Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1565/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evi 1993-cü il tarixdən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan fərdi yaşayış evində o, və ailə üzvləri qeydiyyatdadırlar. Bundan əlavə bacısı Cavabdeh övladı yektinlik yaşına çatmamış X4, övladı yetkinlik yaşına çatmamış X5 qeydiyyatdadırlar. Cavabdeh ailə həyatı qurduqdan sonra qeydiyyat olduğu evdən köçmüş, cavabdehə məxsus olan E.Əzizov küçəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evdə ailəsi ilə bərabər yaşayaraq təsərrüfat aparmışdır. Təxminən 2 il əvvəl həyat yoldaşının vəfat etməsi səbəbi ilə onun mülkiyyətində olan fərdi yaşayış evinə gələrək evdə tək uşaqlarla yaşaya bilmədiyi müvəqqəti olaraq onun evind yaşamağa xahiş etmişdir. O, isə bu vəziyyətin müvəqqəti olduğunu nəzərə alaraq evində yaşamağa icazə vermişdir. Hətta onun evində yaşadığı dövrdə o, özü ona ərzaq və kommunal şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərmişdir. Cavabdehə məxsus fərdi yaşayış evinin olmasına baxmayaraq, müvəqqəti şəkildə yaşamağa razılaşmış olan cavabdeh və övladları artıq 2 ildir ki, onun evindən çıxmaq istəmirlər. Hətta özünə məxsus evi hal-hazırda təmir etdirib kirayə vermək istəyir. Cavabdeh yaşadıqları evin əşyalarına (onun evinin əşyalarına) zərər verir, hər gün söz-söhbət salır. Lakin öz evini isə təmir etdirir. Ona məxsus evdə vicdanlı şəkildə, düzgün qaydada istifadə hüququ həyata keçirmir. Bundan əlavə cavabdeh onun evinə zərər verdiyi üçün hüquq mühafizə orqanlarına cavabdehdən şikayətçi olmuşdur. Dəfələrlə cavabdehə danışıqlar aparsa da, evi tərk etməsi barədə buna məhəl qoymamışdır. Hətta artıq söz-söhbət yaratmış, onu hədələmişdir. Bu da onun mülkiyyətçi kimi mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. İş materiallarında əlavə edilmiş arayışdan da görünür ki, Cavabdeh övladı yetkinlik yaşına çatmamış X4, övladı yetkinlik yaşına çatmamış X6 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşəni fərdi yaşayış evində qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi o, yuxarıda göstərilmiş fərdi yaşayış evinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Hal-hazırda cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evində məskunlaşaraq, qanuni tələblərinə məhəl qoymaması və evi tərk etməmələrindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh, övladı yetkinlik yaşına çatmamış X1, övladı yetkinlik yaşına çatmamış X1, övladı yetkinlik yaşına çatmamış X2 istifadə hüquqlarının itirilmiş hesab olunması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh, övladı yetkinlik yaşına çatmamış X4, övladı yetkinlik yaşına çatmamış X6 tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mübahisəli evdə əvvəllər valideynləri ilə birlikdə yaşamış, sonra valideynləri Günəşli qəsəbəsində ev alaraq ora köçmüş, həmin evə 1993-cü ildən mülkiyyət hüququ əldə etmişdir. Bacısı da valideynləri ilə birlikdə Günəşlidəki evdə yaşamış və oradan da ərə getmişdir. Valideynləri yaşlı olduqdan sonra Günəşlidəki mənzil yuxarı mərtəbədə olduğu üçün valideynləri onun yanına gəlib orada yaşamış, digər evdə isə qardaşı yaşamışdır. Valideynləri bir neçə ilə bundan əvvəl vəfat etmişlər. Cavabdehin ərə getdikdən sonra yaşadığı ev özbaşına tikili olduğu üçün və Günəşlidəki evi satdıqları üçün bacısını həmin evdən qeydiyyatdan çıxarmışlar, yaşadığı evə isə qeydiyyata düşə bilmədiyi üçün ondan xahiş etmişdir ki, onu və övladlarını evə qeydiyyata salsın. Bacısının bu xahişini yerinə yetirmişdir. İki il bundan əvvəl isə bacısının həyat yoldaşı vəfat etmiş, valideynləri də yaşlı olmuş, o müvəqqəti yaşamaq üçün bacısına mübahisəli evə gəlməsinə razılıq vermişdir. Bir müddət əvvəl bacısının mülkiyyətində olan mənzildən çıxarılmasını bildirdikdə o, bundan imtina etmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş 24.02.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Ekspertimentalnaya (indiki Ö.F.Nemanzadə) küçəsində yerləşən 70 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 07.05.2021-ci il tarixli və 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışlara əsasən Cavabdeh 13.07.2005-ci ildən, X4 13.07.2005-ci ildən, X6 04.08.2006-cı ildən Bakı şəhəri, Səbail rayonu, Xanlar Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı ev 1993-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə Cavabdeh iddiaçının bacısıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh 2 övladları ilə 13.07.2005-ci ildən mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır, lakin qeydiyyata düşdüyü vaxtdan orada yaşamamış və qeydiyyatı formal xarakter daşımışdır. 2019-cu ildə cavabdehin həyat yoldaşı vəfat etmiş və cavabdeh iddiaçının razılığı ilə müvəqqəti mübahisəli evə köçərək orada yaşamağa başlamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin və 2 övladlarının mülkiyyətində olan mübahisəli evə istifadə hüquqlarının itirilməsini, cavabdeh tərəfindən evin boşaldılmasını və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə irəli sürülmüş tələbə hüquqi qiymət verməmişdən əvvəl cavabdehin mübahisəli evə istifadə hüquqlarının olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş 2 saylı forma üzrə arayışdan görünür ki, cavabdeh 2005-ci ildən mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Mübahisəli ev isə 1993-cü ildən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 2005-ci ildən mübahisəli evə yaşayış yeri üzrə qeydiyyata alınsa da, həmin evdə yaşamamış, qeydiyyatı formal xarakter daşımış, bununla da həmin evə həmin vaxt istifadə hüququ əldə etməmişdir. AR Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, cavabdeh 2005-ci ildən mübahisəli evə qeydiyyata düşsə də, o, mülkiyyətçinin ailə üzvü olmadığı və yaşamadığı üçün mübahisəli evə istifadə hüququ əldə etməmişdir. Cavabdehin həmin vaxt evə istifadə hüququnun yaranması üçün o həmin mənzildə yaşamalı, mülkiyyətçi ilə notariat qaydada razılaşmanın bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zəruri idi. Lakin belə hallar olmadığı üçün cavabdehin həmin vaxt mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh 2019-cu ildən mübahisəli evə mülkiyyətçinin razılığı ilə köçüb yaşadığı üçün, onunla mülkiyyətçi arasında yeni hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu ildə yeni hüquq münasibətləri yarandığı üçün, cavabdehin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasına qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». AR Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Qanunvericliyin bu tələbindən göründüyü kimi yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan şəxslər bacı və ya qardaşından özünün saxlanılması üçün aliment tələb edə bilər. Yetkinlik yaşına çatmış şəxsin yetkinlik yaşına çatan bacı və qardaşdan özünün saxlanılması üçün aliment tələb etmək hüququ yoxdur. Belə olan halda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından da cavabdeh mülkiyyətçinin digər ailə üzvü kimi mənzilə istifadə hüququ (haqqı) əldə etməmişdir. Beləliklə cavabdeh mübahisəli mənzilə 2019-cu ildən mülkiyyətçinin razılığı ilə köçüb orada hazıradək yaşasa da, onun həmin mənzilə hər hansı istifadə hüququ (haqqı) yaranmamışdır və bu səbəbdən iddia tələbi cavabdehin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, o şəxsin mənzilə istifadə hüquqları itirilə bilər ki, həmin hüquqlar yaranmış və ya mövcud olmuş olsun. Lakin göründüyü kimi cavabdehin mənzilə istifadə hüquqlarının olması müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli evə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə tələbi onların həmin mənzilə istifadə istifadə hüquqlarının olması müəyyən edilmədiyi üçün təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə mübahisəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi onların mülkiyyətçinin ərizəsi əsasında yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. AR konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarının 2-ci hissəsinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin və yetkinlik yaşına çatmayan uşaqların mübahisəli evdən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Belə olan cavabdehin uşaqları ilə birlikdə mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli evdə yaşamaları iddiaçının mülkiyyətçi kimi hüquqlarına qəsd hesab edilir və bu səbəbdən iddiaçı bu hərəkətlərə son qoyulmasını tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. AR Mülki Məcəllənin mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, iddia tələbi cavabdehin uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı ev Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqları – X4 və X6 ilə birlikdə boşaldılsın, onların bütün əşyaları evdən çıxarılsın və ev boşaldılmış vəziyyətdə İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – X4 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən təmin edilməsin. Qətnamə bu hissədə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – X4 və X6 ilə birlikdə Bakı şəhəri, Səbail rayon, Ö.F.Nemanzadə küçəsində yerləşən 70 saylı evə iddiaçının inzibati orqana müraciəti əsasında qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev