Məhkəmə qərarları › İş №2(009)-1571/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1571/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1571/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən Səbail Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(009)-1571/2023 saylı qərardadından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış binasının (1747,5 kv.m sahəsinə dair) tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli “birgə fəaliyyət haqqında” müqavilə və ona əlavə sazişin şərtlərinin məcburi icrası və Cavabdeh1MMC-nin qeyri-yaşayış binasından istifadəsinə yaratdığı maneə və qadağalara son qoyulmaqla pozulmuş hüquqlarının bərpası barədə Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu,X2 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümiimi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair Cavabdeh1MMC ilə "xxxx" ASC arasında bağlanmış 05 iyul 2016 cı il tarixli 3 M/244 nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasda qəbul edilmiş qərardada əsasən, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və s.” tələbinə dair mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə mülki mübahisə olmaqla subyekt tərkibinə əsasən qiymətləndirilməməli və işin mahiyyətinə uyğun dəyərləndirilməlidir. Çünki tərəflər hər ikisi hüquqi şəxs olsa da bu sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində əmələ gələn mübahisə deyil. Çünki tərəflərin birgə sahibkarlıq fəlaiyyətində hazırki vaxta qədər mübahisə yaranmamışdır. Bu mübahisə cavabdeh tərəfin başqa hüquqi şəxs olan bankla bağladığı müqavilələrin mənafeyilərinə toxunduğuna görə etibarsızlığıdır ki bu ümumi məhkəmədə baxılmalıdır. Bundan başqa mübahisəli əmlak hansı ki onların çıxarılmağı tələb olunur həmin əmlak da Səbail rayonunun ərazisində yerləşir. Qanunla da sahibliyin müdafiəsi də MPM-nin 39 cü maddəsinin tələbinə əsasən müstəsna aidiyyat qaydalarına uyğun baxılması şərtləndirir. Məhz ona görə də iddia Səbail rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1571/2023 saylı mülki iş üzrə qəbul etdiyi 28 iyul 2023-cü il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir və şikayətdə göstərilən dəlillər onun ləğvi üçün əsas ola bilməz. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 16-cı bəndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh hər ikisi hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bundan başqa işin hallarından görünür ki, Cavabdeh1 MMC "xxxx" ASCdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün kredit götürmüş və özünə məxsus əmlakı həmin borcun təminatı olaraq, ipoteka ilə yüklü etmişdir. Hazırki mübahisə isə iki sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektin arasında olan mübahisə olduğundan hazırki mülki iş kommersiya məhkəməsinin aidiyyatı daxilində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair qərarının 1-ci bəndində əsasən, məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 32, 263-264, 267-269, 407.1-407.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün 2(009)-1571/2023 saylı mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar