Məhkəmə qərarları › İş №2(009)-1569/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1569/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1569/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı və vəkili Vəkil2, Cavabdehnn və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanda 0,85 sot torpaq sahəsini X2 4000 manata almışdır. Həmin torpaq sahəsində ustalar X6, X1, X13,X10 bir mərtəbəli 3 otaqdan ibarət ev tikdirmişdir. Evin tikintisi zamanı çəkilmiş və tikinti başa çatdıqdan sonra çəkilmiş foto şəkilləri, ustaların şəxsiyyət vəsiqələrinin surətlərini əlavə etmişdir. Evi satmaq istəmişdir. X15 özünə məxsus evin üst mərtəbəsini tikmək üçün tanışı X4 2020-ci ilin əvvəlində 6700 manat pul vermişdir. Ruslan da lazım olan tikinti materialını alıb yığmışdır. Qonşular şikayət etdiklərinə görə ev tikib çatdıra bilməmişdir. ünvan 2 ünvandakı evi satmaq istədiyini Tahir bilmişdir. Tahir Cavabdeh pulunu qaytarmamaq üçün Sədaqəti onun tikdiyi evə gətirib həyətin və evin dəmirdən olan giriş qapılarını dəmir lomla qırıb Sədaqəti və əmlakı evə yerləşdirmişdir. Səbail rayonu 149 saylı MKİS-nin rəisi X7, MKİS-nin mühəndisi X11 verdikləri saxta arayışa əsasən Sədaqət öz adına qaz, işıq, su sayğacları qoydurmuş, evin ünvanı ünvan 3 tələb etdikdə o, 15.01.2021-ci il tarixdə saat 09.49-da DİN-nin “102” XZM-nə zəng edərək ünvan 4 ünvanında yerləşən mənzildə onun tərəfindən döyülməsi barədə yalan məlumat vermişdir. Sonra Cavabdeh Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.01.2021-ci il tarixdə saat 09 radələrində Səbail rayonu, 1-ci Buxta küçəsi, ev 15S ünvanında olan zaman evi ona satması ilə əlaqədar aralarında münaqişə olmuş, münaqişə vaxtı onun itələdiyi zaman yıxılaraq pilləkənlərə dəymişdir. Münaqişəyə səbəb guya evi ona 17000 manata ucuz satması və ondan əlavə pul istəməsi olmuşdur. Material 09.02.2021-ci il tarixdə 8-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X19 tərəfindən aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və 11.02.2021-ci il tarixdə araşdırmanın aparılması müstəntiq X8 həvalə edilmişdir. Sonuncunun 21.02.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma ilə əlaqədar Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Ramil Almazov “xxxx” ASC-nin sədrinə 08.01.2021-ci il tarixdə, 31-Ş-U saylı məktub yazaraq Bakı şəhəri, Buxta küçəsi, ev 15 S ünvanında qanunsuz sənəd əsasında ASAN kommunal tərəfindən kod açılaraq quraşdırılmış sayğacın təcili olaraq sökülməsi və açılmış kodun ləğv olunmasını xahiş etmişdir. Bundan başqa, Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Ramin Almazov “xxxx” MMC-nin direktoruna, “xxxx” İstehsalat Birliyinə, “xxxx” ASC-nə, “xxxx” ASC-nə 19.01.2021-ci il tarixdə 31-Ş-U nömrəli məktub yazaraq X3 Səbail rayon prokurorluğuna ərizə ilə müraciət etdiyini, ərizədə 15.11.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında aldığını, lakin 2020-ci ilin dekabr ayının sonlarında qeyd olunan ünvanda yerləşən evin Cavabdeh tərəfindən zəbt edildiyi qeyd olunmuşdur. Prokurorluğda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanına Cavabdeh ünvan 6 həmin evdə yaşaması barədə 149 saylı MKİS-dən əsassız arayış alaraq 1 saylı ASAN xidmətə təqdim etmişdir. Aparılan araşdırma ilə əlaqədar zərurət yarandığından Cavabdeh ünvan 7 ünvana kommunal sayğacların qoyulmasının dayandırılmasını xahiş edilmişdir. O, cavabdehdən pul almamışdır. Cavabdeh evinə qanunsuz daxil olmuş, hüquqlarını pozmuşdur. O, öz vəsaiti hesabına tikdiyi evdən istifadə hüququna malikdir. Cavabdeh evini zəbt edərək onu bu hüquqdan məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 8 ünvanda tikdiyi evdən Cavabdeh digər ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, ev alğı-satqısı hətta özbaşına olduqda belə müvafiq sənəd tərtib edilməklə həyata keçirilir. Onun evi ilə bağlı isə hər hansı formada rəsmiləşdirmə işi aparılmamışdır. Yəni bu işlərin hamısı saxtadır, evi cavabdeh tərəfindən zəbt edilmişdir və hesab edir ki, iddianı əsl cavabdehə qarşı qaldırmışdır. İddiaçı eyni zamanda göstərmişdir ki, maklerlərin, o cümlədən Tahirin ev alqı-satqısı zamanı hazır blanklar olur, alıcının adı, satıcının adı, verilən pul məbləği həmin blankda qeyd olunur. Lakin 17000 manat pulun ona verilməsi, onun tikdiyi evi Sədaqətə satılması hər hansı bir yazılı sübutla təsdiq olunmur. Bunlar böhtandır, Tahirin belə işləri çoxdur, məhkəmədə də başqa bir şəxslərlə bağlı mübahisələri də var. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Tahir adlı maklerə müraciət edərək ona ev lazım olmasını bildirmiş, həmin maklerlə İddiaçı tikdiyi və ona məxsus olan evə baxış keçirmiş, bəyənmiş, qiyməti baha olsa da, Arifə təcili pul lazım olduğu üçün evi 17000 manata razılaşmış, həmin evdə Arifin, Tahirin və Arifin dostu Ruslanın iştirakı ilə pulu Arifə vermişdir. Sonra işıq və qazı öz adına rəsmiləşdirmiş, evi alanadək evin işığı və qaz xətti çəkilməmişdir. evi aldıqdan sonra orada xərc çəkərək əlavə işlər də gördürmüşdür. Hazırda ev 28 minə başqa şəxsə satmışdır. O evdə yaşamır. Arif evi ona ucuz satdığını dedikdə, o bildirmişdir ki, ya pulu qaytarsınlar, ya da ona başqa yerdə ev tikib versinlər. Arif nə pulu qaytarmış, nə də ona başqa yerdə ev tikmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hazırki tələb üzrə Sədaqət İskəndərli cavabdeh daşıyan şəxs deyil, çünki o evdə yaşamır, evi başqa şəxsə Yusifova ilkanə İbrahim qızına satmışdır. Kommunal xidmətlərlə bağlı ödənişlər də onun adından həyata keçirilir. Yəni bu əsasa görə cavabdehə qarşı qaldırılan tələb əsassızdır. Digər tərəfdən həmin ev Sədaqət İskəndərli tərəfindən 17000 manata pul verilməklə əldə edilmişdir və bunu təsdiq edən şahid ifadəsi də mövcuddur. Ona görə də iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o İddiaçılə şərikli ev tikib satırlar. 2020-ci ilin avqust ayında makler Tahir 6700 manat ona pul verərək ikinci mərtəbənin tikintisinin həyata keçirməyi xahiş etmiş və bildirmişdir ki, 1-ci mərtəbənin çıxarışı var, qonşular razıdır, problem olmayacaq. Çıxarışı olan birinci mərtəbənin üst ikinci mərtəbəsində tikinti işləri aparmağa başlayarkən ətraf qonşular narazılıq etmiş və tikintinin davam etməsinə mane olmuşlar. Tikinti işlərində Arifin gətirdiyi fəhlələr də iştirak etmişdir. Tahir həmin yerdə tikintinin aparıla bilməyəcəyini görüb həmin tikintinin Sədaqət xanım üçün etdiyini bildirmiş və başqa bir ərazidə tikinti işlərinin aparılmasını təklif etmişdir. Həmin ərazi problemli ərazi olmuş, Sədaqət xanım xətta orada olan digər şəxslərlə konflikt yaşamış, həmin ərazidə də tikinti işlərinin aparılması mümkün olmamış, tikilmiş hörgülər sökülmüşdür. Bütün bu işlərə material və fəhlələrə müəyyən qədər pul xərclənmişdir. O Tahirə demişdir ki, xərcləri çıxmaq şərti ilə pulun yerdə qalan hissəsini geri qaytarsın. Lakin sonra ona məlum olmuşdur ki, Sədaqət Tahirlə birlikdə lomdan istifadə edərək Arifin tikdiyi evin qapısını sındırıb içəri daxil olmuş və qıfılı dəyişmişlər. Uzun müddət Arif evini boşaldılmasını tələb etsə də, qadın evi boşaldıb ona təhvil verməmişdir. O əvvəllər Sədaqəti tanımamış, sonradan bilmişdir ki, Tahirin tikilməsi üçün sifariş etdiyi ev Sədaqət xanım üçün olmuşdur. Sədaqət tərəfindən Arifə hər hansı bir pulun verilməsinin şahidi olmamışdır. Tahir ona yalnız 6700 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, o Arifi və Sədaqəti tanıyır. Arif Ruslanla birlikdə Səbail rayonu ərazisində yerləşən buruxların arasında boş sahələrdə kiçik ölçülü evlər tikib satışı ilə məşğul olurlar. Sədaqət xanım ona müraciət edərək 17000 manat pulu olduğunu və bu pula ona ev alınmasına yardımçı olmasını xahiş etmişdir. Arifgilin tikdiyi bir neçə evə baxış keçirmiş və 1-ci Buxta ev 15C-də tikdikləri evi Sədaqət bəyənmiş, ev 25-30 min manat qiymətində olsa da, Arifə təcili pul lazım olduğu üçün onu 17000 manata satmağa razılaşmışdır. Pul onun və Ruslanın yanında Sədaqət tərəfindən Arifə verilmişdir. Lakin pulun verilməsi, evin Sədaqətə satılması ilə bağlı hər hansı yazılı razılaşma və iltizam tərtib edilməmişdir. O makler kimi müəyyən alğı-satqılarda belə bir sənədləşmənin aparılmasını edir. Ev özbaşına tikili olmuş, sənədi olmamışdır. Sonra Arif evi Sədaqətə ucuz satdığını deyib əlavə pul istəmiş, o isə demişdir ki, Sədaqətə başqa yerdə ev tikib versələr Sədaqət evi boşaldar. Başqa yerdə evi isə tikib verə bilmədilər.O evin tikilməsi ilə bağlı Ruslana hər hansı pul verməmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Ramin Almazov tərəfindən “xxxx” ASC-nin Səbail RETSİ-yə ünvanlanmış 08.01.2021-ci il tarixli 31-Ş-21 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri, Buxta küçəsi, ev 15S ünvanında qanunsuz sənəd əsasında Asan Kommunal tərəfindən kod açılaraq quraşdırılmış sayğacın təcili olaraq sökülməsi və açılmış kodun ləğv olunması üçün göstəriş verilməsi tələb olunmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Ramin Almazov tərəfindən “xxxx” MMC-yə, surətləri “xxxx” İB-yə, “xxxx” ASC-yə, “xxxx” ASC-yə ünvanlanmış 19.01.2021-ci il tarixli 31-Ş-21 saylı məktubun surətindən görünür ki, X9 Səbail rayon prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.11.2020-ci il tarixdə ünvan 9 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında almış, lakin 2020-ci ilin dekabr ayının sonlarında qeyd olunan ünvanda yerləşən ev Cavabdeh tərəfindən zəbt edilmişdir. Qeyd olunan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 9 ünvanına Cavabdeh ünvan 10 həmin evdə yaşaması barədə 149 saylı MKİS-dən əsassız arayış alaraq 1 saylı Asan xidmətə təqdim etmişdir. Aparılan araşdırma ilə əlaqədar zərurət yarandığında X5 Bakı şəhəri, Buxta küçəsi, ev 15S ünvanında yaşaması barədə əsassız olaraq aldığı arayış əsasında həmin ünvana kommunal sayğacların qoyulmasının dayandırılması haqqında göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerələn 15 S saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir, həmin evi İddiaçı öz vəsaiti hesabına tikmiş və həmin ev cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, hazırki mübahisə ilə bağlı Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və tərəflər arasında olan mübahisənin mülki xarakter daşıdığını nəzərə alaraq cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin hazırda yaşadığı və özbaşına tikili olan ev ona məxsusdur. Cavabdeh həmin evə baxıb onu bəyənmiş və həmin evi almaq üçün 17000 manat təklif etmişdir. Lakin iddiaçı həmin evin qiymətinin 45000 manata satıldığını bildirmiş və cavabdehlə razılaşmamışdır. Lakin Tahir adında makler özbaşına olaraq Sədaqətdən pulu almış, onu həmin həyətə gətirib evin dəmirdən olan giriş qapısını sındırıb Sədaqəti ora köçürmüşdür. Bu səbəbdən iddiaçı cavabdehin həmin evdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında və istintaq şöbəsində aparılan araşdırma zamanı cavabdeh özü də etiraf etmişdir ki, mübahisəli ev iddiaçıya məxsusdur və həmin evi iddiaçıdan 17000 manata almışdır. İddiaçı həmçinin məhkəmə iclasında etiraf etmişdir ki, həqiqətən də mübahisəli evin qiyməti 35000 manatdır, lakin iddiaçı həmin evi təcili satdığı üçün 17000 manata satılmasını onunla razılaşmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın iddiaçıya məxsus olması işin mübahisəsiz tərəfidir və tərəflər arasında həmin əmlakın alğı-satqısı ilə bağlı danışıqların olması işin faktiki halları ilə tam təsdiq olunur. Lakin tərəflərin mübahisəli evin alğı-satqısının 17000 manata razılaşması öz təsdiqini tapmamışdır. Belə ki, həm məhkəmə iclasında, həm istintaq orqanında verdiyi izahatında cavabdeh təsdiq etmişdir ki, mübahisəli ev 30-35 min manatlıq evdir, lakin iddiaçının təcili pula ehtiyacı olduğu üçün onu 17000 manata razılaşmışlar. Məhkəmə işin bu halına hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh mübahisəli evin alğısatqısını iddiaçı ilə 17000 manata razılaşdığını iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının iradəsinə zidd olaraq mübahisəli evə daxil olmuş və həmin evi iddiaçıya ödədiyi 17000 manat pulu geri qaytarılmadığına görə tərk etməmişdir. Yəni dolayısı ilə cavabdehin mübahisəli evə iddiaçının iradəsinə zidd olaraq daxil olması öz təsdiqini tapır. Beləliklə məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlakın, yəni özbaşına tikilinin iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır və bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə bağlı hazırki tələblə çıxış etməyə subyektiv hüququ var. Belə ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak onun sahibliyində olduğu üçün, o pozulmuş hesab etdiyi hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməsini tələb etməkdə tam haqlıdır. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. AR Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Digər tərəfdən AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyil. AR Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Beləliklə mübahisəli evin iddiaçıya məxsus olması və cavabdehin onun iradəsinə zidd olaraq həmin evə daxil olub orada yaşaması halı öz təsdiqini tapdığından, həmçinin iddiaçının həmin evi cavabdehə 17000 manata satması halı öz təsdiqini tapmadığından, irəli sürülmüş iddia tələbi əsaslı heab edilməli və təmin edilməlidir. Məhkəmə cavabdehin həmin evi 28000 manata digər şəxsə satmasını və hazırda orda yaşamamasını, bunu təsdiq edən sənəd kimi isə “xxxx” QSC-yə ödəniş qəbzinin həmin şəxs tərəfindən edildiyinə dair dəlilləri üzrə qeyd edir ki, bütün bunlar formal xarakter daşıyır və evin başqa şəxsə satılması və hazırki tələb üzrə cavabdehlik daşımaması kimi görüntünün yaratmaq məqsədi güdür. 17000 manata alınan evin kənar şəxsə 28000 manata satılması digər mötəbər sübutlarla təsdiq edilmir. Bu səbəbdən məhkəmə həmin dəlilləri əsassız hesab edir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 11 ünvanında yerləşən yaşayış evindən çıxarılsın, həmin yaşayış evi boşaldılıb İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar