Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1564/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evi 03.07.2020-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Həmin mənzil 11.11.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Hamin vaxtdan ev onun sahibliyində və istifadədir. Lakin Cavabdeh1 mənzili ona təhvil versə də, onun özü və yaxın qohumları hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdeh mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 sonuncu qeydiyyatda olduqları ünvandan məhkəmə iclasına çağırılmışlar, Cavabdeh2 məhkəməyə ərizə (məlumat) ünvanlayaraq özünün və digər cavabdehlərin işləmələri səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş, həmçinin digər cavabdehlərin onun yaxın qohumları olduğunu və qeyd edilən mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı notariat ofisində rəsmiləşdirilmiş 03.07.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evini X1. Həmin Müqavilənin 13-cü bəndinə əsasən satıcı 03.08.2020-ci il tarixədək qeyd edilən ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı ev 11.11.2020-ci il tarixdən X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 14.06.2021ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evdə X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4 Rafiq qızı, Cavabdeh6, Cavabdeh5 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Rəşid oğlu, Cavabdeh4 Rafiq qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tərəfindən məhkəməyə ünvanlanan ərizədə göstərmişlər ki, onlar ünvan 1 ünvanında faktiki olaraq yaşamırlar və həmin ünvandan qeydiyyatdan çıxarılmağa etiraz etmirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı ev tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı X2 cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı X4 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rafiq qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 46 saylı evə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1564/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1564/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver