Məhkəmə qərarları › İş №2(009)-157/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-157/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-157/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla) Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)- 974/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında saxlanılması və hər iki uşaqların - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında saxlanılmalarına görə 18 yaşına çatanadək hər birinə görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində cavabdehdən onun xeyrinə aliment ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikah bağlamış və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-974/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan 09 fevral 2015-ci il tarixdə bağlanmış və 280 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikahları pozulandan sonra o öz ata familiyasına keçmişdir. Həmçinin həmin qətnamə ilə xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında, xx.xx.2017-ci il təvəllüdlü X2 isə cavabdehin yanında saxlanması qət edilmişdir. Uşaqlardan birinin cavabdehin yanında saxlanmasına səbəb olan qərar o olmuşdu ki, cavabdeh uşağı Bakı şəhərində öz yanında saxlamaq şərti ilə anası kimi onunla tez-tez görüşüb ünsiyyətimin itirilməməsi, paltarlarının aparıb vaxtlıvaxtında yuyacağını, uşağı çimizdirəcəyini və digər qardaşı ilə münasibətlərinin qorunub saxlanmasına dair cavabdehlə öz aralarında şifahi razılaşmağı olmuşdur. Lakin cavabdeh məhkəmə qərarı əsasında yanında saxlanmasına verilmiş xx.xx.2017-ci il təvəllüdlü X4 görünür öz yanında saxlaya bilmədiyindən həmin vaxtdan apararaq Kürdəmir rayonunun Kəngərli kəndində yaşayan valideynlərinə saxlamağa verilmiş və uşaq orada qalmaqla, həmin kənd məktəbində oxumuşdur. Cavabdeh özü isə faktiki olaraq Bakı şəhərində yaşamaqla bu şəhərdə də işləyir. Bu ilin avqust ayının 15-də şərtləşdilər ki, Hüseyni yanlarına gedib gətirsinlər ki, bir qədər yanlarında qalsın. Bir neçə gündən sonra Hüseynin ata babası zəng edib bildirdi ki, uşağı saxlaya bilmirlər, qalsın onun öz yanında. O da razılaşıb gedib Kürdəmir rayonunun Kəngərli kənd orta məktəbindən Hüseynə aid olan sənədləri alıb gətirib Bakı şəhərində öz yanlarında olan məktəbə verdi və hal-hazırda uşaq yanında qalmaqla o biri qardaşı ilə eyni məktəbdə oxuyurlar, birgə olaraq tərəfindən məktəbə aparılıb-gətirilir. Hüseyn hazırda onların yanında qalmaq istəyir, o, anasına və qardaşına daha çox bağlıdır. Cavabdeh olan atası bundan sonra gəldi ki, Hüseyni görsün, gəzməyə aparsın, Hüseyn hər dəfə atasına etinasızlıq göstərdi və getmədi. Belə ki, cavabdeh uşağı aparıb Kürdəmir rayonunda yaşayan ata-anasının yanında qoyub qayıdıb, uşaq da atasından soyuyub. Məsələ burasındadır ki, o vaxtdan ana kimi o da uşağı yaxından görə bilməmişdir. O, valideynləri ilə şəxsi həyət evində birgə yaşayır. Uşaqların təlim-tərbiyəsi ilə və digər zəruri işləri ilə məşğul olduğundan hələlik işləmir. Cavabdeh onun yanında saxlanan uşağı keçən ildə yeni il qabağı, cəmi bir dəfə görməyə gəlmişdi və cəmi 19 manatlıq uşağa hədiyyə alıb gətirmişdi. Ondan sonra gəlib görüşməmişdi. Hüseyni isə aparıb Kürdəmir rayonunda yaşayan valideynlərinin yanında qoyub, həm Hüseynin və həm də cavabdehin valideynləri bildirirlər ki, bu iki ildə atası gəlib uşaqla görüşməmişdir. Əlavə onu da bildirir ki, məhkəmə qərarı ilə uşaq baba-nənə yanında saxlanmağa verilməmişdi. Ona görə də, uşağın saxlanmasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin qeyd edilən qətnaməsində bu haqda dəyişiklik edilməsinə, yəni xx.xx.2017-ci il təvəllüdlü X2 yanında saxlanmasına və hər iki uşağın saxlanmasına görə aliment ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, oğlu X2 yanında qalması və hər iki uşaqlarının yanında saxlanılmasına görə hər bir uşağa görə 200 manat olmaqla, iki uşağa görə 400 manat cavabdeh Şamil Adil oğlundan onun xeyrinə sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı və onuni nümayəndə və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı tam həcmdə qəbul edərək və təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 974/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 fevral 2015-ci il tarixdə bağlanmış və 280 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 X1, xx.xx.2017-ci il təvəllüdlü X2 isə Cavabdeh yanında saxlanılmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 20 dekabr 2024-cü il tarixli, 5-19\2-1769/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş Komissiyanın iclasının qərarını, uşaqların mənayeyini nəzərə alaraq, Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı birgə nikahdan doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasını xahiş edir, Cavabdeh isə buna etiraz etmir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 27 aprel 2015-ci il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,16 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentlə bağlı hazırkı nəticəyə tərəflərin maddi və sosial statusları, uşağın yaşı və digər hallar nəzərə alınmaqla gəlinmişdir. Odur ki, tərəflərin hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin dəyişməsindən asılı olaraq, eləcə də, uşağın yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tutulacaq alimentin məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 27 aprel 2015-ci il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmalı və Cavabdeh, 01 oktyabr 2024-cü il tarixdən başlayaraq, 27 aprel 2015-ci il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,16 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216220, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 27 aprel 2015-ci il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh, 01 oktyabr 2024-cü il tarixdən başlayaraq, 27 aprel 2015-ci il təvəllüdlü X7 və 22 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,16 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar