Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-156/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, X1, İddiaçı, Cavabdehlər Cavabdeh4 və Cavabdeh13 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməklə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsində yerləşən 10 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsindəki yerləşən 10 saylı ev xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Cavabdehləri tanımır, hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşıyır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xi tam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunverciliyin yuxarıda göstərilən tələbləri baxımından cavabdehlərin onun xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması üçün onların həmin mənzilə olan hüquqlarının itirilməsi zəruridir. Bu səbəbdən hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan mənzilə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və eləcə də bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi, 10 saylı ev xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır, hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. O, cavabdehləri tanımır, cavabdehlər ona məxsus mənzildə yaşamırlar, cavabdehlərinin hər birinin ayrı mənzilləri vardır və həmin mənzillərin onun mənzilinə heç bir aidiyyatı yoxdur. Lakin bütün mənzillər ev 10 kimi qeyd olunmuşdur. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyada qalması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun öz mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbədən cavabdehlərin ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxx 2021-ci il tarixdə məhkəmə iclasında dindirilmiş Cavabdeh1 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, onun qeydiyyatı həmin ünvana olsa da, mənzili başqadır, yəni iddiaçının mənzilinə heç bir aidiyyatı yoxdur. 2004-cü ildə ona verilmiş qeydiyyat vəsiqəsində ünvan eyni olsa da, yəni mənzil 10 göstərilsə də, həmin ünvan üzrə bir neçə mülkiyyətçi olmuş və hər birinə məxsus ayrıca tikili olmuşdur. Ona məxsus tikili həyat yoldaşı ilə onun arasında paylara bölündüyü üçün ona aid hissəyə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun qeydiyyat ünvanı ünvan 2G göstərilmişdir. Mənzil 10 ünvan üzrə onun oğlu və gəlini, iş üzrə cavabdehlər Cavabdeh12 və Cavabdeh10 qeydiyyatdadırlar. Oğlu müharibə iştirakçısıdır. Oğlu və gəlini də mənzil 10 ünvan üzrə qeydiyyatda olsalar da, digər cavabdehlər kimi onların da yaşadığı evin iddiaçının mənzilinə aidiyyatı yoxdur. xx xxxx 2021-ci il tarixdə məhkəmə iclasında dindirilmiş digər cavabdehlər Cavabdeh14, Cavabdeh5, Cavabdeh16 və Cavabdeh7 iddia tələbini qəbul etmədiklərini bildirərək izahatlarında göstərmişlər ki, onlar da, digər cavabdehlər və iddiaçı kimi uzun müddətdir ki, ünvan 5 üzrə qeydiyyatda olsalar da, onların yaşadıqları mənzilin iddiaçının mənzilinə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh13 iddia tələbinin tamamilə əsassız hesab edərək bildirdi ki, onun valideyinləri 1953-cü ildən və o, doğulduğu vaxtdan həmin ünvan üzrə qeydiyyatdadır. Lakin iddiaçını və digər cavabdehləri tanımır. Belə ki, onun və bacısı Cavabdeh4 yaşadığı ev mübahisəli ünvan üzrə köhnə qəsəbədə yerləşir və 1953cü ildə onun valideynləri tərəfindən tikilmişdir. İddiaçının və digər cavabdehlərin yaşadığı mənzillər isə onun evindən tamamilə başqa istiqamətdə və uzaqda yerləşir. Buna baxmayaraq, onlara məlum olmayan səbəbdən o da daxil olmaqla bütün cavabdehlərin və iddiaçının ünvanı ev 10 kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək, qardaşı, iş üzrə Cavabdeh13 izahatında göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, iddiaçının, cavabdehlərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu,2-ci Salyan döngəsi, 10 saylı ev İddiaçı mülkiyyətindədir. İşə əlavə edilmiş AA******* №-li şəxsiyyət vəsiqəsinin sürətindən aydın olur ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 065-7254H-3220 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ona məxsus Səbail rayonu, 2-ci ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaşlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, 30/23592 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında 45,3 kv.m. 3 yaşayış otağından (ümumi sahəsi 67,7 kv.m.) ibarət “V” tikilisi Cavabdeh1, 38,0 kv.m. 3 yaşayış otağından (ümumi sahəsi 85,7 kv.m.) ibarət “Q” tikilisi Cavabdeh15, 99,7 kv.m. 4 yaşayış otağından (ümumi sahəsi 149,5 kv.m.) ibarət “A” tikilisi İddiaçı, 58,7 kv.m. 2 yaşayış otağından (ümumi sahəsi 66,6 kv.m.) ibarət “B” tikilisi X7, 27,2 kv.m. 2 yaşayış otağından (ümumi sahəsi 49,6 kv.m.) ibarət “D” tikilisi Abdullayeva Hicran Telman qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 30/4436 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında 38,0 kv.m. 3 yaşayış otağından (ümumi sahəsi 85,7 kv.m.) ibarət “Q” tikilisi Cavabdeh14, “A” tikilisi İddiaçı, “B” tikilisi X7, “D” tikilisi Abdullayeva Hicran Telman qızının, “V” tikilisi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu,2-ci Salyan döngəsi, ev 10G 1/2 hissədə Cavabdeh1, xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən 1/2 hissədə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-3330/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin iddiası təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi 10 ünvanda yerləşən cavabdeh X6 məxsus özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2211/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 apellyasiya şikayəti təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)- 3330/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin cavabdeh X2rşı özbaşına tikilidən çıxarılma, həmin tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən hallar ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 7 mülkiyyətindədir. Cavabdehlər də həmin ünvanda qeydiyyatdadırlar. Cavabdehlərin iddaçıya məxsus mənzildə qeydiyyatda qalmaları onun mənzilə olan mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, ünvan 8 ünvanı ayrı-ayrı tikililərdən ibarət olmaqla, həmin tikililər xüsusi mülkiyyət hüququ ilə iddiaçı ilə yanaşı, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh14, Cavabdeh1 adına, eləcə də, hazırki iş üzrə cavabdeh olmayan digər şəxslərin adlarına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Cavabdehlər Cavabdeh14 və Cavabdeh1 iddia ərizəsində həmçinin cavabdeh kimi göstərilmiş ailə üzvləri ilə birlikdə hal-hazırda da özlərinə aid tikililərdə yaşamaqda davam edirlər. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, bacı-qardaş, iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh13 ünvan 8 ünvanı üzrə özbaşına tikilidə qeydiyyatda olmaqla yaşayırlar ki, həmin tikili onların valideynləri tərəfindən 1953-cü ildə inşa edilmişdir. İddiaçının və həmin cavabdehlərin yaşadıqları evlər bir-birindən başqa istiqamətlərdə yerləşirlər və cavabdeh Baybikovalar iddiaçını və digər cavabdehləri tanımırlar. Buna baxmayaraq, tərəflərə məlum olmayan səbəbdən cavabdehlərin və iddiaçının ünvanı sənədlərdə eyni ünvan olaraq, yəni ünvan 8 kimi göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunduğu kimi, iddiaçının mübahisələndirdiyi ünvan 8 ünvanı ayrı-ayrı tikililərdən ibarət olmaqla, həmin tikililərin sahibləri olan cavabdehlər ailə üzvləri ilə hal-hazırda da həmin tikililərdə yaşamaqda davam etdiklərindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı mənzilə istifadə edilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-156/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-156/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver