Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1553/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 Eytiqad qızının iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “əmlakın geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “əmlakın geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olmuş 2013-cü il istehsalı olan “BMW X6” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 17 mart 2016-cı il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı mülkiyyət hüququ əsasında cavabdehə məxsus 2013-cü il istehsalı olan “BMW X6” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən avtomobil tam şəkildə rentabellikdən yararsız vəziyyətə düşərək bazar dəyərinin təxminən 78,200 manat təşkil olunduğu müəyyən edilib, avtomobilin qalan dəyərli hissəsinin avtomobilin dəyərinin 10%-ni (yəni 7820 manat) təşkil etdiyi müəyyən olunub və buna görə də Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli yekun qərarına əsasən 70,380 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə verilməsi qərara alınmışdır. Belə olan halda avtomobilin tam şəkildə sıradan çıxmasını və məhv olunmuş vəziyyətdə olmasını və ekspertiza keçirilən zaman ona baxış keçirilməməsi və nəticə amili ilə cavabdeh xx.xx.2018-ci il tarixdə vuruluan avtomobili komission mağaza yolu ilə alıcıya sataraq, avtomobilə yeni ** GG *** dövlət qeydiyyat nişanı təhkim olunaraq hesab arayış əsasında X1 adına təkrarən dövlət qeydiyyatına alınmaqla külli miqdarda pul vəsaitinə satılaraq yenidən qanunsuz olaraq əsassız varlanmaq naminə təkrarən qeyd edilən məbləği iddiaçıdan almağa çalışır. Belə olan halda əgər iddiaçı tərəfindən qətnamədə göstərilən avtomobilin tam dəyəri ödənilsə, onda həmin avtomobilin iddiaçının özünə qaytarılması labüddür. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 3-cü şəxs məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5795/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı “ziyan tələbinə dair iddiası qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi olaraq 70,380 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. BDYPİ-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 05 aprel 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “BMW X6” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə avtomobil komisyon mağazada satılması üçün Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. Həmin gün də qeyd olunan avtomobilə ** GG *** dövlət qeydiyyat nişanı təhkim olunaraq hesab-arayış-768141 əsasında X1 adına təkrar dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş vermiş və İddiaçı təqsiri ucbatından Cavabdeh məxsus olan “BMW X6” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh ona dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və yekun məhkəmə aktı ilə 70,380 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi qərara alınmışdır. Sözügedən avtomobil həmin iş üzrə icra vərəqəsi verildikdən sonra başqa şəxsə satılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qeyd olunan avtomobil Nərimanov rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi qəbul edildikdən 6 ay, yol-nəqliyyat hadisəsinin baş verməsindən isə 2 il sonra satılmışdır. Avtomobilin nasaz vəziyyətdə olması və sözügedən qətnamənin qəbul edilməsi avtomobilin Cavabdeh tərəfindən başqa şəxsə satılmasını qadağan etmir. Eyni zamanda həmin müddətdə avtomobilin Cavabdeh tərəfindən şəxsi vəsaiti hesabına bəpa edilərək, satılması da mümkündür. Bundan başqa işdə olan sübutlardan da göründüyü kimi avtomobil artıq başqa şəxs tərəfindən qanuni əsaslarla dəyəri ödənilərək əldə edilmişdir. Həmin şəxs (Canpolad Mehdiyev) vicdanlı əldə edən olmaqla avtomobil üzərində mülkiyyət hüquqlarına malikdir və onun hüquqları qanunla da qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki tələb əsassız sayılmalı və təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi dəlillər hazırki tələbin təmin edilməsi üçün heç bir əsas yaratmır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı “əmlakın geri qaytarılması” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1553/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1553/2022
02.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver