığının təsdiq olunmuş təlimat və prosedurlardan kənar qaydada və üsullarla təmir edilməsindən xəbərdar idi, lakin dəyişikliyin idarə edilməsi prosesini başlamamışdır. Bununla da, iddiaçı DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozmuşdur. Belə pozuntu isə öz növbəsində iddiaçının xx xxxxxx 2016-cı il tarixli EAE0707-914656 saylı əmək müqaviləsinin 9.1.11,9.1.22,9.1.43 və 9.1.54-ci maddələrinin habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin (a)5 və (c)6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnmişdir. İddia ərizəsində iddiaçı tərəfindən gətirilən əsas dəlillərdən biri odur ki, guya iddiaçının əslində Əməliyyat Dəyişikliyi barədə xəbəri olmamış və bu səbəbdən də o X8 prosesini başlaya bilməzdi. Bununla əlaqədar qeyd edirlər ki, əslində İMPP avadanlığının təmirinin cavabdeh şirkətin təlimat və prosedurlarından kənar qaydada aparılması barədə iddiaçının xəbəri var idi. Belə ki, İMPP avadanlığının təmiri prosesinin gedişatına bir sıra digər məsul işçilərlə bərabər həmçinin iddiaçının özü də ümumi nəzarət edirdi. Hətta, nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədilə, iddiaçı tərəfindən "Whatsapp" mobil tətbiqi vasitəsi ilə qrup yaradılmış və cavabdehin məsul şəxsləri həmin qrupa əlavə edilərək təmir işinin prosesi barədə müzakirələr aparılmışdır. “Whatsapp” yazışmaların məzmunundan görünür ki, iddiaçı təmir işini aparan şəxslərlə təmir işinin necə aparılmalı olduğunu müzakirə edərək növbəti addımların nədən ibarət olacağını müəyyən etməyə çalışır, habelə təmirlə bağlı onlara nələrin (hansı avadanlıqların/cihazların) lazım olduğunu vaxtaşırı onlardan soruşur (məsələn, "Silindri təftiş etmək üçün endoskopik kameraya ehtiyacınız var?", "İlk təhlilin aparılması üçün mümkünsə kameranın olması çox yaxşı olardı", "Biz elə bunu etməyi və mexanikə getməyi planlaşdırırdıq", "Giulio, biz hidravlik silindri sınaqdan keçirməliyik, çünki orada hidravlik silindr başlığının soyudulması üçün sudan gələn pangolin və ya glikol ola bilər .Hazırda biz əsasən ərimiş porşeni çıxaracağımızı düşünürük", "Əyilmiş başlıqla bağlı aydın oldu. Biz onu geriyə öz vəziyyətinə düzəldə bilərik? yoxsa bizə alət lazımdır?"). Sözügedən Whatsapp qrupunun iştirakçılarının yazışmalarından, onların bir birinə verdiyi suallardan aşkar şəkildə görünür ki, onların heç biri müvafiq təmirin əslində necə aparılmalı olduğunu bilmir və İMPP avadanlığının silindrinin ilişmiş pistonun çıxarılması özbaşına aparılır. Qeyd edirlər ki, gəmi şəraitində təmir işinin belə qaydada və üsullarla aparılması tamamilə yolverilməzdir. Müvafiq təmir işinin aparılması ilə bağlı cavabdeh şirkətin təsdiq edilmiş təlimatı və ya proseduru olsaydı, “Whatsapp” yazışmalarındakı müzakirələr ümumiyyətlə aparılmazdır. Təlimat/prosedur olduğu halda, iddiaçı təmir qrupundan onlara hansı avadanlıq, cihaz və ya vasitələrin lazım ola biləcəyini soruşmazdı, çünki tələb olunan cihaz və vasitələrin siyahısını müvafiq təlimatdan/prosedurdan öyrənə bilərdi. Digər tərəfdən təmiri bilavasitə aparan şəxslər tərəfindən təmir prosesinin ayrı-ayrı mərhələləri barədə sualların verilməsi ondan xəbər verir ki, təmir qrupu hər hansı konkret təlimata uyğun hərəkət etmirdi və təmir işini improvizasiya qaydasında həyata keçirirdi. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı müvafiq təmir işinin heç bir təlimata və ya prosedura söykənmədiyini və özbaşına qaydada aparıldığını bilirdi və ya ən azından bunu bilməli idi. Odur ki, iddiaçının müvafiq dəlili məhkəmə tərəfindən nəzərə alınmamalıdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən başqa bir dəlil ondan ibarətdir ki, avadanlıqlar üzrə mütəxəssislər təmir prosesində yalnız ikinci dərəcəli rol oynamış və Avadanlıqlar üzrə Departamentin təmir işinə nəzarət etmək vəzifəsi mövcud deyildir. İddiaçı düşünür ki, bu səbəblərə görə əməliyyat dəyişikliyin idarə edilməsi prosesinin başlanması vəzifəsi ona aid edilməməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, DİE Proseduru dəyişikliyin idarə edilməsi prosesini başlaya biləcək şəxslərin dairəsini heç bir şərtlə məhdudlaşdırmır. Belə ki, DİE Prosedurunun 2.1.1-ci bəndinə əsasən, istənilən şəxs/işçi təşəbbüsçü qismində çıxış edə bilər, yəni, dəyişikliyin idarə edilməsi prosesini başlaya bilər. İddiaçının qeyd etdiyi başqa bir dəlil ondan ibarətdir ki, cavabdeh tərəfindən hazırlanmış hadisənin X17 əsasən hadisənin baş verməsi ilə əlaqədar onun tərəfindən hər hansı nöqsana yol verilməsi müəyyən edilməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Hadisənin X14 adından da göründüyü kimi, həmin hesabat yalnız ilkin xarakterlidir, həmin hesabat hadisənin baş verməsi zamanı cavabdehin işçiləri tərəfindən yol verilmiş bütün pozuntuları əks etdirmir və istənilən halda sözügedən hesabat cavabdeh üçün heç bir məcburi qüvvəyə malik deyildir. İlkin Hesabatda göstərilib-göstərilməməsindən asılı olmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntunun törədilməsi danılmaz faktdır və cavabdeh haqlı olaraq həmin pozuntuya görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görmüşdür. İddiaçının digər dəlili ondan ibarətdir ki, təmir zamanı Baş Mühəndis məsləhətçi təmir ərazisində olmuş, iddiaçı isə avadanlığın izolyasiya olunmasından və kənar naqillərlə isidilmənin aparılmasından xəbərdar deyildir. Bununla əlaqədar qeyd edir ki, Baş Mühəndis məsləhətçinin təmir ərazisində olması iddiaçını DİE Proseduru ilə nəzərdə tutulmuş vəzifəsindən azad etmir. Digər tərəfdən, iddiaçının İMPP avadanlığının izolyasiya olunmasından, habelə kənar naqillərin qoşulmasından xəbərdar olubolmamasının da tətbiq olunmuş intizam tənbehi tədbiri ilə əlaqəsi yoxdur. Belə ki, iddiaçı izolyasiya rejiminin tətbiqinə və ya kənar naqillərin qoşulmasına icazə verdiyinə görə deyil, yuxarıda göstərildiyi kimi, heç bir təlimat və ya prosedura söykənməyən təmir işi ilə əlaqədar "dəyişikliyin idarə edilməsi prosesinin" başlamamasına görə intizam məsuliyyətinə cəlb edilmişdir. İddiaçının növbəti dəlili ondan ibarətdir ki, Avadanlıqların İdarəedilməsi sahəsində çalışan əməkdaşlara Wl-SCONA-EXE-OPE-002-E proseduru (DİE Proseduru) deyil, Wİ-SCONA-EXE-AST-002-E proseduru tətbiq edilməli idi; bu səbəbdən də, DİE Proseduru ilə əlaqədar guya iddiaçının hər hansı vəzifəsi yarana bilməzdi. Bununla əlaqədar, bir daha təkrarlayırlar ki, DİE Prosedurunun 2.1.1-ci bəndinə əsasən, əməliyyat dəyişikliyini müəyyən edən istənilən şəxs/işçi təşəbbüsçü qismində çıxış edərək dəyişikliyin idarə edilməsi prosesini başlamalıdır. Həmçinin, iddiaçının qənaətinə görə ona qarşı intizam tənbehi tətbiq edilərkən, cavabdeh tərəfindən müvafiq müddətlər buraxılmışdır. Bununla əlaqədar qeyd edirlər ki, Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qeyd olunan maddənin sonuncu cümləsindən görünür ki, əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır, çünki sözügedən normanın göstərişinə görə cinayət işi üzrə icraatın müddəti göstərilən iddia müddətlərinə daxil edilmir. Odur ki, cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, baş vermiş partlayışa səbəb olmuş hüquq pozuntuları ilə bağlı Azərbaycan Respublikasının Baş X1 ********* nömrəli cinayət işi başlanmış və hal-hazırda da iş üzrə istintaq davam edir. Odur ki, iddiaçıya qarşı intizam tənbehi tətbiq edilərkən, müvafiq cinayət işi üzrə icraat hələ də davam etdiyindən, cavabdeh tərəfindən tənbehin tətbiq edilmə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı həmçinin qeyd edilməlidir ki, iddiaçı cavabdehin intizam tənbehinin tətbiqi ilə bağlı əmrini mübahisələndirilərkən, onun özü tərəfindən tətbiq edilən iddia müddətləri buraxılmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair HR/DON/4235 saylı Əmrlə xx xxxx 2020-ci il tarixində tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Bu faktı iddiaçı əmrin üzərinə imza atmaqla təsdiq etmişdir. Eyni zamanda, iddia ərizəsinin üzərindəki Səbail Rayon Məhkəməsinin "daxil olma" ştampından görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Yəni, iddiaçı intizam tənbehi haqqında əmri əldə etdikdən sonra 1 ay və 3 gün müddət keçdikdən sonra həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan (kollektiv müqavilələrlə bağlı hal) başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı əmək qanunvericiliyi ilə tələb olunan 1 aylıq iddia müddəti tələbinə riayət etməmiş və bu müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Məhkəmədən buraxılmış iddia müddətini tətbiq edərək iddianın rədd edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı Giulio Credali (Ciulio Ckredali) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "X9 B.V." Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehinin verilməsi barədə xx xxxx 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan məhkəmə işinin hallarından görünür ki, iddiaçı cavabdehin intizam tənbehinin tətbiqi ilə bağlı əmrini mübahisələndirilərkən, onun tərəfindən tətbiq edilən iddia müddətləri buraxılmışdır. Belə ki, cavabdeh tərəfindən qəbul olunmuş sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair HR/DON/4235 saylı əmrlə iddiaçı xx xxxx 2020-ci il tarixində tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Bu faktı iddiaçı əmrin üzərinə imza atmaqla təsdiq etmişdir. Eyni zamanda, iddia ərizəsinin üzərindəki Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin "Daxil olma" ştampından görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Yəni, iddiaçı intizam tənbehi haqqında əmri əldə etdikdən sonra 1 ay və 3 gün müddət keçdikdən sonra həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan (kollektiv müqavilələrlə bağlı hal) başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı əmək qanunvericiliyi ilə tələb olunan 1 aylıq iddia müddəti tələbinə riayət etməmiş və bu müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 375.2.-ci maddəsinə müvafiq olaraq, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq iddiaçının iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilə bilməz və bu səbəbdən, məhkəmə tərəfindən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Kredali Ciulio arasında bağlanmış xx.xx.2016-cı il tarixli, EAE0707-914656 nömrəli əmək müqaviləsindən görünür ki, Kredali Ciulio “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsinə qəbul edilmişdir. - “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Ciulio Kredaliyə ünvanlanmış xx.xx.2020-ci il tarixli intizam tənbehi bildirişi və yazılı izahat tələbindən görünür ki, xx xxx 2019-cu ildə Xəzər dənizində "İsrafil Hüseynov" boru kəməri ("PLBH") göyərtəsində partlayış baş vermiş, nəticədə bir nəfər ölmüş və 13 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Bu cür qəza göyərtədə İMPP avadanlığının təmiri zamanı baş vermişdir. Qəza ilə əlaqədar geniş daxili istintaq başladılmışdır və hələ də davam etdirilir. Davam edən araşdırmanın bir sıra nəticələri, Sizin xx xxxxxx 2016-cı il tarixli EAE0707- 914656 saylı əmək müqavilənizin aşağıdakı potensial pozuntusunu göstərir: Uyğunluğun pozulması – araşdırma zamanı müəyyən edildi ki, 7-x xxx 2019-cu il tarixdə PLBH-nin göyərtəsində olan ekipaj İMPP avadanlığının ərimə pistonundakı mexanizm işləyərkən baş vermiş və polipropilenlə dolmuş tıxanmanı düzəltməyə çalışırdı, hansı ki, bu hal daha əvvəl baş verməmişdi. Ərazi Aktivlərin idarə edilməsi üzrə Menecer olaraq, məsələ barədə tam məlumatlı idiniz, 7 və x xxx 2019-cu il tarixlərində baş vermiş onlayn söhbətlərdəki əhatəli şəkillərin olduğu müvafiq mesajlar da buna sübutdur. Ekipaj üçün bu cür hallarda əməl ediləcək standart bir prosedurun olmadığını bilirdiniz və ya bilməli idiniz. Mövcud prosedur barədə tam məlumatlı olmaq sizin vəzifə öhdəliyiniz baxımından tələb olunur. Yuxarıda göstərilən hadisələrə dair bu cür bilik (məlumatlı olmaq), sizin davam edən təmiri dayandırmağınıza və şirkətin prosedurlarına uyğun olaraq X8nə ("DİM") başlamağınıza səbəb olmalı idi. Bu, tapşırığın bütünlüklə məlumatlandırılmış və təhlükəsiz icrasına zəmanət verərdi. Tətbiq olunan prosedur - mövcud əməliyyat prosedurlarının rəsmi və standart bir prosedura uyğun olaraq nəzərdən keçirilməsini əhatə edən Wİ-SCONA-EXE- OPE-002-E X8, bölmə 2.1.1 və 4.1-ə istinad edirik, hansı ki, qeyd edilənləri nəzərdə tutur: "2.1.1 Dəyişikliyin tanınması - "DİM" prosesi Təşəbbüsçü tərəfindən dəyişikliyə ehtiyac olduğu müəyyənləşdirdikdə və ya dəyişiklik vəziyyətinin inkişaf etdiyini edildikdə başlanır. Hər hansı bir şəxs "DİM" təşəbbüsçüsü ola bilər. X4 siyahısına bunlarla məhdudlaşmayaraq, göstərilənlər daxildir: (...); standart prosedurlarda müəyyən edilməmiş xarici vəziyyətlərə cavab (reaksiya); (...)Tətbiq olunan sənədlərlə müəyyən edilmiş və əvvəlcədən təyin edilmiş parametrlərdən kənarda əməliyyatlar; Tətbiq olunan meyarlarda, iş təlimatlarında və ya prosedurlarda göstərilənlərə uyğun olmayan əməliyyatlar, Əməliyyat Dəyişiklikləri tanındıqdan sonra Təşəbbüsçü Dəyişiklik üçün Təklif formasını doldurur (Sənəd. FORM-COR-CİO-OlO-OİO-E). 4.1 Anlayışlar - Təşəbbüsçü: X28 Bölməsi göyərtəsində/X5 tələb olunduğunu müəyyən etmək üçün biliyi olan və dəyişiklik üçün Təklifi hazırlayacaq /imzalayacaq hər hansı şəxs. Yazılı İzahat –Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq, bu bildirişi aldıqdan sonra 3 gün ərzində yuxarıda göstərilən hallar barədə yazılı izahat verməyiniz xahiş olunur. Nəzərə alın ki, yazılı izahat verməkdən imtina etməyiniz tətbiq olunan qanunvericiliyə uyğun olaraq intizam tənbehi tədbirinin görülməsinə mane olmur. - Ciulio Kredali tərəfindən “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli intizam proseduru barədə bildiriş və yazılı izahatından görünür ki, EDMF hesabatı 07 may tarixində, İMMP akkumulyatorunun problemlərinin aradan qaldırılmasına başlanan vaxt İMPP mexanizmində baş vermiş problemi dəqiqliklə vurğulamışdır. Belə ki, bu zaman göyərtədəki İMPP mütəxəssisinin (SVİAP) köməyindən faydalanaraq, Aktivlər Şöbəsi bu işdə marjinal rol oynamış, fəaliyyətin müntəzəm bir baxım olmaması və qeyd edildiyi kimi, manual və ya prosedur ilə yerinə yetirilən bir fəaliyyət dairəsi olması səbəbindən, rəhbərlik SVİAP Mühəndislik şöbəsi tərəfindən aparılmışdır. Bu səbəbdən, 6-x xxx 2019-cu il tarixlərində PLBH göyərtəsində İMMP avadanlığının ərimə pistonunun tıxanmasını düzəltmək üçün aparılan əməliyyat ümumiyyətlə, Aktivlər Şöbəsinin nəzarətində olmamışdır. Yuxarıda qeyd edilənlərə uyğun olaraq, müvafiq iş icazəsi (PTW) açıq olmuşdur və Əməliyyat Şöbəsi tərəfindən imzalanmış, piston başlığının çıxarılması üçün hazırlanmış İş Planı (buraya əlavə olunur) FJC Texniki tərəfindən verilmiş (birbaşa OCM gəmisinə hesabat verir) və Aktivlər Şöbəsi sənədi nəzərdən keçirmədən OCM tərəfindən təsdiq edilmişdir. Beləliklə, əlaqəli fəaliyyətlərə nəzarət Aktivlər Şöbəsinin nəzarəti xaricində idi. Yuxarıda göstərilənlərə baxmayaraq Aktivlər şöbəsi öz sənaye biliklərinin bir hisəssi olan texniki bacarıqları (məs. bağlamaq/açmaq, bağlanmış bir mərkəzi çıxarmaq barədə) "təmir qrupuna" təqdim edərək peşəkar və bilik səriştəsi səviyyəsində fəaliyyətə dəstək verdi, lakin qeyd edildiyi kimi, heç vaxt əməliyyata rəhbərlik etməmişdir. Bunun səbəbi, daha əlaqəli şöbələrin (məsələn, FJC Texniki və İMFH mütəxəssisi) həmişə və hər mərhələ barədə istehsalçı (TECNO Srl) və SVİAP Floiesti və Milandakı əsas ofisləri ilə əlaqədə olmasıdır. Bu səbəbdən, üzərinə qoyulan qəzanın səbəbi ilə tamamilə əlaqəsi olmayan hər hansı məsuliyyət və öhdəliyə dair ittihamı rədd edir. - Hadisə Araşdırma barədə xx.xx.2019-cu il tarixli İlkin Hesabatdan görünür ki, 2019cu ilin fevral ayında, platformada PLBH-nin reaktivləşdirilməsi zamanı, İMPP mexanizmi bəzi hidravlik sızdımazlığı əvəz etmək üçün söküldü. Bu zaman piston, satıcının (təchizatçının) iştirakı ilə gəmi ekipajı tərəfindən çıxarıldı. Eyni prosedura (133943-TE-3- J1S-GP-003) dəzgahın sökülməsi zamam bu hadisə kontekstində istifadə olunan tapşırıq planında (TP PLBH 0129 - İMMP akkumulyator ərimə pistonunun çıxarılması) müraciət edilmişdir. Əvvəlki halda, akkumulyator boş idi və tamamilə söküldü və təmir zamanı 2 saylı akkumulyatorun hidravlik silindri (alt) geri qoyuldu, lakin boltlar düzgün bir şəkildə bərkidilmədi, buna görə ərimə pistonunun səhv uyğunlaşdırılması yarandı (texniki analizlə təsdiqlənəcəkdir) (Foto, ST). Mayın 6-da, PLBH 353 oynağı problem olmadan qoyulduqdan sonra, İMPP avadanlığı uğursuz oldu (erkən diaqnoz akkumulyatorun içinə ərimə piston vurulması idi). X31 və Milan Coating Şöbəsi məlumatlandırıldı. Satıcı ilə Coating şöbəsi əlaqə saxladı və istehsalçı şirkətdən ehtiyat hissələri, ekstraktor və servis mühəndisləri Bakıya səfərbər olundu. X30, F1C komandası va layihə personalı kommunikasiyada idi. Satıcının gəmiyə gözlənilən gəlişi 9 May axşamı idi. İstehsalçı heç vaxt belə bir uğursuzluq yaşamamışdı və əməliyyatlar zamanı bu vəziyyəti örtmək üçün bir prosedur və xüsusi avadanlıq yox idi və istifadəçinin təlimatında da qeyd edilməmişdi. Mayın 7-də, saat 04:00-da gəmi heyəti, hidravlik pistonu çıxardaraq İMPP mexanizmini sökməyə başladı. Təcili iş icazəsi akkumulyatordan ərimə pistonunu çıxarmaq üçün addımlar daxil olmaqla bir tapşırıq planı ilə birlikdə verildi. İcazə 2-ci Asst. Supt, tərəfindən imzalandı. May ayının 7-də Tapşırıq Planı (TP PLBH 0129 - İMPK akkumulyatoru ərimə pistonunun çıxarılması) Offshore inşaat Meneceri və FJC Texnologiya Mühəndisi tərəfindən imzalanmış və verilmişdir. Başlanğıcda sökülmə işlərini yerinə yetirmək üçün Elektrik İzolyasiyası tələb olunmadı. Hidravlik silindrin sökülməsi zamanı İMPP mexanizmində elektrik izolyasiyası tətbiq edilmişdi. Bu, temperatur və təzyiq idarəetmə sistemlərinin ləğvi ilə nəticələndi və akkumulyatorun əl ilə idarə olunan isidilməsinə səbəb oldu. (Təsiredici Amil). Tezliklə, ekstraksiya akkumulyatorun istiləşməsini tələb etdiyindən, işçi qrupu mexanizmi təcrid olunmuş vəziyyətdə saxlayarkən akkumulyatoru qızdırmaq üçün (PP-ni yumşaltmaq və silindrini genişləndirmək üçün) elektrik şöbəsindən dörd 380V uzatma kabelini tələb etdi ki, daxili istilik sisteminin içərisində olan İMPP avadanlıqlarının dörd elementini xarici şəkildə gücləndirsin. Sualı İMPP avadanlıqları mütəxəssisinə çatdırdıqdan sonra, Baş Elektrik, İMPP maşınının xarici istilik üçün istifadə olunacağını başa düşərək elektrik kabelinin uzantılarını buraxdı. (Qaçırılmış Fürsət) May ayının 8-i saat 08:40-da, alt hidravlik silindr söküldü və ərimiş pistonun akkumulyatorun içərisində 200 ilə 250 mm arasında yapışdırıldığı təsdiqləndi. İşçi qrupu, ərimə pistonunun səhv uyğunlaşdırıldığını və akkumulyatorun içərisində metal töküntü tapıldığını müşahidə etdi. Hidravlik pistonun çıxarılması zamanı işçi qrupu akkumulyatora istilik tətbiq etmək lazım olduğunu müəyyənləşdirdi. Tapşırığa başlamazdan əvvəl, X2 (nömrə 064) aşağı təzyiqli xətlərin/akkumulyatorların istiləşmə mərhələsini daxil etmək üçün xx/xx/2019 tarixində 21.00-da məlumatlandırıldı, lakin çox isinmiş polipropilen ilə əlaqəli təhlükələri həll etmədi. xx/xx/2019 tarixli X20 (İSA) zərərli maddələrə / kimyəvi maddələrə və ya yanğına məruz qalma ilə əlaqədar təhlükələri qeyd etməmişdir. İş icazəsinə əlavə edilmiş 023691 saylı X6 Vərəqəsi (MTMV) yalnız hidravlik yağla əlaqəli idi. Polipropilen üçün MTMV yoxdur. xx xxx 2019 tarixində verilmiş Tapşırıq Planı akkumulyatorun istiliyinə istinad edilmədən iki xətdə ərimə pistonunun çıxarılması əməliyyatını əhatə etmişdir. İstinad proseduru «Ekstrüder sürücü silindrlərinin dəyişdirilməsi proseduru” 133943-TE-3J**-GP-*** revCOl yalnız işlək vəziyyətdə olmayan hidravlik pistonun çıxarılmasını əhatə edir. X29 12-15-ci maddələrinə əsaslanaraq, (PTW, təcrid, JSA, Tapşırıq Planı, Sahə RA) Paket uyğunsuz, natamam görünür və beləliklə, fəaliyyətlə əlaqəli riskləri qiymətləndirmək üçün kifayət qədər dəqiq deyildir (Təsiredici Amil). Mayın 8-də, saat 9 radələrində işçi qrupu, ərimə pistonunun çıxarılmasını həyata keçirmək üçün daxili istilik sistemini xarici enerji təchizatı ilə əlaqələndirdi (yəni istilik və təzyiq nəzarəti sistemini əllə idarə edilən temperatur ilə əvəz etdi) (Əsas Amil). Temperatur, akkumulyatorun altındakı hər 10 dəqiqədə bir kalibrlənmiş xarici temperatur zondu ilə izlənildi. Akkumulyator silindrinin ucu temperaturun qəbul edilə biləcəyi yeganə yer idi. 4 qızdırıcı 4 müstəqil yuva ilə qidalanırdı- 2 irəlidə, 2 arxada. Hadisədən sonra Elektrik, 4 elektrik kabelindən 2 (irəli) kabelin hələ də qoşulmuş olduğunu tapdı. 08 May saat 15:00-da Mexanikə və FJC komandası Baş Mühəndis Məsləhətçinin nəzarəti altında və Aktivlərin idarə edilməsi üzrə Menecer ilə razılaşdırılaraq əl pərçimləmə sistemindən istifadə edərək piston çıxarmağa başladı. Bu qərarın haradan gəldiyinə (mənbəyinə) dair dəqiq bir sübut yoxdur. Baş Mühəndis Məsləhətçi həmin vaxt ərazidə idi və əməliyyatdan xəbərdar idi, göyərtədəki bütün avadanlıqlara cavabdeh olduğu halda əməliyyatı dayandırmaq va ya istifadə olunan metodu mübahisələndirmək üçün müdaxilə etmədi (Qaçırılmış Fürsət). Həmin gün saat 17:00 radələrində ərimə pistonunu çıxarmaq üçün istifadə olunan yivli çubuq qırıldı və yenisi ilə əvəz olundu. Saat 18:10-da ərimə pistonu demək olar ki, silindrdən çıxdı, buna görə də çıxarma sistemi söküldü və piston üçün armatur/qaldırma tənzimləməsini hazırlamaq üçün İnşaat qrupu çağırıldı. Çəkmə əməliyyatının sonunda qrup pistonun altından maye polipropilen sızdığını müşahidə etdi. Saat 18:44-də, ərimə pistonu açıldı və ətrafa yayılan və saniyələr sonra alovlanan fraqmenti bilinməyən bir maddənin (yanan damlacıqlar və buxarların qarışığı) bir bulud sızdı. Alov yaxınlıqdakı şəxsi heyəti bürüdü Alovlanmanın mənbəyi məlum deyil, lakin öz-özünə alışmaq istisna edilə bilməz. Akkumulyator parçalanmadı (yəni partlayış baş vermədi). Əriyən başlıq 6 boltla birləşdirilmiş 2 hissədən ibarətdir: hadisədən sonrakı araşdırma zamanı daxili hissə (bürünclə) ayrılmış (boltlar qırılmış) və hələ də Akkumulyatorun içərisində (Uzunluğunun 1/3-i və ya 1/4-i qapalı tərəfə doğru) tapılmışdır. Ərimiş pistonu meydana gətirən 2 hissənin parçalanması xaricdən müdaxilə edən personal tərəfindən aşkar edilə bilmədi. Bu, ehtimal ki, ərimə pistonunun vurulmasına səbəb olan eksantrik yüklənmə yaradan hidravlik silindrin səhv vuruşu ilə əlaqədardır (bax. Bölmə 7.1) (Təsiredici Amil - hələ də araşdırılır). Hadisədən sonrakı araşdırma zamanı əhəmiyyətli miqdarda qalıq PP materialı hələ də bu tunc hissədən qabaada görülə bilər, bu hissənin arxasındakı materialın miqdarı isə daha azdır. 26 və 27-ci bəndlər pistonun bürünc hissəsinin qapalı ucu ilə bürünc hissəsi arasında tutulan material üçün bir bənd rolunu oynadığını və polipropilenin akkumulyatorda qeyri-bərabər paylandığını göstərir (bax. Bölmə 1.1). - “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi barədə təqdimatdan görünür ki, x xxx 2019-cu il tarixində Xəzər dənizində "İsrafil Hüseynov" adına boru düzən barjanın ("BDB") göyərtəsində bir nəfərin ölümünə və əlavə on üç nəfərin müxtəlif bədən xəsarətlərinə səbəb olan partlayış baş vermişdir. Qəza, İMPP avadanlığının göyərtədə təmiri zamanı baş vermişdir. Qeyd olunan qəza ilə bağlı Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi başlanılmış və müvafiq cinayət istintaqı hələ də davam edir. Eyni zamanda "X7 B.V." şirkətinin “Şirkət") SƏTƏM Departamenti tərəfindən baş vermiş qəza ilə bağlı geniş daxili araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şirkətin Gəmi Aktivləri üzrə X23 tətbiq edilən prosedurun tələblərinə (Wİ-SCONA-EXE- OPE-002-E saylı Dəyişikliyin İdarə olunması ("Dİ") prosedurasının 2.1.1 e 4.1 bəndi) riayət etməmişdir, hansı ki, bu, x xxxxxx 2016-cı il tarixli EAE0707-914656 nömrəli əmək müqaviləsinin ("Əmək Müqaviləsi") 9.1.1, 9.1.2, 9.1.4 və 9.1.5-ci maddələrində və Əmək Məcəlləsinin 10-cu maddəsinin (a) və (c) bəndlərində göstərilən vəzifələrinin pozulması deməkdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 7-x xxx 2019-cu il tarixlərində BDB gəmisindəki heyət, İMPP avadanlığının ərimə pistonunun ilişməsini düzəltməyə çalışırdı, hansı ki əvvəllər belə məsələ ilə heç vaxt baş verməmişdir. X16raq Giulio Credali, 7 və x xxx 2019-cu il tarixlərində baş vermiş məsələ barədə tam məlumatlandırılmışdı, hansı ki, bu, onlayn söhbətdəki müvafiq mesajlarda geniş şəkillərlə təsdiqlənir. Giulio Credali, mövcud şərtlər daxilində heyət üçün tətbiq ediləcək standart bir prosedurun olmadığını bilirdi və ya bilməli idi. İstənilən halda, mövcud prosedur barədə tam məlumatlı olmaq onun vəzifəsindən irəli gələn tələbdir. Yuxarıda göstərilən məsələlər/hadisələr barədə belə məlumatlar, Giulio Credalinin davam edən təmiri dayandırmasına və şirkət prosedurlarına uyğun olaraq Dəyişiklikliyin İdarəedilməsi ("Dİ") prosesinə başlamasına səbəb olmalı idi. Bu, tapşırığın tam məlumatlı və təhlükəsiz yerinə yetirilməsinə zəmanət verərdi. Yuxarıda təsvir olunan hadisələr, əməliyyatların həqiqi icrasından əvvəl tətbiq edilməli olan rəsmi bir Dİ prosesi olmadan baş vermişdir. Wİ-SCONA-EXE-OPE-002-E saylı X8 prosedurunun 2.1.1-ci və 4.1-ci bəndləri mövcud əməliyyat prosedurlarına edilən dəyişikliklərin rəsmi və standart bir prosedura uyğun olaraq nəzərdən keçirilməsini təmin edir və digər məsələlərlə yanaşı aşağıdakıları müəyyən edir: "2.1.1 DƏYİŞİKLİYİN MÜƏYYƏN EDİLMƏSİ. Dİ prosesi o halda başlanılır ki, Təşəbbüsçü tərəfindən dəyişikliyə ehtiyac olduğu müəyyən edilir və ya dəyişikliklə əlaqəli bir vəziyyətin inkişaf etdiyini müəyyən edilir. Hər kəs Dİ-nin təşəbbüsçüsü ola bilər. X4 siyahısına, lakin bunlarla məhdudlaşmayaraq, aşağıdakılar daxildir: yoxlama proqramından və ya yoxlama tezliklərindən kənarlaşma; test üsullarından kənarlaşma; təsdiq edilmiş dəyişiklik prosedurlarından kənara çıxan idarəetmə layihələrində araşdırılan sənədlərdə dənizdə tikinti, istismar və ya təmir işləri üçün təsvir olunan metodologiyadan kənarlaşma; müvafiq sənədlərlə müəyyən edilmiş parametrlərdən kənara çıxan əməliyyatlar; iş təlimatlarından və ya proseduralardan, tətbiq olunan meyarlardan kənarlaşma. Əməliyyat dəyişikliyi tanındıqdan sonra X10 Edilməsi Formasını doldurmalıdır Sənəd № FORM-COR-CİO-OİO-OİO-E). 4.1 ANLAYİŞLAR. Təşəbbüsçü: Əməliyyat dəyişikliyinin tələb olunduğunu bilən və dəyişiklik sorğusunu hazırlayan/imzalayan Dənizdə tikinti üzrə gəminin Göyərtəsində/Ərazisində olan hər hansı şəxs." Bununla əlaqədar, xx xxxx 2020-ci il tarixində Giulio Credaliyə daxili araşdırmanın nəticələri barədə yazılı məlumat verildi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq rəsmi olaraq izahatlarının verilməsi istənildi. Giulio Credali öz izahatını xx xxxx 2020-ci il tarixində təqdim etdi (əlavə olunur). Giulio Credalinin izahlarının araşdırılması və qiymətləndirilməsindən sonra müəyyən edildi ki, həmin izahlar onun səhv davranışına haqq qazandırmır və digər hallarla yanaşı həmçinin aşağıda göstərilənlərə görə Əmək Müqaviləsinin pozulması üçün üzrlü səbəb kimi qəbul edilməmişdir: Giulio Credali öz izahatında operativ qərarların və yeni prosedurların özbaşına təcrübələrinin qarşısının alınması üçün tələb olunan Dİ prosesini başlamaması üçün heç bir əsaslandırma təqdim etməmişdir. Dİ prosesi, X25 kimi Əməliyyat Dəyişikliyi haqqında məlumatı olan bütün şəxslər vasitəsilə həyata keçirilir. Bundan əlavə, Giulio Credali izahatında nə əməliyyat yeniliyinin mövcudluğunu təkzib etməmiş nə də bu barədə məlumatlı olduğunu inkar etmişdir, bu isə özü özlüyündə Dİ prosesini başlamaq vəzifəsinin işə salınması üçün yetərli idi, təmir işi ilə məşğul olan və ya bu barədə məlumatlı olan digər şəxslərdən asılı olmayaraq. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, Giulio Credali tərəfindən törədilən pozuntuya şirkətin cavabı olaraq onun barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Buna görə də yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (d) bəndinə və 186.2-ci maddəsinə əsaslanaraq, Giulio Credali barəsidə intizam tənbehi tədbirinin tətbiq edilməsi məsələsinin nəzərdən keçirilməsi tövsiyə edilir. - “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən qəbul edilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair xx.xx.2020-ci il tarixli HR/DON/4235 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən aktivlərin və gəminin yenidənqurması üzrə müdir Ciulio Kredaliyə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi formasında intizam tənbehi tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə «İsrafil Hüseynov» borudüzən barjada 14 nəfər işçilərin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ********* N°-li cinayət işi başlanmış, istintaq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə) cinayət işi üzrə icraat dayandırılmışdır. - “Atlas Express” tərəfindən təqdim olunmuş poçt qəbzinin surətindən göürünür ki, Giulio Credali iddia ərizəsini xx.xx.2020-ci il tarixdə poçta təqdim etmiş və xx.xx.2020-ci il tarixdə poçt xidməti tərəfindən iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Beləliklə də məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Kredali Ciulio arasında bağlanmış xx.xx.2016-cı il tarixli, EAE0707-914656 nömrəli əmək müqaviləsinə əsasən, Kredali Ciulio “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsinə qəbul edilmiş, xx xxx 2019-cu ildə Xəzər dənizində "İsrafil Hüseynov" boru kəməri ("PLBH") göyərtəsində partlayış baş vermiş, nəticədə bir nəfər ölmüş və 13 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Bu qəza göyərtədə İMPP avadanlığının təmiri zamanı baş vermiş, qəza ilə əlaqədar geniş daxili istintaq başladılmış və araşdırmanın nəticəsi olaraq “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində aktivlər və gəminin yenidənqurması üzrə müdir vəzifəsində işləyən Ciulio Kredaliyə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi formasında intizam tənbehi tədbiri tətbiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə «İsrafil Hüseynov» borudüzən barjada 14 nəfər işçilərin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış, istintaq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə davam etdirilmiş, xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1ci maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə) cinayət işi üzrə icraat dayandırılmışdır. İşin araşdırılmış hallarından daha sonra məlum olur ki, iddiaçının tələbinin əsas mahiyyəti ondan ibarətdir ki, «İsrafil Hüseynov» borudüzən barjada 14 nəfər işçilərin müxtəlif xəsarət alması ilə müşahidə olunan baş vermiş partlayış və yanğınla bağlı hadisənin xx.xx.2019-cu il tarixdə baş verməsinə, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmasına və təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə cinayət işi üzrə icraatın dayandırılmasına baxmayaraq onun barəsində intizam tənbehinin xx.xx.2020-ci ildə görülməsi əmək qanunvericiliyin tələblərinə ziddir. Həmçinin Prokororluq tərəfindən başa çatdırılmamış araşdırma ilə onun barəsində görülən tədbirin heç bir birbaşa əlaqəsi yoxdur, çünki onun barəsində görülən tədbir araşdırmanın nəticələrinə əsaslanmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsas kimi cavabdehin onun barəsində aşkar etdiyi nöqsanlarla razı olmamasını da qeyd etmişdir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçıya qarşı intizam tənbehinin tətbiq edilməsinin səbəbi kimi xx xxx 2019-cu il tarixdə cavabdehin icarəsində olan "İsrafil Hüseynov" borudüzən gəmisinin göyərtəsində İMPP izolyasiya avadanlığının təmiri zamanı partlayış baş verməsinə, sözügedən hadisə ilə bağlı həmçinin Azərbaycan Respublikasının Baş X1 ********* nömrəli cinayət işi başlanaraq hal-hazıradək istintaqın aparılmasına, baş vermiş partlayışla əlaqədar cavabdeh tərəfindən aparılmış daxili araşdırma zamanı hadisənin baş verməsində iddiaçı tərəfindən də pozuntuya yol verməsinin müəyyən edilməsinə, iddiaçının İMPP avadanlığının təsdiq olunmuş təlimat və prosedurlardan kənar qaydada və üsullarla təmir edilməsindən xəbərdar olsa da, lakin dəyişikliyin idarə edilməsi prosesini başlamaması ilə DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozmasına, belə pozuntunun isə öz növbəsində iddiaçının xx xxxxxx 2016-cı il tarixli EAE0707-914656 saylı əmək müqaviləsinin 9.1.11,9.1.22, 9.1.43 və 9.1.54-ci maddələrinin habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin (a)5 və (c)6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnməsinə, iddiaçının müvafiq təmir işinin heç bir təlimata və ya prosedura söykənmədiyinə, özbaşına qaydada aparıldığını bilməsinə və ya ən azından bunu bilməli olmasına, X19 Hesabatda göstərilibgöstərilməməsindən asılı olmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntunun törədilməsinin danılmaz fakt olduğu üçün cavabdehin haqlı olaraq həmin pozuntuya görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görməsinə və nəhayət iddiaçının intizam tənbehi haqqında əmri əldə etdikdən sonra 1 ay və 3 gün müddət keçdikdən sonra həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməklə əmək qanunvericiliyi ilə tələb olunan 1 aylıq iddia müddəti tələbinə riayət etməməsinə istinad etmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddiaçını əmək qanunvericiliyi ilə tələb olunan 1 aylıq iddia müddəti tələbinə riayət etməməklə, müddəti buraxmaqla məhkəməyə müraciət etməsinə dair etirazının dəlilinə və iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək qeyd etməyi zəruri sayır ki, işin materiallarına əsasən iddiaçı Giulio Credalinin iddia ərizəsini xx.xx.2020-ci il tarixdə poçta təqdim etmiş və xx.xx.2020-ci il tarixdə poçt xidməti tərəfindən iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, göstərilən halın mövcudluğu iddia ərizəsinin üzərindəki Səbail Rayon Məhkəməsinin "daxil olma" ştampında iddia ərizəsinin məhkəməyə xx xxxx 2020-ci il tarixdə təqdim edilməsi kimi qiymətləndirilmir. Bununla da iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinin pozulması halına yol verilməmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi digər hallar üzrə qeyd edir ki,AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuyu qanunvericiliklə verilən hüquqdur. Bundan başqa, məhkəmə qeyd edir ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşin materiallarından görünür ki, cavabdeh baş vermiş partlayışla əlaqədar özü tərəfindən aparılmış daxili araşdırma ilə bağlı X22 xx.xx.2019-cu ildə hazır olmuşdur. Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixində Giulio Credaliyə daxili araşdırmanın nəticələri barədə yazılı məlumat verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq rəsmi olaraq izahatının verilməsi tələb edilmişdir. Giulio Credali öz izahatını xx xxxx 2020-ci il tarixində təqdim etmişdir. “X7 B.V” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2020-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi barədə təqdimatla müraciət edərək göstərmişdir ki, Giulio Credalinin izahlarının araşdırılması və qiymətləndirilməsindən sonra müəyyən edildi ki, həmin izahlar onun səhv davranışına haqq qazandırmır və digər hallarla yanaşı həmçinin təqdimatın məzmununda göstərilənlərə görə Əmək Müqaviləsinin pozulması üçün üzrlü səbəb kimi qəbul edilməmişdir. Həmçinin təqdimatda göstərilənlər nəzərə alınaraq hesab edilmişdir ki, Giulio Credali tərəfindən törədilən pozuntuya şirkətin cavabı olaraq onun barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi məqsədəuyğundur. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (d) bəndinə və 186.2-ci maddəsinə əsaslanaraq, Giulio Credali barəsidə intizam tənbehi tədbirinin tətbiq edilməsi məsələsinin nəzərdən keçirilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan qanun pozuntuları ilə əlaqədar xx.xx.2020-ci il tarixdə yazılı izahat alınsa da, ona verilən intizam tənbehi iddiaçının əmək intizamının pozulduğu aşkar edildiyi, hətta izahatı alındığı gündən bir ay keçənədək deyil, hadisədən 1 il, izahat alınmasından sonra isə 2 aydan çox vaxt keçdikdən, yəni xx.xx.2020-ci il tarixdə verilmişdir ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Həmçininməhkəməqeydedirki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 187.3-cü maddəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Cavabdeh tərəf qeyd olunan maddənin sonuncu cümləsini rəhbər tutaraq qeyd etmişdir ki, əmək pozuntusu həm də cinayət işi üzrə icraatın başlanmasına səbəb olduğu hallarda intizam tənbehinin tətbiq edilməsi üçün müddətlərin axımı dayanır, çünki sözügedən normanın göstərişinə görə cinayət işi üzrə icraatın müddəti göstərilən iddia müddətlərinə daxil edilmədiyindən cinayət işinin başlanmasına səbəb olmuş əmək pozuntularına görə işəgötürən tərəfindən intizam tənbehinin tətbiq edilməsi müvafiq cinayət işi üzrə icraatın davam etdiyi bütün müddət ərzində mümkün hesab edilməlidir. Məhkəmə cavabdeh tərəfin qeyd edilən normanı göstərilən qaydada təfsir etməsini subyektiv mülahizəsi kimi qiymətləndirir və qeyd edir ki, bu hal yalnız iddiaçı barədə cinayət işi üzrə icraat zamanı tətbiq edilə bilərdi. İşin materiallarından göründüyü kimi, cinayət işi fakta görə qaldırılmış, iddiaçı həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməməklə, barəsində cinayət işi olmamaqla hər hansı araşdırma getmir. Həmçinin işin materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Azərbaycan Respublikasının Baş X3 xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçıya qarşı intizam tənbehi tətbiq edilərkən, müvafiq cinayət işi üzrə icraatın mövcud olmasına dair dəlilini əsassız sayır. Cavabdeh tərəf etirazında iddiaçının “cavabdeh tərəfindən hazırlanmış hadisənin X17 əsasən hadisənin baş verməsi ilə əlaqədar onun tərəfindən hər hansı nöqsana yol verilməsi müəyyən edilməmişdir”-dəlili ilə bağlı qeyd edir ki, hadisənin X14 adından da göründüyü kimi, həmin hesabat yalnız ilkin xarakterlidir, həmin hesabat hadisənin baş verməsi zamanı cavabdehin işçiləri tərəfindən yol verilmiş bütün pozuntuları əks etdirmir və istənilən halda sözügedən hesabat cavabdeh üçün heç bir məcburi qüvvəyə malik deyildir. İlkin Hesabatda göstərilib-göstərilməməsindən asılı olmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntunun törədilməsi danılmaz faktdır və cavabdeh haqlı olaraq həmin pozuntuya görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görmüşdür. Məhkəmə iddiaçının qeyd edilən dəlili ilə bağlı cavabdehin etirazının əsası kimi istinad etdiyi bu hala tənqidi yanaşır və prokurorluq tərəfindən aparılan istintaqın nəticələrinin hələ məlum olmamasını da nəzərə alaraq, baş vermiş hadisədə iddiaçı tərəfindən hər hansı formada pozuntuya yol verilməsinin təsdiq olunub-olunmamasını araşdırmayaraq bu hala hüquqi qiymət vermir. Lakin bununla belə hesab edir ki, hadisənin X15 hadisənin baş verməsi ilə əlaqədar iddiaçı tərəfindən hər hansı nöqsana yol verilməsi müəyyən edilmədən, eləcə də prokurorluq tərəfindən aparılan istintaqın nəticələri hələ məlum olmadığı halda cavabdehin özünün mülahizəsinə (daxili araşdırmasına) əsasən müəyyən etdiyi pozuntuya (cavabdehin göstərdiyi kimi əgər həqiqətən də onun DİE Prosedurunun 2.1.1-ci bəndinin tələblərini pozması və belə pozuntunun isə onunla xx xxxxxx 2016-cı il tarixdə bağlanmış EAE0707-914656 saylı əmək müqaviləsinin 9.1.11,9.1.22,9.1.43 və 9.1.54-ci maddələrinin, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin (a)5 və (c)6 bəndləri üzrə vəzifə öhdəliklərinin pozulması ilə nəticələnməsi, gəmi şəraitində təmir işinin etirazda göstərilən qaydada və üsullarla aparılmasının tamamilə yolverilməzliyi, heç bir təlimat və ya prosedura söykənməyən təmir işi ilə əlaqədar "dəyişikliyin idarə edilməsi prosesinin" başlamaması və s.) görə iddiaçıya qarşı intizam tənbehi tədbiri görməkdə o vaxt haqlı olardı ki, iddiaçıya 186-cı maddəsi ilə nəzərdə tutulmuş intizam tənbehini yalnız 187-ci maddəsində göstərilən qaydada və müddət ərzində versin. Məhkəmə bununla bağlı iddiaçının onun barəsində görülən intizam tənbehinin əsaslandığı halları müəyyən etmək üçün bir il vaxtın tələb olunmasının da ağlabatan olmamasına dair dəlili ilə razılaşır. Məhkəmə cavabdeh tərəfin iddiaçıya intizam tənbehinin verilməsinin əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına və müddətlərə riayət edilibedilməməsinə hüquqi qiymət verməkdə davam edərək bu nəticəyə gəlir ki, cavabdeh Əmək Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini nəzərə almayaraq iddiaçıya əmək intizamının pozulduğu aşkar edildiyi gündən 1 il vaxt (izahatı alındıqdan sonra isə 2 ay) keçdikdən sonra intizam tənbehi verməklə həmin Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş qayda və müddətlərə riayət etməməklə qanunvericiliyin tələbləri ilə yanaşı iddiaçının hüquqlarını da pozumuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1 və 9.4-cü maddələrinə müvafiq olaraq əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçının barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair xx xxxx 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmri ləğv olunmalı, 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "X7 B.V" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Credali Giulionun (Kredali Ciulio) barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin görülməsinə dair xx xxxx 2020-ci il tarixli HR/DON/4235 nömrəli əmri ləğv edilsin. Cavabdeh "X7 B.V" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar