Məhkəmə qərarları › İş №2(009)-1565/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1565/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1565/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil və cavabdehlər Cavabdeh2 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X3 qarşı «evə köçürülmə və maneəçiliyin aradan qaldırılması» tələbinə dair mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında 04 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X3 qarşı «evə köçürülmə və maneəçiliyin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməkləri və yaşayış sahəsindən istifadə hüquqlarına yaradılmış maneəçiliyin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və X4 iddiaçılara qarşı qanunsuz hərəkətlər edərək daimi yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evlərinə daxil olmaqlarına maneçiliklər yaradaraq evlərinə daxil olub yaşaya bilmirlər. İddiaçı1 xx xxxxxx 1970-ci il tarixdə anadan olmuş, qeydiyaatda olduğu Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evində yaşamışdır. Cavabdehlərin ona qarşı törətmiş olduğu qanunsuz hərəkətlərə görə 12 yanvar 2022-ci il tarixdə infrakt xəstəliyi keçirib hərbi hospitalda reanimasiyada olduğu müddətdə ailəsi 21 yanvar 2022-ci il tarixdə yanında olan zaman cavabdehlər Cavabdeh2 və Ruhiyyə Kazımova evin giriş qapısının kilidini dəyişərək açarları özlərində saxlayırlar. Sonradan dəfələrlə evinə yaşamaq üçün gəldiyində ona və ailə üzvlərinə qarşı qanunsuz hərəkətlər edərək onlara nalayiq söyüşlər ifadə edərək onlara qarşı fiziki zor tətbiq etməklə evlərində daxil olub yaşamağa mane olurlar. Evində geyim və şəxsi əşyalarından istifadə etmək üçün cavabdehlər imkan vermirlər. Mülkiyyətində və qeydiyyatda olduğu evin və yaşayış sahəsinin dam örtüyünü, təmir-tikinti işlərini və yaşayış üçün bütün lazımi işləri onun şəxsi pul vəsaiti ilə edilmişdir. Evin tikinti, təmir, dam örtüyü materiallarını və evdə işləyən usta xərclərini pul vəsaiti ilə etirmişdir. Səbail Rayon Məhkəməsində Cavabdeh2 onlara qarşı «yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına» dair iddia ərizəsinə baxılarkən iddiaçının mülkiyyətimdə, yaşadığı qeydiyyatda olduğu evində daxil olmaqlarına dair hallar göstərilmişdir (Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnamə). X1 Emin Şahmar oğlu ilə nikaha daxil olduqdan sonra həyat yoldaşı İddiaçı1a məxsus Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evinə gələrkən cehiz əşyaları, məşiət texnikası və geyim əşyaları həyat yoldaşı ilə ona məxsus evin iki otağına yerləşdirilmişdir. Həmin otaqların biri yataq dəsti, geyim əşyaları yerləşdirilmiş digər otaqa isə mebel, və məişət texnikası yerləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evində görə 04 noyabr 1998-ci il tarixdən yaşadığına görə pasport qeydiyyatındadır. İddiaçı1 ilə Birgə nikahdan övladları xx xxxxxx 2002-ci il təvvəllüdlü İddiaçı3 və 13 mart 2008-ci il təvvəllüdlü X7 anadan olmuşlar. Övladlarm yaşadıqları evdə dünyaya gəlmişlər. Onlar evlərinin yaxınlığında 51 saylı orta məktəbinə daxil olub təhsil almışlar. İddiaçı3 həmin orta məktəbi bitirmiş, lakin, Şahmar Quliyev təhsilini davam etdirir. Onlar cavabdehlərin qanunsuz müdaxilələrinə görə evlərində yaşaya bilmədiklərindən övladı Şahmar Quliyev təhsilini davamiyyətində çətinliklər yaranmışdır. Həyat yoldaşı İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evinin və həyətyanı sahəsinin bütün təmir tikinti, su borularını, komunikasiya xətlərini və işləyən usataların xərclərini öz vəsiti hesabına etmişdir. Həmin yaşayış sahəsində yerləşən 2 otaqlı evin birində yataq otağıdır ki, həmin otağında şəxsi geyim əşyaları vardır. Digərində isə övladları İddiaçı3 və Şahmar Quliyevə məxsus geyim əşyaları vardır. Həyat yoldaşı İddiaçı1 12 yanvar 2022-ci il tarixdə infrakt xəstəliyi keçirib hərbi hospitalda reanimasiyada olduğu vaxtlarda onun yanına gedən dövrlərdə cavabdehlər Cavabdeh2 və Ruhiyyə Kazımova evin giriş qapısının kilidini dəyişərək açarları özlərində saxlayırlar ki, o, övladları ilə birlikdə evlərinə daxil ola bilmirlər. Onlar Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evinə gələn zaman qeydiyyatda olduqları yaşayış evlərinə buraxmırlar. Onlara qarşı qanunsuz hərəkətlər edərək fikizi zor tətbiq etməklə nalayq söyüşlərlə evə buraxmırlar. Yaşayış otaqlarında olan geyim və digər əşyalarından istifadə edə bilmirlər. 13 mart 2008-ci il təvvəllüdlü X7 azyaşlı olduğundan onun məktəb və geyim əşyalarından istifadə edə bilmir. Onlar evə daxil olarkən cavabdehlərin onlara qarşı qanunsuz müdaxilələri nalayiq sözləri və fiziki zor hərəkətlər diskə yazılmış videodan görünür. İddiaçı3 xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, anadan olduğu tarixdən Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evində yaşamışdır. Həmin evdə qeydiyattda olmaqla yaşayır. Atası İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi 8 saylı fərdi yaşayış evinin və həyətyanı sahəsinin bütün təmir tikinti, su borularını, komunikasiya xətlərini və işləyən usataların xərclərini öz vəsiti hesabına etmişdir. Onun şəxsi və geyim əşyaları yaşadığı evdə qalmışdır ki, istifadə edə bilmir. Atası İddiaçı1 12 yanvar 2022-ci il tarixdə infrakt xəstəliyi keçirib hərbi hospitalda reanimasiyada olduğu vaxtlarda onun yanına gedən dövrlərdə cavabdehlər Cavabdeh2 və Ruhiyyə Kazımova evin giriş qapısının kilidini dəyişərək açarları özlərində saxlayırlar. O, yaşadığı və qeydiyyatda olduğu evinə daxil ola bilmir. Evin açarları cavabdehlər özlərində saxlayırlar. Evdə olan şəxsi və geyim əşyalarımdan istifadə edə bilmir. Cavabdehlər evə daxil olmağına qanunsuz müdaxilə edirlər. Cavabdehlərin onlara qarşı bu qanunusuz hərəkətləri nəticəsində şəxsi əmlakdan və əşyalardən yaşayış evlərindən sərbəst istfadə etməklərinə maneəçiliklər yaratmışlar və evlərinə daxil ola bilmirlər. Cavabdehlər onların yaşayış otağından qanunsuz olaraq daxil olurlar və orada olan şəxsi əşyalarından istifadə edirlər və kənar şəxslər dəvət edərək yaşayış otaqlarında ziyafət məclisləri təşkil edirlər. Yataq otaqlarından olan çarpayılardan istifadə edirlər. Cavabdehlərin onlara qarşı bucür zorakılıq hərəkətləri onların mülkiyyət hüquqlarını pozmaqla yanaşı əmlaklarına qəsd edərək qanusuzluqlar törədirlər. Onlar cavabdehlərin davamlı olaraq törətdikləri qanunsuz hərəkətlərə görə mülkiyyətindən sərbəst şəkildə istifadə etməməklə yanaşı mənəvi sarsıntılar keçirirlər ki, bu hal onların sağlamlığının pis şəkildə pozulmasına gətirib çıxarır. Sonuncu dəfə 05 oktyabr 2022-ci il tarixdə mülkiyyətində olan fərdi yaşayış evlərinə daxil olarkən onlara qarşı fiziki zorakılıq hərəkətləri edərək evlərinə daxil olmağa maneçilik yaratmışlar. İddiaçı1 səhhəti pisləşərək hüşunu itirmiş vəziyyətdə yerdə olmağına baxmayraq təcilli tibbi yardım həkim briqadasının ona tibbi yardım göstərilməsinə maneçilik yaratmışlar. Bu hərəkətlər video lentə alınmışdır. Həmin video diskdə cavabdehlərin bütun qanunsuz hərəkətləri görünür. Cavabdehlər tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddiaçılar evə giribçıxmaqda çox sərbəstdirlər. Evin açarları onlarda da var. Onlar bir neçə otağı bağlayıb, mənzili tam iflic vəziyyətinə salıblar ki, mənzilda yaşamaq dözülməz olsun. Anası öldükdən sonra iddiaçı Emin onları çox biədəb, nalayiq söyüş və təhqirlərlə qovmaq istədi. Bu da azmış kimi Ülkərin sənədlərini əlində aldı, anasından qalan 1 boxça qızılları mənimsədi, evi satmaq istədiyini və oğlu Elvini dövlət qulluğuna düzəldəcəyini bildirdi. Evdə qaranlıqda oturub qapını açmır ki, guya evdə deyillər. Gec saatlarda işdən qayıtdıqları zaman onları qapı dalında qoyur. Emin və onun ailəsinin özbaşınalıqları bugünə kimi davam edir. İddiaçı3 teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Ü.Hüseynzadə iddia ərizəsinə etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsinə etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi ev 8, yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi 67 A xx.xx.2022-ci il tarixdən İddiaçı1 xüsusi mülkiyyətindədir. AZ-İ № 150884 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxx 2002-ci il tarixdə anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi ev 8, (yeni qaydalarla ünvan 1 İddiaçı1 xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər iddiaçının ailəsi ilə birlikdə həmin mənzilə köçüb orada yaşamasına maneçiliklər törədir ki, iddiaçı da bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Məhkəmə iclasında işin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi ev 8, (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi hesab edildiyindən, onun ailəsi ilə birlikdə həmin mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, həmin ev üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdehlər tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Digər iddiaçılara münasibətdə isə məhkəmə qeyd edir ki, onlar İddiaçı1 ailə üzvləri hesab edildiyindən onların da həmin mənzildə yaşamaq hüquqları vardır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə (yeni qaydalarla ünvan 1 köçürülsünlər və iddiaçılara fərdi yaşayış evindən istifadə etmələrinə hər hansı maneənin yaradılması cavabdehlərə qadağan edilsin. Ödənilmiş 300 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınıb iddiaçılara ödənilsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar